GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ


- ADAMLIQ DİNİNDƏ MÜBAHİSƏÇİ ÜSLÜB



Yüklə 0,8 Mb.
səhifə6/13
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1483
1   2   3   4   5   6   7   8   9   ...   13

14- ADAMLIQ DİNİNDƏ MÜBAHİSƏÇİ ÜSLÜB

"Adam olmağın" əsaslarından biri də mübahisəçi xarakterə sahib olmaqdır. Çünki mübahisədə məğlub edilən tərəf olmaq adamlıq dinində çox mühüm bir etibar mövzusu olaraq qəbul edilir. Adamlıq dininə görə, qalib tərəf olmaq ağılın, gücün və ya xarakterin üstünlüyünün əlamətidir. Məğlub edilən tərəf olmaq isə zəiflik əlamətidir. Buna görə, insanlar hər hansı bir fiziki mübarizə və ya mübahisə mühitində haqsız da olsalar, mütləq üstün gəlmək üçün əllərindən gələni edərlər. Mübahisənin başqa bir əhəmiyyətli tərəfi isə şəxsiyyəti müəyyən etməsidir. İnsan xoşuna gəlməyən bir vəziyyətdə qarşısındakına kobud münasibət göstərə bilirsə, adamlıq dininə görə bu, onun güclü xarakterə sahib olduğunu göstərir. Bu səbəbdən, dini yaşamayan insanlar arasında tez-tez mübahisələrə rast gəlmək mümkündür.


İnsanların ən çox mübahisə etdiyi yerlərdən biri nəqliyyatdır. Buna görə də adamlıq dininin minlərlə əlamətini görə bildiyimiz yerlərdən biri nəqliyyatdır. Yolda cəmi 10-15 dəqiqə avtomobildən istifadə etməklə adamlıq dinini yaşayan yüzlərlə insanın hrərkətlərinə rast gəlmək mümkündür.
Məsələn, insanlar nəqliyyatda ətrafındakı insanları alçaldır və onlara dəyər vermədiklərini göstərmək üçün əllərindən gələni edirlər. Bir-birlərinə yol vermirlər. Hətta əgər arxalarında siqnal verən və ya maşının işıqlarını yandıran olarsa, bunu qürurlarına sığışdırmır və tələsərkən belə xüsusilə ağır hərəkət edirlər. Ətrafdakı sürücüləri tənqid edir, tez-tez avtomobilin içində qışqırırlar. Taksiyə və ya birinin avtomobilinə mindikdə tez-tez "nə edirsən, korsan? Önünə bax, biz də tələsirik, təkcə sənsən tələsən?" kimi sözlər eşidər və bu sözlərə uyğun mimikalar görərsiniz.
Nəqliyyatda ən böyük mübahisələr və bilavasitə ən şiddətli adamlıq dini reaksiyaları da qəza əsnalarında görünür. Yolda toqquşan iki avtomobil olduqda hər iki sürücünün də günahı bir-birinə atdığını görürsiniz. Yol polisi hadisəyə müdaxilə etmədiyi müddətcə günahkar olan tərəf böyük ehtimalla öz günahını qəbul etmir. Ümumiyyətlə, belə qəzalarda hər iki tərəf əsəbi davranmağa başlayır. Qışqıraraq qarşı tərəfi əzməyə çalışır, əgər bunda müvəffəqiyyətli ola bilmirsə, əsəbindən dəli olubmuş kimi davranmağa başlayır. Bununla, qarşı tərəfi qorxudacağını və haqsızlığını qəbul edəcəyini düşünür. Əgər bu da yetərli olmursa, qalibiyyətini sübut etmək üçün qarşısındakına əl qaldırır.
Bu hallarda insanların, həqiqətən, özlərini idarə edə bilmədikləri üçün mübahisə etdikləri düşünülür. Halbuki, belə davranışların hamısı adamlıq dininin tələbi olaraq və ən incə detalına qədər planlı şəkildə edilir. Qəza törədənlərin avtomobillərindən enərkən istifadə edəcəkləri səs tonundan mimikalarına və hətta söyləyəcəkləri sözlərə qədər hər şey hafizələrində əzbərlənmişdir. Qəza olduqda avtomatik olaraq əzbərlədikləri bu qaydaları tətbiq etməyə başlayırlar. Beləliklə, dünyanın hər yerində ortaq olan bu mimika və davranışları adamlıq dininin bir əsası olaraq yerinə yetirmiş olurlar.

15- CAVANLIQ PSİXOLOGİYASI

Adamlıq dininin fərdləri arasında yayılmış ortaq bir şəxsiyyət tipi vardır: cavanlıq.


Kişilərdə yetkinlik dövrü ilə başlayan və orta yaşa qədər davam edən cavanlıq psixologiyası insanın davranışlarına çox təsir edir. Əsas xüsusiyyətini cavanlıq olaraq bildirən bu kütlənin ortaq davranış formaları vardır.
Müxtəlif prinsipləri olan bu psixologiyanın gələcək mərhələlərdə fəlsəfi və əxlaqi sistem halına gəldiyi görünür. Özünə xas doğruları, yanlışları və fəzilətləri olan cavanlıq xarakterləri vardır. Bu sistemə görə, dostunun, qonşunun, məhəllənin qızlarına baxmaq böyük əxlaqsızlıqdır. Lakin tanımadığı birinə qarşı bu hərəkət eşqbazlıq və cavanlıqdır. Yaxınlarının, məhəllənin qadın və qızlarına qarşı da saxta bir qoruma məntiqi vardır. Sözdə düzgünlük, dürüstlük və ya öz ifadələri ilə "ciddilik" cavanlığın dəyişməz düsturudur, amma bir yolunu tapdıqda hər cür saxtakarlığı edirlər.
Özünü sübut etmək üçün qurulan bu çirkin mədəniyyətdə gərgin, əsəbi və təcavüzkar ruh hakimdir. Nevroz kimi davranmaq, ani sözlər, qeyri-sabit hərəkətlər etmək, hər an mübahisə və ya gərginlik yaratmağa hazır olmaq nə qədər cavan olmağın göstəricisi sayılır. Ətrafa özünü çəkinilən biri kimi göstərmək üçün özünə qeyri-sabit xarakterə malik görünüş vermək də tez-tez əl atılan üsuldur.
Söhbətləri matç, dava haqqında və cinsi mövzularda olur. Şifahi eşitdikləri və qəzetlərdən oxuduqları az-maz məlumatlarla siyasi, iqtisadi və ya ictimai mövzularda danışmaq, öz deyimlərilə gəvəzə söhbətlər etmək məqbul sayılır.
Heç kimi vecinə almamaq, özbaşına davranmaq, üsyankarlıq kimi fərdi xüsusiyyətlər daşıyan "cavan" ictimai və ideoloji hisslərini isə tərəfkeşlik düşüncəsilə tamamlayır. Fanatik tərəfdar psixologiyasına malik olur. Tərəfkeşlik futbol komandası, dostlar, eyni məhəllənin uşağı olmaq, eyni işi görmək kimi müxtəlif strukturların hər hansı birində, yaxud da hamısında özünü göstərir. Tərəfdarlar arasında bir-birini qorumaq da cavanlıq əxlaqının bir parçasıdır.
Yaş ötdükcə insanın ictimai, iqtisadi və mədəni səviyyəsində yeni mərhələyə yiyələnməsi ilə mütənasib olaraq cavanlıq xüsusiyyətindən uzaqlaşma və yeni şərtlərin tələb etdiyi fərqli adamlıq dini şəxsiyyətlərinə doğru irəliləyiş baş verir. Məsələn, ictimai səviyyə olaraq çox irəliləyə bilməmiş, aşağı mədəniyyət səviyyəsinə mənsub kəslərdə savadsızlığın verdiyi şəxsiyyətsizliyin bir nəticəsi olaraq cavan xarakterini tam bir şəxsiyyət olaraq mənimsəmə halı meydana gəlir. İşi, peşəsi, zənginliyi, mədəniyyəti və zəkası ilə cəmiyyətdə fərqlənə bilməyəcəyini, ön plana çıxa bilməyəcəyini, lovğalıq edə bilməyəcəyini anlayan insanların əksəriyyəti cavanlığa çox ehtiyac duyur. Həyatının sonuna qədər də bu psixologiyada olur. Yaşadığı cəmiyyətin böyük qismi bu vəziyyətdə olduğu üçün cavan xarakteri əksər insanların ortaq xarakter tərzini təşkil edir və beləliklə, mühakimə olunmur, əksinə, qəbul olunur.
Ancaq bunu da qeyd etmək lazımdır ki, cavan xarakterinin xüsusiyyəti olaraq göstərilən cəsarət, qoruyuculuq, dürüstlük, əlbəttə, gözəl xüsusiyyətlərdir. Amma burada vurğulanan cavanlıq psixologiyasında bütün bu gözəl xüsusiyyətlərin əslinin deyil, saxta bir neçə nümunəsinin yaşanması və bunların gözəl əxlaq xüsusiyyəti kimi Allah rizası üçün edilməməsidir.


16- QURANA UYĞUN OLMAYAN HÖRMƏT ANLAYIŞI

Adamlıq dininin sahib olduğu yanlış hörmət anlayışına keçməzdən əvvəl Quranda bildirilən hörmət anlayışına baxmaq lazımdır. Quranda bildirildiyi kimi, mömin, əvvəlcə, Allaha qarşı böyük hörmət göstərir.


“Ali-İmran” surəsinin 199-cu ayəsində, “Allaha boyun əyərək...”, “Ənbiya” surəsinin 90-cı ayəsində isə peyğəmbərlərdən danışılarkən: "...Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər", - deyilir. “Muminun” surəsində də yenə möminlər üçün "Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər. (Muminun surəsi, 57)” ifadəsindən istifadə edilir. Hörmət başqa ayələrdə də Allaha duyulan dərin qorxunun bir parçası olaraq istifadə edilir.
Bu səbəbdən, möminin sahib olduğu hörmət hissinin qaynağı Allaha göstərdiyi hörmətdir. Digər insanlara göstərəcəyi hörmət də bu əsl hörmətin inikasıdır. Mömin Allaha hörmət etdiyi üçün Ona itaət edən, Onun razılığını qazanmağa çalışan digər insanlara, yəni bütün möminlərə də hörmət edir. Hörmətə layiq olmayanlara, yəni Allaha üsyan edən, Onun razılığına zidd hərəkət edən, Allahı tanımayan inkarçılara isə ürəkdən hörmət etmir. Bu insanlara da nəzakətlə və gözəl tərzdə münasibət göstərir, ancaq daxilən hörmət etməsi qeyri-mümkün olur.
Ancaq, əlbəttə, adamlıq dinindəki hörmət anlayışı Quranda təsvir edilən bu gerçək hörmət anlayışından tamamilə uzaqdır. Möminlərdəki hörmət daha əvvəl də ifadə etdiyimiz kimi, təməli Allaha olan hörmətdən qaynaqlanan səmimi bir duyğudur. Adamlıq dinində isə səthi, müəyyən qəliblərə oturdulmuş, tamamilə qarşılıqlı maddi əlaqələrə əsaslanan riyakar davranış tərzləri olaraq özünü göstərir.
Adamlıq dininə görə hörmət göstərmək nəzakətli davranmaq və müxtəlif mühitlərə görə qaydalaşdırılmış söz və hərəkət qəliblərini süni tərzdə tətbiq etməkdir. Hörmət adamın cəmiyyətdə bir mövqeyə gəlməsinə kömək edən, mühitə və insanlara görə şəkli, müddəti dəyişən və dözülməsi lazım olduğuna inanılan bir davranış olaraq qəbul edilir.
Adamlıq dininin həyat fəlsəfəsi ikiüzlülüyə və saxtakarlığa əsaslandığı üçün hörmət də məcburən və istənmədən göstərilir. Adam hörmət göstərməli olduğu anlara dözür. Hörmət xarakterinin bir parçası deyil. Buna görə, adamlıq dinində insanların ən rahat olduğu mühitlər heç kimə hörmət göstərmək məcburiyyətində olmadığı və əsl xarakterini rahatlıqla göstərə bildiyi mühitlərdir. Bu cür mühitlərdə insanın üslub pozuntusu, əxlaq anlayışının yanlışlığı, ətrafındakılar haqqındakı gerçək düşüncələri və gerçək münasibəti bəlli olur.
Hörmət anlayışı məkanlara və mühitə görə dəyişdiyi kimi, yaşa görə də dəyişir. Adamlıq dinində adamın özünə güvəndiyini, heç kimə əhəmiyyət vermədiyini, bu səbəbdən, kimsəyə qarşı qorxusunun olmadığını, yəni şəxsiyyətinin tam inkişaf etmiş olduğunu isbat etməsi rahatlıq adı altında son dərəcə bəsit və ətrafa qarşı hörmətsiz davranmasilə özünü göstərir. Rahat hesab edilən mühitlərin özünə xas davranış və danışıq formaları vardır. Heç tanımadığı birinin evində soyuducunu açmaq, dostunun evinə getdikdə otağını ondan icazəsiz axtarmaq, şkafını açıb paltarlarını geymək, ayaqlarını mümkün olduğu qədər yuxarı qaldırıb yatırmış kimi oturmaq, səmimiyyət adı altında davamlı yerli-yersiz danışmaq, yaxında olsa belə, qışqıraraq yüksək səslə və söyüşlə danışmaq, bütün zarafatlarına cinsi mövzunu qatmaq bu çirkin xüsusiyyətlərin ən diqqətə çarpanlarıdır.
Bura qədər göründüyü kimi, adamlıq dini Quran vasitəsilə insana verilən əxlaqi prinsiplərin hamısına zidd bir əxlaq modeli ehtiva edir. Bu, şübhəsiz, Allaha hesab veriləcəyinin unudulduğu və insanların böyük bir qəflət içində dünya həyatının keçici bəzəyinə qapıldığı cəmiyyətdə ortaya çıxır. Bu cəmiyyət Qurandakı deyimlə "cahiliyyə" cəmiyyətidir, tamamilə cahildirlər, çünki bu birlik Allahın varlığından və axirətdən xəbərsiz kimi yaşayır.
Bu cəmiyyətin insanları üçün dünya həyatı tək meyardır. Halbuki, dünya həyatı insana aldanışdan başqa bir şey vermir:
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Allahı unutmuş cəmiyyət qısa müddətdə yeganə meyar olaraq dünya həyatını seçən cahiliyyə mədəniyyətini meydana gətirir. Bu mədəniyyətin içində atalardan miras qalan batil inanclar, mənfəətlərə əsaslanan saysız- hesabsız qaydalar vardır. Adamlıq dini bəhs olunan cahiliyyə mədəniyyətinin adıdır.
Bu cəmiyyət içində doğulan insan isə bu mədəniyyəti uzun müddət davam edən təhsillə mənimsəyir. Şüur qazanmağa başladığı andan etibarən əvvəl ailəsi, sonra da yaxınındakılar tərəfindən adamlıq dininin mədəniyyəti ilə tərbiyə olunur. Getdikcə öz şəxsi mənfəətləri üçün digər toyinsanlardan istifadə etməyi, "gəmisini qurtaran kapitan" olmağı, mal və mövqe həvəsini öyrənir. Cahiliyyə cəmiyyətinin insanları ona "adam" olmaq üçün nələr etməsinin lazım olduğunu bir-bir öyrədir.


ADAMLIQ DİNİNDƏ MƏKTƏBLİ PSİXOLOGİYASI

Adamlıq dini insanın yalnız gündəlik davranışlarını deyil, bütün həyatını və dünyagörüşünü də təyin edir: kimləri yoldaş seçmək olar, ayrı-seçkilik necə qoyulur, insanın doğru və yanlış yönləri nələr olmalıdır və sairə... Məktəb dövrü insan həyatında adamlıq dininin təməllərinin atıldığı ən mühüm dövrlərdən biridir. Gənc kütlələrdə adamlıq dininin önəmli gördüyü anlayışlar, psixologiyalar, davranış tərzləri, reaksiyalar və əxlaq anlayışı bu dövrdə formalaşır.


Adamlıq dininin ən nəzərə çarpan xüsusiyyətlərindən biri olan mövqe həvəsi - Quranda dünya həyatı üçün: "Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. (Hədid surəsi, 20)" - deyə bildirilmişdir- ilk dəfə məktəb dövründə güclü şəkildə ortaya çıxır. Bu dövrdə şagirdlər arasında rəqabət başlayır. Dərsdə rəqabəti öyrənən insan bunu gələcək həyatında qarşısına çıxacaq mövzularda da tətbiq etməyə başlayır. Rəqib olunan mövzularda bir-birini əzmək son dərəcə normal qarşılanır, ancaq eyni kəslərlə ortaq mənfəətlər olduqda bir-birinə dəstək olmaq də eyni şəkildə təbii sayılır. Məsələn, məktəbdən kənardakı mühitə qarşı birlik psixologiyası vardır, lakin sinifdəki qruplar arasında amansız bir rəqabət yaşanır.
Adamlıq dininin insanlarında mənfəətlərə görə sinifləndirmə vərdişi də məktəb dövründə meydana çıxır. Məktəblərdə ən çox görünən mənzərə ortaq mənfəət qruplarıdır. Bunlar, ümumiyyətlə, eyni gəlir səviyyəsinə mənsub ailə uşaqlarının və ya eyni aristokrat mühitlərdən gələn şagirdlərin və ya çalışqan olanların bir yerə toplanmasından ibarət olan qruplardır. Ancaq digər siniflərə və ya müəllimlərə qarşı birləşməyin lazım olduğu zaman bütün sinif bir yerə yığılır.
Adamlıq dinində məqbul olan davranışlar Quranda göstərilən gözəl əxlaq nümunələri (təvazökarlıq, dürüstlük, Allaha təslimiyyət kimi) deyil, öz mənfəətini düşünmək, yamanlıq, qürur kimi əxlaq pozuntularıdır. Bu səhv məntiq də ilk dəfə məktəb dövründə yaranır. Məktəbdə məşhur olan, təqdir görən adam zənginliyi, gözəlliyi ilə tanınır. Bu insanların yerişləri, geyim tərzləri, danışıq üslubları, əl hərəkətləri bütün məktəbdə dəb olur və təqlid edilir. Hər dövrdə məktəblərin özünə xas yeriş, gülüş, paltar stilləri vardır. Laqeyd görünüş, ətrafa əhəmiyyət verməyən üz ifadəsi, çiyində çanta, ağır və qayğısız gediş klassik stildir. Yüksək səslə qəhqəhə atmaq və küfrlü danışmaq da xarakter kimi qəbul edilir. Dostlar arasında danışılan mövzular da müəyyəndir. Qızlar bəyəndikləri adamlardan, geyim və makiyajdan bəhs edərkən, kişilər arasında qızlar, paltar, matç, müəllim və dərslər söhbət mövzularıdır.
İnsanları xarakter və əxlaqlarına görə deyil, maddi zənginlikləri ilə qiymətləndirmə düşüncəsi məktəb dövründə yaranmağa başlayan adamlıq dini xəstəliyidir. Məktəblərdə zəngin görünmək son dərəcə əhəmiyyətlidir. Bunun üçün xüsusi olaraq səy göstərilir.
Hər kəsin məşhur markalardan geyindiyi qrupa orta geyimli biri çox yanaşa bilmir. Ya da yaraşıq və ya gözəllikləriylə məşhur qrupun içinə çirkin biri qoşula bilmir. Qrupa qoşulmaq üçün gözəl və ya zəngin olmaq şərtdir. Gözəl və zəngin olanların nazı ilə oynayırlar, ərköyün hərəkətlərinə göz yumurlar. Çünki onlar qrupun prestij və öyünmə qaynaqlarıdır. Məktəbin uşaqları evdən götürməsi və dərs bitəndən sonra da evə ötürməsi üçün təyin etdiyi xüsusi avtobusla getmək belə bir yaşa qədər zənginlik əlaməti olaraq qəbul edilir. Zəngin görünmək üçün əldən gəldiyi qədər məktəb paltarlarına əlavələr edilir. Qızlar keyfiyyətli, bahalı zinət əşyaları taxıb varlı olduqlarını göstərməyə çalışırlar. Qız-oğlan demək olar ki, hamı marka ilə maraqlanır. Formanın üstündən geyinilən marka koftalar, corablar, qalstuklara olan əlavələr zəngin olduğunu sübut etmə cəhdindən qaynaqlanır. Buna görə, o dövrdə ailənin məktəbdəki uşağını ən çox sevindirəcəyi hadisə ona marka paltar almasıdır. Maddi vəziyyəti yaxşı olmayanlar da güc-bəla ilə pul yığıb satın aldıqları bir neçə marka geyimlə özlərini qəbul etdirməyə çalışırlar. Çünki ən əhəmiyyətli dəyər mühakiməsi pul və onun göstəriciləridir. Ətrafdan təqdir görmənin, “məşhur” olmanın yolu puldan keçir.
Pis əxlaq xüsusiyyətləri məqbul sayılmağa başlanarkən, yaxşı xüsusiyyətlər də pislənməyə başlanır. Təvazökarlıq, dürüstlük kimi davranışlar soyuq qarşılanır. Dərs oxumağa da yalnız məktəb daxilində əhəmiyyət verilir. Məktəbdə oxumaq, dərsə hazırlaşdırmaq kimi səbəblər bəzi çalışqan, amma assosial tiplərlə dost olmağa səbəb olur. Dost seçimində özünü ən çox əyləndirən adamı tapmaq əhəmiyyətlidir. Əxlaqa birinci baxılmır. Əvvəlcə, özünü əyləndirməsi, "zarafatlar" etməsi əhəmiyyətlidir. Buna görə, dostluqlar həmişə müvəqqəti olur, möhkəm təməllərə əsaslanmır. Əsas xarakterləri bilindiyi zaman hər kəs bir-birindən ayrılmağa başlayır. Çünki yaş artdıqca güldürməkdən, əyləndirməkdən daha güclü mənfəətlər lazım olmağa başlayır.
Hər kəsin bir nəfər ən yaxşı yoldaşı mütləq vardır. Ona oğlan və ya qız dostu ilə arasında baş verənləri danışır, dostunun bu haqda bildiyi məlumatların dərəcəsi onunla səmimiyyət dərəcəsini göstərir, onunla sirlərini paylaşır. Hər kəs haqqındakı düşüncələrini təkcə ona bildirir və ondan da özünə bildirməsini gözləyir. Bu sirr dostluğudur. Heç kimin bilmədiyi cəhətlərini bir-birlərinin bilməsi hər iki tərəfə də fərqli zövq verir. Ətrafdakıları qısqandırıb bir şey bilirmiş kimi lovğalanmaq üçün səmimi dostlar bir-birləri ilə pıçıldaşır, ictimai mühitdə göz-gözə baxışıb gülüşürlər.
Yoldaşının gözəl əxlaqlı olmasını, mömin olmasını, iman və dürüstlüyünü heç kim düşünmür. Çünki belə mövzuların əhəmiyyəti məktəb dövründə başa düşülmür. Dindar olanlarla lağ edirlər. Buna görə, heç kim inancları haqqında rahat danışa bilmir.
Qarşı cinslər arasındakı əlaqələr bir-birindən istifadə etməyə meyillidir. Oğlanlar səmimi olmaq bəhanəsi ilə qızlarla əl zarafatları edirlər. Dostları arasında özlərinə etibar qazandıran qızla görünmək istəyirlər. Qızlar üçün də sinfin ən varlı, ən yaraşıqlısı ilə görüşmək rəfiqələri arasında ayrı bir öyünmə qaynağı olur. Qızlarla oğlanlardan ibarət qrupun içində dostlarını dəyişdirmək də olur. Bir-birlərindən bezdikləri zaman ayrılıb digərinin köhnə dostu ilə görüşməyə başlayırlar. Ayrıldığının arxasından da çox vaxt danışırlar.
Hər kəs bazar ertəsi məktəbə getdikdə bir şey danışmaq üçün həftə sonunda gəzmək məcburiyyətindədir. Əgər o həftə sonu bir yerə getməyibsə, həftənin əvvəli bunun harahatlığını hiss etməmək üçün ssenarilər qurur və bunu həqiqətən olmuş kimi danışır. Qızlar da, oğlanlar da ümumi üslub olaraq söz atmaq və acı dilli olmağı mənimsəyirlər. Bu, digər insanların kobud olmasına qarşı müdafiə tərzində adama hakim olur və normal üslub halını alır. Məktəblərdə qrup psixologiyası hakim olduğu üçün, əslində, çox sakit və yaxşı əhvala sahib olan adam məktəbə gedikdə birdən-birə içində olduğu qrupun ruhi halına bürünür. Heç etməyəcəyi şeyləri etməyə, heç söyləməyəcəyi sözləri söyləməyə başlayır. Bir adamın etdiyi səhv və çirkin hərəkət qrup içində xoş qarşılanır. Tək cəsarət edə bilməyəcəyi şeyləri qrup halında ikən etməyi gözə alır. Avtomobili sürətlə sürür, lazım olsa qrupunda təqdir almaq üçün həyatını belə təhlükəyə atır. Müəllimlərinə qarşı gəlir, boyun əymir, qulaq asmır, qızlara söz atır, bununla qrup içində qalmağa çalışır.
Adamlıq dininin ən əhəmiyyətli xüsusiyyətlərindən biri olan insanların razılığını qazanmaq da yenə məktəb illərində öyrənilir. Şagirdlərdə özünü isbat etmək səyi yayılır. Şagirdlər müəllimlərinə, yoldaşlarına, ailələrinə, özlərini bəyəndirməyə çalışırlar. Bunların hamısını ayrı-ayrı razı salmalarının lazım olduğu üçün müxtəlif xarakterlər göstərirlər. Bu səbəblə, olduqca simasız bir şəxsiyyət formalaşır, adamlıq dininin adam və mühitə görə xarakter dəyişdirmə xüsusiyyəti bu dövrdə qazanılır. İnsanın xarakteri formalaşdığı zaman öz iradəsi deyil, çevrəsinin ondan istədiyi önəmli olur. Hər kəsdən və hər yerdən ayrı tələb gəldiyi üçün etidalsız, qeyri-sabit bir əxlaq formalaşır. Bu, şübhəsiz, yalnız Allaha qulluq edən, yalnız Onun razılığını qazanmağa çalışan, yalnız Onu razı etməyə çalışan və bu səbəblə də son dərəcə möhkəm və sabit bir xarakterə sahib olan mömin əxlaqının tam əksidir. Quranda möminlərlə inkarçılar arasındakı bu fərq belə ifadə edilir:
Allah bir məsəl çəkir: “Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var. Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd ancaq Allaha məxsusdur, lakin onların əksəriyyəti bilməz! (Zumər surəsi, 29)
Şagirdlərin öz aralarındakı fərqli rollara girməsinə adamlıq dininin müxtəlif versiyalarında rast gəlinir. Bunları yenə şagirdlərin öz aralarında qəbul etdikləri bu adlar altında ümumiləşdirə bilərik:
"Tərbiyəsiz" tip: Bunların ən böyük xüsusiyyətləri hər şeyə qarşı laqeyd və “cəsur” olmalarıdır. Hər danışıqlarında, hadisə və mühitdə zidd olmaları ilə tanınırlar. Müəllimlərə cavab qaytarır, qarşı çıxır, həmişə hər kəslə lağ edir, özlərinə həddindən artıq güvənir, davamlı kobud zarafat edirlər. Bu tiplər, əslində, duyğusal və əzgin olurlar, bu əzginliklərini kobud hərəkətlərlə ört-basdır etməyə çalışırlar. Çevrələrinə duyğusallıqlarını əsla bildirmirlər, kobud danışır və duyğusuz kimi görünməyə çalışırlar. Sinfin özlərindən gözlədiyi davranışı göstərməli olduqları üçün əsla qorxduqlarını və kədərləndiklərini bildirmirlər. Görüşlərə belələrini mütləq dəvət edirlər, çünki bunlar hər kəsin gülməsini, əylənməsini təmin edən tiplərdir.
"Qəmgin" tip: Həmişə çətin, heç bir mühitə uyğunlaşmayan, pessimist tiplərdir. Daima hər şeydən şikayət edirlər. Heç bir şeyi bəyənmir və hər kəsdə bir qüsur tapırlar. Özlərinə qapalı və düşüncələrini biruzə verməyən bu kəslərin, ümumiyyətlə, dostları çox olmur. Əyləndirici xarakterə sahib olmadıqları üçün bu tiplərə rəğbət edilmir.
"Özünübəyənmiş" tip: Bunlar, ümumiyyətlə, ailələri zəngin olan tiplərdir. Hər yerdə və hər zaman zənginlikləriylə öndə olmaq istəyirlər. Mübahisələrdə, sinifdən sinfə keçərkən, danışıqlarında ailələrinin köməyi ilə işin içindən çıxmaq yolunu seçirlər. Mənliklərini ailələrinin sərvətində axtaran tiplərdir.
"Oxumuş" tip: Özlərini müxtəlif fiziki qüsurlarına görə yoldaşlarından aşağı görürlər. Bu xüsusiyyətlərini gizlətmək üçün, xüsusilə, biliklərini göstərərək və dərslərinə üstünlük verərək fərqlənməyə çalışırlar. Bəzən xüsusi mövzular üzərində mütəxəssisləşərək diqqət çəkməyə çalışırlar. Motosikletlər, kino, elektronika, kompyuter, kolleksiya yığmaq və s. kimi. Hər yerdə bu mövzular haqqında söz açıb biliklərini göstərmək üçün fürsət axtarırlar.
Məktəb dövrü burada bir neçəsini saydığımız insan tiplərindən ibarət olan və adamlıq dininin dəyər mühakimələrinin zehinlərə işləndiyi bir dövrdür. Güldürən, zəngin, bir yerdə ikən özünü göstərə bilən adam olmaq kimi amillər bu dövrün ana dəyər mühakimələridir. Gənc insan digər insanları əxlaqi xüsusiyyətləri (məsələn, dürüstlüyü, səmimiyyəti, fədakarlığı və ən əhəmiyyətlisi imanı) ilə deyil, özünə təmin edə biləcəyi mənfəətlərə görə qiymətləndirməyi burada öyrənir. Yaş irəlilədikcə də məktəbdəki güldürmək, əyləndirmək, özünü göstərmək kimi mənfəətlərdən daha da güclü meyarlar önə çıxmağa başlayır.
Səbəbini bilmədikləri qaydalara kor-koranə tabe olan insanların ağıl və vicdanları də geridə qalır və bu xüsusiyyətlərin inkişaf edə biləcəyi ən məhsuldar dövrdə bunlar inkişafdan qalır.


ADAMLIQ DİNİNDƏ EŞQBAZLIQ PSİXOLOGİYASI

Məktəb dövründə və ya bu dövrdən bir müddət sonra başlayan başqa bir adamlıq dini mədəniyyəti isə eşqbazlıq psixologiyasıdır. Eşqbazlıq dövrü öz mənfəətini güdən və eqoist şəkildə yetişdirilən gənc qız və oğlanların yanlış qadın-kişi münasibəti qurmağa başladıqları və sonrakı mərhələ olan yanlış evlilik anlayışına hazırlandıqları dövrdür.

Bir qızla “tanış olmağ”ı və ya məşhur sözlə desək, “şəhərə çıxmağ”ı təklif edən bir kişi hərəkət tərzi, danışıq üslubu, sıxıntısı, tərsliyi, gəzilən yerləri və yaxınlaşma tərzi tamamilə müəyyən olunmuş bir proqramı qarşı tərəfə təklif etmiş olur. Bu proqramın qarşılıqlı güvənsizliyə əsaslanan və tətbiq olunduğunda hər iki tərəfi də hörmətdən salan, şəxsiyyətsiz edən bir quruluşu vardır. Bu əlaqə modeli illərlə insanlar arasında əsas qaydalarını qorumuşdur və yalnız zamanın şərtlərinə görə və gediləsi yer, paltar, üslub və davranışlar fərqliləşməklə tətbiq olunur.

Eşqbazlıq dövrü yaşanarkən iki tərəfin də əhvalı, düşüncə tərzi, hadisələrə baxışı eynidir. Onsuz da belə bir dövrün yaşanması üçün birinci şərt bu dövrün tələb etdiyi əhvalda olmaqdır. Normal əhvalla bu sistemin tələb etdiyi davranışları göstərmək qeyri-mümkündür. Bu xüsusi psixologiya iki tərəfin də yalnız duyğularının hakim olduğu, ağıl və əxlaqi dəyərlərin etibarlı olmadığı mühitdə yaşana bilər.

Birgə olmağa qərar verərkən, əsasən, bunun ətrafa nə qədər nümayiş olacağını düşünürlər. Birgə gəzdiyi adam sevilməsə belə, ətrafa rahat göstərilən birinin olması, gedilən yerə tək gedilməməsi əhəmiyyətlidir. Görüşdüyü birisinin olmaması isə utandırıcı hal sayılır. Hər iki tərəf qarşı tərəfi özünə bağlamaq üçün öz xarakterlərindən istifadə etməz, dürüst olmazlar. İkinci bir şəxsiyyətə bürünüb onunla hərəkət edərlər.

Bir-birlərilə birlikdə olmaq istəyən iki nəfərin tanış olmaq, qarşılaşmaq, danışmağa və görüşməyə başlamaq şəkilləri həmişə eyni tərzdə reallaşır:

Qız (və ya oğlan) bəyəndiyi adamla tanış olmaq üçün müəyyən mühitlərə üz tutur. Əvvəlcə, dəvət edildiyi yerdə, məktəbdə və ya bağ evində birisini müəyyənləşdirir. Onun görəcəyi şəkildə ətrafında gəzir, gülüşləri ilə diqqəti cəlb etməyə başlayır, yanına yanaşmağa və yoldaşları ilə tanış olmağa çalışır. Bunları edərkən bəyəndiyi qıza (və ya oğlana) qarşı özünü hiss etdirməməsi şərtdir, lakin bütün diqqətini ona cəmləyir.

Tanışlıq reallaşdıqdan sonra nəzər yetirdiyi ilk xüsusiyyətləri fiziki görünüşü və zəngin olmasıdır. Avtomobilinin markası, yaşadığı mühit, getdiyi bağ evi, oxuduğu məktəb, atasının işi, paltarlarının markası, taxdığı zinət əşyaları ilk tanışlıqda onun haqqında müəyyən fikir oyadır. Bütün bunları beynində dəyərləndib mənfəətini hesablayır və bundan sonra qarşı tərəflə görüş qərarına gəlir.

Tanış olduqdan sonra növbə telefon nömrələrinin alınmasına və bir yerə dəvət etməyə gəlir. Kişi xeylağının birinci dəvət etməsi əhəmiyyətlidir. Gəzinti yerlərində pulu kişi ödəmək məcburiyyətindədir. Qız sabahısı bütün günü telefon zəngini gözləyər və ümumiyyətlə, evdən çıxmaz. Kişi isə, xüsusilə çox cəlbedici görünməmək üçün gec zəng edər. Telefonla danışarkən filmlərdən götürülən maraqlı hərəkətlər edərlər. Telefonun dəstəyini əllərinə dolayıb ətrafdakı hər şeydən əlaqələrini kəsərlər. Qız istəməsə də, bir az ağır davranmalıdır. Bir-birlərindən müəyyən müddət ayrı qaldıqlarında romantik davranmağa başlayırlar. Romantik mahnılara qulaq asıb xəyallara dalar, ağlayıb süni depressiyaya düşərlər.

Görüşməyə başladıqdan sonra bütün zövqlər yenidən bir-bir nizamlanır. Qarşı tərəfin zövqünə görə geyinmək, musiqi dinləmək, anlamadığı şeylərdən anlayırmış kimi görünmək, qeydinə qalmaq, qısası, saxtakarlıq dövrü başlayır. Adamlıq dinindəki əsas psixologiya olan "bir-birinin razılığını qazanmaq" vəziyyəti üstün səviyyələrdə yaşanır. Hadisənin ciddiliyi artdıqca qarşılıqlı hədiyyələr alınmağa başlanır və zamanla alınan hədiyyələrin dəyəri artır. Bu vaxt alınan hədiyyələri ailə və yoldaşlarına göstərib qürurlanırlar. Bu hədiyyələrə layiq olacaq qədər bəyənildiklərini ifadə edirlər. İki tərəf də bir-birlərinin ailəsi və çevrəsi haqqında məlumat əldə etməyə çalışır. Ailəsi əgər zəngindirsə, tez bir vaxtda qarşı tərəfə evini göstərmək istəyir. Ailəsi zəngin deyilsə, evindən uzaq tutmağa çalışıb yalan uydururlar. Sahib olmadığı şeylərə sahibmiş kimi, getmədiyi yerlərə getmiş kimi danışırlar. Buna görə, qarşı tərəfin özünə dəyər verəcəyini bildiyi üçün bunu böyük ustalıqla etməyə çalışırlar. Çevrəsini çox göstərmək də bir zənginlik əlamətidir. Tanımadığı insanları tanıyırmış kimi göstərirlər. Danışılan mövzular həmişə müəyyəndir.

Adamlıq dinində hər mövzuda olduğu kimi, qadın-kişi əlaqələrində də Allahın razılığını qazanmaq, Allahın qoyduğu ölçüləri güdmək üçün səy göstərməzlər. Dindar və Allahdan qorxan biri kimi tanınmaq bu cahil və çirkin məntiqdə məqbul deyil. Mövzu "hər kəsin inancı özünə" növündən mənasız ifadələr istifadə edilərək bağlanır.

"Görüş" dost çevrəsində lovğalanmaq baxımından da olduqca əhəmiyyətlidir. Bir kişi nə qədər çox adamla birlikdə görünsə, o qədər cəlbedici sayılır. Ayrıca, kişinin gözəl bir qızla görüşməsi də yoldaşlarının qibtə və heyranlığını qazanmaq məqsədi daşıyır. Qızlar da dəbdəbəli avtomobilə sahib olan kişilərlə görüşməyi seçərlər. Çünki məktəbin çıxışında yoldaşlarının avtomobili görmələri özləri üçün bir etibar qaynağıdır. Birlikdə olduğu adamın evinin gözəl olması da yoldaşlarının bunu görüb təqdir etməsi baxımından əhəmiyyətlidir.

Münasibətlər sevgi və hörmətə bağlı deyil. Əlaqə, davamlı boş vaxt keçirmək, gəzmək, yemək yemək, ətrafa lovğalanmaq və qarşılıqlı faydalara əsaslandığı üçün zamanla irəliləyən münasibətdə artıq mübahisələr və bezginlik əlamətləri görünməyə başlayır. Qızlar hər mübahisədə ağlayır, kişilər də əhəmiyyət verməyib laqeyd görünməyə çalışırlar. Bir-birlərinə sahiblənmələri, bir-birlərinə davamlı təzyiq etmələri və aralarındakı inamsızlıq mühiti bir müddət sonra sıxıntıya çevrilməyə başlayır.

Aralarında vəfa və sədaqət kimi anlayışlar olmur. İki tərəf də qarşısındakından daha gözəl və ya yaraşıqlı, daha varlı və məşhur birini tapdığında ilk fürsətdə özlərini tərk edəcəyini bilər və davamlı bunun narahatlığını yaşayırlar. Onsuz da hər fürsətdə bu mövzunu dilə gətirib, bundan təhdid ünsürü kimi istifadə edirlər. Qarşılıqlı hörmət bir müddət sonra yox olmağa başlayır. Bir-birlərini gözlərində böyütdükləri, bir-birlərinin nəticədə aciz bir insan olduqlarını zamanla dərk etdikləri üçün qarşı tərəfin ən kiçik bir acizliyində belə ondan soyuyur və ona olan sevgilərini itirirlər. Qarşı tərəfin yuxudan yeni oyanmış halı, tərləməsi, üzündə sızanaq çıxması, xəstələnməsi, ona qarşı sevgisinin azalmasına səbəb olur.

İctimai yerlərdə tez-tez bir-birlərini alçaldırlar. Xüsusilə "axmaq" mövqesinə düşməmək üçün yoldaşlarının yanında ikən onu bəyənmədiyini ifadə edən, qüsurlarını ortaya çıxaran danışıq və gülüşlər tez-tez təkrarlanır.

Bütün bunlara baxmayaraq, daha yaxşı birisini tapa bilməmək qorxusu münasibətləri davam etdirir. Aradakı mübahisə və ayrılıqlara baxmayaraq, başqasını tapmadıqda bir-birlərinə dönürlər. Yaxşı-pis görüşdüyü birinin olması ətrafda tək başına görünməkdən daha yaxşıdır.

Ayrılmaq vəziyyətlərində birinci kimin tərk edəcəyi də çox əhəmiyyətlidir. Sırf ilk tərk edənin özü olması üçün belə ayrılanlar çox olur. Arada mübahisə yaratmaq və naz etmək isə "asan biri olmamaq" baxımından çox əhəmiyyətlidir. Ayrıldıqdan sonra əgər barışsalar, alınan hədiyyə mühümdür. Çünki alınan hədiyyənin maddi dəyəri özünü nə qədər sevdiyini göstərir. Eşqbazlıq dövrü qızın da, oğlanın da şəxsiyyətlərinin, əxlaq dəyərlərinin, özlərinə hörmətlərinin yavaş-yavaş itməyə başladığı bir dövrdür. Böyük ölçüdə nümayiş, maddiyyət, cinsiyyət, pessimizm və səmimiyyətsizlik üzərinə qurulan belə bir dövrün hər şeyi yeni öyrənib yetişməyə başlayan bir insanın üzərində sonrakı həyatına da təsir edən dağıdıcı və qalıcı təsirləri olur.

Bütün bu saydıqlarımız adamlıq dinində "eşqbazlıq" və ya "görüş" olaraq bilinən münasibət modelinin həqiqətdə nə cür boş və əzab verici olduğunu göstərir. Halbuki, kənardan baxan bir çox insan üçün eşqbazlıq dünyanın ən zövqlü, ən gözəl şeyi kimi görünür. Bu imic, xüsusilə mövzu ilə əlaqədar filmlər sayəsində meydana gəlmişdir. Sayı minlərlə olan bu filmlərdə eşqbazlıq iki insanı da son dərəcə xoşbəxt edən, insana həyatının ən gözəl anlarını yaşadan bir münasibət olaraq göstərilir. Lakin bu bəzəkli tablo həqiqətlərlə heç bir zaman uyğunlaşmaz. Çünki adamlıq dinində digər bütün münasibətlər kimi, qadın-kişi münasibətləri də səmimi olmayan və mənfəət məntiqi ilə icra edilir. Hər iki tərəf qürur, lovğa, səmimiyyətsiz və etibarsız olduqları səbəbilə cansıxıcı əhvala düşürlər.

Bu, əslində, son dərəcə boş olan dünya həyatının insana bəzəkli göstərilməsinin nəticəsidir. Quranda dünya həyatının bəzəkli göstərildiyi tez-tez vurğulanır. İnsanları azdırmaq üçün qiyamətə qədər çalışacaq şeytanın da başlıca xüsusiyyəti insana dünyanı bəzəkli göstərməsidir. Şeytanın mövzu ilə əlaqədar vədi belədir:


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə