7
millətin Ģərəfinə səbəb olur ki, ondan istifadə edə bilsin”. Sonra Seyid Cəmaləddin
sözünə davam edərək demiĢdir: “Elm və maarif hər bir millətin öz dilində tədris
olunarsa, həm onun mənimsənilməsi asan olar, həm də o beyinlərə tez həkk olunar
və gec silinər”. Deməli, Seyid Cəmaləddin milli birlik üçün dinin roluna yüksək
qiymət verdiyi halda, üstünlüyü dildə görürdü. Deməli, türk oğlu türk olan Seyid
Cəmaləddin millətin əlaməti olaraq din və dili əsas götürüb dilə üstünlük verdiyi
halda, hazırda Ġran Ġslam Cümhuriyyəti dövlət və din baĢçıları islam dinindən sui-
istifadə edərək Ġranda sakin müxtəlif etnik, irq və dillərə mənsub xalqları, millətləri
“Ġran milləti”, “müsəlman ümməti” adlandırmaqla millətin formalaĢmasında nə
qədər gülünc görünsə də dinə üstünlük verirlər.
Bir məsələni də unutmaq olmaz ki, təklikdə olan milli əlamət ola bilməz.
Məsələn, müsəlman farsdilli və ya irandilli ilə türkdilli türk bir millət ola bilməz.
Necə ki xristian erməni ilə xristian rus bir millət deyildir. Hələ 1887-ci ildə
“KəĢkül” qəzeti “Azərbaycan” imzası ilə dərc etdiyi bir yazıda əcnəbinin bir
azərbaycanlı türkü ilə söhbətini dərc etmiĢdir. Hansı millətə mənsub olduğunu
bilməyən və “müsəlmanam” deyən azərbaycanlının islam dininə mənsub olduğunu
bildirən əcnəbi ona milliyyətini baĢa salıb deyir: “Sizə tatar deyən qələt edir.
Tatarlar Krımda, Qazanda olan müsəlmanlardır. Sizin millət azərbaycanlıdır.
Arazın o tayındakı məmləkətin tayfası da sizinlə birgə Azərbaycan millətidir”.
Deməli, dini baxımdan, azərbaycanlı müsəlmandır, müsəlman ümmətidir,
milliyyətcə azərbaycanlı, daha doğrusu Azərbaycan türküdür. Ġndi Güney
Azərbaycanlılar da daxil olmaqla farsları, kürdləri, talıĢları, giləkləri, lorları,
mazandaranlıları, ərəbləri bir qəlibə salıb “iranlı”, “Ġran milləti” adlandırmaq
kökündən yanlıĢ, elmi cəhətdən düzgün deyildir.
Hakim fars Ģovinizmi və üzdəniraq bəzi azərbaycanlı tarixçilər iddia edirlər
ki, Ġranın çoxmillətli ölkə olması ideyası Ġranda kommunist partiyası, sonralar isə
onun varisi Ġran Xalq Partiyası tərəfindən irəli sürülmüĢdür. Halbuki, Ġranda milli
məsələnin həll edilməsi uğrunda mübarizənin yüz ilə yaxın tarixi vardır. O vaxt
Ġranda nə kommunist partiyası, nə də Ġran Xalq partiyası mövcud idi.
Azərbaycan türkləri Ġrana hökmranlıq etdiyi vaxt, xüsusilə Nəsrəddin Ģah
dövründə (1848-1896) Azərbaycan dilinə qarĢı bu biganəlik milliyyətcə fars olan
Rza Ģah 1925-ci ildə hakimiyyətə keçəndən sonra da davam etdirildi. Təsadüfi
deyildir ki, XIX əsr ingilis tarixçisi Eduard Boraun yazmıĢdı ki, Ġranın Cənubu ilə
ġimalı arasında sakin olmuĢ irqlər arasında o qədər də əlaqə və məhəbbət yoxdur.
Bu da Ġran dövlətinin iki müsəlman qardaĢ olan fars-türk arasında ayrı-seçkilik
siyasəti yürütməsinin nəticəsidir.
Qeyd etmək lazımdır ki, hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində
Ġranda mətbuat səhifələrində “Millət”, “Vətən” ifadələri üzərində xüsusi
dayandıqlarını faktlarla görürük. Həmin mətbuat dövlətin vəzifələri ünvanı altında
8
millətin hüquq və vəzifələrinin necə müəyyənləĢdirilməsindən söhbət açaraq
müəyyən fikirlər irəli sürmüĢdülər. Hələ MəĢrutə inqilabı dövründə “millətiyan”,
“milliyyun” istilahları, məĢrutəçilik “inqilabçılıq” mənasında yayılmıĢdır.
MəĢrutə inqilabı nəticəsində qəbul və təsdiq olunan Ġranın Əsas Qanununda
millət istilahı anlayıĢına görə bir ölkənin sakini, bir dövlətin təbəəsi olmaq millət
əlamətlərindən sayılmaqla bərabər, əsas və baĢlıca əlamət vahid dinə tabe olmaq
hesab edilir, baĢqa sözlə desək, bir ölkənin sakinləri və bir dövlətin təbəələri
müxtəlif dini əqidələrə malik olduqda onlar vahid millət deyil, müxtəlif millətlər
sayılırlar.
Azərbaycanlıların özlərini bir millət kimi dərk etməsi ġeyx Məhəmməd
Xiyabani hərəkatı dövründə daha kəskin xarakter aldı. 1920-ci ilin may ayının 27-
də ġeyx Məhəmməd Xiyabani demiĢdir: “Azərbaycan azərilərə aiddir... Millət
həqiqi xidmətçilərini tanıyır. Azərbaycan sözdə vətənpərvərlərin yalanlarına
inanmayacaqdır. Millətimizin özü bu vicdansızların toruna düĢməyəcəkdir... türkü
türkə qaldırmaq istəyirdilər... millətimiz ayıq olmalıdır, yaĢamağın nə olduğunu
bilməlidir. Ġrəliləmək istəməyənlərin ölmələri gərəkdir. Biz azərbaycanlılar öz
dəyərimizi bilməliyik, özümüzə güvənməliyik. Bir millətin Ģərəfli olması üçün ilk
Ģərt müstəqillikdir. Bir millətin müstəqilliyi, azadlığı o millətin cəsarət və
qəhrəmanlıq duyğularını qorumaqdır. Hər millət özünə uyğun olan hökumətin
qurulmasına icazə verir”. ġeyx Məhəmməd Xiyabani qurduğu hökuməti milli
namus kimi qiymətləndirərək demiĢdir: “ġərəf, iftixar, Ģanlı bir keçmiĢ tarixə və
yüksək bir dinə sahib olan bir millət öz ölkəsində səfalət və rəzalət içində yaĢaya
bilməz”.
ġeyx Məhəmməd Xiyabani millətin ayağa qalxıb öz hakimiyyətini ələ
alması zəruriliyindən bəhs edərkən demiĢdir: “Bu günə qədər Azərbaycan
millətinin vaxtı hər dəfə yeni Ģahlıq yaratmaqda keçmiĢdir. Bu millət məhkumiyyət
çarpayısından qalxıb özü hakimiyyət taxtına çıxmalıdır. Dövlətləri və səltənətləri
millətlər yaradır, artıq Ģahlıq dövrü qurtardı. Azərbaycanda hakimiyyət tamamən
millətin olmalıdır”.
Seyid Cəfər PiĢəvəri isə “Azərbaycan” qəzetinin 11 sentyabr 1945-ci il
tarixli sayında yazmıĢdır: “Hər xalqın müqəddəratı öz tərəfindən təyin edilməlidir.
Milliyyət azadlığı və hər bir xalqın öz müqəddəratını təyin etməsində azad və
muxtar olmasının əsas prinsipləri dil azadlığı, milli mədəniyyət azadlığı və sair
iqtisadi, siyasi və ictimai azadlıqlardan ibarətdir. Azərbaycan milləti (əslində
Azərbaycan türkü – S.O.) dünyanın ən qədim və mədəni xalqlarından biridir”.
Maraqlıdır ki, Ġran Xalq partiyasının məramnaməsində heç vaxt
“Azərbaycan milləti” ifadəsi öz əksini tapmamıĢdır. Halbuki, hələ Səttar xanın
yanına mütləqiyyət tərəfdarlarından bir neçə nəfəri gələndə Səttar xan onlara
demiĢdir: “Burada qaldırılmıĢ bayraq azadlıq bayrağıdır. Dünyanın 72 milləti
Dostları ilə paylaş: |