Güntay Gəncalp



Yüklə 11,45 Kb.
tarix05.09.2018
ölçüsü11,45 Kb.

Güntay Gəncalp
Bizim bayraqmı!?
GUNAZ TV-də Tehrandakı ”Traktor” timinin yarışı haqqında bilgi verilir. Orada çoxu gənc olan minlərcə insan ulusal duyğularını dilə gətirir. Bunlara baxdıqca gerçəkdən İranda yaşayan türklüyün duyğu və düşüncələrində milli kimlik doğrultusunda ciddi dəyişim yarandığına açıqca tanıq olmaq mümkündür. İranın müxtəlif yerlərindən oluşan türk insanları ”Traktor” taxımına dəstək verir. Çünkü ”Traktor”u milli kimliyi təmsil edən bir taxım kimi görürlər. Nəzərə alınsa ki, qadınların bu stadioma girişi yasaqdır, o zaman ən az orda olanlar qədər milli düşüncəli qızların əksikliyini də göz önündə bulundurmalıyıq. Kərəcdə yaşayan türklərin moral dəstəkləri inanılmaz ölçüdə böyük bir plakardla ortaya çıxır. Hər şey çox gözəl irəliləyir.

Ancaq yenə də GUNAZ-da bir şeyə şahid olduq. İki gənc adam biri Azərbaycanın, biri də türkiyənin bayrağını çıxarırlar. Bu iki gənc adamın yanından onlarca insanın uzaqlaşdığına tanıq olduq. Yəni TV-də gördük. BU bayraqlar göstərildiyində milli şüar verən gənclərin oradan necə uzaqlaşdıqlarını gördük. Uzaqlaşanlar haqlı, orada bayraq çıxarıb və o həyəcanın qaynağını başqa ölkələr olaraq göstərmək istəyənlər haqsızdırlar. O bayraqların öz keçmişi var. O bayraqların heç birisi İranın içindəki türklüyün istəklərini əks etdirə bilməz. Tam tərsinə, milli qalxınmanın qaynağını iç dinamiklərə deyil, sanki dışarıdan körüklənən macəra kimi göstərər. O bayraqları oraya gətirmək mümkünmüşsə, demək ki, daha çox bayraq içəriyə soxmaq olarmış. Ancaq ağlı başında olan adamlar buna ehtiyac duymamışdır. Sadəcə həddindən artıq çox gənc görünən iki adam bu yanlış işi görmüşlər. Onlar da bəlkə 1-2 ildən sonra bu aşırı davranışlarından peşman olacaqlar. Belə peşman olanlara çox rast gəlmişik. Qaçanlar tez yorulurlar. Səbirlə yürüyənlər axıra qədər gedirlər. Ya da belə anlamsız işlərinə görə rejim tərəfindən basqı altına alınıb və hələ gəncliklərinin ilk başında ikən bir sürü ictimai hüquqdan məhrum buraxıılacaqalar. Gerçəkdən buna dəyərmi? Gerçəkdən bunun adı mübarizədirmi? Yoxsa belə dəyərsiz duyğuları gizlin saxlayıb universitələrə girib, ictimai mövqe qazanıb və mübarizəni yüksək ictimai statusdan bərxurdar olaraq sürdürmək daha yaxşıdır. Fərdi və milli həyat baxımından hansı daha verimlidir? Yanlış məkanda və zamanda bu kimi xətalar üzündən bu faşist rejimə yem olmaq doğrudurmu?

İki təcrübəsiz və həyatından bezmiş gənc adamın bu şəkildə xəta etmələri bəlkə də bir o qədər önəmli görünməyə bilər. Önəmli görünən GÜNAZ kimi bir media müəssisəsinin bu xətaları haqlı kimi göstərməsidir. GÜNAZ bu anlamsız və dəyərsiz görüntüləri göstərərkən ”O bizim bayrağımızdır”- deyərək, daha sonra da bu xətaların yapılmasını təşviq etdi? Nə zamandan onlar bizim bayrağımız oldu da bizim xəbərimiz olmadı! Gerçəkdən bizim üçün əksik olan bayraq məsələsidir, yoxsa milli şüur? Bir milli media müəssisəsi realist və praqmatist bir millət yetişdirməyi bir məqsəd kimi təbliğ etməlidir. Hətta belə kadrlar ekrana daşınmamalıdır ki, unudulsun getsin. Çünkü bu gənclərin fərdi həyatları onların ailələri və milli tarix üçün çox önəmlidir. Mən ”o bayraqları oraya ittilaat soxmuşdur”- demirəm. Ancaq bu fikiri söyləyənlərə də qarşı çıxmıram. Milli hərəkət təmkinlə, səbirlə gedilməsi, varəılması gərəkən bir yoldur. Yanlış davranışlarla qəlyana gələn milli duyğuları sapdırmamaq gərəkir. Azərbaycan və Türkiyə bayraqlarını çıxararaq millətin olqun və təcrübəli layəsinin bu hərəkətə qatılmağının qarşısını almaq ihanət deyil də nədir, əcəba? O bayraqları orada 1 dəqiqəliyinə çıxarıb və sonra da filmini çəkib GUNAZa göndərmək çocuq oyuncağı kimi görünür. Çünkü Oyun gedərkən heç bir yerdə bu bayraqlar görünmür. Gizlincə 5-10 nəfərin içində çıxarıb şəklini çəkərək GUNAZa göndərmək saxta təbliğat amacı daşıyır. Tamaşaçıya belə təlqin edilir ki, sanki oyun davam etdiyi müddətçə o bayraqlar orda dalğalanmışdır! Ancaq elə bir şey olmamışdır. Bəlkə də o mühit başqa yerdir, oyun sahəsi deyil. Haradırsa, hər halda o bayrağı görərkən ordan uzaqlaşanlar çox haqlı təpki göstərdilər. Keşkə GUNAZda ordakılar qədər təmkinli münasibət bildirsə idi.

Mənim o gənclərə təklifim budur ki, belə fürsətlərdən doğru istifadə etsinlər. Milli istəklərimizi xarici ölkələrə bağlamadan belə fürsətlərdə dilə gətirsinlər. Başqa ölkələrin bayraqlarını çıxarıb toplumu qaçırmaq yerinə, millətin bu kimi fürsətlərdə daha da aktiv olması üçün cəlb edici yöntəmlər gəlişdirsinlər. Hər bir toplumun bulunduğu şərtlərə görə reflekslər bütünü oluşmalıdır. Cəmiyətin çoxu asimilə edilmiş və asimilasionun təlqin etdiyi baxışla bu hərəkətin qaynağını Bakı və Ankara olaraq göstərməkdədirlər. Bunun yanlış olduğunu isbatlamalıyıq. Ancaq o bayraqları orda ya da başqa yerlərdə qaldırmaq rejimin təlqin etdiyi “bu macəralar dışarıdan milli güvənliyimizi təhdid edən amillərdi” görüşünü haqlı kimi göstərir. Duyğusallığı yönləndiriəcək uzaqgörən əqli dərinlik olmadıqca dönüb dolaşıb özümüzə zərər verəcəyik.


29.10.2009






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə