101
poeziyasında realizm, Bakı, 1966, s.5). Təbriz aĢıq məktəbinin müxtəlif
mühitlərinin yaranması ilk növbədə milli mədəni həyatda mühüm hadisə, sonrakı
tərəqqi və yüksəliĢin ilkin zəmini idi. Bu məktəblərin hər birinin ayrıca, müstəqil
Ģəkildə öyrənilməsinə böyük ehtiyac vardır. AĢıq məktəbləri və mühitləri hələ ki,
nə qədər sıradan çıxmamıĢdır, ilk növbədə onları toplayıb üzə çıxarmaq və heç
olmasa ilkin tədqiqatlara cəlb etmək gərəkdir.
Güney Azərbaycanda Təbriz məktəbi ətrafında yaranan aĢıq mühitlərində
peĢəkar ifaçılıq və improvizatorçuluq formalaĢmıĢdır. Onları Təbriz məktəbinə
məxsus vahid ifaçılıq üslubları birləĢdirir. Eyni zamanda aĢıq mühitləri bir-
birindən repertuar, ifaçılıq və dastan yaradıcılığı baxımından da fərqlənir. Məsələn,
Təbriz aĢıq məktəbi “Koroğlu” və avtobioqrafik dastanların, eləcə də lirik ifaçılıq
üslubunun zənginliyi ilə əlamətdardırsa, Urmiya mühitində aĢıq Ģeri Ģəkillərinin
nümayiĢi, Sərab və Qaradağ mühitində isə repertuarda klassik dastanlar - “Əsli və
Kərəm”, “AĢıq Qərib”, “ġah Ġsmayıl” və nağıl motivləri zəminində yaranan tacir-
zadəgan həyatından bəhs edən nümunələr üstünlük təĢkil edir. Mühitlər arasında
fərqlər geniĢ olduğu kimi, ümumiliklər də əhatəlidir. Bu aĢıq məktəbi mühit
çevrəsi etibarı ilə məktəblərin ən böyüyü olduğu kimi, mənəvi-əxlaqi və estetik
dəyərləri əks etdirmək baxımından da mükəmməli, əhatəlisidir. O, nə ayrıca
müstəqil məktəb, yaxud aĢıq mühitləri məcmuu kimi, nə də yarandığı və inkiĢaf
etdiyi dövrlər - yüzilliklər üzrə kifayət qədər aradırılmıĢdır. Bu məktəbə məxsus
poetik-üslubi dəyərlər, saz havaları, dastançılıq ənənələri, xüsusilə məktəbin
iyirminci yüzillikdəki eniĢ və yüksəliĢləri, ayrı-ayrı ustad sənətkarların yaradıcılıq
xüsusiyyətləri kifayət qədər araĢdırılmamıĢdır. Bunun baĢlıca səbəblərindən biri də
Güney Azərbaycanda hələ XIX əsrin 30-cu illərindən baĢlayaraq fars Ģovinizminin
Azərbaycan dili, folkloru və digər mədəni dəyərləri üzərinə qadağalar qoyması ilə
bağlıdır. AĢıq yaradıcılığı bu mühitlərdə hələ ki, ağızda yaĢama mərhələsini keçirir.
Bu ərazidə hələ Azərbaycan folklorunun tək-tək hallar istisna edilərsə, kütləvi
Ģəkildə yazıya alınıb nəĢri iĢinə baĢlanmamıĢdır. Ağız ədəbiyyatı həmin mühitlərdə
öz bakirə gözəlliyini qoruyub saxlamaqdadır. Milli dili və mədəniyyəti yaĢadan,
onu fars Ģovinizminin hər cür asimilyasiyasından qoruyan ağız ədəbiyyatı eyni
zamanda azərbaycançılıq adət-ənənə və etik düĢüncəsini qorumaq funksiyalarını
həyata keçirir. Xüsusilə son yüzilliklərdə toplanan və nəĢr edilən materialların son
dərəcə az olması bu məktəbin müxtəlif mühitləri
barədə təbii ki, geniĢ müĢahidələr
aparmaq imkanını məhdudlaĢdırır. Çünki Təbriz məktəbinin, onun ayrı-ayrı
mühitlərinin materiallarını yazıya alıb çap etmədən, dialekt xüsusiyyətlərini
müəyyənləĢdirmədən, yaradıcılıq nümunələri üzərində müqayisəli araĢdırmalar
aparmadan mühüm elmi nəticələrə gəlmək mümkün deyildir.
Təbriz aĢıq məktəbi və mühitlərində, xüsusilə Ġran aĢıqları adlandırılan
ifaçıların repertuarında Ġran musiqisinin güclü, nüfuzedici təsiri fəaliyyətdədir. Bu,