GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ



Yüklə 0,8 Mb.
səhifə7/13
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1483
1   2   3   4   5   6   7   8   9   10   ...   13

(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara (pis əməllərini) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! (Hicr surəsi, 39)
Əgər insan ağlından istifadə etməsə, şeytanın təsirinə düşər və dünyadakı boş, keçici və çətinlik çıxaran şeylərin hiyləli bəzəyinə aldanar. Bu, eşqbazlıq və ya "görüş" münasibəti üçün də əsasdır. Gənc qadın və ya kişi filmlərdə gördüyü, çevrəsindən öyrəndiyi romantik atmosferə düşür və eşqbazlıq etməklə dünyanın ən xoşbəxt insanı olacağını zənn edir. Halbuki, qısa müddətdən sonra ortada heç də düşündüyü kimi mükəmməl bir münasibətin olmadığını anlayır. Ancaq bu belə onu düşünməyə sövq etmir, artıq köhnə sevgilisindən sıxıldığını və yeni birini tapmağın lazım olduğunu düşünür. Ya da evliliyi gözündə böyük hədəf seçir və əsl gözəl günlərinin evləndikdən sonra başlayacağını düşünür. Və bu nöqtədə sonsuz bir dövrün içinə girir və ağlından istifadə etmədiyi üçün də ölənə qədər bunun içində qalır. Artıq o, Qurandakı "dünya həyatı kafirlər üçün zinətlənmişdir. (Bəqərə surəsi, 212)” ayəsinin əhatəsinə girmiş və “pis əməli özünə yaxşı göstərilib onu yaxşı görən”lərdən olmuşdur (Fatir surəsi, 8). Başqa bir ayədə isə sözügedən kəslərin vəziyyətləri belə bildirilir:

"Həqiqətən, axirətə inanmayanların əməllərini özlərinə yaxşı göstərdik. Onlar şaşqın bir vəziyyətdədirlər". (Nəml surəsi, 4)

Dünyanın bəzəyi aldadıcıdır, çünki həqiqi və daimi deyil. Dünyadakı nemətlər ancaq axirətdəki nemətlərin əskik bir nümunəsi hökmündə yaradılmışdır. Və bu nemətlərdən həqiqi zövq almaq ancaq onları Allahın verdiyinin və axirətin əskik nümunəsi olaraq yaradıldığının başa düşülməsi ilə mümkündür. Dünyada rahatlıq və hüzur qazanmağın yeganə yolu yenə Allaha yönəlməkdir. Çünki ayədə də bildirildiyi kimi, "... Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" (Rəd surəsi, 28)

Adamlıq dininin mənsubları bunu qavraya bilmədikləri, Allahı unudub dünyanın keçici bəzəyini gerçək, möhkəm və əbədi sandıqları üçün yoldan azır və sıxıntıya düşürlər. Bir ayədə inkar edənlərin dünya həyatına aldanışı belə təsvir edilir:
Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O, öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
Bura qədər də araşdırdığımız kimi, adamlıq dininin meyarları içində yaşanan və Allah rizasından uzaq olan qadın-kişi münasibətinin ümid, xəyal və gözlənti baxımından uzaqdan bəzəkli, gözəl görünən bir ilğımdan fərqi yoxdur. Ancaq işin həqiqətilə qarşılaşanda bu gözlənti və xəyalların boş, dəyərsiz, sıxıntı və gərginliklərlə dolu olduğu aydın olur. Çünki təsvir edilən modeldə insanlar fitrətlərinə zidd şəkildə yaşayırlar. Həqiqətdə, insan Quranda bildirilən gözəl əxlaqdan və bu əxlaqın özünə göstərilməsindən məmnun olar. Səhv davranış, söz və hərəkət bu fitrətə zidd olduğu üçün hər insanı sıxır, narahat edir. Məsələn, Quranda bildirilən sevgidə mərhəmət, güvən və iltifat vardır. Adamlıq dinində hakim olan sevgidə isə qısqanclıq, mərhəmətsizlik və ümumiyyətlə, hörmətsizlik də var.

Bu sistem etina edilməsi deyil, əksinə, qaçılması lazım olan bir sevgi anlayışıdır. Doğru olan Allahın insanları yaratdığı fitrətlə hərəkət etmək, mərhəmət göstərmək və sevgi bəsləməkdir .


ADAMLIQ DİNİNDƏ EŞQBAZLIQ PSİXOLOGİYASI

(HÖRMƏTLİ ADNAN OKTARIN “KRAL KARADENİZ TV”dəki CANLI REPORTAJI, 30 yanvar, 2009)
ADNAN OKTAR: Belə ki, romantik olmağın özü gülməlidir. Bir insanın aktyor kimi poza verməsi, oyun oynaması, əsl üzünü gizlədib tamamilə süni mimika, üz ifadəsi, üslub və danışqla teatrda oyun nümayiş etdirirmiş kimi yaşaması, həm gülünc, həm də əzabdır. Belə insanla danışmaq da çox çətindir. Və mən insanların bir çox qisminin süni olduğunu görürəm. Yəni ağıllı bir insan sünilikdən tamamilə qaçar. Süni bir insana tamaşa etmək, onunla danışmaq çox narahat edicidir. Məsələn, bəzən qadınlarda da kişilərə qarşı elə davranışlar olur, kişilərdə də qadınlara qarşı süni davranışlar olur. Gənc oğlan qadın kimi ağlayır, anormal hərəkətlər edir, romantik danışır. Bu qadını çox hirsləndirir, narahat edir; qadının da süniliyi, sevmədiyi halda, sevirmiş kimi davranması. Bəzən varlı birini gördüyündə düzgün insandırsa, avtomobili də varsa, birdən vurulduğunu, həyatda ilk dəfə belə bir şeylə qarşılaşdığını, daha əvvəl belə bir şeyi heç hiss etmədiyini söyləyib o fağırı aldadaraq bir müddət sonra tam istədiyini edə bilir… Yəni işin doğrusu, dünyanın bir çox yerində insanlar böyük teatr göstərirlər. Bu teatrın bir çox oyunçusu var. Qarşılıqlı şəkildə bir çox oyun oynayırlar. Bu, doğru deyil. Axırzamanda hz. Mehdi (ə.s) dövründə bu teatrın pərdəsi bağlanacaq və insanlar artıq gerçək insan olacaqlar, həqiqi sevgiylə yaxınlaşacaqlar, gerçək ağılı ortaya çıxaracaqlar, əsl üzlərini göstərəcəklər. Artıq maskalar qalxacaq. İnsanların böyük hissəsi maska ilə gəzir. Bu maskalar qalxacaq. Maskalara görə insanlar xoşbəxt deyil. Mən çölə çıxdığımda insanların bir çoxunu gülərüz görə bilmirəm, xoşbəxt görə bilmirəm. Çünki maska ilə qarşılaşıram. Əsl insan insanın xoşuna gəlir. Əsl sima insanın xoşuna gəlir. Maska insanı çox narahat edir. Sünilik insanı çox narahat edir.

Yəni gerçək bir çiçək vardır, məsələn, gerçək bir bənövşə vardır, bir də süni plastikdən hazırlanmış bənövşə vardır, satılır. İndi insanlar bir çox yerdə saxtalarından istifadə edirlər. Yəni o bənövşənin təqlidini etməyə çalışırlar, aşiq təqlidini etməyə çalışırlar, aşiq tərzində teatr sənətçisi kimi müəyyən şeylər etməyə çalışırlar, amma qarşısındakı insan bunu dərhal anlayır, yəni: “Nə üçün sevirsən”, -dediyində: “Avtomobili üçün, evi üçün və forması üçün”, -deyir. Orada onsuz da eşq adlı bir şeyin olmadığı məlumdur, çünki adamın görünüşü solmağa başladığında, zahirən bir şey olduğunda ondan nifrət edəcəyi və dərhal onu tərk edəcəyi bəllidir. Pulunun olmadığı vəziyyətdə də onu tərk edəcəyi məlumdur, avtomobilinin əldən çıxdığı vəziyyətdə də onu tərk edəcəyi məlumdur. O zaman bu oyuna nə ehtiyac var? Amma bəzi yazıq insanları belə aldadırlar, o da inanır, həqiqətən.




ADAMLIQ DİNİNDƏ

"EVLİLİK" PSİXOLOGİYASI

Adamlıq dinində evlilik dövrü gənc qız və oğlanın müəyyən yaşa gəlməsi ilə başlayır. Artıq ata və ana uşaqlarının "mürvətini" görmək və illərlə verdikləri əməklərinin qarşılığını yavaş-yavaş almaq istəyirlər. Ümumiyyətlə, adamlıq dininin evlilikləri eşqbazlıqdan fərqli olaraq təbii tanışlıqlarla olmur. Müəyyən yaşa gəlmiş oğlan və qızların mütləq evlənməsinin lazım olduğu düşünüldüyü üçün bunu təmin etmək üçün bir çox üsullardan istifadə olunur. Əgər şəxslər bunu bacara bilmirlərsə, bu vəziyyətdə iş ailələrinə, qohumlarına və dostlarına düşür. Əvvəlki hissədə bəhs etdiyimiz eşqbazlıq dövrü evliliyə gedən bir addım olaraq görülür. Lakin bu, kəslər tərəfindən yaxşı qiymətləndirilmədikdə evlilik üçün süni müqayisələr və tanışlıqlar nizamlanır. Bu müqayisələrin hər yerdə tanınan ustaları vardır. Çevrədə gəncləri bir yerə gətirməsilə məşhur olan bu yaşlı kişilər vaxtlarını uyğun mədəniyyətə, zənginliyə, gözəllik və mühitə sahib gəncləri axtarmaqla keçirirlər. Demək olar, hər ailənin belə bir böyüyü və ya tanışı vardır.

Beləcə, evlilik dövrünün tanışlıq mərhələsi başlayır. Tanışlıq nizamlandıqdan sonra iki tərəf də bir-birlərini ailələrinin onlara öyrətdiyi süzgəcdən keçirməyə başlayır. Nəhayət, ailəsinin kiçiklikdən bəri onun üçün xərclədiyi zaman və imkanın qarşılığını onlara vermə zamanı gəlmişdir. Yaxşı evlilik həm çevrəsi, həm özü və həm də ailəsi üçün lazımlı və şərtdir. Tanışlıqdan sonra əgər hər iki tərəf də bir-birinin yaşadığı mühiti, ictimai mövqesini, paltarının markasını və ya avtomobilini bir-birlərinə uyğun hesab etmişdirsə, tanışlıqdan sonra yemək və görüş hazırlanır. Bu görüş üçün paltar seçmək olduqca uzun vaxt aparır. Hər iki tərəf davamlı bu görüşdə nə geyəcəyini düşünür. Hətta bu düşünmə hadisəsinə ailələr və yoldaşlar da qatılır və geyiləcək paltar birgə təyin edilir.

İki tərəfin evliliyə razı olması üçün o qədər uzun zamana ehtiyac olmur. Qadın kişinin özünü dolandıracağına ümid edərsə, evlənər. Kişi də qadının özünü iş və ya ictimai mühitdə yaxşı təmsil edəcəyinə, yanında yaxşı görünəcəyinə razı olmalıdır. Nişan qərarlaşdırılır. Nişan "görüş"ün cəmiyyət tərəfindən təsdiqlənmiş halıdır.

Səmimiyyətsizlik əvvəldən etibarən hadisənin ən diqqətə çarpan xüsusiyyətidir. Kişi aldığı çiçək və hədiyyələrlə imkanını daha da çətin duruma salır. Özünü qıza və ailəsinə nümayiş etdirərək zəngin və comərd göstərməyə çalışır. Çünki qızla evlənməsi haqqında zənginliyi ilə əlaqədar əldə edilən imicə bağlıdır. Bu vaxt ərzində pul xərcləməkdən çəkinmirlər, çünki həmin xərc irəlidə iki tərəfə də ev, pul, paltar və s. olaraq artıqlaması ilə qayıdacaq. Ailə qısa zamanda kürəkən haqqında bir növ ictimai araşdırma aparır. Hər kəsin kürəkən haqqındakı fikirlərini öyrənirlər. Əsl məqsədləri "necə adamdır, haqqında nə deyirlər?" sualına cavab tapmaqdır. Kürəkənin gəlir səviyyəsi, malı-mülkü haqqında məlumat toplayıb yaxın çevrəyə danışırlar. Əgər maddi vəziyyəti yaxşıdırsa, xarici görünüşü və əxlaqı o qədər əhəmiyyət daşımır.

Bundan sonra, ailələr görüşməyə başlayır. Bu görüş bir növ alış-veriş görüşüdür. Qızın ailəsi qızlarının qarşılığında nə alacağını hesablayır. Bu, birbaşa pul olmasa belə, şan-şöhrət, ev, mebel kimi bir qarşılıqdır.

Qərar verildikdən sonra toy üçün pul yığılmağa başlanır. Qıza hədiyyələr alınır. Nişanı qız tərəfi edir. Qarşılığında möhtəşəm bir toy gözləyir. Hansı tərəfin bu iş üçün nə qədər pul xərcləyəcəyi əvvəldən müəyyən olunmuşdur. Tam olaraq xərci bölüşürlər. Toydakı içkilərə qədər tərəflərin nəyin pulunu ödəyəcəyi müəyyən edilmişdir. Ailənin maddi durumu xərclərə yetməsə belə, borcla və ya da bir şey satmaqla bunu yoluna qoyurlar. Qarşı tərəfə görə xəcalət çəkməmək və kasıb görünməmək bu mühüm dövrdə çox əhəmiyyətlidir.

Hər iki tərəfin də yaxın çevrələri pulsuz yeyib-içib əylənmək üçün toyu dörd gözlə gözləyirlər. Lakin bir tərəfdən də gəlin və kürəkənə hədiyyə almaları, zinət əşyaları taxmaları gərəkdiyi üçün sıxıntı çəkirlər. "Ən ucuz hansı hədiyyəni ala bilərik?" problemi başlayır. Gəlinlə kürəkənin atalarından mənfəəti olanlar yaxşı hədiyyə taxır, yaxşı ailə dostu kimi davranırlar.

Adamlıq dininin evliliklə əlaqədar mərasimlərinə baxıldığında dünya həyatının aldadıcı bəzəyi olan nümayiş marağı və insanların razılığını qazanma xəstəliyi ən üst səviyyədə müşahidə edilir. Ailələrin nişan, toy kimi cəlbedici mərasimlər təşkil etməsindəki əsas məqsəd özlərini insanlara nümayiş etdirməkdir. Məsələn, cehiz açılma günləri bütün qonşular evə çağırılır. Əşyalar nümayiş etdirilib hər kəsə- dosta, tanışa göstərilir. Qonaqlar isə çox bəyəndiklərinə dair şişirdilmiş reaksiyalar verirlər. Ancaq çox vaxt öz evlərinə döndüklərində nə qədər pis, işə yaramayan şeylər alındığı haqqında müzakirələr edirlər.
Toy psixologiyası

Adamlıq dinində insanların həyatında çox əhəmiyyət verdikləri müəyyən dönüş nöqtələri vardır, bunlardan biri də toylardır. Toy xüsusilə qadınlar üçün o qədər mühümdür ki, o gün gəldiyi zaman hər şeyin dəyişəcəyini, bütün xəyallarının reallaşacağını düşünürlər. Lakin bir çox adam üçün toy günü həyatlarının ən çətin və ən gərgin keçən günüdür. Çünki çoxusunda yaşanan gərginlik və təvəkkülsüzlük səbəbilə toylarda böyük sıxıntı yaşanır. Bunun səbəblərindən bəziləri aşağıdakı kimidir.

Toyda gəlin, kürəkən və ailələri müəyyən mənfəət güdərkən qonaqların da özlərinə məxsus ayrı mənfəətləri vardır. Nişan və toylar qonaq ailələrin uşaqlarına yaxşı namizəd tapmaq üçün ideal yerlərdir. Bu səbəblə, qızlarına və ya oğullarına mümkün qədər bahalı paltarlar geydirib özlərilə aparırlar.

Toyda həyəcanlı danışıqlar olur. Bəziləri yerli-yersiz, səbəbsiz ağlayır. Niyə ağladığını özü də bilmir. Ən çox ailənin yaxınları və böyükləri ağlayırlar. Arada: "Əlimdə böyüdü", - deməyi də unutmurlar. Gəlin səhər erkəndən paltar və saç hazırlığına başlayır. O günün bərbər xərcləri olduqca çoxdur. Hamı şən və comərd görünür. Qız tərəfi bərbərin əlaltılarına o günə qədər heç vermədiyi bəxşişləri verir, aristokrat və zəngin görünməyə çalışır. O gün hər kəs professional bir təşkilatçı kimi davranır. Ətrafa əmrlər verib pul səpələyirlər. Ana lazımlı-lazımsız hər şeyə və hər kəsə pul verir; ata buna görə mübahisə edir. Toy günü tez-tez bir küncə çəkilib ağlayanlar da olur.

Daha sonra, növbə şəkil çəkdirməyə gəlir. Şəkilçəkən üzərində bulud şəkilləri olan qırmızı, mavi, ağ rəngli bez fonların qarşısında gəlini bir kürsüyə oturdur. Kürəkən gəlinin yanında poza verir. Səmimi olmadığı açıq-aydın müəyyən olan şəkillər çəkdirirlər. Bu şəkillər daha sonra ömür boyu hamıya göstəriləcək. Çəkilmə məqsədləri də budur. Gəlinin necə toy edib hansı növ gəlin paltarı ilə evləndiyini, kürəkənin gənc ikən necə lovğa olduğunu irəlidə hamı görməlidir.

Nikaha gedərkən avtomobilin ətrafı arı pətəyi kimi dolur. Avtomobilin arxa şüşəsinə zərli karton hərflərlə yazı yazılır. Bunlar gəlinlə kürəkənin baş hərfləridir. Avtomobilin nömrəsində "evlənirik", "evləndik" və ya "xoşbəxtik" kimi qəlibləşmiş yazılar olur. Bir çoxları avtomobilin qarşısına kukla qoyur. Bu, daha sonra doğulacaq körpənin simvoludur. Ailələr gəlinlə kürəkənin harada nə edəcəyinə, kimə nə cavab verəcəyinə, harada gülümsəyib, harada ağlayacağına əvvəlcədən qərar verirlər.

Toya gələn qonaqlar da kiçik mənfəət güdürlər. Yaxında qızını nişanlayan və ya evləndirənlər yaxşı zinət taxır ki, irəlidə öz qızına da bahalı şeylər gətirsinlər. Zinətləri ən çox görünən şəkildə, toy salonunun ortasına qədər gələrək hamıya göstərə-göstərə taxırlar. Qonaqların hamısı gecənin ulduzu olmağı istəyirlər. Paltarlar da elə ona görə nizamlanır. Tərəflər bijüteriya taxma mərasimini video kamera ilə yazırlar. Məqsəd kimin nə taxdığını müəyyən etməkdir. Qonaqlardan biri bijüteriya taxanda onunku ilə eyni dəyərdə olanı taxmaq əsas sayılır. Daha yaxşısını taxmaq "həriflik", daha pisini taxmaq isə kasıblıq əlaməti kimi qəbul edilir. Hamı boynuna düşəni edir. Qonaqlar pulsuz yemək yeyəcəkləri üçün xoşbəxtdirlər. Ailələr də həm lovğalanır, həm də yaxşı alış-verişin xoşbəxtliyini yaşayırlar. Gəlin və kürəkən isə olduqca yorğun və narahatdır. Toydakılar bütün masaları gəzib bir-birini qucaqlayırlar. Hər kəsin gözü üst-başındadır. Xüsusilə diqqətli davranmaq məcburiyyətindədirlər.

Təsvir etdiyimiz toydakı insanların hamısı bənzər şeyləri düşünürlər: digər insanlara nümayiş etdirmək, maddi hesablar və diqqətlə yerinə yetirilməsi lazım olan səmimiyyətdən uzaq davranışlar. Buna qarşı, bu insanların demək olar heç biri Allahı düşünmür. Heç biri məşğuliyyətindən ayrılıb Allahı düşünməyi, Onu təsbih etməyi, Rəbbimizə həmd etməyi düşünmür. Hərəkətlərinin Allahın razılığına uyğun olub-olmadığı mövzusunda da müqayisəni də düşünməzlər. Lazımsız yerə xərclədikləri pulun israf hökmünə girə biləcəyinin fərqində olmazlar.

Əvvəlki səhifələrdə saydıqlarımız adamlıq dini cəmiyyətində mədəni, ictimai və maddi yönlərdən standart səviyyəyə sahib bir çoxlarının evlilik əsnasında göstərdikləri klassik hərəkət və davranışların, sahib olduqları psixologiyaların bir təsviridir. Təbii ki, bundan daha fərqli psixologiyada və fərqli mühitdə evlənənlər də vardır. Cəmiyyətin müxtəlif qisimlərinin evlilik mövzusunda istər tanış olma, istər evliliyə hazırlıq, istərsə də mərasimlər baxımından bir-birindən olduqca fərqli tərzləri ola bilər. Kimisi elçi gedir, kimisi ailə və ya vasitəçi vasitəsilə tanış olur, kimisi oxuduğu universitetdə və ya işlədiyi yerdə və kimisi də dost çevrəsində evlənəcəyi adamla tanış olur. Kimisinin toyu adi bir toy salonunda, kimisinin də beş ulduzlu oteldə dəbdəbəli və ehtişamlı olur. Kimisi daha klassik, adət və ənənələrə uyğun bir tərz seçir, kimisi daha müasir, avropasayağı tərzi tərcih edir, kimiləri də fərqli və orijinal bir şeylər edib diqqət çəkməyə çalışır. Ancaq fərqli olan yalnız məkanlar, dekorasiyalar və ya cütlərin bir-birilə tanış olma şəkilləridir. Mühüm olan nöqtə adamlıq dini cəmiyyətinin hər təbəqəsində evliliyin son dərəcə səhv bir məntiqlə tətbiq olunmasıdır. Evlilik bir-birini sevən və hörmət edən iki insanın nikah bağlaması deyil, içində yüzlərlə cahiliyyə adətinin və qəribə ayinlərin yer aldığı, mənfəət hesablarına əsaslanan, səmimi olmayan və riyakar davranışlarla bəzənmiş qəribə bir müəssisə halını almışdır.

Mədəni və ictimai mövqeyindən asılı olmayaraq, hər təbəqədən adamlıq dini mənsublarının nümayiş, lovğa və mənfəətləri ilə evliliyə qarşı məntiq və psixologiyaları eynidir: yəni "Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. (Hədid surəsi, 20)” ayəsində bildirilən düşüncəni daşıyıb tətbiq edirlər. Onsuz da adamlıq dinində ən çox Allahın razılığını qazanmaq, Allahın hədlərini qorumaq, Onun vacib buyurduğu şəkildə həyatı yaşamaq kimi anlayışlar yer almadığına görə, geriyə qalan yeganə yol nəfs, həvəs və istəklərin yolu olur. Şəkil və üsullar dəyişsə də, zehniyyət həmişə eyni qalır.


Evləndikdən sonra

Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, yanlış zehniyyət evləndikdən sonra da davam edir. İlk günün səhəri bir-birlərini yataqdan qalxdıqları halları ilə görən kişi və qadın ilk peşmanlıq duyğularını yaşayırlar. Çoxları daha əvvəldən bir-birlərini o vəziyyətdə görmədikləri üçün bir-birlərinə yad gəlməyə başlayırlar. Eyni evin içində yaşamağa başlayınca bir-birlərinin daha əvvəl bilmədikləri vərdiş və xarakterlərindəki anormallıqlara şahid olmağa başlayırlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxilən bəslədikləri bu mənfi duyğular zamanla artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri vərdiş halına çevrildiyini görürlər.

İlk aylar ayıb olmasın deyə, bir-birlərinə bu hisslərini fərq etdirməyən və yaxşı dolanmağa çalışan ər-arvad zaman keçdikcə hörmətlərini itirməyə, kobud, qəlb qıran, səbirsiz və düşüncəsiz olmağa, bir-birlərindən soyuduqlarını müəyyən edən hərəkətlər göstərməyə başlayırlar. Lakin bunu ətrafa sezdirməzlər. Ancaq ətrafları onsuz da bunun fərqindədir və bu müddət təbii hadisə kimi qəbul edilir. Evliliyin ilk günlərinə "bal ayı" deyilməsi bunun maraqlı bir göstəricisidir; aydındır ki, qısa bir müddət sonra bal ayı bitəcək və bezginlik, sıxıntı, hətta mübahisə dolu aylar və illər başlayacaq.

Evliliyin irəliləməsilə birlikdə uşaqlar, dolanışıq dərdi kimi ümumi problemlər və bunların doğurduğu psixoloji mühit evdə hakim olan quruluşu müəyyənləşdirir. Ev sakinləri arasında daimi gərgin və əsəbi münasibətlər yaşanır. Pul daimi danışılan mövzudur. Ər-arvad arasında sahiblənmə, qısqanclıq kimi mövzular bitib-tükənməyən gərginlik və mübahisələrə səbəb olur. Kişinin həmişə işindən bəhs etməsi, arvadının danışdıqlarını dinləməməsi, davamlı televiziyaya tamaşa etməsi, arvadına və uşaqlarına qarşı diqqətsiz və əsəbi olması evin təbii mühitini meydana gətirir.

Evdə dağınıqlıq hakimdir. Ayrıca, təmizliyə də diqqət yetirilməz. Buna görə, çöldən gələn birinin normal zamanda evin halını görməsi istənməz. Evdəki mebellər, dəstlər, süfrələr və s. kimi əşyalar ev sakinlərinin rahatlığından çox çöldəki insanın təqdir etməsinə görə nizamlanır. Qonaqlar üçün xüsusi bir otaq ayrılır. Bu otaqda ev sakinləri çox oturmazlar, ora evin nümayiş etdirilən qismidir. Evin ən bahalı və yaxşı əşyaları orada qonaqlara nümayiş etdirilir. Təbii ki, bir insanın qonaqları üçün xüsusi yer hazırlaması və onların rahat olması üçün çalışması gözəl əxlaq xüsusiyyətidir. Ancaq daha əvvəl də ifadə etdiyimiz kimi, adamlıq dinini yaşayan insanlarda qonağa xüsusi otaq hazırlanmasının məqsədi o adamın rahatlığının düşünülməsi deyil, lazımi kimi lovğalanacaq imkanın təmin edilməsidir.

Uşaqlar isə evdən sonra ən böyük nümayiş ünsürüdür. Əvvəldən etibarən uşaq anlayışında böyük yanlışlıq vardır. Ata və ana uşağa sahiblənir, ona sanki özlərinin həyat verdiyini düşünür və davranırlar. Hər şeyi Allahın yaratdığını və Onun hər şeyin gerçək sahibi olduğunu düşünməzlər. Uşağa sahiblənən ata-ana bir müddət sonra ondan istifadə edib hamıya nümayiş etdirir, loru dilində desək, forslanmağa başlayırlar. Uşağın ağıllı və ya gözəl olduğunu tez-tez dilə gətirib bununla öyünürlər. Elə davranırlar ki, sanki uşaqdakı gözəllik, ya da zəka özlərindən qaynaqlanır. Hətta uşağın hər hansı bir gözəl xüsusiyyəti haqqında "mənə oxşayır, ona görə elə olub" kimi ifadələr işlədərək özlərinə pay çıxarırlar. Zaman keçdikcə uşaqla lovğalanmağın ölçüsü genişlənir. Oxuduğu məktəbləri, yoldaş çevrəsini, gəzdiyi yerləri lovğalıqla tanışlarına danışırlar. Adamlıq dininə mənsub olan ailələrdə uşaqla öyünməklə yanaşı, uşağı həyatın məqsəd və mənası edilməsi də çox məşhurdur. Bəzi ata-analar uşaqlarını həyatlarının tək məqsədi kimi görür, bütün həyatlarını onlara yaxşı gələcək hazırlamağa həsr etdiklərini söyləyirlər. Halbuki, bütün insanların həyatlarının tək məqsədi Allaha qulluq etmək olmalıdır. Həyat ancaq Allaha həsr edilər. Bir insanın uşağına baxması ancaq Allah rizası üçün edilən bir ibadətdir.

Qadınların bütün həyatı evlilik hədəfinə görə nizamlanır. Gənclikdən etibarən bu hədəf həyatın ən mühüm məqsədi kimi qəbul edilir. Qızların çəki, paltar, təhsil, zövq və çevrələri həmişə yaxşı və mənfəətli evliliyə görə nizamlanır. Gənc qızların çoxu universitetə ər tapmaq üçün gedirlər. Çünki ər, xüsusilə də varlı bir ər həyatın zəmanəti olaraq görülür. Gənc qadın xəyalında özünü dolandıracaq və qoruyacaq bir ər modeli canlandırır və bütün gənclik dövrünü onu tapmaq üçün keçirir. Halbuki, Quranda bizə bildirildiyinə görə, insana ruzi verən, onu qoruyan, özündən kömək ümid edilməyə layiq olan ancaq və ancaq Allahdır.

Bu məntiqdəki evlilik iki insanın bir-birinə olan sevgisini ifadə etmənin qanuni bir vasitəsi olmaqdan çıxır və tez-tez ifadə edildiyi kimi, bir "müəssisə"yə çevrilir. Evlilik dövründə bu "ticari" müqaviləni müvəffəqiyyətlə tamamlamağın həyəcan və xoşbəxtliyi yaşanır. Ancaq çox qısa bir müddət sonra ortaya çıxan diqqətsizlik, sevgisizlik, hörmətsizlik və davranış pozuntuları insanlarda müəyyən bir şeydə səhv etdikləri hissini ortaya çıxarır. Necə ki, Allaha yönəlib Quran əxlaqı ilə davranmadığında buradan geriyə dönuş yoxdur. Olsa belə, buna həll gətirməz. Çünki evlilikdən geriyə dönuş də eynilə evlilik kimi, adamlıq dininin şərtləri tətbiq olunaraq yerinə yetirilir, bundan sonrakı həyat da adamlıq dininin şərtlərinə uyğun olaraq davam etdirilir.

Əgər səhvi axtarmaq lazımdırsa, bunu müəyyən hadisələrin özündə deyil, bütün bunların kökündə yer alan, bu yanlış sistemin üzərində olan və insanları hər vəziyyətdə bədbəxtlik və ziyana aparan batil fəlsəfədə, yəni "adamlıq dini"nin özündə axtarmaq lazımdır.

ADAMLIQ DİNİNDƏ EVLİLİK PSİXOLOGİYASI



(Hörmətli Adnan oktarın Kaçkar tv-dəki canlı reportajı

(29 yanvar, 2009)
ADNAN OKTAR: Məsələn, qadın evlənəndə bəzi meyarlar axtarır. Əvvəl pulu; birinci dərəcədə pulu. Sonra təhsili, sonra yaxşı bir mövqedə olması, avtomobili, bağ evinin olması kimi; yəni çoxlu inkişaf edən xüsusiyyətləri axtarırlar. Bunu axtaranda onda Allahın ona verdiyi sevgidən istifadə edə bilməz insan. Onda o evin ona heç bir faydası olmaz. Ev yalnız ona saray kimi bomboş görünər. Heç bir təsiri olmaz. Avtomobili də yalnız onu bir yerdən başqa bir yerə aparan tənəkə yığını, bir metal yığını kimi görünər. Bunlar, Allah sevgisi və Allah eşqilə məna qazanan şeylərdir. Dolayısilə, Peyğəmbərimiz (s.ə.v) deyir ki, malı üçün evlənən malından məhrum olar, gözəlliyi üçün evlənən gözəlliyindən məhrum olar. Bir gün qrip olar, soyuqlayar, gözəlliyi bir anda yox olub gedər, iyrənə bilər, insan heç ümid etmədiyi şeydən belə iyrənər. Məsələn, onun aciz bir halını görüb iyrənər və bir daha ondan xilas ola bilməz.

Pul o tip insanlarda, əksinə, sıxıntı meydana gətirər. Çünki pulu qorumaq üçün daha çox tədbir görməlidir. Məsələn: “Çeklərim ödənmədi”, - deyir; ona görə acı çəkir. Pulu banka qoyur: “Bank da müflisləşsə, nə edəcəyik”, -deyir; yastığın altına qoyur, yenə olmur; küpə qoyur: “Küpü tapsalar”, - deyir. Yəni canını çox yandırır, çox narahat olur. Ancaq Allah eşqilə insan rahatlıq tapa bilər, təvəkküllü və rahat olar. Yəni pul artdıqca insanların bir çoxunda narahatlıq və acı da artır. Bunu çöldə də, xarici aləmdə də görürük, bir çox hadisələr vardır, tək-tək nümunələr gətirmək istəmirəm, amma insanlar bunu ətraflarında çox görürlər.

ADAMLIQ DİNİNDƏ


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə