Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə14/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

33 
 
tələbləri  məsələsində  xoĢgörü  və  anlayıĢdan  uzaq  bir  tövr  sərgiləməkdə,  bu  cür 
tələbləri  “bölücülük,  ayrılıqçılıq”  suçlamalarıyla  qaralamaqdadır.  Gerçəkdə  isə 
Ġrandakı  bütün  etnik  qruplar  incələndiyində,  bu  gün  ayrılıqçı  hərəkatların 
bulunmadığı  və  tələblərin dil  və  mədəni  haqlarla  məhdud olub, bəkləntilərin Ġran 
üçün  ən  uyğun  idarə  biçimi  olaraq  görülən  federalizm  cizgisini  keçmədiyi 
anlaĢılmaqdadır. 
Etnosiyasi  bağlamda  ən  çox  azərbaycanlılar,  kürdlər  və  ərəblərin  
siyasiləĢmiĢ və səfərbər olmuĢ etnik qruplar olaraq önə çıxması bir faktdır. Çünki 
bu  etnik  qruplarda  tarixən  etnosiyasi  hərəkatlar  üçün  vacib  olan  siyasi  təĢkilat  və 
siyasi  aktyorların  var  olduğunu  görürük.  Bu  etnik  qruplar  arasında  ölkənin  ən 
böyük  etnik  qrupunu  Türk  soylu,  Ģiə  məzhəbindən  olan  azərbaycanlıların  təĢkil 
etdiyini,  sünni  məzhəbinə  mənsub  kürdlərin  ölkədə  mərkəzi  hökumətə  qarĢı 
mübarizədə etnik millətçilik acısından aktiv durumda olduqları, ərəblərin isə sayca 
kiçik  azınlıq  olduğuna  baxmayaraq,  özəlliklə  son  illərdə  ərəb  kökənli  aydınların 
fars  millətçiliyini  və  mərkəzi  hökumətin  etnik  siyasətini  hədəf  alan  sərt  tənqidi 
yazıları    ilə  diqqət  çəkdikləri  bir  faktdır.  Özəlliklə,  son  dövrdə  bəluçların 
aktivləĢdiyini  görməklə  yanaĢı,  bu  bölgədə  coğrafi  və  iqtisadi  Ģərtlər  səbəbiylə 
sadəcə terror aktlarının mobilizasiyası üçün yetərli olmadığı bəllidir. 
Ġranda  etnosiyasi  mobilizasiyanı  bəsləyən  etkənlərin  ilk  sırasında:  1)  etnik 
qrupların  bəlli  bölgələrdə  (özəlliklə  hüdud  bölgələrində)  cəmləĢmiĢ  olaraq 
yaĢaması; 2) bu qrupların yerləĢim bölgəsinin bitiĢiyində, hüdudun o biri tərəfində 
eyni  etnik  qrupdan  olan  əqrəbalarıyla  qonĢu  olması;  3)  bəzi  etnik  qrupların 
hüdudun  o  biri  tərəfindəki  əqrəbalarının  müstəqil  dövlətə  sahib  olması  (məsələn, 
azərbaycanlılar  və  türkmənlər);  4)  bir  çox  etnik  qrupun  (özəlliklə  azərbaycanlılar 
və kürdlər) keçən yüzildə etnosiyasi hərəkatlar baxımından tarixi təcrübə qazanmıĢ 
olması;  5)  etnik  hərəkətliliyin  basdırılıb  bəlli  aralıqlarla  yenidən  vüsət  alması 
Ģəklindəki sürəklilik göstərməsi; 6) son səksən ildə basqın etnik qrupun qullandığı 
çox mədəniyyətliliyi rədd edən, fars millətçiliyi təməlli Ģovinist bir söyləmin Ġran 
siyasi mədəniyyətinə damğasını vurması və b. gəlməkdədir. 
Ġranda  çevrə  üzərində  son  illərdə  dıĢ  faktorların  etkisinin  xeyli  artdığı 
görülməkdədir. Bu durum etnosiyasi mobilizasiya acısından aktiv olan bütün etnik 
qruplar  üçün  keçərlidir.  Ġrandakı  azərbaycanlılar  arasında  Quzeydən  gələn  yeni 
ideoloji  axımların  etkisi;  Türkiyə  və  Ġraqdakı  gəliĢmələrin  Ġrandakı  kürdlərin 
mobilizə  olmasındakı  qatqıları,  bəluçların  Pakistandakı  soydaĢlarının  ideoloji  və 
maddi  dəstəyi  ilə  son  illərdə  xeyli  aktivləĢməsi  və  Xuzistandakı  ərəblər  arasında 
Bəsrə  körfəzindəki  Ərəb  ölkələrinin,  bölgədəki  millətçi  təĢkilatları  maliyyə 
baxımından  dəstəkləmələrinin  etkisi  diqqət  mərkəzində  tutulması  gərəkən 
mövzulardır. 


34 
 
Etnik qrupların bu günün Ġranında  mərkəzə baxıĢı və rejimdən bəkləntiləri 
mövzusunu  anlamamız  üçün  son  illərdə  ən  çox  mobilizə  və  politizə  olmuĢ  etnik 
qrupların  incələnməsi  gərəkir.  Bu  məqsədlə  daha  öncə  də  bəlirtildiyi  kimi, 
azərbaycanlılar, kürdlər və ərəbləri tək-tək ələ almamız gərəkməkdədir. 
 
Azərbaycanlıların etnosiyasi mobilizasiya 
bağlamında analizi 
 
Türkiyədən  sonra  dünyada  ən  böyük  Türk  topluluğunun  yaĢadığı  ölkə 
Ġrandır. Ġrandakı Türk əhali Azərbaycanda sıx olmaqla birlikdə Ġranın digər yörə və 
Ģəhərlərində  də  tez-tez  rast  gəlinir.  Türk  əhali  daha  çox  Azərbaycan,  Gilan, 
Türkmən yaylası, Kirman, ġiraz, Ġsfahan, Həmədan, Xəmsənin və Savənin güneyi 
ilə Tehranda yaĢamaqdadır (6, s.379). 
Leon  T.Hadar  Andrey  Alstadt:  “Ġranda  20  milyondan  çox  azəri  yaĢadığını 
bildirmiĢdir” (7) A.Whitley isə “Ġranda ən az % 40 Türk ünsüründən bəhs edir (8). 
Azərbaycanlıların  böyük  çoxluğunun  yaĢadığı  Güney  Azərbaycan  107.000 
kv.-lik bir sahəni qapsayan Təbriz, Ərdəbil, Xoy, Urmiya, Səlmas, Maku, Marağa, 
Astara,  Culfa,  Mərənd,  Xalxal,  Soyuqbulaq  kimi  Ģəhər  və  qəsəbələri  əhatə  edir. 
1978-ci  ildən  sonra  Güney  Azərbaycanda  Türkcə  bəzi  yayın  fəaliyyətləri 
baĢlamıĢdır. Ancaq təhsil əvvəlki kimi farscadır (6, s.379). 
BirləĢmiĢ  Millətlər  TəĢkilatı  Etnik  azınlıqlar  –  1997  Raportu,  Ġranda  ən 
böyük  etnik  qrupu  təĢkil  edən  azərbaycanlıların  əhalinin  23.500.000  (1997-ci  il 
üçün)  olduğunu,  yaxud  toplam  əhalinin  %37.3-nü  təĢkil  etdiyini,  habelə  290.000 
ƏfĢar, 5.000 Aynalı, 7.500 Baharlı, 1.000 Mogaddem, 1.000 Bıçaqçı, 3.000 Qacar, 
2.000  Qaragözlü,  130.000  ġahsevən  (1993)  oymağına  mənsub  əhali  də  əlavə 
edilincə,  toplam  əhalinin  24.364.000  olduğunu,  bölgəni  Altay  dil  qrupuna  aid 
Güney  Azərbaycan  Türk  bölgəsi  olaraq  tanımlamıĢdır  (9).  BirləĢmiĢ  Millətlər 
Etnik azınlıqlar – 2002 Raportunda isə Ġran içindəki azərbaycanlıların toplum sayı 
30 milyon olaraq göstərilmiĢdir (21). 
Əli  Əl-Tai,  azərbaycanlılar  arasında  3  çeĢid  kimlik  Ģəklindən  bəhs 
etməkdədir: 1) özünü  fars dilli aryan  irqindən  görərək, Türklüklə  heç bir ilgisinin 
olmadığını  irəli  sürən  Türklər;  2)  özünü  Türk  kimliyi  ilə  tanımlayaraq,  Türk 
dünyası birliyinə inanan pantürkistlər; 3) özünün fərqli bir millət olduğuna inanan 
və  Ġran  içində  muxtariyyət  tələbində  bulunanlar  (5,  s.113).  Əl-Tainin  bu  üçlü 
təsnifinə,  özünü  Ġran  içində  ən  böyük  etnik  qrup  və  tarixən  Ġranı  yönəltmiĢ  bir 
millət  olaraq  görən,  habelə  tarixi  ədalətin  yerinə  gətirilərək  Türklərin  yenidən 
Ġranda hakim mövqeyə gətirilməsini istəyən bir kəsimi də diqqətə alsa, 4-cü çeĢid 
hüviyətdən də bəhs edə bilərik.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə