GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ


Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus surəsi, 44)



Yüklə 0,8 Mb.
səhifə5/13
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1483
1   2   3   4   5   6   7   8   9   ...   13

Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus surəsi, 44)

9- ADAMLIQ DİNİNDƏ YAŞLILIQ PSİXOLOGİYASI

Adamlıq dininin hər yaş kateqoriyası üçün təyin etdiyi hərəkət tərzi vardır. Bunun yazılı mətni və izahı yoxdur. Ancaq insanlar harada yaşayırlarsa yaşasınlar, bunu bilir və bütün təfərrüatı ilə tətbiq edirlər. Məsələn, 50 və ya 60 yaşa çatdıqda həyat tərzlərini, danışıqlarını, paltarlarını, səs tonlarını, üslublarını adamlıq dininin qaydalarına uyğun şəkildə dəyişməli olduqlarına inanırlar.


Bu dəyişikliyin əsas prinsipi dünya nemətlərindən əl çəkmək, şikayət və pessimizmdir. Bu yaşa gələn insanlar həyatdan şikayət etməyə başlayırlar. "Necəsən?" - sualına bu yaşlarda verilən cavab: "Belə də, bildiyin kimi", - və ya: "Necə olacam, başım xəstəliklərə qarışıb", - kimi mənfi cavablardır. Çünki həyatdan zövq almağa haqları olmadığına və bu yaşdan sonra bütün nemətlərdən uzaqlaşmalı olduqlarına dair batil inancları vardır.
Xüsusilə qadınlarda menopauza və kişilərdə andropauza dövrləri adamlıq dininə görə davranışın tamamilə dəyişməli olduğu bir dövrdür. Bu dövrə girmiş insanların çoxu bütün gözəllikləri tərk edir. Bədənlərinə qulluq etmir. Həm xarici görünüşlərinə əhəmiyyət vermir, həm də təmizliklərinə diqqət etmirlər. Tünd rəngli geyimlər geyinir, əsasən, qəhvəyi, boz, qara kimi rəngləri seçirlər.
Qırmızı, narıncı, sarı, yaşıl, çəhrayı kimi rənglərə ehtiyac olmadığını düşünürlər. Halbuki, bu, son dərəcə mənasız qaydadır. İnsanlar Allahın yaratdığı rəngləri hər yaşda istifadə edə bilər və bu nemətdən hər yaşda faydalana bilərlər. Bu yaşlarda bəzilərinin davranışları və üslubları da tamamilə dəyişir. Cismən zəif olmadığı halda, çoxları bu yaşda yavaş-yavaş hərəkət edən, cansız olmalı olduğuna inanır. Bu səbəblə, hərəkətləri donuqlaşır, əslində, çox sürətlə danışa bildiyi halda, xüsusilə, aram-aram danışmağa başlayır. Qısası, sürətli şəkildə izah edəcəyi bir mövzunu ağır danışıqla uzun-uzadı izah edir. Bunu yaşlılığının bir əlaməti olaraq hesab edir.
Gəncliyində olduqca enerjili biri yaşlandıqda birdən sevincini, ümidini, cəldliyini, canlılığını öz iradəsilə itirir. Məsələn, gözəl mənzərənin, gözəl insanın, gözəl mahnının və ya özünə göstərilən gözəl münasibətin sevincini və həyəcanını yaşamır. Əksinə, bu anlarda sevinmək yerinə kədərlənir.
Adamlıq dininin bu batil qaydalarına görə, insanlar bu yaşlardan sonra ölümü gözləməyə başlamalıdır. Bu səbəblə, demək olar ki, 60 yaşı olmuş bütün insanların həyatını ölümü gözləyərək keçirdiyini görərsiniz. Bu yaşdan sonra artıq edəcək bir şey qalmadığı inancı hakim olduğu üçün fəaliyyət tamamilə dayanır. Əlbəttə, bu yaşlar ölümün insana çox yaxınlaşdığı və bu həqiqətin unudulmamalı olduğu dövrdür. Ancaq adamlıq dinini yaşayanlar burada da yanılaraq əxlaqlarını gözəlləşdirib Allahdan çox qorxaraq və Onu çox sevərək ölümə hazırlıq görmürlər. Əksinə, onların böyük bir ağılsızlıqla etdiyi axirəti də gözardı etməklə hər şeydən özünü çəkib "vaxt öldürmək" olaraq adlandırılan, yalnız ölümü gözləyərək keçirilən boş həyatdır.
Son dərəcə ağıllı və bacarıqlı birisi yaşlandığından dolayı heç bir şeydən anlamayan, ağır eşidən, ağır düşünən, heç bir şeyi bacara bilməyən adam kimi davranmağa başlayır. Bir çoxları son iyirmi ilini pəncərənin qarşısında oturub çölə tamaşa edir və ya bütün günü televiziya seriallarını izləyir, dünyaya aid bütün gözəlliklərdən əlini üzür. Bunun zərərlərindən biri isə özünü düşünməməyə, hərəkət etməməyə və qabiliyyətlərini işlətməməyə alışdırdıqları üçün zehni fəaliyyətlərinin getdikcə azalması və erkən ağlını itirmələridir. Əlbəttə, belə əxlaqı və həyat tərzini mənimsəyən insanın axirətdəki itkisi daha böyükdür.
Halbuki doğru olan xəstəliyi olmadığı müddətdə həm cismən, həm də zehnən çalışması, dünyada axirət üçün xeyir işlərə davam etməsidir. Allah bir ayəsində: “Elə ki azad oldun, qalx (dua et)! (İnşirah surəsi, 7)” - şəklində əmr edir. Şübhəsiz, Allahın əmri hər yaşda olan insanlara aiddir.
10- ADAMLIQ DİNİNDƏ AYRI-SEÇKİLİK

Adamlıq dininin ən mühüm xüsusiyyətlərindən biri insanları qiymətləndirmə tərzidir. Bu şeytani dində insanlar, əslində, zəngin və kasıb olaraq iki yerə ayrılırlar. Hər iki qrupda fərqli dünyagörüşü və fərqli davranış tərzləri hakimdir. Zəngin və kasıb insanlara qarşı göstərilən münasibətin fərqliliyi dünyanın demək olar ki, hər yerində eynidir. Amerikalı da bu batil dinin gərəyi olaraq bu cür davranır, rus da, fransız da…


Xülasə olaraq bu münasibət fərqliliyini bu şəkildə sıralaya bilərik:


  1. Özlərindən daha varlı adamlara qarşı cahiliyyə cəmiyyətinin insanları incə və mülayim səs tonu ilə və mümkün olduğu qədər nəzakətli şəkildə danışırlar. Kasıb insana qarşı isə səs tonu təbiiləşir, adamın əsl səsi necədirsə, elə danışmağa başlayır. Danışıq üslubu kobudlaşır, nəzakətli danışığa ehtiyac hiss edilmir. İzah ediləcək mövzu son dərəcə dəqiq və ən qısa şəkildə izah edilir. İş yerində müdirlə danışarkən istifadə edilən səs tonu və iş yerinin çayçısı ilə danışılan üslub arasındakı fərqlilik bu mövzuya açıq nümunədir. Müdirdən mənfəət ehtimalı olduğu üçün işçilər ona dəyər verdiklərini hiss etdirmək məqsədilə mümkün olduğu qədər nəzakətli, təvazökar və hörmətli səs tonu və üslubdan istifadə edirlər. Ancaq çayçıdan bir mənfəət gözləmədikləri üçün danışarkən ona dəyər verməyən bir üslub seçirlər.




  1. Varlı birisi gəldikdə hərəkətlər tələm-tələsik və etinalı olur. Hər şeyin istədiyi kimi olması, hər arzusunun yerinə yetirilməsi, xoşuna gəlməyəcək bir halın baş verməməsi üçün hamı təlaşa düşür. Kasıb gəldikdə isə heç kim onun varlığına diqqət yetirmir. Son dərəcə sakit və laqeyd davranırlar. Varlı biri içəri daxil olduqda ayağa qalxır, geyimlərini düzəldir, oturuşuqlarına fikir verirlər. Kasıb biri gəldikdə isə ayağa qalxmır, hətta ona baxmırlar.



  1. Zənginə "siz" deyə xitab edilir. Kasıb adama isə "sən" deyirlər. Məsələn, satıcı alış-verişə gələn zəngin müştərini mütləq "nə arzu edirsiniz" kimi nəzakətli bir cümlə ilə qarşılayır. Ancaq içəri girən müştərinin kasıb olduğunu anlayarsa "nə istəyirsən" kimi alçaldıcı bir ifadə işlədir.




  1. Zənginə qarşı xüsusi hörmət göstərilir. Zəngin adamın yaşı kiçik olsa belə, ona bir böyüyə göstərilən hörmət göstərilir. Hətta yaşca kiçik olan insanların belə əli öpülür, qalxıb yer verilir. Kasıba isə yaşca böyük olsa belə, uşaq kimi davranılır. "Nə edirsən ", "Nə istəyirsən, de görək" kimi uşaqlara qarşı istifadə edilən ifadələrlə xitab edilir.

Adamlıq dininin insanlara qarşı ayrı-seçkiliyi və bu dünyagörüşünün insanların davranışlarına necə əks olunduğu hər hansı bir mağazaya girdikdə belə açıq şəkildə görünür. Bir mağazaya zəngin və məşhur bir müştərinin girdiyini düşünək. Bu müştəri qapıdan içəri girər-girməz bütün işçilərin diqqəti bu adama yönəlir. Dərhal gülər üzlə salamlayıb nə istədiyini soruşurlar. Almaq istədiklərini bir və ya bir neçə satıcı dərhal önünə qoyur. O, hələ birinə baxmadan tez başqasını gətirirlər. Satıcıların üzündə təbəssüm və nəzakət olur. Əgər yanında uşağı varsa, uşağa xoş sözlər deyilir. Nə qədər sevimli və gözəl uşaq olduğu, nə qədər ağıllı olduğu deyilir. Uşaq yaramaz və dəcəl olsa belə, hər hərəkəti nəzakətlə qarşılanır. Mağazada bir şey qırarsa, heç bir əhəmiyyətinin olmadığını deyərlər .


İndi də həmin mağazaya kasıb bir müştərinin girdiyini düşünək. Əgər geyimindən və davranışından maddi imkanı olmayan biri olduğu aydın olarsa, bu adamla mağazada heç kim maraqlanmır. Nə isə soruşmadıqca heç kim ona tərəf baxmır. Bir şeyə baxmaq istədikdə son dərəcə laqeyd və ağır davranışla istədiyini göstərirlər. Satıcı əlavə bir məhsul göstərməyə cəhd etmir. Həmçinin, müştərinin istəklərini yerinə yetirərkən üzündə son dərəcə laqeyd və narazı bir ifadə olur. Bu adamın tez bir zamanda mağazadan getməsini istədiyi üçün bir tərəfdən istəklərini yerinə yetirərkən, bir tərəfdən də çölə baxır və ya dükandakı başqa biri ilə söhbət edir. Müştəriyə heç dəyər vermədiyini yanındakı adamla söhbətini bitirməyərək biruzə verir. Əgər müştərinin yanında uşağı varsa və yaramazdırsa, əsəbi şəkildə uşağına diqqət etməsini söyləyir.
Bu nümunə adamlıq dininin insanlar arasında necə fərq qoyduğunu göstərir. Çünki buradakı məntiqi və davranış tərzini kassirdə, xidmətçidə, dərzidə, baqqalda görmək mümkündür. Dünyanın harasına gedirsinizsə gedin, buna bənzər hərəkətlərin din əxlaqından uzaq yaşayan insanlara hakim olduğunu görərsiniz.
Adamlıq dinində birinə hörmət və diqqət göstərmək üçün o adamın müəyyən maddi gücə sahib olması əsasdır. Sərvəti artdıqca adamlıq dininə mənsub olan insanların o adama qarşı hiss etdiyi heyranlıq da ona müvafiq olaraq artır. Məsələn, restorana getdiyinizdə zənginliyi ilə tanınan bir müştəriyə qarşı böyük diqqət göstərildiyini görərsiniz. Hətta əgər ölkənin ən məşhur zənginlərindən biridirsə, böyük ehtimalla pul alınmır. Onun bu restorana gəlməsi şərəf olaraq qəbul edilir və heç bir şəkildə ödəniş etməməsi tələb edilir. Halbuki, kasıb müştərinin hesabı ödəyəcək qədər pulu olmasa, bu, böyük bir hay-küyə səbəb olur. Pulu çatmadığı üçün danlanır, alçaldılır və oradan qovulur. Yəni zəngin olandan pul istənmədiyi halda, kasıb olanın hesabını qəpiyinə qədər ödəməsini tələb edirlər.
Bu iki insan arasındakı yeganə fərq zənginlikdir. Burada göstərilən hörmət və diqqət də, əslində, zəngin olan şəxsin şəxsiyyətinə və əxlaqına deyil, yalnız pulunadır. Və bu da adamlıq dininin çirkinliklərindən biridir.
İslam dinində isə insanlar yalnız əxlaqlarına görə qiymətləndirilir. Kasıb, amma gözəl əxlaqlı olan insan, zəngin, amma Allahın əmrlərinə qarşı çıxan birindən qat-qat daha üstündür. Bu səbəblə, İslam dinində qətiyyən ayrı-seçkilik yoxdur. Zənginliyin, etibarın, gücün deyil, gözəl əxlaqın əsas olduğu anlayış vardır. Allah bir ayəsində belə buyurur:
Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar Cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar. (Səba surəsi, 37)

11- ADAMLIQ DİNİNDƏ DOST SEÇMƏK MEYARLARI

İslam dinində dost seçərkən yeganə ölçü o adamın əxlaqıdır. Adamlıq dinində isə yoldaş seçmə ölçüsü çox fərqlidir. Hər mədəniyyətin özünəməxsus bəzi qaydaları vardır. Məsələn, "intelligent" olan insan özünə dost seçərkən mütləq özünə bənzər birini seçir. Bunun üçün əvvəl xarici görünüşə baxır. Təmiz, ütülü, klassik geyimli birisinin əvəzinə boynuna şərf bağlayan, ayağında sport stildə ayaqqabı olan, təmizliyinə diqqət etməyən, gümüş sep taxan, keçi saqqallı biri ilə dostluq etməyi seçir. Çünki adamlıq dinində bu görünüşün müəyyən mənası vardır. Dünyanı əhəmiyyətsiz hesab edən, əxlaqi dəyərlərə əhəmiyyət verməyən, insanlara dəyər verməyən, kimsənin işlərinə qarışa bilməyəcəyini və kimsəyə qarşı məsul olmadığını düşünən, batil bir fikirdir bu.


Bir də dost seçərkən qarşısındakının yalnız maddi vəziyyətinə baxan mühitlər də vardır. Bu mühitlərdə qarşıdakı adamın dost olunacaq biri olub-olmadığını anlamaq üçün əvvəl paltarlarının qiymətlərinə baxılır. Pencəyinin, ayaqqabılarının, çantasının, ətrinin, qol saatının, köynəyinin, hətta corablarının belə markası son dərəcə əhəmiyyətlidir. Paltarlardan sonra avtomobili olub-olmadığını öyrənmək, əgər avtomobili varsa, markasını öyrənmək vacib sayılır. Bunlar ilk addım üçün lazım olan şərtlərdir. İkinci addımda isə bu adamın ailəsi ilə əlaqəli məlumat əldə etmək lazımdır. Atasının peşəsi, hansı məktəbdə oxuduğu, anasının tanışları, getdiyi saç salonu, tətil zamanı səyahət etdikləri ölkələr, bağ evlərinin harada olduğu, evlərinin harda oldugu və s. kimi xüsusiyyətlər dost olub-olmamaq üçün lazım olan məlumatlardır. Əgər qarşıdakı adam bütün bu mərhələlərdən keçərsə, o zaman bu adamın əxlaqı, xarakteri, inancı və ya dünyagörüşü hər nə olursa olsun, heç fərq etmir, mütləq dost ola biləcək insan kateqoriyasına aid olur.
Bütün bu xüsusiyyətlərə sahib olan, ancaq heç bir mövzuda mədəniyyəti olmayan, son dərəcə kobud, mədəniyyətsiz və ya əxlaqı bəyənilməyən insanlar vardır. Ətrafındakılara lağ edir, hər zaman öz mənfəətlərini qoruyurlar. Üzr istəməyi, səhvlərini qəbul etməyi bilmirlər. Mənfəətlərinə zidd olan hallarda asanlıqla yalan danışır, başqalarının problemləri ilə maraqlanmırlar. Başqalarının rahatlığı, xoşbəxtliyi və ya sağlamlığı üçün hər hansı bir çətinliyə qatlaşmır, fədakarlıq etməyi bilmirlər. Ancaq buna baxmayaraq, onların ətrafında çoxlu insan olur. Əslində, bu insanların əxlaq pozuntularına baxmayaraq, onlara olan diqqətin yeganə səbəbi adamlıq dininə hakim olan yanlış dəyərlərdir.
Buna görə, cahiliyyə cəmiyyətində maddi vəziyyətləri, ictmai mövqesi bir-biri ilə eyni olmayan insanlardan ibarət dostluqlar görmək mümkün deyil. Zənginlər mütləq zənginlərlə, orta səviyyəlilər orta səviyyəli insanlarla, mədənilər mədənilərlə, kasıb olanlar isə özlərinə bənzər insanlarla dostluq edirlər.
Quran əxlaqına görə dostluq və yoldaşlığın ölçüsü bunlardır: insanın səmimiyyəti, gözəl əxlaqı, Allah sevgisi və qorxusu. Möminlər arasında kimin var-dövlətinin nə qədər olduğunun, kimin hansı məktəbin məzunu olduğunun, kimin hansı peşə sahibi olduğunun, kimin hansı səmtdə yaşadığının heç bir mənası və əhəmiyyəti yoxdur. Çünki möminlərin dostluğu bu dünyəvi dəyərlərin heç bir əhəmiyyətinin olmadığı, əsl yurd olan axirətə görə nizamlanır. Bir möminin digər möminə olan sevgisinin və şəfqətinin əsl qaynağı isə Allahın o mömindəki təcəllisi, coşğulu Allah sevgisi və dərin Allah qorxusudur.


12- ÖZ MƏNFƏƏTİNİ AXTARMAQ

Quranı yol göstərici olaraq qəbul edən insanın ən diqqətə çarpan xüsusiyyətlərindən biri son dərəcə fədakar olmasıdır. Çünki bu insan bütün mülkün Allaha aid olduğunu və Onun razılığını qazanmaq üçün özünə əmanət olaraq verildiyini, bu səbəbdən, Rəbbimizin göstərdiyi şəkildə xeyir yolunda xərcləməsinin (infaq etməsinin) lazım olduğunu bilir. Bu, yəni infaq İslamın ən əsas ibadətlərindən biridir.


Möminlər sahib olduqları malları əllərindən gəldiyi qədər infaq etməli, yəni Allahın Quranda saydığı kəslərə (...Sədəqələr Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda cihad edənlərə və yolçulara məxsusdur. Allah biləndir, hikmət sahibidir! (Tövbə surəsi, 60)) verməlidirlər. Allahın razılığı üçün edilən bu ibadət möminlər üçün böyük zövq, sevinc və rahatlıq qaynağıdır. Quranda fərqli ayələrdə bu ibadətin əhəmiyyəti vurğulanır.
Əsl yaxşılıq haqqında “Bəqərə” surəsinin 177-ci ayəsində (Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi, əslində, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır) bildirilir.İnsan” surəsinin 8-ci ayəsində möminlər haqqında: "Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər", – deyə bildirilir. "Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir! (Ali-İmran surəsi, 92)" ayəsi də mövzunun əhəmiyyətini açıqlayır.
Möminlərdən ibarət olan cəmiyyətin də, şübhəsiz, ən mühüm xüsusiyyətlərindən biri Allahın razılığını qazanmaq üçün infaq və fədakarlıq etmələridir. Cəmiyyətin üzvləri öz şəxsi mənfəətlərini deyil, ümumi mənfəəti düşünür və bu istiqamətdə hərəkət edirlər. Öz mənfəətləri ilə başqa möminin mənfəəti zidd olduqda isə Allahın razılığını qazanmaq üçün qarşı tərəfin mənfəətinə uyğun davranırlar. Quranda Mədinəyə hicrət edən möminlərlə mədinəli möminlər arasında yaşanan üstün əxlaq belə təsvir edilir:
Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr surəsi, 9)
Adamlıq dini isə tamamilə şəxsi mənfəətlərə əsaslanan cəmiyyət modeli qurur. Adamlıq dinində yetişən insan uşaqlığından etibarən öz mənfəətini düşünən və eqoist xarakterə sahib olması üçün təşviq edilir. Ailəsindən, yoldaşlarından, cəmiyyətdən gördüyü nümunəvi insan modeli hər zaman öz şəxsi mənfəətlərini qoruyan insan modelidir.
Öz mənfəətini axtarmaq "adam" olmaq üçün vacib xüsusiyyətlərdəndir. Hər işdə öz mənfəətini düşünmək çoxbilmişlik göstəricisidir. Buna görə, insan yaşadığı hər mühitdə öz şəxsi mənfəətlərini düşünməli, ən çox fayda prinsipi ilə hərəkət etməlidir. Fərdlər arasındakı əlaqəni də yenə ən çox fayda prinsipi formalaşdırır. İş yerində müdir işçilərindən, işçiləri də müdirlərindən maksimum faydalanmağa çalışırlar. Ticarətdə müştəri satıcıdan, satıcı müştəridən, dostlar da bir-birlərindən faydalanmağa çalışırlar.
Adamlıq dininin yaşandığı cəmiyyətlərdə istismar etmə adi qarşılanır və cəmiyyətin ümumi əxlaqı halına gəlmişdir. Hər kəs öz imkanları daxilində özündən bir addım aşağı olanı sonuna qədər istismar etməyi düşünür. Cəmiyyətdə bu cür fürsətləri qaçırmaq isə ağılsızlıq, avami deyimlə "həriflik" olaraq qiymətləndirilir. "Dünyaya bir dəfə gəlirik" fəlsəfəsinə əsaslanan bu zehniyyət insanlarda Allah qorxusunun olmamasından qaynaqlanır.
Bütün bunlardan əlavə, adamlıq dininə mənsub olan bəzi insanların da bəzən fədakarlıq göstərdiklərini, kasıblara, möhtac olanlara kömək etdiklərini görmək mümkündür. Ancaq burada mühüm bir nöqtə vardır: adamlıq dininin bəhs etdiyimiz "fədakar" mənsubları yaxşılıqları möminlər kimi Allah rizası üçün və səmimi olaraq deyil, insanlara göstəriş olsun deyə edirlər. Bir ayədə bu kəslərin vəziyyəti belə bildirilir:
Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz! (Bəqərə surəsi, 264)
Bu cür insanları kasıblara, ya da kimsəsiz uşaqlara kömək üçün yaradılmış qurumlara, cəmiyyətlərə böyük miqdarlarda hədiyyə verərkən görə bilərsiniz. Amma etdikləri bu hədiyyələr mütləq mediada göstərilir, yüz minlərlə insan bu insanların "xeyriyyəçiliyinə" şahid olur. Məqsədləri də budur. Bu insanlar, əslində, son dərəcə xəsisdir və digər insanlara kiçik bir kömək belə etmirlər. Dəbdəbəli hədiyyələrlə isə, əslində, ticarət edirlər. Verdikləri pula qarşılıq cəmiyyətdə yaxşı bir imic satın alırlar. Bu, həm qüsurlarını örtür, həm də daha qazanclı bir iş üçün sərmayə olur. Quranda onların, əslində, xəsis olduqları və etdikləri infaqın da nümayiş üçün olduğu belə xəbər verilir:
O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq! Öz mallarını xalqa göstərmək xətrinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir! Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən sərf etsəydilər, nə olardı?! Allah onları tanıyandır. (Nisa surəsi, 37-39)
Xəsisliyin inkarçıların xüsusiyyəti olduğu bir ayədə belə ifadə edilir:
İndi gördünmü dönəni, bir az verib xəsislik göstərəni? (Nəcm surəsi, 33-34)
“Qələm” surəsində xəsis xarakterə sahib olan bağça sahiblərindən danışılır. Ayələr belədir:
Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da imtahana çəkdik. O vaxt səhər açılanda mütləq dərəcəklərinə and içmişdilər. Və heç bir istisna yeri də qoymamışdılar. (Qələm surəsi, 17-18)
Onlar səhər qalxıb bir-birini belə səslədilər: “Əgər yığacaqsınızsa, bağınıza tez gedin!” Nəhayət, yola düşdülər, bir-birinə xəlvətcə belə deyirdilər: “(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!” (Qələm surəsi, 21-24)
Ayələrdə təsvir edilən bağ sahibləri kasıblarla qarşılaşmadan bağa getməyə çalışırlar. Çünki kasıblara kömək etmək istəmirlər, ancaq bir kasıbla qarşılaşsalar, ona pul vermək məcburiyyətində qalacaqlar. Onları belə davranmağa məcbur edən şey insanların özləri haqqında mənfi düşünəcəkləri üçün narahat olmalarıdır. Qısacası, son dərəcə riyakar və bəsit xarakterə sahibdirlər. Bu, adamlıq dininin klassik xüsusiyyətlərindən biridir.
Möminin əsilzadəliyi isə yalnız Allahın razılığını qazanmaqdan və dünyada xeyirlərdə yarışmasından qaynaqlanır. Allahın razılığını istəyərkən insanların mal-mülk qazanmaq üçün fəaliyyətləri deyil, gördükləri işlərdə Onun razılığını nə qədər axtardıqları əhəmiyyətlidir. Allah qatında məqbul olan ayıqlıq isə İslamın, möminlərin mənfəətlərini davamlı axtarmaq, möminlərin rifah və fərahını artırmaq, Allahın razılığının hər zaman ən çoxunu qazanmaqda güzəştə getməmək, şeytanın və nəfsinin hiylə və vəsvəsələrinə aldanmamaq, imanını və ağlını get-gedə daha da artırmaq, əxlaqını daha çox gözəlləşdirmək üçün göstərilən diqqət və şüur açıqlığıdır. Bununla Allahın razılığının ən çoxunu axtaran möminlərin əsilzadə xarakterləri xarici görünüşlərinə də əks olunur. Quranda bu hal belə təsvir edilir:
Muhəmməd (əleyhissəlam) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət və böyük mükafat vəd buyurmuşdur! (Fəth surəsi, 29)
Adamı özünə bağlamaq

Adamlıq dinində yaşaya bilmək üçün ətrafa özünü olduğundan daha fərqli göstərmək nə qədər əhəmiyyətlidirsə, qarşı tərəfi öz istədiyi şəklə salmaq, onu idarə etmək, yönləndirmək də eyni dərəcədə əhəmiyyətlidir. Buna qısa olaraq adamı özünə bağlamaq deyilir. Bunun xüsusi taktikaları vardır və adamlıq dinində önə keçməyin yollarından biri də bu işdəki məharətdən asılıdır. Adamı özünə bağlamaq adamlıq dinində o qədər əhəmiyyətli bir mövzudur ki, bu mövzuda bir çox xüsusi kitab yazılmışdır.


Əlbəttə, bu işdə istifadə edilən ən yaxşı üsul yenə qarşıdakı insanın adamlıq dini xüsusiyyətlərindən irəli gələn zəifliyidir. Qarşıdakı adamlıq dininə nə qədər sahibdirsə, bağlanmaq ehtimalı bir o qədər artır.
Adamlıq dinini yaşayanların qürur və eqoistliyi, lovğalığı, tərif və təqdir olunma həvəsi, emosionallığı, özünü olduğundan fərqli göstərmək kimi xüsusiyyətləri onun istənilən yöndə istifadə edilməsini asanlaşdırır.
Şəxsin mənfəət gətirən hər hansı bir imkana sahib olması onu bağlamaq üçün yetərli səbəbdir. Bu, dövlət idarəsindəki bir məmurdan tutmuş, evlənmək üçün seçilən həyat yoldaşına kimi hər növ insan ola bilər. Hər cür ictimai sahədə - iş, məktəb, ticarət, siyasət, ictimai həyat və ya evlilikdə - işini görməyinə, mənfəət qazanmağına, sosial və ya iqtisadi mövqeyini gücləndirib inkişaf etdirməyinə kömək olacaq insanlar mövcuddur. Yetər ki, mövqe və şərtlərə görə lazım olan doğru bağlama olsun!
Özünə bağlamağın dərəcələri bunu edənin məharətinə, təcrübə, qabiliyyət və səbrinə düz mütənasibdir. Həmçinin, qarşı tərəfin zəkası, sayıqlığı və zəiflikləri də bağlanma dərəcəsinə təsir edən ünsürlərdir.

13- YALTAQLIQ VƏ YA ƏLALTILIQ

Adamlıq dininin çirkin insan xarakterlərindən biri də yaltaqlıq, digər mənada əlaltılıq xarakteridir. Əlaltı olan adamların əsas xüsusiyyəti, əslində, zəngin olmadıqları halda, zəngin kimi yaşamaları, imkanları olmadığı halda, bahalı paltarlar geymələri, lüks evlərdə yaşamaları, ailələri maddi cəhətdən çətin vəziyyətdə olduğu halda, özlərinin zəngin mühitdə yaşamalarıdır. Əlaltılar bu imkanlara özlərinə hədəf seçdikləri kəslərin dalınca gəzib sahib olurlar. Özlərinə dost seçdikləri bu insanın pulundan, çevrəsindən, evindən, avtomobilindən və sahib olduğu hər cür imkandan faydalanaraq yaşayırlar. Bunun qarşılığında isə əlaltısı olduqları insanın hər işini görmək, onu tərifləmək, nəfsini razı etmək, özünə olan etibarını möhkəmlətmək kimi vəzifələri vardır.


Əgər ətrafınıza diqqətlə baxsanız, cəmiyyət içində demək olar ki, hər zəngin və ya məşhur birisinin yanında bir əlaltıya rast gələrsiniz. Əslində, hər ikisinin də eyni geyinib eyni üslubda danışmalarına baxmayaraq, hansının əlaltı olduğunu dərhal ayırd edə bilərsiniz. Çünki əlaltılar, ümumiyyətlə, alçaldılan, danlanan, xidmət edən, qarşı tərəfi tərifləyən, danışıqlarını təsdiqləyən adamdır. Digəri isə təriflənən, istəkləri yerinə yetirilən, sözləri təsdiq edilən və alçaldan tərəfdir.
Əlaltının ən böyük vəzifəsi yanındakını əyləndirmək, özünə olan etibarını artırmaqdır. Özünü çirkin hiss etdiyi zamanlarda onu gözəl olduğuna inandırmaq, zarafat etdiyində gülmək, dərdlərini dinləmək, ona çarələr tapmaq və ya heç kimin hörmət etmədiyi bu insana hörmət göstərib onu məmnun etməkdir.
Bu səbəblə, bu iki adam günün hər saatını birlikdə keçirirlər. Hər yerə birlikdə gedir, alış-verişə birlikdə çıxır, saç ustasına, əyləncə yerlərinə birlikdə gedir, evdə birlikdə yaşayırlar. Belələri alış-verişdə əlaltısı olduqları adamın paltar seçməsini gözləyir, geyinməyinə kömək edir, çantasını saxlayır, zənglərə cavab verir, paltarların hansının yaraşdığını söyləyir və istəklərinin hamısını yerinə yetirirlər. Paltarları alan adam da özündən sonra əlaltısına da bir neçə dəst paltar alıb ona etdiyi xidmətlərin qarşılığını verir. Ümumiyyətlə, yeməyə, saç ustasına və ya bir əyləncə mərkəzinə getdikdə varlı olan tərəf mütləq əlaltısının pulunu da ödəyir.
Əlaltıların başqa bir xüsusiyyəti öz evlərində deyil, ümumiyyətlə, əlaltısı olduqları adamların evində qalmalarıdır. Bu evin imkanlarından istifadə edir, paltarlarını buradan götürüb geyinir, yeməklərini bu evdə yeyir, bu evin xidmətçilərini özünə xidmət etdirir. Ancaq bunları edə bilmək üçün yoldaşının ata-anasına kompliment deyir, çox səmimi davranır. Həqiqətən də ana və ata uşaqlarının xatiri və tək qalmaması üçün bu adamı evdən biri kimi qəbul edir və bu vəziyyəti qəbul edərək ona baxmağa başlayırlar. Bundan da narahatlıq hiss etmirlər, çünki əlaltının ən qabiliyyətli olduğu mövzulardan biri insanları bağlama xüsusiyyətidir. Əlaltı mənfəətləri üçün hər cildə girə bilən adamdır. Kim hansı üslubu bəyənirsə, tez ona əl atır. Özünə aid mənliyi yoxdur. Bu çirkin əxlaqı daşıyanlar, ümumiyyətlə, şərəfsiz olduqları üçün mənfəətlərinin istiqamətinə görə xarakterlərini dərhal dəyişdirə bilirlər.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə