Güntay Gəncalp Yağız qarışqalar



Yüklə 0,53 Mb.
səhifə2/5
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9343
1   2   3   4   5
birincisi dözgədir.72

Alpərənliyin birinci ilkəsi dözgədir. Heç bir durumda duyğularınızın yönləndirməsi ilə tələm-tələsik davranışda bulunmayacaqsınız.

Dözümlülük ağrıverici olsa da, bireysəl tutum və davranışda törənizə dönüşməlidir. Dözgəsiz davranışlarımız genəldə təpliklər bütünüdür. Dözgəli davranış bir etkinlikdir73. Dözgəçiliyin də təməlini etkinlik oluşdurar. Dözümsüz davranışlar bədənimizin təpkiləri. Dözgəlik isə, bilincimizin və ruhumuzun etkinliyidir. Güclü bir yağız olmaq istəyirsinizsə, dözgəciliyi sürəkli denəmək zorundasınız. Çünkü biz yalnız ruhdan oluşmamaqdayıq. Bədən və tin istəkləri bir yerdə olduğundan çəlişkili74 varlığıq. Yağızların qurtuluş savaşında bir görəv üstlənmək istəyən hər bir yağız dözüm örnəyi olmalıdır. Bunu denəmənin ən uyğun yolu oruc tutmaqdır. Çünkü nəfsimizin zorlamalarını bu yolla önləyə bilərik. Ayrıca, başqaları haqqında xəta etdiyiniz durumlarda da öz nəfsinizi cəzalandırmalısınız. Bir yağız xəta etdiyində və bu xətasından başqası az da olsa, inciyib zərər gördüyündə, ən doğru yol xəta edən yağızın oruc tutaraq nəfsini cəzalandırmasıdır. Həqiqətə ulaşmanın yolu yağızların bədənlərinə xidmət etməkdən keçməz. Nəfs istəklərini gözətim altında tutaraq, içimizdəki sonsuz tinsəl75 olanaqlarımızı üzə çıxarmaqla mümkün olur. Bu nədənlə də dözgəcilik yetənəyimizi gəlişdirmənin yollarından biri oruc tutmaqdır. Ancaq bu oruc tutmaq, yalnızca yeməklə sınırlı bir qonu deyildir. Bir də dözgəciliyi dərinləşdirmək üçün “qonuşmama orucu” var. Hər ağlınızdan keçəni dilinizə gətirməmək üçün bir də “qonuşmama orucu” tutmalısınız. Bilmiş olun ki, mən qonuşmama orucu tutduğumda sizin sorularınıza sözlü deyil yazılı olaraq cavab verəcəyəm. Qum zərrələri ilə sorularınızın yanıtlarını kaldarların və əvəliklərin yarpaqları üzərinə yazacağam. Qonuşmama orucu düşüncənin dərinləşməsi və öz-özünə ələşdirəl76 yanaşması üçün böyük fürsətdir. Bu duyduqlarınız alpərənliyin birinci ilkəsi olan dözgə haqqında bigilərdir. Duyduqlarınızı qarşımızdakı həftələr, aylar və illər içində öz yaşamınızda denəmli, gerçək yaşamınızda alışqanlıq halına gətirməlisiniz. Bir yerdə edəcəyik. Alpərənlik əxlaq düzəni, yalnızca bilgilər deyildir. Bilgi, davranışülkü bir yerdə alpərənlik əxlaq düzəninin iç tüzüyünü77 oluşdurar. İndi yenə də savaş və qılıc eyitiminə keçəlim.

Bilay dədənin bu söyləvi78 gənc yağızların bilinclərini devindirmişdi.79 Uslarında min bir soru oluşmuşdu. Ancaq soru sormağı buraxıb Bilay dədə ilə qılıc eyitiminə keçdilər. Bilay dədə yağızların ağlından keçnləri bilərcəsinə “Soru sormaq düşünməyi və düşüncəni devindirən etkəndir80. Çəkinmədən sorularınızı sorun. Sorduğunuz sorular mənim də yardımcım olacaqdır. Sorulara qılıc eyitimi sürəcində də yanıt81 vermək mümkündür. Savaş denəyimində soru-yanıt ola bilər” dedi.

Qılıclaşa-qılıclaşa gənc yağızlar soru sorur, Bilay dədə də qılıc qullanımını öyrədə-öyrədə yanıtlayırdı. Günlər, həftələr, aylar böyləcə axıb gedirdi. Gənc yağızlar gündən-günə alpərənləşirdilər.
***
Daşıdıqları taxılı yuvanın içindəki anbarda yerbəyer edib dinləndikdən sonra yenə də dışarıda dağın zirvəsində beyin və bədən eyitiminə çıxmışdılar. Güvənal “Bilay dədə bir neçə kərə yağızların “oyanış”ından söz etdiniz. Bu oyanış sözünü dərinliyini bizə anladarmısınız?” dedi. Bilay dədə sağ əlindəki qılıcını günəşə doğru uzadıb sol gözünü yumub sağ gözü ilə qılıcın kəsərli tərəfinin parıldaq yerlərinə baxırdı. Qılıcını geri çəkib Güvənala dönüb “Əvət, “oyanış” çox önəmli və dərin bir qavram.82 Yağızlarda bu oyanış olayı baş qaldırmazsa, qurtuluş savaşımız amacına ulaşa bilıməyəcək” dedi.

Ülgən: Necə olacaq bu iş, ata?

Savunal: “Oyanış” deyildiyində genəldə biz nəyi anlamalıyıq?

Bilay dədə: Sevilay və Özay siz də gəlin yaxına dinləyin!

Özay: Tamam.

Sevilay: Gəldim Bilay dədə.

Bilay dədə: Yaşamaq, yalnızca var olmaq anlamında deyildir. Var olanın varlığının bilincində olması düşüncədə oyanışın başlaması deməkdir. Biz yağızlar olaraq varlığın bir parçasıyıq. Ancaq varlığın bir parçısı kimi dağlar, gəzəgənlər83, başqa canlılar da var. Qarışqaların başqa varlıq və canlılardan fərqi var. Örnəyin bir aslan uzaq gələcəyini düşünməz. Ya da bir balıq. Bu üzdən də qarışqalardakı toplumsal düzən, toplumsal yardımlaşma və dayanışma başqa canlılarda yoxdur. Qarışqalar daha sonrakı günlərinə taxıl birikdirirlər. Bu, doğanın qarışqalara tanıdığı düşünmə özəlliyidir. Qarışqaları başqa canlılardan fərqləndirən önəmli özəllik də budur. Qarışqalar düzənli bir yaşamın qurucularıdır. Bunu da düşüncələri üzündən sağlaya bilməkdədirlər. Bu düşüncə onların kimliklərini anlamağa yönəldiyi andan sonra “oyanış” evrəsi başlar. Oyanış, düşüncənin özünə doğru yürüməsidir. Düşüncənin qonusunun bəlli edilməsidir. Bu, yalnızca yağızların qurtuluşu kimi, toplumsal bir devəngənlikdən oluşmaz. Yağızların öz dillərində kimliklərini və varlığı anlama çabasının adını “oyanış” olaraq söyləyə bilərik. Çünkü biz, varlığı yalnız və yalnız dil dolaysıyla anlayırıq. Dilimiz olmasaydı, bizdəki toplumsal yaşam biçimi də olmazdı. Tarixdən silinişimiz də dilimizin yox olmasına bağlıdır. Boyuzların da təməl amacı dilimizi yox etmək. Çünkü biz qarışqa türü olaraq tarixdən silinmərik. Ancaq yağızlar olaraq tarixdən silinə bilərik. Nədən? Çünkü yağızlığımızı sağlayan tək etkən dilimizdir. Dil, minillər boyunca sürüb gələn evrimin84 ürünüdür. Tarixi anılarımızı öz gizəmli qatmanlarında85 barındıran tək varlığımız dilimizdir. Hər bir sözcük sanki canlı bir yağız kimidir. Bir yağız öldüyündə üzülərik. Dilimizdən bir sözcük itirildiyində, bəlkə o üzgünlüyü hiss etmirik. Ancaq yağız dilində bir ağrı və sancı hiss olunur. Bu sancılar düşüncələrimizin yanlış yola yuvarlanmasına nədən olur. Biz bunun bilincində olmuruq. Yağızların dili boyuzlaşırsa, yağız düşüncəsi də qaranlıqlara gömülər. Bu qaranlığa gömülüş, yavaş-yavaş olduğundan hiss etmirik. Boyuzlar bunun bilincidələr. Minlərcə yağız boyuzlaşır. Boyuz dilinin vurğunu olurlar. İştə o sancının ürətdiyi toplumsal sayruluq budur. “Oyanış” demək öz dilimizin, yağız dilinin önəmini anlayaraq, yağızcanın açısından varlığa baxmaqdır. Bu oyanış da ərgəlik və qorxmazlıq istər.

Bilay dədə bir az duruxub sonra davam etdi: Alpərənliyin ikinci ilkəsi ərgədir. Ərgəlik, yəni qorxmazlıq. Qorxu bütün kötülüklərin qaynağıdır. Qorxudan qurtulmuş, qorxunu yenmiş olan yağız artıq özgür bireydir, ərmişdir. Ərgə yağız qorxu duyğusundan qurtulmuşdur. Sürülər yaşamında qorxu ola bilər. Sürünün qorxu anlayışı var. Çünkü ərgəlik sürüyə özgü deyil, bireyə özgüdür. Ərgəlik və ərginlik doruğunda kötü duyğuların yerini ärdämli və bahadırlıq duyğuları doldurar. Sürünün ötəsinə yüksəlmiş olan yağız qorxusunu yenimişdir və o, özgür bireydir. Yağız tarixində böyük iş görmüş olan bütün yağızlar, bütün alpərən yağızlar qorxunu içlərindən silmişlər. İçimizdə qorxu varsa, böyük işləri gerçəkləşdirə bilmərik. İhanətin, köləliyin tək qaynağı qorxudur. Ölümdən qorxmaq. İçindən qorxunu yox edə bilməyən bir yağız alpərən ola bilməz. Bu üzdən də alpərənlik bütün yağızlara özgü bir olay deyildir. Alpərənləşən yağızların örnəyində yağız kütləsi də qorxudan qurtula bilər. Qorxudan qurtuluş bizim özgürlük savaşımızın ana amacıdır. Ölüm hər bir yağızın yazqısıdır. Ölüm olamsa idi, biz kəndimizi məhv edərdik. Ölüm kötü bir şey deyildir. Kötü olsaydı, olmazdı. Yaradılışın özündə ədalət və eşitlik var. Bu da ölümlə sağlanmış olur. Yəni ölüm, həyatda dəngə və ədalət sağlayan tək güclü etkəndir. Ondan kiminsə, qaçışı ola bilməz. Demək ki, ölüm yeni yaşamlara bir yol açmaqdadır. Ölüm olmasaydı, nə tarix, nə evrim, nə də bir yenilik olardı. Ölümdən qorxmamaq, hətta ölürkən də mutlu ölməyi başarmaq qurtuluşun tək yoludur. Böylə bilincə ərmiş olan yağızlar üçün ölüm əsarətdə yaşamaqdan daha şərəflidir. Ancaq bunu bütün yağız kütləsindən bəkləmək doğru olmaz. Bütün yağız kütləsindən bəkləniləsi bir olqu olsaydı, o zaman alpərənlik adında bir törəmiz olmazdı. Alpərənləşən yağızların ərginliyinə86 güvənən yağız kütləsi bəlli tarixi dönəmlərdə qorxudan qurtulmuş ola bilərlər. Bax bu dönəm toplumsal87 yağız qurtuluşunun olacağı dönəmdir. Yağızların tinsəl oyanışı və ruhsal dirilişi olaraq bunu tanımlaya bilərik. Böylə bir dönəmdə yağız alpərən öndərlərin, yəni sizlərin istəncinə, şərəfinə güvənən ən qorxaq yağız da birər qəhrəmana dönüşəcək. Bizim qurtuluş savaşımızın zirvə tarixi bu dönəm olacaq. Bu savaşı sizlər yönləndirəcəksiniz. Yönləndirə bilməniz üçün də içinizdən ölüm qorxsunu tam olaraq silməlisiniz. Yoxsa bütün yağızları yanlış yönləndirib qırğına verə bilərsiniz.

Özay: Bu savaş üçün qorxu duyğusunu yenməmiz yetərlidirmi?

Bilay dədə: Yağızlar tarixi görəvliliklərinin bilincinə varırsa, buna tarixi yağız toplumu deyə bilərik. Hər olqu kəndi tarixsəlliyi içində açımlanmalıdır. Bunu sezmək gərəkir. Alpərənliyin üçüncü ilkəsi sezgəçilikdir. Bir tür iç bilgi axışı. Sezgəçilik varlığı və toplumsal olquları sırf ussal88 alqılanım olaraq görməz. Bunu varlığı özümsəmə şəklində tanımlaya bilərik. Buradakı alqılama ussallıqla yanaşı həm də bir uzutçuluq89 olaraq bəlirlənir. Sənət yolu ilə varlığı anlayıb açıqlama. İçdən-içə varlığı özümsəyiş. Örnəyin bir şeir parçası yağızların ruhuna dərindən-dərinə xitab edə bilər. Bir yağızın çox da dərincə bilgili olmasına gərək yox. Bir şeir parçası ilə onun ruhi sezişini sağlaya bilərsiniz. Ruhi coşqu olmadan tarix yaranmaz. Çünkü tarix inanc qaynaqlı güclərlə yaranır, bilim isə us qaynaqlı iç güclərlə. Yəni tarixin yaradıcısi inanc, elmin yaradıcı ağıldır. Bilim adamları toplumsal coşqunun oluşumunda etkili olamazlar. Bunun üçün sezgisi güclü olan öndərlər gərəkməkdədir. Çünkü bir yağız öndər90 həm də yağız soyunun simgəsidir. Diqqət etsəniz, boyuzlar bizim inancımızı çalmışlar. Bilimi başqa dillərdə də oxumaq olar. Ancaq yağız inancının daşıyıcısı yağızcadır. Yağızcanın dışında yağız inancını aramanın heç bir anlamı yoxdur. Bizim sezgi gücümüz yağız dilində olmalıdır. Sezgəcilik yağızcanın dərinliyinə enməklə mümkündür. Bu üzdən də yağız dilini dərinliyinə bilməlisiniz. Yağızcanın bütün əski qaynaqlarındakı sözcüklərinə yaşam qazandırmalısınız. Böylə tarixi bir savaşa girməyə hazırsınızmı?

Yağızların içində coşqu dalğalanırdı. Hamısı tək səslə “Əvət, hazırıq Bilay bügü, bu amac üçün sizə vardıq” dedilər.

Bilay dədə sözləri çox aydın və anlaşılır biçimdə söyləyir və danışdıqca da coşurdu. Dinləyici gənc yağızlara həm bilgi verir, həm də etkiləyici bəm səsi ilə içlərini olumlu yaradıcı güclə doldururdu. Bilay bügü coşqulu qonumuyla91 sözlərinə davam etdi:

Alpərənliyin dördüncü ilkəsi bilgəlikdir. Bilgə alpərən dözümü, qorxmazlığı və sezgiciliyi ilə içində bulunduğu durumları ən doğru biçimdə dəyərləndirib toplumunun yararı üçün doğru yöntəmlər seçər. Bunun əsasında doğruluğa olan kəsin və sarsılmaz inanc durmaqdadır. Bilgəlik doğruluğa xidmət etmənin yüksək düzeyidir.

Sevilay: Doğruluq nədir?

Bilay dədə: Doğruluq sürəkli açıqlanmaya ehtiyacı olan inanc hökümləridir. Örnəyin özgürlük kimi anlayışların açıqlanmaya ehtiyacı var. Özgürlük nədir? Kəsin hökmlər içərən inanc qurallarının ussalığa dayandırılışı həqiqətə doğru devinimimizi yönləndirər. Bu da yağız bilgələrinə özgü bir davranış. Həqiqəti sənət türləri ilə açıqlamaq ən doğru yoldur. Bu açıdan savaş kəndisi də bir sənətdir. Savaş məhv etmək deyil. Savaşın amacı kötüləri yox etməyə deyil, kötülükləri yox etməyə yönəlməlidir. Bu açıdan boyuzlar da bizim düşmənimiz deyil. Boyuzları sayrulaşdıran düşüncəni ortadan qaldırmalıyıq. Bunun üçün böyük savaşlara da girə bilərik. Bunu içində bulunduğumuz durumlar bəlirlər. Ancaq bizim savaşımız həqiqət üçün olmadır. Doğruluq üçün. Yoxsa amacı doğruluq olmayan savaş kəndiliyindən kötülüyü yayqınlaşdırar. İştə savaşın amacı “birlik”ə yönəliş olmalı.

Ülgən: Savaş çəlişkilərin toqquşması deyilmi? Savaşla necə birlik yarana bilər?

Bilay: Alpərənliyin beşinci ilkəsi birgəlikdir. Həqiqət sonsuzdur. Sonsuz isə “bir”dir. Bir olan çoxluq biçimində görüntülənmişdir. Varlıq sonsuz uzayda birliyə doğru qoşmaqdadır. Düşüncənin də təməli birdir. Ancaq bu “bir” çox qarmaşıq92 və sonsuzdur. Sonsuz isə birdir. Çünkü iki sonsuzluq olamaz. Başlanqıc və son bir nöqtədir, “bir”dir. İrəliyə, sonsuza doğru hərəkət, əslində başlanqıca dönüşdür. Çünkü başlanqıc və son “bir”dir. Bir tək sonsuzluq var. Yaşam bu bir olanın musiqisinə, ahənginə uyum sağlamalıdır. Uyum sağlama türlərin kəndi doğrularını yaşamaqla ola bilər. Bizim doğrumuz soysal93 anlamda yağızcılıqdır. Bütün qarışqaların və canlıların evrənsəl94 doğruları. Bu evrənsəl doğrunun adını birgəlik olaraq alpərənlik törəsində tanımlamışlar alpərən yağızlar. Minillər boyunca bu biçimdə tanımlar,95 yağız alpərənliyində davranışa dönüşmüş, alpərənlik törəsini oluşdurmuşdur. Boyuzların tutum və davranışları birgəlik ilkəsinə tərsdir. Çünkü doğanın oluşdurduğu, tarixsəl evrimin ortaya qoyduğu çeşidlilikləri ortadan qaldırmağa yönəlmişlər. Varlığın birliyini alqılamanın yolu türlü-türlü və çeşidlidir. Həqiqət bir olsa da, onu anlama yolları sonsuzdur. Bir olanı anlamanın yolu bir deyildir. Yağız dilində öylə anlama yöntəmləri var ki, bu yöntəm və olanaq boyuz dilində yoxdur. Boyuzlaşmaq, yağızsızlaşmaq varlığın birgəlik yasasına ayqırıdır. Mənim anlatmaq istədiyim birgəlik daha geniş bir anlayışdır. Onun yağız toplumsal devnimindəki örnəyi üzərində daha sonra ayrıntılı biçimdə duracağıq. Bir sözlə yağızcılıq bütün qarışqaların varlığını da qəbul edər.

Özay: Çox maraqlı və dərin qonular.

Bilay dədə: Alpərənliyin altıncı ilkəsi sevgədir.* Sevgi yaşamımıza anlam verən gücdür. Sevginin gücü olmasaydı, mən burda illər boyu təkbaşıma yaşaya bilməzdim. Məni hər zaman canlı və güclü qılan içimdəki sevgi olmuşdur. Bütün olanın varlığını anlamaq hər kəsin yazqısında olmaz. Tanrı və ya bütün olan kəndisi seçər kimi kəz*. Qarışqaların iki tür batinləri var: Dar batin və geniş batin. Sürəkli içimizi genişlətmək istərik. Bu genişləmə istəklərimizdə yenilməz olursak, irəliləmə ona görə sağlanır. Bu sağlanma sevgi ilə olur. Sevgisiz olamaz. Bütünün parçada kəndisini tanımlama adına sevgə deyirik. Sönməyən odlu bir güc. Sevgi budur. Bütünün parçada kəndisini göstərməsidir. Bu üzdən də yaxıcıdır, yandırıcıdır. Yaxıcıdır, çünkü dar içimizi genişlətmək istər. Dar iç dünyamızın genişləməsi sancı doğurar. Sancılı olur. Bunun üçün çox bilgili olmaq gərəkməz. Ancaq bilgili olmaq sevginin olanaqlarını genişlədər. Sevgə öyrənilməz. O, özü gələr. Gələcəyi və girəcəyi iç məkanı da özü bəlli edər. Varlıq sevgi ortamında özünü bizə göstərər. Sevgi üçün “son” yoxdur. Son olaraq sandığımız, sevgidə yeni başlanışdır. Gücsüzlük sevgi üçün yabancı bir anlam. Sevgə güc və umut deməkdir. Damarlarımızda sürəkli coşub sönməyən güc. Varlığı bütün olaraq içdən-içə özümsəməni sevgədə denəyə bilirik. Bütün olan kəndisini bir batində göstərər. O batin o bütünə uyumlu olmazsa, bütün olan o uyumsuz məkanı tərk edər. Bu, sevgənin bizi tərk etməsi deməkdir. Durum böylə isə, sevgə bizi tərk etmiş olar. Sevgə üçün hazırlıqlı olmaq gərəkir. O, hər yerdə bizi yaxalaya bilər. Kəndisini göstərdiyi parçanı tərk də edə bilər. Sevgə savrum-savrum savrulub, zərrə-zərrə başqasında bulunmaqdır. Sevgə, yağızın özünü başqası üçün fəda etmə sənətidir. İşdə gerçək qurtuluş da bundan sonra ortaya çıxar.

Gənc yağızların içində sevgə dalğalanırdı. Bilay dədə yağızların sifətində eşqin necə dalğalandığını açıqca görürdü. Gördükcə də coşub əngin düşüncələrini anlatmağa davam edirdi. Yağızlar bayqınca, bir-birinin sifətinə baxıb, sanki bir-birlərini tanıyamaz kimi oldular. İçlərindəki coşqu üzlərində dalğalanırdı. Bilgi, sevgi, inanc və güvən duyğuları onların ruhlarını bir-birinə qarışdırmışdı. Yağız gənclərin içlərindəki oyanış üzlərini aydınlatmışdı. Sanki səsləri də dəyişmiş və zaman keçdikçə, səsləri də Bilay alpərənin səsinə bənzəməkdə idi. Səslərinin dəyişməsini Güvənal soru sorduğunda hiss etdilər. Güvənal özü də bunu hiss etdi. Soru sormaq istərkən, sanki boğazı tutulmuş kimi, hiss etdi özünü. Arxadaşları onun səsinin necə də bəmləşdiyini, olqunlaşdığını gördülər. Güvənal özünü toparlayıb “Bilay dədə, alpərənlik bu altı ilkədənmi oluşmaqdadır?” dedi.

Bilay dədə: Alpərənliyin yeddinci ilkəsi çözgədir. Çözgə, yəni çarə, çarə bulmaq. Çözgə evrəsində alpərən birikdirdiyi bilgisini, eşqini, inancını öz toplumunun qurtuluşu üçün qullanmalıdır. Çözgə evrəsəinə, yağızlaşmaq, yağız toplumuna yararlı olmaq və çarə bulmaq da deyə bilərik. Çözgə bulmaq qolay deyildir. Haqqında danışdığım daha öncəki ilkələri öz nəfsində yaşamamış, bu yaşantı sürəcində denəyimi olmayan yağız, alpərən olamaz. Alpərənlik, yalnızca güclü birey olmaq deyildir. Yağız toplumuna yararlı olmaq, onların zorluqlarına çözgə bulmaq anlaməındadır. Çözgə də qolayca, bulunmaz. İç evrimlə bir yerdə toplumbilimcilik və toplumsallaşma gərəkdirməkdədir.

Özay: Çox gözəl Bilay dədə. Bütün bu anlatdıqlarınızın işığında bizim boyuzlarla savaş biçimimiz necə olmalıdır?

Bilay dədə: Alpərən gerçək bir savaşçıdır. Onun qılıcı doğruluq yolunda qınından çıxmalıdır. Ancaq alpərənlikdə istisna durumlar dışında savaşda qarışqa öldürmək yasaqlanmışdır. Alpərən savaşçı qarşı tərəfi silahsızlandırmalıdır. Bu zaman qarşı tərəfi yaralaya bilər. Ancaq öldürməməlidir. Bu yaradan bir boyuz ölə də bilər. Bu önəmli deyil. Önəmli olan odur ki, alpərən yağız bilincindən və içindən öldürmə dürtüsünü96 və öldürmə içgüdüsünü97 silmiş olsun. İçini öldürmə içgüdüsündən təmizləməmiş olan bir yağız, alpərən olamaz. Çünkü alpərənlik törəsində inanc və söz davranışa eşitdir. Sözlə davranış arasında uçurum olmamalıdır. İştə bu üzdən alpərən bir öndər heç bir zaman, heç bir biçimdə yalan danışamaz. Yalan danışsa, alpərənlik onu tərk edər. Iç gücünü itirər.

Bilay dədə susmuşdu. Yağızlar da şaşqınca düşünürdülər. Savunal köksünü ötürüb “Bilay dədə, söylədikləriniz çox çətin sürəcdir. Bizdə bu iç halları yaşayacaq yetənək görürsünüzmü?” sordu.

Bilay dədə: Əvət, görürəm. Ancaq bu, birdən-birə olmayacaq. İllər zaman lazımdır. Öz üzərinizdə çalışıb-çabalayıb yağızların qurtuluşu üçün gerçək alpərənlər olmalısınız. Bunu siz yağız gənclərdən əsarətdə yaşayan yağız soyunuz istəməkdədir. Yeni siz tarixin yaradıcı alpərənləri olacaqsınız, olmalısınız. Sanıram bu günlük alpərənlik öyrənimi yetər. İndi qılıclarınızı gətirin sizlərə iki qılıcla savaşma yöntəmini öyrədəcəyəm.

Yağızlar qoşub qılıclarını gətirdidlər. Qılıc eyitimi başladı. İçləri umut və inancla dolub-daşan yağızlar bədən və qılıc eyitiminə başladılar. İki-iki qılıclaşırdılar. Bilay dədə “Zərbə endirdiyinizdə bütün gücünüzlə bağırmalsınız. Qarşı tərəfə son zərbəni vurduğunuzda bütün gücünüzlə bağırmalısınız” dedi. Savunalla Özay, Bilay dədə ilə Güvənal və Ülgənlə Sevilay qılıclaşırdılar. Qılıcların səsindən ətrafdakı zəmilər tir-tir titrəyirdi. Sevilayın bağırtısının arxasınca həmən Ülgənin qorxunc bağırtısı yüksəldi. Yağızlar qılıclaşmanı durdurub onlara baxdılar. Qorxunc bir görüntü. Sevilay qılıcını Ülgənin sağ qoltuğunun altına saplamışdı. Bir an yağızlar dəhşət içində qaldılar. Sevilay özü də şaşqınca durub Ülgənə baxırdı. Ülgən Sevilaya baxa qalmışdı. Birdən özünü tuta bilməyib düşdü. Sevilay sol əlindəki qılıcı da buraxıb “Yardım edin, Ülgəni yaraladım” deyə bağırdı. Sonra yerə düşərək, bayılmış Ülgənin başını qucağına alıb Bilay dədəni səslədi. Gənc yağızlar özlərini itirmişdilər. Özəlliklə Sevilay bağırıb durmaqda idi. Ancaq Bilay dədə çox soyuqqanlı davranırdı. Bilay dədə yaxınlaşıb oğlunun qılıc saplanan yerinə baxıb “Qoruxulu yerə saplanmamış qılıc” dedi. Sonra da gənc yağızlara “Çevrədən bir az poruq98 bitkisi yığıb gətirin!” söylədi. Yağızlar həmən poruq yığıb gətirdilər. Bilay dədə poruğu ağzında çeynəyib suyunu qılıcın saplandığı yerə tökürdü. Xeyli poruq çeynəyib suyunu Ülgənin qılıc saplanan qoltuğunun altına tökdü. Sonra “Artıq poruq yaranı keyitmiş olur. Qılıcı çəkib çıxarmaq lazım” dedi. Ülgənin başı Sevilayın qucağında bayqınca qalmışdı. Bilay dədə qılıcı ehtiyatla çəkib çıxardı. Qılıc çıxar çıxmaz yerindən qan fışqırdı. Bilay dədə sürəkli poruq çeynəyib ağzındakı poruq suyunu Ülgənin yarasına axıdırdı. Artıq qan gəlməsə də, Ülgən bayqınca, Sevilayın qucağında düşüb qalmışdı. Sevilayın rəngi sap-sarı olmuşdu. Gövdəsi titrəyirdi. Bilay dədə Sevilaya “Bir alpərən böylə qorxunc duruma düşməməlidir. Özünü ələ al” dedi. Sevilay, Bilay dədənin üzünə utandığından baxa bilmirdi. Onun oğlu Ülgəni yaraladığından nə deyəcəyini bilmirdi. Onun bu durumunu görən Bilay dədə “Hamınız mənim balalarımsınız. Bizi bir-birimizə bağlayan ortaq alpərənlik törəmizdir” söylədi. Yaralı Ülgəni söyüd yarpağının üstünə qoyub yuvaya apardılar.


***
Payızın orta ayının son günləri idi. Yarpaqlar saralıb yerə tökülmüş, xəzan yerlləri yarpaqları uçuşdururdu. Bilay dədənin istəyi üzərinə yağız gənclər yuvada taxılı qarşıdan gələn qışa görə yerbəyer edirdilər. Bilay dədə özü də oğlu Ülgənin baxımı ilə uğraşmaqda idi. Ülgən danışa bilir, başqalarının yardımı ilə yürüyə də bilirdi, ancaq yarası tam olaraq sağalmamış, hələ də baxıma ehtiyacı var idi. Yağızlar yuvanın dibində taxıl işi ilə uğraşırdılar. Ata-bala ilk kəz olaraq bir yerdə qonuşmağa zaman bulmuşdular. Oğlunun yarasını sığallayan Bilay dədə köksünü ötürüb “Sən yaxşı qılıc qullanırsan. Nədən kəndini savuna bilməmişsən anlamış deyiləm” dedi və bir az düşünüb “Sevilayın da səni yaralayacaq biçimdə saldırmasına inanmıram. Bu, sadəcə sənin diqqətsizliyindən və kəndini savunmamandan qaynaqlanmış olmalı” deyə davam etdi. Ülgənin ağrıları azalmışdı. Ancaq, sanki könlündə bir başqa ağrı varmış kimi davranırdı. Öncə bir az səssiz qaldı. Daha sonra “Bilirsənmi ata?” söylədi.

Bilay dədə: Nəyi oğlum?

Ülgən: Sevilaya aşiq olduğumu düşünürəm.

Bilay dədə səssizliyini qorudu. Oğlunu daha da içdən sığallayırdı. Yuvanın diblərində taxılı yerbəyer edən gənc yağızlara baxdı. Səslərini onlar duymazdı. Oğlunun eşq haqqında duyğularını duymaq istəyirdi. Köksünü ötürüb “Eşq böyük gücdür. Devirici. Həm güclü qılar, həm də yıxıb yaxar” dedi.

Ülgən: Sevilay qılıc çaldığında bir an onun varlığında başqa şeylər gözlərimə göründü. Daha öncə heç görmədiyim, hiss etmədiyim. Əvət, daha öncə bu halı yaşamamışdım. Onun davranışları, səsi, gözləri və bütün varlığı bir an içində sonsuz bir ruh halını içimdə oyatdı. İçimdən bir alovun dışarıya püskürmək istədiyini hiss etdim. Artıq gözlərim Sevilayı görmürdü. Onun varlığında içimi yaxan bir atəş görürdüm. Gözlərimə görünən varlığın bütünü idi sanki. Qollarımda, damarlarımın içində başqa bir şey axmağa başlamışdı. Savrulurdum. Onun baxışları yerə enmiş günəş kimi içimi yaxırdı. Gözlərindən uzanan cazibə ışınları içimi sarmaş-dolaş sarıb yaxmaqda idi. Və ürəyim...

Ülgən əlini ürəyinin üstünə qoyub susdu. Bilay dədə oğlunun ruhunu eşqin sardığını görürdü. İçdən-içə sevinirdi. Çünkü alpərənlik törəsinin ana ilkələrindən biri sevgə idi. Bilay dədə qucağına aldığı oğlunun başına əlini sürüb “davam et istərsən. İçindəkiləri anlatsan, daha güclü olursan. İnsan öz sirlərini bir sirdaşı ilə paylaşırsa, yaxşı olur. Mən sənin həm atanam, həm də böyük bir amacın yolçuları olduğumuz üçün dostuq. Anlat eşqini oğlum” dedi.

Ülgən: Ürəyimdə böyük bir fırtına oldu. Sanki köksümdən ayrılmaq istərcəsinə ürəyim çırpınmağa başladı. Sevilayın sevgisi ürəyimi çox sərt vurdu, ata. Köksüm ürəyimə darlıq edirdi. Dar köksümü bu sevgi zorla genişlətmək istərcəsinə sancılar dolmuşdu ard-arda içimə. Dar iç dünyam sonsuz varlığa can atarcasına genişləməkdə idi. Bu nədənlə də Sevilayın qılıclarını görmürdüm. Heç bir şey görmürdüm. Gözlərim görməz olmuş, könlümün gözləri açılmışdı. O an gördüklərimi anlada bilməyəcəyəm. Yalnızca sonsuz varlığın tözü (cövhəri) içimə axıb doldu sanki bir an içində. Bayılmaq üzrə olduğumu sanırdım. O eşq dalğasına içim dayanamaz olmuşdu. Sürəkli dalğalar. Durmadan içimi saran sevgi dalğaları. Hər şey öz görüntülüyündən ayrılıb tözü ilə içimdə görünür olmuşdu. Əşya ikilikdən qurtulub birliyə vardı içimdə. O an mən və varlıq özdeş olmuşduq. Sən, anam, arxadaşlarım, uzayların sonsuzluğu və hər şey içimdə bir olan anlamı ilə ortaya çıxmışdı. Bu bir olanı cismim qaldıramaz olmuşdu. Sanıram o an Sevilay qılıcını qoltuğumun altına soxmuş. O, mənim içimdəki oluşumları görə bilməzdi. Özümü savunacağımı sanmış. Ancaq sevgi məni savunmasız buraxmışdı. Qılıclarımı tərpədə bilmirdim. Ağlımı ildırım çarpmışdı sanki. Sevilay qılıcını qoltuğumun altına soxmasaydı da mən bayılıb düşmək üzrə idim. Düşünürəm ki, Sevilayın sevgisi içimdə başqa gücləri oyatdı. İçimi anlada bilməyəcəyim olağanüstü99 güclərlə tanışdırdı. İçim yaxıldı ata can, içim yandı!


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə