GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ


Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: eqoizm



Yüklə 0,8 Mb.
səhifə3/13
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1483
1   2   3   4   5   6   7   8   9   ...   13

Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: eqoizm

(Cənab Adnan Oktarın Büyükhaber reportajı, 2008-ci il, 12 dekabr)
Adnan Oktar: Materialist-darvinist düşüncə avtomatik olaraq eqoistliyi, yəni eqoizm fəlsəfəsini gətirir. “Mən xilas olum, kimə nə olursa olsun”, “mənə toxunmayan ilan min il yaşasın” düşüncəsi yayılır. Eqoistlik çox qorxunc bir şeydir. Çox narahat edən bir şeydir. Eqoist cəmiyyətlər, eqoist insanlar. Eqoist iş rəhbərləri həmişə öz mənfəətlərini güdərlər. Qanun və nizam tanımazlar. Haqq-hüquq tanımazlar, gözəllik, sevgi, şəfqət, mərhəmət, hörmət kimi duyğuları çox lazımsız görərlər. Ona görə də hazırda dünyada yaşanan iqtisadi böhran da bütün gücüylə bu zəmində böyüyür. Halbuki insanlar təvəkküllü olsalar, Allaha təvəkkül etsələr, hər şeydə bir xeyir görsələr, mərhəmətli olsalar, qonşusunu özündən daha çox qorusalar, "qonşusu ac ikən tox olan bizdən deyil" sözünü- Peyğəmbərimizin (s.ə.v.) bu gözəl sözünü gözəl bir əxlaq kimi yaşasalar, tamamilə fərqli bir mühit olar. Məsələn, sədəqə verilmir, zəkat çox az verilir, halbuki müsəlmanlar kasıbları qorusalar, insanlara yaxşılıq edərlər. Xüsusilə borcları bağışlayarlar, borcların bağışlanması çox əhəmiyyətlidir. Qorxub dünya malına həvəslənməzlər, qızılı, gümüşü, pulu yığmazlar, onu Allah yolunda istifadə edərlər, çünki Allahdan gələcəyini ümid edərlər. Ona görə, indi böhran oldu bütün dünyada. Çünki hər kəs pulunu hesablayır, hər kəs qızıl-gümüşünü düşünür, heç kim infaq etmək istəmir, hər kəs qorxu və narahatlıqla böhranın nəticəsini gözləyir. Belə olmaz. Bu, bir xəstəlikdir, yəni tam mənası ilə bir çökmədir.

(Cənab Adnan Oktarın Çay tv-dəki canlı reportajı, 2009-cu il, 25 fevral)
Adnan Oktar: ... məsələn yaşlı bir babaya da şəfqətlə yaxınlaşır, yoldan keçirmək istəyir, əlində ağır yük varsa, onu götürmək istəyir, avtobusda yer verir. Amma dinsiz yetişdirilən, eqoist yetişdirilən biri yaşlı insan görəndə küçəyə baxmağa başlayır. Məsələn, yolda gedirsə, üzünü çevirir, məsələn, adam yaşlıdır, beli bükülüb, ağrıyır, nə olar ki, aslan kimi cavansan, al əlindəkiləri: “Əmi hara qədər istəyirsənsə, aparım”, -de, hörmət və sevgi göstər, insan bundan xoş olur. Allah ona o zaman güc, qüvvət verir, sevinc verir, rahatlıq verir.
Qeyri-sabit davranmaq

Adamlıq dinində insanların davranışlarının qeyri-sabit olması cəlbedici və məqbul sayılır. Bu səbəblə, insanların çoxu, əslində, son dərəcə normal bir şəxsiyyətə sahib olmasına baxmayaraq, xüsusilə sabit olmayan hərəkətlər edir. Çünki bu, ətrafındakı insanlar arasında etibar qazanmasına və təqdir görməsinə səbəb olur. Adamlıq dininin bu yanlış zehniyyəti səbəbilə diqqət çəkmək üçün canını təhlükəyə ata bilənlər də vardır. Xüsusilə gənclər dostlarının yanında lovğalanmaq və insanların heyranlığını qazanmaq üçün ağılsız hərəkətlər edirlər. Məsələn, avtomobili sürətlə sürürlər. Qarşıdan gələn avtomobilin üzərinə sürüb son anda kənara çəkirlər. Həm öz həyatlarını, həm də digər insanların həyatını heçə sayaraq özlərinə: "Dəli kimi cəsurdur, ölümdən belə qorxmur", -dedirtmək istəyirlər. Halbuki insan, əslində, ölümdən qorxmadığına görə deyil, adamlıq dininin təsirinə qapıldığı üçün bu cür davranır. Ancaq unutmaq olmaz ki, dəli kimi sürətlə hərəkət edərək cəsarətini göstərən gənc elə o anda bir qəza törətsə, üzündəki bütün o dəlilik gedər, əvəzinə çox ciddi və qorxunc bir ifadə əmələ gələr. Kömək istəməyə və ölməmək üçün dua etməyə başlayar. O anda adamlıq dini tamamilə təsirini itirər və yerini Allah qorxusu alar.


Qeyri-sabit davranmağın başqa bir üsulu da hamının qorxduğu, çəkindiyi biri ola bilmək üçün hərdən əsəblərinə hakim ola bilmirmiş təqlidi etməkdir. Bir mövzuya əsəbiləşdiyində yumruğunu divara vurmaq, şüşəyə yumruq ataraq əlini qanatmaq, əllərilə üzünü bağlayaraq bir müddət sakitləşmək, dərhal içki içməyə başlamaq adamlıq dininin etməli olduğu müəyyən davranışlardandır. Hətta çoxları "mən çox əsəbiyəm" və ya "tərs üzüm var, amma hər zaman göstərmirəm" kimi sözlərlə özünü dəli kimi göstərib insanların arasında etibar qazanmağa çalışır.
İnsanın həyatını təhlükəyə atan bəzi idman növləri də bunun üçün seçilir. Çoxları şikəst olmaqdan və ya ölməkdən qorxduğu halda, sırf ətrafındakılara lovğalanmaq üçün bu idmanlara yönəlir. Bununla da adamlıq dini normal ağıla sahib olan insanları da anormal hərəkət etməyə məcbur edir.
Bacarıqsızlıq

Adamlıq dinində varlı insanların bacarıqsız olmalı olduğuna aid yanlış bir inanc vardır. Bu inancın məntiqi bu düşüncəyə əsaslanır: varlı olan insanlar yanlarında mütləq xidmətçi saxlayırlar. Məsələn, yeməklərini özləri hazırlamır, aşbaz hazırlayır. Evlərini özləri təmizləmir, xidmətçi tuturlar.


Paltarları söküləndə özləri tikmir, bir əşya qırıldığında onu yerdən yığışdırmır, bir yerə gedəndə ünvanı sürücüyə verir, yolu tapmağı ondan gözləyir, alış-verişə özləri getmir, evə gətirdir, xəstə olduqda evə xüsusi həkim gətirdir, xəstəyə necə qulluq edilməsini bilmirlər. Avtomobil işləməsə, təkər partlasa, hər hansı bir əşyaya nəsə olsa, bunları düzəltmək üçün mütləq yanlarında işlətdikləri adama müraciət edərlər. Bütün bunlar imkanlı insanlara məxsus həyat tərzidir. Bu səbəblə, başqalarının dəstəyi ilə yaşamağa alışmış bu insanlar nəsə öyrənməyə ehtiyac duymurlar.
Və bu zehniyyət özünü zəngin kimi göstərib lovğalanmaq istəyən bir çox insanın, əslində, bacarıqlı olmasına baxmayaraq, "bacarıqsızlıq təqlidi" etməsinə səbəb olur. Bu səbəblə, xüsusilə qadınlar arasında "əl qabiliyyəti yoxdur, heç nə bacarmayan biri" kimi görünmək olduqca yayılmışdır. Məsələn, gənc qızın, əslində, bacardığı halda, yoldaşlarının yanında "mən çay dəmləyə bilmirəm, mən yemək hazırlamağı bacarmıram, həyatımda mətbəxə girib nəsə etdiyimi xatırlamıram, mən heç yaxşı tikiş tikə bilmirəm, bu günə qədər əlimə iynə-sap almamışam" kimi ifadələrinin əsas məntiqi budur. Bu şəkildə hər işini başqasına etdirmək imkanı olan zəngin insan görünüşü verməyə çalışırlar.
Bəyənməmək

İnsan bir əşyanı nəyə görə bəyənmir və dəyərsiz görür? Çünki daha yaxşısına malikdir. Məsələn, sarayda yaşayan biri adi mənzili bəyənmir və dizaynını tənqid edir. Ancaq daxmada yaşayan insan üçün gözəl mənzil böyük bir saray hökmündədir. Çünki özü daha pis şərtlərdə yaşayır.


İnsan digərlərinin ağlını niyə bəyənmir? Çünki özünün daha ağıllı olduğuna inanır. Digərlərinin fikrini niyə bəyənmir? Çünki özünün daha yaxşı fikirləri vardır. Qarşısındakının gördüyü işi niyə bəyənmir? Çünki özünün daha yaxşı bacarığa sahib olduğunu düşünür. Buna görə, bir şeyi bəyənməmək, ümumiyyətlə, o şeyin daha yaxşısına sahib olmaq mənasını verir.
Bu səbəblə, ətraflarına hər şeyin ən mükəmməlinə sahib olan insan kimi görünmək istəyənlər gördükləri heç bir şeyi bəyənmirlər. Hətta bəyənsələr belə, bunu bildirmir, bir qüsur tapıb mütləq tənqid etmək istəyirlər. Məsələn, tanışları ilə birlikdə lüks restorana gedən biri həyatı boyu bu cür lüks bir restorana getməmiş olsa belə, yenə də buranın yeməklərində və ya dekorasiyasında, yaxud da ofisiantın hərəkətlərində qüsur tapmağa çalışır. "Məncə yeməkləri çox yaxşı deyildi, mənzərəsi çox pis idi, yaxşı dizayn edilməyib, insanın ürəyi sıxılır", - kimi tənqidlər edərək bundan daha yaxşı yerlər görmüş kimi davranır.
Gənc qızlar özlərindən daha gözəl qız gördükdə mütləq onda bir qüsur taparaq öz üstünlüklərini vurğulamaq istəyirlər. Məsələn, saçlarının gözəlliyinə güvənən gənc qız özündən daha gözəl birini gördükdə: "Bu nə saçdır, saç düzümü heç yaraşmır və ya yəqin saçları bir az seyrəkdır", -deyərək, əslində, özünün daha üstün olduğunu vurğulamağa çalışır. Boyu uzun olan gənc qız özündən bir az qısa boylu, amma daha gözəl birini gördükdə dərhal: "Boyu qısadır", -deyərək onu hörmətdən salmağa çalışır.
Adamlıq dininin bu yanlış anlayışına görə, heç kim özündən daha üstün saydığı, daha ağıllı, daha gözəl, daha qabiliyyətli olduğu birinin xüsusiyyətlərini dilə gətirməz. Məsələn, bir yazıçının öz yaşıdı olan başqa yazıçını təriflədiyini, özündən daha ağıllı olduğunu və ya üslubunun özündən daha məqsədəuyğun olduğu haqqında yazısını çətinliklə görə bilərsiniz. Bir sənətçinin öz səviyyəsində gördüyü başqa sənətçini təqdir etməsi, daha gözəl və qabiliyyətli olduğunu söyləməsi çox nadirdir. Ancaq bu insanların bir-birlərini var gücü ilə tənqid etdiklərini görürsünüz. Məsələn, bir psixoloq digərinin üsulubunu bəyənmir, bir televiziya kanalı digər kanallardakı aparıcılarda mütləq qüsur tapır. Bunun səbəbi öz qabiliyyətlərini, ağıllarını və ya mövqelərini üstün göstərmək cəhdidir.

2- Danışıqda nöqsan

Danışmaq insanların fikir, düşüncə və duyğularını, istək və arzularını bildirmələrinə, bir-birlərilə ünsiyyət qurmalarına kömək edir. Halbuki adamlıq dinində danışmaq bu əsas məqsədlərindən əlavə, bu insanların yanlış psixologiyasını ətrafdakılara bildirmək vasitəsidir. Adamlıq dinini yaşayan insanın bütün kompleksləri, şəxsiyyət pozuntuları, psixoloji problemləri danışığı əsnasında ortaya çıxır. İnsanların böyük əksəriyyəti özünü insanlara olduğundan fərqli və üstün göstərmək arzusundadır. Bu göstəriş münasibət və davranışlarla olduğu kimi, həm də danışıq yolu ilə həyata keçirilir. Bu hissədə adamlıq dini fərdlərinin danışıqlarını üslub, davranış, mimika və digər xüsusiyyətləri baxımından araşdıracağıq.



Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: mədəniyyətsizlik və ədabazlıq anlayışı

(Cənab Adnan Oktarın Kral Karadeniz - dəki canlı reportajı, 2009-cu il, 6 mart)
Adnan Oktar: Bəzən elə tiplər görürəm ki, həqiqətən, mədəniyyətsiz və cahildir, amma qulağına sırğa taxmış, saçına da jele vurmuş, köynək geymiş, sözləri yavaş-yavaş deyir, maraqlı danışıq tərzi əmələ gətirmişlər. Çox müasir görünüşlü, amma tamamilə cahil və mədəniyyətsiz. Mən saçını düzəltməsinə bir şey demirəm, yaxud kəsməsinə. O xoşuna gəlirsə, etsin. Köynək geyməsinə də, qulaqlıq taxmasına da. Xoşuna gəlirsə, etsin. Amma bununla müasir olduğunu zənn etməsi çox anormaldır. Çünki müasirlik sevgi dolu olmaq, mərhəmətli, şəfqətli olmaq, diqqətli olmaq, təmizliyə diqqət etmək, digər insanları narahat etməmək, Yaradandan ötrü yaradılmışları sevmək, çiçəklərə, bitkilərə, uşaqlara, gözəlliklərə, hər şeyə qarşı heyranlıq duymaq, onları qorumaq, hadisələrin çətin tərəflərini görmək - budur müasirlik.
Süni və səmimi olmayan danışıqlar

Adamlıq dini "qəliblər" dinidir. İnsan bu qəlibləri mənimsədiyi və tətbiq etdiyi zaman cəmiyyətdə qəbul edilir və rəğbət qazanır. Münasibətlərdə çox əhəmiyyətli bir yer tutan danışıqda da bu batil dinin özünəməxsus saysız formaları vardır. Adamlıq dinində danışıqlar mühit və vəziyyətə görə bu qəliblərdən uyğun olanların seçilməsilə meydana gəlir. Danışanın istifadə etdiyi sözləri, həqiqətən, hiss edib-etmədiyi heç əhəmiyyətli deyil. Adamlıq dini mənsubu hiss etdikləri zahirən fərqli olduğu üçün –başqa sözlə, içi və üzü eyni olmadığı üçün- bir mənada ikiüzlü olur. Normal insan üçün ikiüzlülük hər nə qədər utanmalı bir hal olsa da, adamlıq dinini yaşayan biri utanılası vəziyyətə düşdüyünün fərqində olmur.


Adamlıq dinində nifrət etdiyi halda, sevirmiş kimi görünməyi, sevdiyi halda, sevmirmiş kimi görünməyi, əhəmiyyətsiz hesab etdiyi halda, hörmət göstərməyi, kədərlənmədiyi halda, kədərlənmiş kimi, sevinmədiyi halda, sevinmiş kimi davranmağı, içindən gəlmədiyi halda, gülüb qəhqəhə çəkməyi və ya ağlamağı, heç təsirlənmədiyi halda, çox təəccüblənmiş kimi görünməyi öyrənir. Mühitin tələbinə görə də bu öyrəndiklərini tətbiq edir.
Qarşısındakılar da eyni xüsusiyyətə sahib olduqları üçün sünilik və səmimiyyətsizliyə önəm vermir, təbii qarşılayırlar. Özlərinə növbə çatdığında da eyni saxta və süni xarakteri göstərməkdən çəkinmirlər. Səmimiyyətsiz danışıq növlərinin bəzilərini göstərə bilərik:
Hadisələri izah edərkən daha çox diqqət çəkə bilmək üçün qabarıq üslubdan istifadə etmək. Sadə bir şeyi əhəmiyyətli imiş, əhəmiyyətli bir şeyi də sadə imiş kimi izah etmək. Danışarkən doğma dilində qarşılıqları olsa belə, xarici sözlərdən istifadə edərək xarici dil bildiyini bildirmək...
Bilmədiyi bir mövzu haqda danışılarkən bilirmiş kimi davranmaq, o mövzu haqqında eşitdiyi bir şeyi əlavə edib sanki bütün mövzu haqqında məlumatı varmış kimi lovğalanmaq. Danışılanlardan təsirlənmədiyi halda, süni reaksiyalar vermək və hiss etmədiyi halda, heyrət, bəyənmə, qınama, kədərlənmə, təsdiqləyici ifadələrdən istifadə etmək. Məsələn, əslində, təəccüblənmədiyi halda, "doğrudan?", "aa, inanmıram", "məəttəl qaldım" kimi ifadələrdən istifadə etmək.
Bunların çoxu səmimi olaraq hiss edildiyi üçün deyilmir. Əslində, qarşı tərəf də bu sözlərin süniliyindən xəbərdardır. Ancaq əsas olan bu qəliblərin yerində və ustalıqla istifadə edilməsidir. Səmimiyyətsizlik və ikiüzlülük adamlıq dinində elə təbii hal almışdır ki, səmimi görünən birinə rast gəldikdə onun bu xüsusiyyətindən fövqəladə bir hadisə kimi bəhs edilir. Adamlıq dininin yaşandığı mühitlərdə insan səmimiyyətsizliyi qədər cəmiyyətdə müvəffəqiyyətli olur. Cəmiyyətdə insanların heyran olduğu bir mövqe qazanan insanların çoxu bu qaydaların tətbiqində ustalaşmışlar. Yoldaşının vəzifəsi, zənginliyi, uşaqlarının məktəbdəki uğurları, tətildə gedilən yerlər, ictimai əlaqələr və fəaliyyətlər qabardılaraq danışılır. Süni danışıq növlərinə aşağıdakıları da göstərə bilərik:
Qarşı tərəfin zarafatlarına ayıb olmasın deyə və ya ondan çəkindiyi və ya ona yaltaqlanmaq üçün məcburi gülmək, içindən gəlmədiyi halda, süni qəhqəhə çəkmək. Əsəbiləşincə əsəbiləşdiyini səs tonu ilə bildirmək də adamlıq dinində tez-tez rast gəlinən danışıq pozuntuları arasındadır.

Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: sünilik

(Cənab Adnan Oktarın Kaçkar tv - dəki canlı reportajı, 2009-cu il, 12 mart)
Adnan Oktar: Adamlıq dini cəmiyyətdəki insanların daima qarşılaşdığı bir həqiqətdir. Həddindən artıq sünilik, həddindən artıq süni danışıqlar, yəni təbii olmamaq. Məsələn, birini görür: "Sən haralarda idin, həqiqətən, mən sənin üçün çox darıxmışdım", - deyir; halbuki: “Allah qovuşdurdu, əlhəmdülillah”, - desən, daha səmimi söhbət olar. Bir neçə dəfə: "İnan, çox sevindim", - deyir. Yəni yalan söyləyir ki, inandırmağa çalışsın. And içir, məsələn: “Çox sevindim”, - deyir. Kədərlənməyəcəksən ki, təbii ki sevinəcəksən. Belə süni ifadələri nəzərdə tuturam. Cəmiyyətin çox hissəsində insanları narahat edən, təbii olmayan danışıq üslubudur bu. Bir də təbii səmimi danışan insan vardır. Bu, insanı rahatladır. Candan danışır, içindən gəldiyi kimi danışır. Amma süni insanda: “Bircə bu söhbəti bitirsəydi”, - deyə insan düşünür. Dözülməz bir danışıq şəklidir bu.
(Cənab Adnan Oktarın Kanal 35 - dəki (İzmir)

canlı reportajı, 2009 - cu il, 14 fevral)
Adnan Oktar: Məsələn, çox süni, sanki bir teatr sənətçisi kimi mimikalar, üslub və sanki şeir oxuyurmuş kimi. Belə maraqlı tiplər olur, çox süni, səmimi olmayan davranışla qəribə bir şou göstərir, çox qəribə bir üslubla izah edir dini. Onsuz da diqqətlə baxanlar dərhal anlayırlar. Sanki din üçün danışarkən xüsusi bir üsluba ehtiyac varmış kimi, ührəvi bir üslubla, gözləri dalır, fonda həzin bir musiqi, qaval səsi, ney səsi. Nə üçün bunlara ehtiyac var? Din açıq-aşkar həqiqətin özüdür.
Həqiqətən, əylənən insanın üzündə xoş bir ifadə olur. Heç xoşbəxt deyildirlər. Bir-birlərinə, hamısını tənzih edirəm, amma böyük bir hissəsi şou göstərir və xoşbəxtlik şousu kimi olur bu. Bu, çox əziyyətli bir şeydir.
Boş və məqsədsiz danışıqlar
Adamlıq dininin danışıqlarındakı ən nəzərəçarpan xüsusiyyət danışıqların boş və məqsədsiz olmasıdır. Xalqın doxsan faizindən çoxu söz olsun deyə, danışıq olsun deyə danışır. Nəticə verməyən, qəlibləşmiş mövzular bu boş danışıqların əsasını təşkil edir. Bu cür danışıqların mövzusu çox genişdir. Bu söhbətlər adamlıq dini mənsubunun gündəlik həyatında əhəmiyyətli bir yer tutur. Danışıqların çox dəyişməyən klassik başlanğıcları vardır: "Dünyanın heç bir yerində yoxdur...", "Avropalı bunu etməz...", "24 saatda..." -deyə başlayan söhbətlər; "Məni başa gətirəcəklər...", "Biz adam olmarıq...", "Onların hamısı mənim yanımda yetişib..." şəklindəki danışıqlar uzanır, genişlənir, mövzudan mövzuya keçir. Heç bir nəticə verməyən, versə də, heç bir fayda gətirməyən bu cür danışıqlar, ümumiyyətlə, qarşı tərəfə fikir, düşüncə sahibi olduğunu hiss etdirmə kompleksindən qaynaqlanır.
Hikmətsiz danışıqlar
Adamlıq dinində danışıb həll edilməsi mümkün olan mövzular belə qarışıqlığa süründürülür. Çox qısa müddətdə həll edilə bilən məsələlər saatlarla uzadılır. Danışıqlar qarşılıqlı iddia və inada çevrilir. İş toplantıları, dostlarla görüşlər, qonaqlıqlarda həmişə bu cür səhnələr olur. Hikmətsizlik söhbətlərin hər anında özünü göstərir. Mövzuları hikmətli, ağıllı şəkildə dilə gətirmək mümkün deyil. Çünki hikmət ancaq Allahın diləyib seçdiyi qullarına verdiyi bir üstünlükdür. Bir Quran ayəsində belə buyurulur:
Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər! (Bəqərə surəsi, 269)
Quranda bildirilən ağıl və hikmətə sahib olmayan adamlıq dini mənsubu bir neçə cümlədə izah edilə bilən mövzunu dəqiqələrlə, hətta saatlarla izah edə bilmir. Bəzən də qısa müddətdə izah edə biləcəyi mövzunu qəsdən dəqiqələrlə uzadır. Televiziyalarda bəzi verilişlərdə çox qısa vaxtda həll edilə bilən məsələlər saatlarla müzakirə edilir, amma heç bir nəticə vermir. Bu mövzu haqqında Quranda belə bildirilir:
İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir. (Loğman surəsi, 6)
Adamlıq dinində insanlar sözü uzadıb heç cür mövzunun mahiyyətinə, məqsədinə çatmırlar. Çox danışdığı halda, bir şey izah edə bilmirlər. Lazımsız sözlər, mənasız əlaqələrlə çox sadə bir mövzunu belə mürəkkəb şəklə salırlar. Danışıqlarının arasında özünə diqqət çəkməyə, fikir və düşüncələrini önəmli göstərməyə və ya mədəniyyətini sübut etməyə yönəlmiş eyhamlı sözlər deməyə çalışırlar. Ən həyati mövzularda belə özlərinin önə çəkilməsi birinci planda, danışılan mövzu ikinci plandadır.
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20) ayəsində xəbər verilən xüsusiyyətlər adamlıq dininin söhbətlərində də çox tez-tez özünü göstərir.
Bunlara hamı bir ağızdan danışmaq, qarşısındakının sözünü kəsmək, mövzunu yarıda kəsib özünün mühüm sandığı başqa bir mövzuya başlamaq, yerli-yersiz, bilib-bilmədiyi hər mövzuya qarışmaq kimi hərəkətləri də əlavə edə bilərik.
Düşüncəsiz danışıqlar

Adamlıq dininin söhbətlərində düşüncəsizlik tez-tez özünü göstərir. İzah etdiyi mövzu və ya istifadə etdiyi üslub qarşı tərəfin diqqətini çəkmədiyi halda, buna fikir verməyib eyni tempdə izah etməyə davam etmək, hər kəsin bildiyi şeyləri çox qeyri-adi bir mövzu izah edirmiş ədasıyla izah etmək, qarşısındakının vaxtı yox ikən sözə tutmaq adamlıq dininə məxsus düşüncəsizliyin ən nəzərəçarpan nümunələrindəndir. Bütün bunlarla yanaşı, yersiz zarafatlar söhbətlərin daha da hikmətsiz hala gəlməsinə səbəb olur.


Nəzakətli olmamaq düşüncəsiz danışıq formalarından biridir. Yanlış anlaşıla bilən sözlərdən istifadə etmək, sözün ucunun hara gedəcəyini bilməmək, danışarkən müxtəlif hallara düşmək də bura aiddir. Çox vaxt alçaltmaq, yaxud lağ etmək məqsədi olmadığı halda, şüursuzca istifadə edilən sözlərlə insanları təhqir etmək adamlıq dini mənsubuna məxsus davranış tərzidir. İnsanların müxtəlif maddi və ya fiziki qüsurlarını nəzərə almadan, lazım olmadığı halda, bu haqda danışmaq o kəslər üçün xoşagəlməz ola bilər. Məsələn, saçları tökülmüş, boyu qısa və ya maddi vəziyyəti pis olan birinin yanında bu xüsusiyyətlərilə əlaqədar yersiz danışmağı, lazımsız zarafatlar etməyi adamlıq dininə xas düşüncəsizliklər arasında saymaq olar.
İstehzalı danışıq

Mövzu nə olursa olsun, daima mübahisə etmək adamlıq dininin xüsusiyyətlərindəndir. Bundan əlavə, səs tonunu yüksəldərək mübahisə etmək, xüsusilə, qarşı tərəfə öz fikrini qəbul etdirmək üçün lazımlı sayılır.


Özü ilə eyni mühitdə olanları həmsöhbət saymayıb onlar haqqında "bu", "bunlar" kimi ifadələr söyləmək, qarşısındakının üzünə baxmadan danışmaq, söz atmaq da adamlıq dinində qarşı tərəfi alçaltma metodlarındandır. Eşitdiyi halda, soruşulan suallara cavab verməmək, eşitməzlikdən gəlmək istifadə edilən bir başqa yoldur. Bunlardan əlavə, eşitdiyi bir şeyi qəsdən təkrarlatmaq, anladığı halda, anlamazlıqdan gəlmək, qarşı tərəf bir şey izah edərkən ona əhəmiyyət vermədiyini və dinləmədiyini müəyyən edəcək şəkildə başqası ilə fərqli bir mövzuda danışmağa başlamaq qarşısındakına hörmət etməyən və istehzalı danışığın digər nümunələrindəndir.

Telefon söhbətləri

Telefonla danışarkən adi halda istifadə etdiyi səs tonu və üslubdan fərqli danışmaq da adamlıq dininin xüsusiyyətlərindəndir. "Alo" sözünü olduğu yerdəki mövqeyinə görə, fərqli, səmimi olmayan şəkillərdə tələffüz etmək, məsələn, müdir vəzifəsindədirsə, səsini xüsusilə qalın tona salıb ağır və ciddi bir üslubla telefonu açmaq.


Adamlıq dinində telefonla danışarkən istifadə edilən digər hərəkətlər də belə sadalana bilər:
Qarşılıqlı söhbətlərdə rahat deyə bilmədiyi şeyləri cəsarətlənib telefonda demək, mənfəəti olan birindən telefon zəngini gözləyərkən telefonun başından ayrılmadığı halda, zəng gəlincə telefonu dərhal açmamaq, uzun müddət sonra cavab vermək...
Qarşı tərəflə danışarkən ətrafındakılara qaş-göz işarələrilə mesaj vermək. Özünü tanıtmaq və vidalaşmaq əsnasında süni səmimiyyət formalarından istifadə etmək, əsəbiləşdiyini bildirmək üçün dəstəyi çırpmaq, danışarkən qarşı tərəfə səmimi olmayan iltifatlar edib, dəstəyi asdıqdan sonra qarşı tərəf haqqında lağ hərəkətləri etmək adamlıq dininə məxsus olan davranışlardır.
Dedi-qodu

“Qələm” surəsinin 10-13-cü ayələrində adamlıq dini mənsublarının göstərdiyi bəsit davranışlar təsvir edilir. Bu mövzu ilə əlaqədar olaraq bildirilən ayələr belədir:


İtaət etmə hər and içənə, alçağa; qeybət edənə, söz gəzdirənə; xeyirə mane olana, həddi aşana, günaha batana; daş ürəkliyə, əsli-nəsəbi bilinməyən haramzadaya. (Qələm surəsi, 10-13)
Ayələrin əvvəlində deyilən qeybət etmək, söz gəzdirmək adamlıq dinində çox rast gəlinən davranışdır. Bu şeytani dinin mənsubları içində insanların üzünə qarşı yaxşı davranan, sonra da arxasından qeybət edən insan modeli olduqca məşhurdur. Heç kim bir-birinin nöqsan və yanlış cəhətlərini düzəltməyə çalışmır. Onsuz da başqalarının səhvlərini düzəltməyi heç istəmirlər. İnsanın hər hansı bir səhvini ancaq lağ etmək və ya dedi-qodu etmək üçün deyirlər.
Adamlıq dinində dedi-qodunun ictimai həyatda mühüm yeri vardır. Cəmiyyətdə bu pis xasiyyəti tənqid etmək əvəzinə insanlar buna təşviq edilir. Halbuki, Quranda bu mövzuda verilən hökm belədir:
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Hucurat surəsi, 12)


Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: boş söhbətlər

(Cənab Adnan Oktarın Kanal 35 - dəki (İzmir) canlı reportajı, 2009-cu il, 1 fevral)
Adnan Oktar: Boş danışıqlar necə əziyyətdir, necə çətindir. Üstəlik, süni bir insanın boş söhbətlərini dinləmək, elə insanlara diqqət yetirin, həmişə boşboğaz olur. Ağlı başında biri sanki pərişan olur sıxıntıdan. Ən gözəl şey ordan çıxıb getməkdir. Dedi-qodu edildiyində də dedi-qodusu edilən insanı tərifləsəniz, dedi-qodu edənin zövqünü boğazına tıxayarsınız, çox yaxşı olar. Yəni üç-beş tərifli söz söyləsəniz, dedi-qodunun heç bir mənası qalmaz onun üçün.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə