Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə7/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   2   3   4   5   6   7   8   9   10   ...   159

22

Zeynalabdin Marağayi

İb ra him  bəyi uzaqdan görən kimi İranın əzəmətindən, şövkə-

tindən söhbət açırdılar. Yazıq İbrahim bəy ürəyinə yatan sözlə-

ri eşidib, könül xoşluğu ilə əyləşir, vəcdlə onlara qulaq asırdı. 

Onun sevincinin birinci əlaməti bu idi ki, papiros qutusunu ci-

bindən çıxarıb mizin üstünə qoyar, bütün çayxanada oturanla-

ra müraciət edib deyərdi: “Bismillah, buyurun papiros çəkin!”

İrandan söhbət açanlar da şahın əmrlərindən danışar – hər 

bir şəhərdə bir neçə rüşdiyyə məktəblərinin açılması haqqında 

şahın qəti əmr verməsini, vilayət hakimlərinə xalqla ədalətlə 

rəftar etmələri xüsusunda ciddi tapşırıq verməsini və bunun 

üçün nazirlər Darüşşurasında “hakimlərin iş üsulu” adlı bir ki-

tabça tənzim olunub göndərilməsini söyləyirdilər. Bir başqası 

deyirdi ki, Zilli-Sultan yüz min atlı və piyada qoşunu bütün 

yeni silah, hərbi ləvazimat və sursatla hazır vəziyyətdə sax-

layıbdır.

Bu kimi söhbətləri eşitdikdə yazıq İbrahim bəy elə sevi-

nirdi ki, bilmirdi nə eləsin. Hey çayçıya deyirdi ki: “Ağalara 

çay, qəlyan ver!” Özü isə yanında oturanlara tez-tez papiros 

təklif edirdi. Söhbət getdikcə  qızışırdı. Bir başqası deyirdi: 

“Mən arxa yın bilirəm ki, şahın bircə işarəsi və hökmü ilə iki 

həftə ərzində Şahsevən və Talış ellərindən əlli min atlı qoşun 

hərbə hazır və ziyyətdə toplanar, hamısı da bütün xərcləri öz 

öhdəsinə götürər”. O birisi deyirdi: “Hələ sənin Bəxtiyari at-

lılarından xəbərin yox dur. Onlar iki həftə ərzində yüz min atlı 

qoşun hərbə tam hazır vəziyyətdə çıxara bilərlər”. Üçüncüsü 

onun sözünü yarımçıq qoyub, Marağa və Əfşar qoşunlarının 

rəşadətindən və qəhrəman lığından söz açırdı. Bu kimi məc-

lislərin söhbəti sona çatdıqda İbrahim bəy könül açıqlığı və 

məmnuniyyətlə bütün çayxanada oturanların çay, qəlyan pu-

lunu verər, hətta bəzi vaxt onları nahara və faytonla gəzməyə 

də qonaq edərdi.

Bu haqda Misirdə sakin olan Hacı Kərim adlı bir isfahanlı 

qəribə bir əhvalat nəql edirdi. Hacı deyirdi ki: “Bir vaxt Misir-




23

İbrahimbəyin səyahətnaməsi

də vəziyyətim lap ağırlaşmışdı, taleyim əsla üzümə gülmürdü. 

Bütün dost-aşnadan borc almışdım, daha bir adama gümanım 

getmirdi ki, hətta bircə şahı ilə əlimdən tutsun. Əlim hər yer-

dən üzü lüb, gecənin yavan çörəyinə möhtac qalmışdım. Ha-

mıdan betəri bu idi ki, altı ay idi mənzil kirəsini verməmişdim. 

Evin sahibi olan ərəb mənim boş vədlərimdən, bu gün-sabaha 

salma ğımdan təngə gəlib məhkəməyə şikayət eləmişdi. Məh-

kəmə onun əlinə hökm vermişdi ki, mənzil kirəsinə on iki lirə 

alandan sonra məni evdən qovsun. Min xahiş-iltimasla on-

dan on gün möhlət almışdım. Öz-özümə deyirdim: “Xudaya, 

nə eləyim?” Elə bil mənim ürəyimə damdı ki, bu işin çarəsi 

İbrahim bəydədir. Oturub düşündüm, ölçüb-biçdim, bu müş-

kül üçün tədbir aradım, bir məktub yazıb hazırladım. Guya 

mənim qohumlarımdan biri bu məktubu Tehrandan göndər-

mişdir. Sonra isfahanlı tacir Hacı Mirzə Rəfi nin yanına gedib, 

ondan İran poçtu markası olan köhnə bir zərf aldım. Yazdığım 

məktubu zərfi n içinə qoyub İbrahim bəyin yolu üstündə da-

yandım. Bilirdim ki, o hər gün bu yolla get-gəl edir. Uzaqdan 

İbrahim bəyi görən kimi məktubu cibimdən çıxarıb oxumağa 

başladım. Özümü görməməzliyə vurmuşdum.  İbrahim bəy 

yanıma çatan kimi başımı qaldırıb salam verdim. O, ucadan 

“əleykəssəlam” deyib, soruşdu:

“Hacı Kərim ağa, haradan təşrif gətirirsiniz?”

“Poçtdan gəlirəm, – dedim. Tehrandan məktub almışam.”

Dedi:


“Tehrandan?”

Dedim:


“Bəli, Tehrandan.”

“Çox gözəl, təzə nə xəbər var?”

Dedim:

“Hələ məktubu axıra qədər oxumamışam, amma şahın və 



başqalarının adı görünür.”

İbrahim bəy əl-ayağa düşüb hövlnak dedi:




24

Zeynalabdin Marağayi

“Gedək bu çayxanada bir stəkan çay içək, siz də məktubu 

arxayın oxuyun görək nə yazıblar.”

Cavabında dedim:

“Hərçənd ki, başım yaman qarışıqdır, ancaq bilirəm ki, 

sizin Tehran xəbərlərini eşitməyə böyük həvəsiniz var, müza-

yiqə etmirəm, buyurun gedək.”

Çayxanaya getdik. Oturan kimi çay, qəlyan sifariş elədi. 

Sonra dedi:

“İndi oxu görək nə xəbər var.”

Mən də məktubun əvvəlindən oxumağa başladım.

Məktubun məzmunu:

“Mənim  əziz qardaşım! Məktubunuzu aldım, salamat-

lığınızdan xəbərdar olub, çox-çox sevindim. Üsgülü tacir Ha-

cı Əbdürrəzaq ağa vasitəsilə həvalə etdiyiniz iyirmi beş lirə 

çatdı. Sizin, tapşırdığınız kimi, həmin məbləği İsfahana Mə-

şədi Məmmədrzanın üstünə göndərdim ki, o, on lirəsini si-

zin evinizə versin, qalan on beş lirəsini də borcunuz hesabına 

Ağa Həsənə çatdırsın. Əlbəttə, özləri də bu haqda sizə yaza-

caqlar. Yazılmalı başqa mühüm mətləb yoxdur. Ancaq neçə 

gün bundan qabaq böyük bir hadisə üz verdi. Az qalmışdı ki, 

şəni yüksək İran dövləti İngiltərə hökumətinə müharibə elan 

etsin. Ola bilsin ki, eləyibdir də. Lakin neçə gündür ki, mü-

naqişələr ortalıqdan qal dırılmış, ara bir qədər sakitləşmişdir. 

Deyildiyinə görə, müna qişənin səbəbi bundan ibarət idi ki, 

İngiltərənin səlahiyyətli naziri bizə məlum olmayan bir siyasi 

məsələ üstündə Sədr-əzəm cənablarına hörmətsizliklə cavab 

qaytarmışdı. O cənab da mətləbi şah əlahəzrətlərinin nəzərinə 

çatdırmış,  şah haman saat qəti hökm vermiş ki, xarici işlər 

naziri teleqrafl a Londona xəbər versin ki, İngiltərə hökuməti 

öz səfi rini bir həftədən gec olma yaraq Tehrandan geri çağır-

sın və cəzalandırsın. Əks təqdirdə İran qoşunu iki həftəyədək 



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə