Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə5/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   2   3   4   5   6   7   8   9   ...   58

11 
 
peyğəımbər  təyin  edib  və  müqəddəs  kitab  göndərmiĢdir.  Həzrəti  Məhəmməd  də 
ərəbdilli  tayfalara  peyğəmbər  təyin  edilib.  Quran  ərəb  dilində,  ərəblərin  öz  ana 
dillərində nazil olmuĢdur. 
Yuxarıda  qeyd  etdiyimiz  Qurani-Kərimin  ayələrindən  məlum  olur  ki,  Ġran 
Ġslam inqilabının rəhbəri Ayətulla Xamneyini Allah-təala  türkdilli, Ġran prezidenti 
Ayətulla Xatəmini farsdilli yaradıbdır. Məhz Ayətulla Xamneyi türk dilli yarandığı 
üçün 35 milyonluq  Azərbaycan türklərinin öz dillərində danıĢıb təhsil almalarına, 
radio  və  televiziyada  həmin  dildə  veriliĢlərin  saatının  artırılmasına,  uĢaq 
ədəbiyyatının  həmin  dildə  nəĢr  olunmasına,  nəhayət  Ġran  Ġslam  Cümhuriyyətinin 
Əsas  Qanununun  XI,  XIX  maddələrinin  icra  edilməsinə  icazə  verməlidir.  Ġranın 
Əsas  Qanununun  XV  maddəsində  deyilir:  “Ġran  xalqının  rəmzi  müĢtərək  dili  və 
xətti  farsdır.  Sənədlər,  məktublaĢmalar,  rəsmi  mətnlər  və  dərs  kitabları  bu  dil  və 
xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaĢı iĢlədilməsi, mətbuat, 
kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır”. 
Yaxud Əsas Qanunun XIX maddəsində deyilir: “Ġran xalqı hansı etnik qrup (qövm) 
və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və 
bu kimi amillər kimsəyə üstünlük (imtiyaz) vermir”. 
Deməli,  həm  müqəddəs  kitabımız  olan  Qurani-Kərim  və  Ġran  Ġslam 
Cümhuriyyətinin  Əsas  Qanununa  əsasən  35  milyonluq  Azərbaycan  türkü  və 
müsəlmanın öz dillərində danıĢmaq, yazıb-oxumaq hüququ vardır. 
Əcəba,  görəsən  Ġslam  inqilabını  digər  müsəlman  ölkələrinə  ixrac  etmək 
istəyən Ġranın dövlət və din xadimləri nə üçün onların və özlərinin qəbul etdikləri 
Əsas Qanunun əleyhinə gedirlər? Sözdə deyib əməl etməyənlər barədə Quranın 61-
ci  surəsindəki  II  ayəni  onların  nəzərinə  çatdırırıq:  “Ey  o  kəslər  ki,  (dildə)  iman 
gətirmiĢsiniz,  nə  üçün  dildə  bir  Ģey  deyirsiniz,  əməldə  onun  əksinə  hərəkət 
edirsiniz.  Qorxun!  Sözü  deyib,  əməldə  onun  əksinə  hərəkət  etsəniz,  Allahın  çox 
ağır qəzəbi tutar”. 
 


12 
 
Dr. YaĢar KALAFAT 
Arif KƏSKĠN 
 
ĠRANLILIQ  PARADĠQMASININ ÇÖKÜġ 
PROSESĠ VƏ GÜNEY AZƏRBAYCAN MĠLLĠ 
HƏRƏKATININ YÜKSƏLĠġĠ 
 
GiriĢ 
 
Ġran,  Türkiyədən  sonra  türklərin  sayca  ən  çox  məskun  olduğu  ölkədir. 
Təxminən  70  milyon  əhaliyə  sahib  olan  Ġranın  35  milyon  türk  toplumunu  əhatə 
etdiyi  təxmin  olunmaqdadır.  Ġran  türklərini  –  Azərbaycan  türkləri,  türkmənlər, 
xalaçlar,  qaĢqaylar  və  qazaxlar  təĢkil  etməkdədir.  Ġran  türkləri  içərisində 
Azərbaycan  türkləri  30  milyonla  ən  geniĢ  türk  topluluğudur.  Ġran  sərhədləri 
içərisində  olan  Azərbaycan  siyasi  ədəbiyyatda  Güney  Azərbaycan  olaraq 
adlandırılmaqdadır.  Güney  Azərbaycan  ərazisi  Quzey  Azərbaycan  Cümhuriyyəti 
və  Türkiyə  sərhəddindən  baĢlayaraq  250.000  km.-lik  bir  yüzölçümü  ilə  Ġranın 
mərkəzinə  qədər  uzanmaqdadır.  Ġrandakı  azərbaycanlılar  (Güney  Azərbaycan) 
sahib olduqları siyasi, (hakimiyyətin sürəkli türklərin əlində olması) sosial-mədəni, 
iqtisadi,  əhali  geopolitik  məsələ  etibarı  ilə  Ġrandakı  dəyiĢimlərdə  ciddi  rol 
oynamıĢlar. ÇağdaĢ tarixdə Güney Azərbaycan Ġran modernləĢməsinin təməl daĢını 
təĢkil  etmiĢdir.  Güney  Azərbaycan  Osmanlıdan  aldığı  anayasa,  məĢrutə  və  məclis 
qavramlarının  Ġrana  daĢıyıcısı  olmuĢdur.  Bundan  əlavə,  Qafqaz  ilə  həmsərhəd 
olduğu  üçün  Rusiyada  cərəyan  edən  sol  və  sosial-demokrat  təmayülün  Ġran 
içərisinə  girməsinə  səbəb  olmuĢdur.  Bu  səbəbdən  Ġranda  ilk  nəĢriyyat,  qəzet, 
modern məktəb, modern ordu və yeni siyasi-sosial təĢkilatlar Güney Azərbaycanda 
ortaya çımıĢdır. 
Güney  Azərbaycan  məfhumu  yaxın  zaman  içərisində  tarixi-siyasi  bir 
məfhum  olaraq  Türkiyədə  istifadə  edilməyə  baĢlanmıĢdır.  Bu  ifadənin  Türkiyədə 
siyasi  ədəbiyyata  girməsi  ilə  birlikdə  Ġrana  yönəlik  baxıĢ  məsələsi  də  dəyiĢməyə 
baĢlamıĢdır.  “Güney  Azərbaycan”  məfhumu  Türkiyədə  fars  mərkəzli  Ġran 
platformasını  yıxmıĢ  və  Ġranın  sadəcə  farslardan  ibarət  olmadığı    düĢüncəsini 
doğurmuĢdur. Bəhs olunan durum Ġranın etnik, siyasi  və  mədəni  həyatı  haqqında 
yeni yozumların aparılmasını zəruri etmiĢdir.  
Ġran-ABġ  arasında  yaranan  gərginlik  Güney  Azərbaycan  problemini 
yenidən gündəmə gətirmiĢdir. Bəzi icmalçılar məqsədli Ģəkildə  Güney Azərbaycan 
məsələsini ABġ tərəfindən ortaya atılan bir problem olaraq göstərməyə çalıĢmıĢdır. 
Güney  Azərbaycanda  cərəyan  edən  siyasi  və  ictimai  hərəkatı  ABġ-a  bağlamaq 


13 
 
gerçəkləri  ört-basdır  etməkdən  baĢqa  bir  Ģey  deyildir.    Bu  səbəbdən  yazımızın 
məqsədi  Ġranın  daxili  ölçüləri  baxımından  Güney  Azərbaycan  milli  hərəkatının 
yüksəliĢini təhlil etməyə çalıĢmaqdır. Yazımızda ilk öncə Güney Azərbaycan milli 
hərəkatının qısa tarixini anlatdıqdan sonra fars mərkəzli iranlılıq paradiqması, fars 
mərkəzli  paradiqmanın  çöküĢ  səbəbləri  və  Güney  Azərbaycan  milli  hərəkatının 
yüksəliĢi təhlil ediləcəkdir. 
 
Güney Azərbaycan milli hərəkatının qısa tarixi 
 
Ġranda  yaĢayan  Azərbaycan  türkləri  XX  yüzilin  əvvəllərindən  etibarən  öz 
türk  milli  kimliklərini  qorumaq  yolunda  çeĢidli  tarixi  olayların  gerçəkləĢməsinə 
səbəb olmuĢdur. Bu tarixi olayların ilki Ġrandakı MəĢrutə hərəkatıdır. 1905-ci ildən 
etibarən Tehranda baĢlayan  MəĢrutə hərəkatı 5 avqust 1906-cı ildə Müzəffərəddin 
Ģahın  MəĢrutə  fərmanını  imzalamasıyla  nəticələnmiĢdir.  Bu  zamana  qədər 
hadisələrə  qarıĢmayan  Azərbaycanda  Tehranda  Milli  Məclisin  açıldığı    7  noyabr 
1906-cı il tarixiylə eyni gündə “Azərbaycan Milli Məclisi” açılmıĢdır. Milli Məclis 
adından  əndiĢəyə  qapılan  Tehran  tərəfindən  edilən  təzyiq  nəticəsində  bu  ad 
“Azərbaycan  Əyaləti  Əncüməni”  Ģəklində  dəyiĢsə  də,  xalq  içində  “Qudsal 
Əncümən”  olaraq  iĢlədilməyə  davam  etmiĢdir.  Əncümən  bu  tarixdən  etibarən 
Azərbaycanı  idarə  etmiĢ  və  despotizmə  qarĢı  açılan  savaĢda  Azərbaycan  xalqına 
öndərlik  etmiĢdir.  23  iyun  1908-ci  ildə  Məhəmmədəli  Ģahın  hərbi  birlikləri 
Tehranda  “Milli  Məclisi”  bombardman  edərək  MəĢrutəyə  ağır  zərbə  vurmuĢdur. 
Bütün  Ġranda  iqtidarı  əlinə  keçirən  mərkəzi  hökumət,  Azərbaycana  ordu 
göndərmiĢ,  ancaq  Səttar  xan  və  Bağır  xan  öndərliyində  ayaqlanan  xalq  ordunu 
Təbrizdən  çıxarmağa  nail  olmuĢdur.  Bunun  ardınca  Təbriz  11  ay  boyunca 
müqavimət göstərmiĢ, çoxlu sayda Təbrizli aclıq və xəstəlik nəticəsində ölmüĢdür. 
Ancaq  bütün  bunlara  rəğmən,  Ģəhər  təslim  olmamıĢdır.  Bu  dövrdə  Təbrizdə 
“Azərbaycan MəĢrutə Cümhuriyyəti” fikri də önə sürülmüĢdür. Çünki Səttar xan o 
dövrdə    mərkəzi  hökuməti  belə  təhdid  etmiĢdir:  “Bizim  istəyimiz  bu  zülm  və 
diktatura  quruluĢuna  son  qoyulmasıdır.  Biz  hüquq,  hürriyyət  və  anayasa  tələb 
edirik.  Biz  ġaha  bir  pislik  gəlməsini  istəmirik.  Ancaq  o  (ġah)  bizim  istədiyimizi 
bizə  verməlidir.  Yoxsa  cümhuriyyət  elan    edəcəyik”.  MəĢrutə  hərəkatı  16  iyul 
1909-cu ildə məĢrutəçilərin Tehranı fəthi ilə sona çatmıĢdır. 
Birinci  dünya  müharibəsindən  sonra  Ġran,  ölkə  miqyasında  çeĢidli 
mərkəzdən qopma hadisələrinə səhnə olmuĢdur. Bunlardan ən önəmliləri Xorasan, 
Gilan  və  Azərbaycanda  baĢ  verən  üsyanlar  idi.  Gənc  yaĢda  olmasına  baxmayaraq 
MəĢrutə hərəkatının öndərlərindən sayılan ġeyx Məhəmməd Xiyabani 1918-ci ilin 
martında Azərbaycan Demoktarik Firqəsini və 7 aprel 1920-ci ildə isə “Azadistan 
dövləti”ni qurmuĢ və Azərbaycanın müstəqilliyini elan etmiĢdir. “Milli Hökumət” 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə