Güney azərbaycan


SİYASƏT  Seyidağa ONULLAHĠ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə2/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   2   3   4   5   6   7   8   9   ...   58


 
SİYASƏT 
Seyidağa ONULLAHĠ 
tarix elmləri doktoru, professor 
 
ĠRANDA MĠLLĠ MƏSƏLƏNĠN QOYULUġU 
 
Ġran  çoxmillətli  ölkədir.  Bu  ərazidə  yaĢayan  millətlər  və  milli  əğəliyyətlər 
dil  əlamətlərinə  görə  iki  yerə  -  Ġran  və  türkdilli  millətlərə  bölünürlər.  Ġrandilli 
xalqlar  –  fars,  kürd,  lor,  gilək,  bəluc,  talıĢlardan  ibarət  olduğu  halda,  Türkdilli 
xalqlar  isə  Azərbaycan  türkləri,  qaĢqaylar,  türkmənlər,  əfĢarlar,  Ģahsevənlər  və  s. 
xalq və etnik tayfalardan ibarətdir. 
Saylarının  az-çoxluğundan  asılı  olmayaraq  irandilli  xalqlar  ilə  Ġran  və 
Güney  Azərbaycanda  türklər  sakindirlər.  Türkdilli  xalqların    əsas  hissəsi  Güney 
Azərbaycanın  vilayətləri  ilə  yanaĢı,  Xorasan,  Ġsfahan  əyalətində,  Həmədanda, 
Qəzvində,  Savədə,  Ərakda,  Soltanabadda,  Tehranda,  Gilanda  və  Mazandaranda 
məskunlaĢmaqdadır.  O  cümlədən  qaĢqaylar  fars  əyalətində,  həmin  əyalətin 
Qarabağ  rayonunda  məskən  salmıĢlar.  Onlar  öz  dil  və  adət-ənənələrini  qoruyub 
saxlamıĢlar.  Məsələn,  I  ġah  Ġsmayıl  dövründən  Fars  əyalətinə  köçürülmüĢ 
qaĢqaylar indi də köçürüldükləri ərazidə farslarla birgə yaĢamaqdadırlar. Lakin öz 
dil və  milli ənənələrini qoruyub saxlamıĢlar. Hətta  milliyyətcə fars olan oğlanlara 
qız  ərə  verməkdən  imtina  edirlər.  Luis  Favustun  yazdığı  kimi,  Azərbaycan 
əhalisinin əksəriyyəti Ġranın digər Ģəhərlərinə köçmüĢlər. Buna görə də Ġranın əksər 
mahalında  azərbaycanlılar  sakindirlər.  Lakin  azərbaycanlılar  öz  dil  və 
mədəniyyətlərinə  olan  bağlılıqlarını  itirməmiĢlər.  Hətta  onlar  Ġranın  digər 
bölgələrində  yaĢadıqları üçün özlərini Azərbaycanda olduqlarından daha dərk edə 
biliblər. 
XIX  əsr  ingilis  ĢərqĢünası  Eduard  Braun  yazmıĢdır  ki,  Ġranın  Cənubu  və 
ġimalı arasında sakin olmuĢ irqlər arsında o qədər də əlaqə və  məhəbbət yoxdur. 
Bu  onu  göstərir  ki,  Güney  Azərbaycanda  sakin  azərbaycanlılar  arasında  fars 
Ģovinizminin  ayrı-seçkilik  salmalarını  gündəlik  həyatlarında  hiss  edirlərsə,  Ġranın 
digər  Ģəhərlərində  yaĢayan  azərbaycanlılar  bilavasitə  bu  ayrı-seçkiliyi  gündəlik 
həyatlarında,  uĢaq  bağçasından  tutmuĢ,  ibtidai,  orta,  ali  məktəblərdə,  idarələrdə 
Ģahidi olurlar.  
Ərəb  istilasından  sonra  XI  əsrdən  1925-ci  ilə  qədər  Ġranda  hakimiyyətdə 
türkdillilər  olmuĢlar.  Min  il  ərzində  həmin  türkdilli  hakimlər  farsdilli  və 
irandillilərin  mədəniyyətinin  inkiĢafında  mühüm  rol  oynamıĢlar.  Sultan  Mahmud 
Qəznəvinin  sifariĢi  ilə  Firdovsi  “ġahnamə”  əsərini  yazmıĢdır.  Digər  tərəfdən, 
türkdilli  əhali  islam  dinini  qəbul  etdikdən  sonra  belə  ərəb  və  fars  dillərinin  təsiri 
altına  düĢməyib,  öz  dil,  adət-ənənələrini  unutmadılar.    Lakin  XX  əsrin  otuzuncu 



 
illərindən baĢlayaraq “vahid Ġran”, “vahid millət”, “vahid dil”, “Ġran milləti”, “Ġran 
müsəlman  milləti”,  baĢqa  sözlə,  paniranizm,  panislamizm,  Ġranın  rəsmi  dövlət 
siyasətinə  çevrildi.  Bu  siyasəti  fars  Ģovinizmi  ilə  yanaĢı,  farslaĢmıĢ,  sapı 
özümüzdən  olan  baltalar  –  Seyid  Həsən  Təqizadələr,  Seyid  Əhməd  Kəsrəvilər, 
Rzazadə ġəfəqlər, Məmmədcavad MəĢkurlar, Əbdüləli Karənglər, Mahmud və Ġrəc 
ƏfĢarlar,  Mənüçöhr  Mortəzəvilər  və  sairləri  davam  etdirdilər.  Paniranistlər  Ġranı 
fars  məmləkəti,  Ġranda  yaĢayan  xalqları  “Ġran  milləti”,  “Ġran  ümməti”  kimi,  fars 
dilini isə Ġranın  vahid dili etmiĢ  və edirlər, baĢqa dilləri, hətta  Azərbaycan dili ilə 
yanaĢı  kürd,  talıĢ,  bəluc,  gilan,  mazandaran,  ərəb  və  s.  dilləri  yasaq  etmiĢlər. 
Məktəb,  mədrəsə  və  idarələrdə  fars  dilində  danıĢmayanlar  cəzalandırılırdı.  Bu 
siyasət  54  il  Ģahlıq  dövründə,  hətta  1979-cu  il  fevral  inqilabının  qələbə 
çalmasından  keçən  24  il  ərzində  panislamizm  formasında  davam  etdirilir. 
Panislamist pərdəsi altında  millət və  milliyyət inkar edilir, bütün  millətlərin islam 
dini altında eyni hüquqa malik “islam ümməti” adlandırılır. Din qədər dil də zəruri 
amildir. 
M.Ə.Rəsulzadə  1952-ci  ildə  Ġstanbulda  nəĢr  etdirdiyi  “Azərbaycan” 
jurnalında yazırdı: “Millət anlayıĢını ifadə edən iki söz vardır: milliyyət və millət. 
Bunlardan  birincisi,  yəni  milliyyət  dili,  dini,  irqi,  etnik,  tarixi-coğrafi,  iqtisadi  və 
siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edir. Millət isə bu 
topluluqda ümumi bir ifadəni anladır”. M.Ə.Rəsulzadə sözünə davam edərək yazır: 
“Milliyyət  etnik  anlayıĢdır,  millət  siyasi  anlamdır,  daha  doğrusu,  milliyyət 
rüĢeymdir,  millət  cocuqdur,  milliyyət  ağacdır,  millət  onun  meyvəsidir.  Milliyyət 
anadır, millət yavrudur” (“Azerbaycan”, 1952, sayı 5). 
M.Ə.Rəsulzadə  millət  anlamını  dil  birliyi,  adət  birliyi,  “ənəneyi-tarixiyyə” 
və  nəhayət  “etiqadi-diniyyə”  birliklərinin  məcmusundan  mütəĢəkkil  bir  məhsul 
hesab edirdi. Deməli, bir xalqın, millətin əlamətlərindən biri də dindir.  Din və dil 
məsələsində  M.Ə.Rəsulzadənin  fikirləri  müsəlman  dünyasının  mümtaz  siması, 
1838-ci  ildə  Həmədanın  Əsədabad  kəndində  anadan  olmuĢ  Seyid  Cəmaləddin 
Əsədabadinin  fikirləri  ilə  üst-üstə  düĢür.  M.Ə.Rəsulzadə  milli  birlik  üçün  dinin 
roluna  yüksək  qiymət  verir.  Lakin  Seyid  Cəmaləddin  Əsədabadi  kimi  üstünlüyü 
dildə görürdü: “Din, dil qədər mətin və möhkəm ola bilməz. Çünki dil davamlıdır, 
baĢdır,  tərəqqi  və  təkümül  edərsə  də,  əsaslı  bir  dəyiĢikliyə  uğramaz.  Halbuki, 
tarixdə  dinini  dəyiĢmiĢ  bir  çox  millətlər  mövcuddur.  Əxlaq  və  adət  üzərindəki 
fövqəladə  təsiri baxımından dinin də  millətdə  böyük iĢtirakı vardır. Dillə  bərabər 
dini  də  bir  olan  millətlərin  mərifəti-qövmiyyələri  daha  tez  hasil  olub,  aralarında 
milli vicdan daha əvvəl inkiĢaf edibdir”. Seyid Cəmaləddin Əsədabadi dili millətin 
əsas  və  yeganə  varlıq  niĢanəsi  adlandırır  və  milli  iftixarı  hesab  edirdi.  O,  doğma 
xalq  dilinin  vacib  və  zəruriliyindən  bəhs  edərək  yazırdı:  “Bir  millətin  ana  dilində 
olmayan  maarif  o  millət  arasında  necə  yayıla  bilər?  Elm  və  maarif  o  zaman 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə