Güney azərbaycan



Yüklə 2,8 Kb.

səhifə1/58
tarix23.08.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   58



 
                                                      
 
 
 
 
 
 
 
 
 
 
       GÜNEY  AZƏRBAYCAN: 
 
TARĠXĠ, SĠYASĠ VƏ KULTUROLOJĠ 
                                              MÜSTƏVĠDƏ 
 
                                           (məqalələr toplusu) 
 
 
 
 
 
 
 
 
   
 
 
 
 
 
 
           
                                       Bakı – AzərnəĢr – 2010
 



 
BBK 45.2.2 
S – 92 
 
 
 
Tərtib edəni, nəĢrə  
hazırlayanı və elmi redaktoru: 
Prof.dr. Vaqif Sultanlı 
 
Rəyçilər: 
Dos.dr.Boran Əziz 
Dos.dr.Atamoğlan Məmmədli 
 
 
 
S – 92 
Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. 
Bakı, AzərnəĢr, 2010, 172 səh. 
 
Kitabda  son  illərdə  Güney  Azərbaycanla  bağlı  yazılmıĢ  tarixi,  siyasi  və  ədəbi-
kulturoloji tədqiqatlar toplanmıĢdır. 
 
 
4502020000 
M – 651 (07)2010 qrifli nəĢr 
 
 
ĠSBN 9 – 95231 – 003 – 1 
 
 
Vaqif Sultanlı, 2010 



 
REDAKTORDAN 
 
Bilindiyi  kimi,  Güney  Azərbaycan  məsələsi  yalnız  Azərbaycan  türklərinin 
deyil,  bütövlükdə  Türk  dünyasının  ən  böyük  problemlərindən  biridir.  Ancaq  nə 
yazıqlar ki, yaĢadığımız dünyanın ictimai-siyasi Ģərtləri problemin bütün ciddiyyəti 
ilə  gündəmə  gəlməsini  əngəlləməkdədir.  Bu  gün  Ġran  adlanan  ölkədə  otuz  beĢ 
milyondan  artıq  Azərbaycan  türkünün  siyasi,  ictimai,  mədəni  və  ən  adi  insani 
hüquqlardan məhrum, ağır, dözülməz həyat tərzi keçirməkdə davam etməsinin bir 
səbəbi məhz toplumun taleyinə olan biganə münasibətdən qaynaqlanmaqdadır. 
Hazırda  problemin  aktuallaĢması  üçün  bir  sıra  mühüm  addımların 
atılmasına  ehtiyac  duyulmaqdadır.  Hər  Ģeydən  əvvəl,  bütün  təbliğatı  vasitələri 
hərəkətə  gətirməklə  Azərbaycanın  Güneyində  xalqın  bütün  geniĢ  təbəqələrinə 
çatdırılması  istiqamətində  sistemli  və  davamlı  maarifləndirmə  iĢləri  aparılmalı, 
burada  siyasi  mübarizənin  güclənməsinə,  informasiya  axınının  sürəkliliyinin 
təmininə  çalıĢılmalıdır.  Çünki  xalqın  geniĢ  təbəqələri  içərisində  maariflənmə  iĢi 
aparılmadan  siyasi  mübarizədə  qazanılan  nəticələrin  sürəkliliyini  təmin  etmək 
mümkün deyildir. 
Bundan əlavə, Azərbaycanın parçalanması və millətin böyük bir parçasının 
Ġran  fars  rejiminin  əsarəti  altında  yaĢamağa  məhkum  olunması  məsələsi  müstəqil 
Azərbaycan  Respublikasında  toplumu  düĢündürən,  ictimai-siyasi  düĢüncəni 
narahat edən problemə çevrilməlidir. Güney  Azərbaycan probleminin parçalanmıĢ 
millətin bütünləĢmə istəyi müstəvisində həllinə cəhd olunması istər milli, istərsə də 
bəĢəri  haqların  təmininə  yönəlik  iĢ  olduğundan  bu  istiqamətdə  fəaliyyətin  səmərə 
verəcəyi Ģübhə doğurmur. 
Güney  Azərbaycan  məsələsinin  bundan  sonra  Türk  dünyasının  ortaq 
probleminə  çevrilməsi  istiqamətində  müəyyən  addımların  atılmasına  ehtiyac 
duyulmaqdadır.  Belə  ki,  Azərbaycanın  Güneyinin  istiqlaliyyəti  problemi  Türk 
dünyasının  probleminə  çevrilmədən  beynəlxalq  dəstəyin  qazanılması  mümkün 
deyildir.  Eyni  zamanda,  bölgədə  türkçülük  hərəkatının  güclənməsi  üçün  bu 
istiqamətdə fəaliyyətin canlandırılması olduqca vacibdir. 
Nəhayət,  Güney  Azərbaycan  problemi  ciddi,  sistemli  təbliğat  sahəsində 
dünyanın  demokratik  dövlətlərinin  və  insan  haqları  uğrunda  mübarizə  aparan 
beynəlxalq təĢkilatların diqqətini cəlb edəcək səviyyəyə qaldırılmalıdır. 
Davamlı  olaraq  Ġran  islam  rejiminin  antimilli,  antiinsani  mahiyyətinin  üzə 
çıxarılması  istiqamətində  səylər  göstərilməsi,  bu  istiqamətdə  müzakirələrin 
aparılmasına  çalıĢılmalıdır.  Ġranın  bütün  dünyadan  təcrid  olunmuĢ  Ģəkildə 
yaĢamağa,  nüvə  silahına  yiyələnməyə  cəhd  etdiyi  indiki  dönəmdə  mübarizənin 
daha münbit və səmərəli Ģərtlərindən bəhrələnilməlidir. 



 
Güney  Azərbaycanın  istiqlaliyyəti  uğrunda  aparılan  mübarizədə  diasporun 
gücündən,  maddi  və  mənəvi  dəstəyindən  maksimum  dərəcədə  yararlanmalıdır. 
Davamlı  və  sistemli  Ģəkildə  düzənlənən  beynəlxalq  simpozium,  konfrans,  forum, 
seminar və baĢqa formalı tədbirlər vasitəsilə milli istiqlal probleminin daim siyasi 
gündəmdə saxlanılmasına çalıĢılmalıdır. 
Güney  Azərbaycan  probleminin  çağdaĢ  siyasi,  ictimai  və  kulturoloji 
müstəvidə  çözülməyə  çalıĢıldığı  bu  araĢdırmalar  toplusu  xalqın  millətləĢmə, 
dövlətləĢmə  və  bütünləĢmə  əzmini  bir  sıra  aspektləri  ilə  ortaya  qoymaqdadır. 
Kitaba  daxil  edilən  məqalələr  əsas  etibarilə  son  illərin  araĢdırmaları  kimi  diqqəti 
çəkməkdədir.  Ayrı-ayrı  məqalələrdə  Ġranda  milli  məsələnin  qoyuluĢu,  ölkədə 
mövcud olan etnik problemlər, milli azadlıq hərəkatında ana dili faktoru, fars-islam 
rejiminin  Güney  Azərbaycanın  tarixi  ərazilərində  apardığı  kürdləĢdirmə  siyasəti, 
məhbəslərdə  icra  edilən  iĢgəncə  və  cəza  üsulları,  Güney  Azərbaycan  mühacir 
dövlətinin  yaradılması  zərurəti  və  baĢqa  məsələlərə  toxunulmuĢdur.  Məqalələrin 
bir  qismi  Güney  Azərbaycanı  tarixi  kontekstdə,  digər  qismi  isə  ədəbi-kulturoloji 
müstəvidə təqdim etməkdədir. 
Ġnanırıq  ki,  kitab  geniĢ  oxucu  auditoriyasının  diqqət  və  marağını  çəkəcək, 
bu istiqamətdə daha çevik fəaliyyətlər təkan verəcəkdir. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə