GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ



Yüklə 0,8 Mb.
səhifə8/13
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1483
1   ...   5   6   7   8   9   10   11   12   13

"QADIN" PSİXOLOGİYASI
Adamlıq dininin cəmiyyətə aşıladığı ən mühüm təlqinlərdən biri də insanların qadın və ya kişi olduqlarına görə, yenə bu dinin müəyyən etdiyi bəzi fərqli və qəribə xüsusiyyətlərini mənimsətməsidir. Halbuki, möminlər arasında xarakter cinsiyyətə görə dəyişməz. Yeganə və ortaq olan ideal mömin ruhu vardır. Adamlıq dinində isə adamın xarakteri qadın, ya da kişi olmasına görə, süni bir istiqamətlə və ictimai təlqinlə dəyişir.

Qadınlar adamlıq dini cəmiyyəti tərəfindən çıxarılan güclü bir təlqinin nəticəsində olduqca zəif bir xarakter və bacarığı olmayan rəftar qazanmışlar. Cəsarət, ağıl, dözümlülük, çeviklik, zəka, bacarıq, çətinlik və çətinliklərə qarşı möhkəm olmaq kimi xüsusiyyətlər adamlıq dininin qadına təsis etdiyi rolda yeri olmayan, olsa belə, həmişə zəif və əksik olan xüsusiyyətlərdəndir. Bütün bu xüsusiyyətlərin kişidə olmasının lazım olduğuna dair həm kişilərdə, həm də qadınlarda ön mühakiməli bir razılıq vardır. Qısqanclıq, naz, şikayət, acizlik, həyəcan kimi ünsürlər isə həmişə qadın göstəriciləri olaraq müəyyən olunmuşdur.

Adamlıq dini qadın ruhunu qadınlara acizlik, ağılsızlıq, cahillik, saf və bacarıqsızlıq olaraq yaşadır. Qadın bu dinin yanlış qaydaları istiqamətində özünü bu görünüşə salır və bu ruhu yaşamaq zərurətini istər-istəməz qəbul edir. Özü üçün müəyyən edilən bu əhval onda bütün rəftar və davranışları ilə fərqli bir şəxsiyyəti meydana gətirir. Bu ruhi və psixoloji zəifliyin onun qadın olmasının gərəyi olduğu və bunun təbii olduğu yanlışlığı şüura yeridilmişdir. Cəmiyyətin qazandığı ağılsızlıq, cəhalət, bacarıqsızlıq rolunu mənimsəyən qadın zamanla, həqiqətən, ağılsız, bacarıqsız və cahil hala düşür.

Bu batil dinin müəyyən etdiyi anlayışa görə, qadının ön plana çıxması lazım olan yönləri ancaq onu "qadın" edən xüsusiyyətləridir. Ağıl və əxlaq gözəlliyinin yerinə üz və bədən gözəlliyi, cazibədar olması, baxımlı və emosiyalı olması kimi... Özlərinin cəmiyyətin ən mədəni, ən müasir qisminə aid olduğunu düşünürlər və beləcə, bu qaydaya riayət edirlər.

Bu çirkin məntiqlərlə adamlıq dininin özünə məxsus yanlış ədəb və əxlaq qaydaları da müəyyən edilir.

Adamlıq dininin qadınlar üçün təyin etdiyi xüsusiyyətlərin ən birincisi düşünməməkdir. Bu səbəblə, bu batil inancı mənimsəmiş bir qadın zehnini heç bir mövzuda işlətməyə ehtiyac duymaz. Başqalarının düşüncələrindən istifadə etməklə yaşayır. Heç bir mövzuya həll gətirməz, ona təqdim edilən həlləri tətbiq edir. Məsələn, əgər ailəsi maddi baxımdan çətin vəziyyətə düşərsə, bunun həllini ərinə buraxır. Özü isə hansı işin özlərinə daha faydalı olacağını və dolanışığı təmin etmək üçün hansı yolu seçməyin lazım gəldiyi kimi mövzularda heç düşünməz. Yalnız yoldaşını evə pul gətirmədiyi üçün günahlandırıb özünü bundan tamamilə kənarda tutar.

Adamlıq dinindəki qadın xarakterinin başqa bir xüsusiyyəti də inkişafa və irəliləməyə qarşı qapalı olmasıdır. Buna görə, bir çox qadın mədəniyyət, ədəb, qabiliyyət, təcrübə artırmaq üçün səy göstərməyə ehtiyac duymaz. Dolayısilə də, elmi inkişafları, texnologiyanı, iqtisadiyyatı, siyasəti izləməz. Yalnız düşündüyü fiziki görünüşü və ya öz peşəsi ilə əlaqəli mövzulardır.

Hətta adamlıq dinində inanc belə qadına hazır şəkildə təqdim edilir. Evlənəcəyi adamın inancı hansı istiqamətdə olarsa, özünü ona görə hazırlayır. Əgər evlənəcəyi adam dindar olarsa, dinlə maraqlanmağa başlayır; əgər evlənəcəyi adam iman etmirsə və ya Allahın əmrləri mövzusunda zəif davranırsa, qadın da vicdani olaraq Allahın varlığını bilsə belə, yoldaşı kimi yaşamağa başlayır. Evlənəcəyi adamın məntiqini, dünyagörüşünü, zövqlərini, dəyər mühakimələrini hazır model olaraq tamamilə mənimsəyir və buna görə həyatına davam edir. Bu səbəblə, adamlıq dinini yaşayan bir çox qadının özünə aid bir doğru-yanlış anlayışı olmaz. Ya ərinin, ya rəfiqələrinin, ya da ata-anasının dəyər mühakimələrini mənimsəyib özlərinə bir yol seçirlər.

Bu şeytani dini yaşayan qadınların həyatlarını davam etdirə bilmələri üçün mütləq dəstək və qorunmağa ehtiyacları vardır. Əksəriyyətinin ətrafdakı zəif, çarəsiz insanları qoruyan, onların haqqını müdafiə edən və onların adına mübarizə aparan fəaliyyətləri yoxdur. Heç kimi qorumaz, amma özü qorunur. Heç kimlə maraqlanmaz, ancaq onunla maraqlanırlar. Heç kimə görə mübarizə aparmaz, ancaq onun rahatlığı üçün mübarizə aparanlar olur.

Qorxaqlıq da bu batil dinin qadın xarakterinin bir parçasıdır. Bir çox qadın, əslində, heç qorxmadığı vəziyyətlərdə belə sırf qorxurmuş kimi reaksiya verməli olduğuna inandığı üçün qışqırır, şişirdilmiş hərəkətlərlə üzünü örtür və ya həyəcanlanmış kimi görünür. Məsələn, qorxulu kinoya gedən bir qadın kinodan heç təsirlənmədiyi halda, çox qorxurmuş kimi hərəkətlər edir. Əslində, qorxulu olmayan, bir uşağın belə cəsarətlə qarşıladığı hadisələr qarşısında qışqırır, ani və sərt reaksiyalar verə bilir. Çünki cahiliyyə cəmiyyətində qorxunun qadına yaraşdığı və ya qadın olmağın bir gərəyi olduğu inancı vardır. Halbuki, Allahdan başqa qorxulacaq heç bir varlıq və ya hadisə yoxdur. Bu həqiqətin mahiyyətini dərk etmək və (fiziki reflekslərin xaricində) ürəkdən tətbiq etmək bütün insanların üzərində bir məsuliyyətdir.

Cahiliyyə cəmiyyətinin qadın üçün təyin etdiyi bu xarakterin başqa bir xüsusiyyəti isə daha əvvəl də ifadə etdiyimiz kimi, qabiliyyətsizlikdir. Bir çox qadın kiçiklikdən etibarən qabiliyyətsiz olduğu inancı ilə yetişdirilir. Bu səbəblə də əl bacarığı zəif olar və heç bir şəkildə bu mövzuda özünü inkişaf etdirməyə ehtiyac duymaz. Məsələn, adamlıq dinində bir qadının elektronika alətinin necə təmir edildiyini öyrənməməsi və ya kompleks bir alətin necə işlədiyini anlamaması son dərəcə təbii görünür. Yaxud da partlayan rezin şini dəyişdirə bilməməsi, əl bacarığı tələb edən bir çox işdə müvəffəqiyyətli ola bilməməsi də məqbul qarşılanır. Halbuki, bu, tamamilə adamlıq dininin qadınlara yaraşdırdığı süni bir xüsusiyyətdir. Bir çox qadın, əslində, son dərəcə bacarıqlı və praktik olduğu halda, yalnız bu təlqinlə özünü qabiliyyətsiz olduğuna inandırdığı üçün bu cür işləri bacarmaz. Təbiidir ki, fiziki gücündən artıq işləri görməməsi normaldır, amma bunun xaricində qalanlar tamamilə aldığı təlqinin bir nəticəsidir.

Adamlıq dininin qadına olan baxışı son dərəcə hörmətdən salıcıdır. Çünki adamlıq dinində qadın kiçiklikdən etibarən "yaxşı yemək hazırlamağı öyrənə bilməsən, oxumasan, heç kimlə evlənə bilməzsən; baxımlı olmalısan ki, evdə qalmayasan" kimi təlqinlərlə böyüdülür. Ailələr qızlarını xüsusi məktəblərə göndərərkən, ədəb öyrədərkən, kitab oxumağı, bir musiqi alətini çalmağı və ya sənətlə maraqlanmağı tövsiyə edərkən tək düşündükləri şey yaxşı evlilik qurmasıdır. Bu səbəblə, kiçiklikdən etibarən özünü bu gözlə görməyə alışmış gənc bir qız böyüyəndə də mütləq bütün xüsusiyyətlərinin maddi olaraq qarşılanmasını istəyir. Buna görə də pul həmişə bu tip qadınlar üçün birinci dərəcəli olur. Sahib olduqları xüsusiyyətləri maddi olaraq qarşılaya bilməyən birisilə əsla birlikdə olmaq istəməzlər. Belə olduqda isə öz ifadələrilə istifadə edildiklərini düşünürlər. Buna görə, əgər adamlıq dinini yaşayan bir qadının yoldaşı kifayət qədər maaş ala bilmirsə, bu, mütləq bir mübahisə mövzusu olur. Özünə yaxşı baxa bilmədiyini, başqa birisinə ərə getmək imkanı olduğu halda, onunla evləndiyini və ya belə birisi ilə evlənib həyatını məhv etdiyini deyib, yaxşı dəyər verilmədiyini ifadə edir. Buna görə, adamlıq dini evliliklərində pul mövzusu mütləq bir problemdir.

Quranda cahiliyyə qadın xarakterinin fitnəkar və plançı olduğundan da bir çox ayədə bəhs edilir. Hz. Yusifi fitnələrilə həbsə atdıran qadının etdikləri üzərinə endirilən bir ayədə din əxlaqından uzaq yaşayan qadınların bu yönünə belə diqqət çəkilir:
(Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu, sizin məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!” (Yusuf surəsi, 28)
Cəmiyyət içində də sözlə bilinən qadın fitnəsi qarşıdakı insanı aldatmağa və ikiüzlülüyə əsaslanır. Ancaq adamlıq dini qadın fitnəsini qanuni hala gətirən bir model meydana gətirmişdir. Məsələn, kişini yumşaltmaq üçün qadının özünə saf, günahsız bir görünüş verməyə çalışması və ya etdirmək istədiyi bir şey olduğunda gözləri dolaraq ağlamağa başlaması… Qısqandığı bir qadın haqqında pis fikirlər söyləməsi, tərifləyirmiş kimi edib, əslində, tənqid etməsi kimi… Qarşı tərəfin üzərinə düşməsi və bilavasitə özünü qiymətli göstərmək üçün soyuq və laqeyd davranması, özü istəmədiyi halda, sanki kimsə onunla maraqlanırmış kimi görünməyə çalışması, xüsusilə telefonla zəng vurmaması, hal-əhval tutmaması, şən və ünsiyyətcil olmaması kimi taktikalar da adamlıq dininin qadın fitnələridir. Bir gənc qızın oğlan dostunu qısqandırmaq üçün digər oğlan dostları ilə daha çox görüşməyə başlaması, ətrafındakı oğlanlarla daha çox ünsiyyətdə olması, heç maraqlanmadığı bir insanla maraqlanırmış kimi davranması, uşaqlıqdan öyrəndiyi bu qadın fitnələrinin bir hissəsidir.

Adamlıq dininin qadın xarakteri hiyləgərlik üzərinə qurulmuşdur. Buna görə, bu inancla yetişdirilmiş bir qadın zahirən gözüyaşlı, günahsız, yumşaq bir insan görünüşündə olarkən daxilən çox zalım biri ola bilər. Məsələn, maddi çətinlik içərisindəki yoldaşından tətilə getmək məqsədilə pul almaq üçün göz yaşlarını tökər. Və ya bahalı bir paltar almaq üçün naz edər, mübahisə yaradar. Zahirən çox həssas bir insan kimi görünərkən, əslində, çətin vəziyyətdə olan bir insana öz mənfəəti və rahatlığı üçün daha da əziyyət verib son dərəcə zalım davranar.

Adamlıq dinində qadınların bir-birlərilə əlbir olub ərlərini necə idarə edə biləcəklərinə dair planlar qurmalarına da çox rast gələ bilərsiniz. Halbuki, bu tamamilə şeytanın yönləndirməsilə olan rəftar pozuntusudur. Bir-birlərindən öyrəndikləri taktikalarla yoldaşlarını müəyyən mövzularda idarə etməyə yönələn siyasət işlədərlər. Bu mövzuda bir-birlərinə tövsiyələr də verərlər. Məsələn, "axşam ən sevdiyi yeməyi hazırla, gülərüzlü ol, sevdiyi verilişə baxarkən alacağın paltarın pulunu söylə ", "əvvəl bir çay ver, siqaretini yandır, ordan-burdan danış, hirsi soyuduqdan sonra mövzunu açarsan" kimi tövsiyələr qadınların ərləri üçün qurduğu taktikalardır. Və ya "qısqandırmaq istəyirsənsə, bəzən çıx küçəyə və gec gəl", "sözünə baxmağını istəyirsənsə, çox üz vermə", "nə qədər diqqət göstərsən, o qədər tez soyuyar, unutma" kimi səmimi olmayan tövsiyələr qadınların bir-birlərinə öyrətdiyi fitnələr arasındadır.

Halbuki, adamlıq dini nümayəndələri fiziki xüsusiyyət və fərqliliklərinə görə, başqa xasiyyət və psixologiyaya yönləndirərkən Quranda təsvir edilən din bunun tam əksinə, insanları qadın-kişi fərqi güdmədən tək və mükəmməl bir xüsusiyyətə, ideal şəxsiyyət quruluşuna və üstün əxlaq anlayışına yönəldir. Qadın və kişilərə ayrı-ayrılıqda yönələn fərqli əxlaqi və psixoloji modellərin Allahın dinində yeri yoxdur. Quranda iman edən kişilər və iman edən qadınların -adamlıq dininin tam əksinə- tək, ortaq və ideal olan mömin əxlaqına və xarakterinə sahib olduqlarını bildirilir:


Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır! (Əhzab surəsi, 35)
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)
Yuxarıda da ifadə etdiyimiz kimi, qadınlarla kişilər arasında fiziki fərqliliklərdən irəli gələn bəzi ictimai əmək bölgüsü, məsuliyyət bölgüsü kimi tənzimləmələr ola bilər. Ancaq bu tənzimləmələrdən nəzərdə tutduğumuz hamının bildiyi kimi -və əslində, tamamilə adamlıq dininin təlqinindən ibarət olan- qadının yemək bişirib qab-qacaq və paltar yuması və s. növündən olan ayrı-seçkiliklər deyil. Çünki İslam dini bu mövzularda qadına yüklədiyi xüsusi məsuliyyət yoxdur. Allah qadınla kişi arasında bir ayrı-seçkilik olmadığına belə diqqət çəkmişdir:
Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Ali-İmran surəsi, 195)
Nəticə olaraq, kişi və qadının öz aralarında razılaşaraq hər cür işi təşkil etmələri ən ağıllı həll olar.

Bunun xaricində, qadınların fiziki güclərindən artıq ağır işlərdə çalışması xüsusi zərurət olmadıqca, təbii ki, uyğun deyil. Ancaq bunu qadınların aciz, köməyə möhtac, əksik varlıqlar olduğu şəklində izah edib onların bu xüsusiyyətə bürünmələrini təlqin etmək tamamilə Qurandan kənar bir zehniyyətin məhsuludur. Bu da adamlıq dininin zehniyyətidir və fiziki yöndən daha zərif yaradılmış qadının xarakterinin də zəif olmasının lazım olduğuna yönəlir və bilavasitə bir çox təlqini içində saxlayır. Halbuki, qadın və kişi arasında fiziki cəhətdən qaynaqlanan əzələ gücü fərqliliyinin xaricində başqa bir fərq yoxdur. Qadın da, kişi də Allah qatında eyni məsuliyyətə malikdir və sorğuya çəkiləcək.

Adamlıq dininin qadınlara təqdim etdiyi bu acizlik modeli son dərəcə normal, sağlam və ağıllı hərəkət edə bilən bir qadını yazıq mövqesinə salır. Bu acizlik yavaş-yavaş xarakterə keçir.

Bu səbəblə, adamlıq dininin qadını mömin qadınlara məxsus olan zadəgan, şəxsiyyətli və ağıllı davranış və görünüşdən son dərəcə uzaqdır. Bu dinin şəkilləndirdiyi qadın xarakteri Qurana görə, mömin kişi və qadının çəkinməli olduğu şəxsiyyətsizlik və anormallıq kimi bütün davranışları özündə cəmləşdirir.

KOKONA XARAKTERİ

Oxuduğunuz kitablarda, dost söhbətlərində və ya məktəbdə "kokona" ifadəsini mütləq eşitmisiniz. Müəyyən bir insan modelini təsvir etmək üçün istifadə edilən bu ifadə, əslində, adamlıq dininin mühüm xarakterlərindən biridir. Bütün xüsusiyyətləri din əxlaqına zidd olmasına baxmayaraq, xalq arasında çox məşhurdur və hətta bəzi insanlar tərəfindən hörmətlə qəbul edilmişdir. Bunun səbəbi bəlkə də bu xarakterin bütün mənfi tərəflərinin ağıllı və məntiqli şəkildə Quran əxlaqı ilə müqayisə edilməklə təsvir edilməməsi və insanların diqqətinə çatdırılmamasıdır. Ancaq bu hissədə oxuyacaqlarınızla sözügedən xarakterin bütün çirkinliklərinə şahid olacaq və qarşınıza çıxan din əxlaqından uzaq bir çox insanın bu xarakteri bütün qaydaları ilə tətbiq etdiyini görəcəksiniz.


Kokona xarakteri süni mahiyyət daşıyır

Kokona xarakterinin ən mühüm xüsusiyyətlərindən biri bu xarakteri daşıyan insanın heç bir zaman əsl şəxsiyyətini göstərməməsidir. Bütün həyatını süniliklə qurar. Heç bir zaman hadisələrə qarşı səmimi, təbii və daxilən gəldiyi kimi reaksiya verməz. Sevgisini səmimi olaraq göstərməz, ürəyindən keçənləri olduğu kimi söyləməz, olduğu kimi baxmaz və ya danışmaz.

Sünilik kokona xarakterini daşıyan insanların başlıca xüsusiyyətlərindəndir. Bu süniliyin gətirdiyi saxtakarlığı göstərərlər. Məsələn, kokona xarakterini daşıyan bir insan əhəmiyyətsiz hesab etdiyi bir hadisə qarşısında kədərli görünə bilər. Daxilən heç bir şey hiss etməməsinə baxmayaraq, cahiliyyə meyarlarının gərəyi kimi, "vay-vay", "ah canım, sonra nə oldu", "görürsənmi sən bu işi" kimi ifadələrlə dinlədiyi hadisənin nə qədər təəssüfləndirici olduğunu izah etməyə çalışar. Ancaq bu reaksiyanı verərkən yalnız söylədiyi sözlər deyil, səs tonu, baxışları, üz ifadəsi, əl hərəkətləri, hətta oturuş şəkli belə süni olur. 40 il boyu birlikdə olduğu və bütün ömrünü birlikdə keçirdiyi ən yaxın yoldaşına da həyatı boyunca bir dəfə belə əsl üzünü göstərməz, gerçək səsilə danışmaz və ya gerçək şəxsiyyətini əks etdirməz.

Kokona xarakteri daşıyan insan heç bir zaman heç kimə qarşı əsl sevgi duymaz, bəsləməz və göstərməz. Çünki bu xarakterə süniliklə yanaşı, eqoizm də hakimdir. Bu xarakterə sahib olan bir insanın həyatda ən çox sevdiyi insan özüdür. Hər kəsdən çox özünü bəyənir. Hər kəsdən daha ağıllı və mədəni olduğunu düşünür. Həyatda özündən daha çox dəyər verdiyi heç kim olmaz. Uşaqları, əri, yaxud ata və anası da daxil olmaqla… Bu səbəblə, heç kimi səmimi şəkildə sevməz. Dolayısilə, sevgi hissləri də çox süni olur. Məsələn, heç vaxt qarşısındakı insana könüldən sarılmaz, iltifat etməz, onun gözəl tərəflərini görüb dilə gətirməz. İltifatları həmişə göstərişə əsaslanır və saxta olur. Bu xarakteri daşıyan insanlar yalnız qarşısındakının gözəl paltarını tərifləyir, haradan aldığını və ya neçəyə aldığını soruşur. Ya da saç düzümünü bəyənir və harada düzəltdirdiyini öyrənir. Taxdığı qızıl diqqətini çəkir, buna kompliment deyir. Ancaq heç vaxt qarşısındakının əxlaqına və ya görünüşünə məxsus gözəl xüsusiyyətləri tərifləməz. Məsələn, təvazönü, mərhəməti, səbri, vicdanı, Allah qorxusunu, cəsarəti, comərdliyi dilə gətirməz. İnsanların fiziki gözəlliklərini də ön plana çıxarmaz. Bu səbəblə, sevgi göstərməyi və könül almağı bilməz.

Bu xarakteri yaşayan insanın həmişə iki üzü, iki səs tonu və iki şəxsiyyəti olur. Bunlardan biri özünə aid olur, digərlərini isə ətrafa göstərir. Məsələn, heç vaxt ürəyindən keçənləri qarşısındakına həmin an söyləyəcək dürüstlüyə sahib olmaz. Bir insanı sevməsə belə, ona qarşı süni sevgi göstərə bilər. Cahil tanıdığı bir insana saxtakarlıqla nə qədər mədəni olduğunu deyir, heç bəyənmədiyi paltarı tərifləyir. Bu səbəblə, kokona xarakteri daşıyan insanların sözünə güvənməzlər. Ondan məsləhət almazlar, çünki mütləq gerçək fikrini gizlədib mühitə uyğun olanı deyəcəyini düşünərlər. Belə bir xüsusiyyətə malik insanın sevinci də təbii və səmimi olmaz. Həqiqətən, xoşuna gəldiyi, zövq aldığı və ya sevindiyi üçün deyil, gülməsənin lazım olduğunu düşündüyü üçün gülər. Qəlbində sıxıntı çəkərkən üzdə gülər. Heç zövq almadığı insanların yanında, çox sıxıldığı mühitlərdə belə -işinə yarayarsa- şən görünər. Qüruruna ağır gəldiyi vəziyyətlərdə, alçaldıldığını hiss etdiyi bir anda və ya insanların özünə dəyər vermədiyi mühitlərdə də süni şəkildə gülürlər.

Adamlıq dinində kokona xarakteri



(Hörmətli Adnan Oktarın Temp TV reportajı,

31 mart, 2009)
Adnan Oktar: Axırzamanda küçələrdə də görürsünüz, belə kokoş, dinsiz, aqressiv, əprimiş, ətli qadınlar törəmişdir. Pis danışan, gözlərindən nifrət yağan, aqressiv, həyasız, hər şeydə pislik axtaran, fitnəkar, sevgisi ölmüş, söhbətcil olmayan, yox olmuş insanlar. Belə çirkli, natəmiz insanlar. Və ayə eyni zamanda bunlara baxır. Yəni bunların ümumi xüsusiyyəti dinsiz, ateist olmaları; cahil olduqları halda, dinə, İslama, Qurana qarşı nifrət və kinlə yanaşmalarıdır. Öz aralarında da bir-birlərinə düşmən olmalarıdır. Çox dedi-qodu, qeybət edən, kinli və murdar olmalarıdır. Bu insanlar Quranda çirkli görülən, pis görülən qadın qrupudur. Belə nifrət dolu, xalq arasında kokoş kimi təbir edilən, yaşlı xoruzlara bənzəyən, əsəbi, çirkli dırnaqları ilə filan, sanki cadugəri xatırladan tiplər olur. Bunlar gecə-gündüz fitnə axtarırlar. Harada asayiş olarsa, onu pozmağa çalışırlar və dəli enerjisi olur bu insanlarda. Ən ağır xəstəliyə tutulsa belə, gecə-gündüz İslama hücum edər, müsəlmanlara hücum edər. Harada yaxşı bir şey varsa, gəlib onları pozmağa çalışar. Yəni belə cadugər xasiyyətli, fitnəkar qadın tipidir. Bunlardan Allaha sığınmaq lazımdır. Bunların düyünlərə üfürməsi odur, yəni bunların etdikləri cadu deyilən şey pis sözün təkrarıdır, eyni zamanda. Pis sözləri çox təkrar edir bunlar. Pislik arxasından qaçırlar və pisliyin yayılması üçün cəhd göstərirlər. Bunlar, Axırzamanın cadugərləridir.

(Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı,

22 yanvar, 2009)
Adnan Oktar: Ümumiyyətlə, elə bilinir, amma bəzi insanlar var, həqiqətən, elədir. Məsələn, dırnağında dörd qat lak olur, saçını düzəltdirir; bir həftə, on gün saçı o vəziyyətdə gəzir. Məsələn, həftələrlə alt paltarlarını dəyişdirmir, amma çox qəşəng geyindiyini düşünür, çox gözəl geyindiyi qənaətində olur. Məsələn, qulağındakı sırğaları paslanır və artıq onlar infeksiya meydana gətirir; bununla belə, qürurla gedir; zənn edirəm ki, onlara kokona deyirlər.

(Hörmətli Adnan Oktarın Aks TV reportajı,



14 aprel, 2009)
Adnan Oktar: Məsələn, mən görürəm imanlı qadınlar da normal halda, 50-60 yaşında çox xoş və gözəl olurlar. Amma baxıram, son zamanlarda kokona əxlaqlı tiplər çıxıb. Diksindirici, aqressiv. İquanaya bənzəyirlər. Nifrət dolu baxışlarından insan ürkür. Nə danışırsa, ya dedi-qodu olur, ya fitnə olur, ya böhtan olur, ya da aqressivlik olur. Ay xanım, ruhunda heç sevgidən bir işıq yoxdur? Bir çiçəyi sev, insana qarşı bir sevgi bəslə. Bir pişiyə qarşı, bir insana qarşı şəfqətlə yanaş. Dostun-tanışın olsun. Hər kəsə nifrət edir. Uşağı ilə, əri ilə dava edir, ata-anasına hücum edir. Qonşularına qarşı kin bəsləyir. Belə insanlar çıxıb, əlbəttə ki, bu da çox pisdir.
Kokona xarakterini daşıyan insanlar

təmizliyə əhəmiyyət verməzlər

Kənardan baxanda bu insanlar olduqca baxımlı görünürlər. Çünki göstəriş kokona xarakterində mühüm bir yerə malikdir. Ancaq hər mövzuda olduğu kimi, təmizlik mövzusunda da yalnız göstərişə yönələn anlayışda olduğu üçün bu insanlar heç kimin görmədiyi yerdə son dərəcə səfil həyat yaşayırlar. Bu xarakterə sahib olan bir insan üçün təmizlik yalnız çöldəki insanların təqdirini qazanmaq üçün görülən ağır işdir. Dolayısilə, bu zehniyyətə görə, heç kim olmadığında təmiz olmağın səbəbi də ortadan qalxır.

Məsələn, kokona xarakteri daşıyanlar evdə yalnız qonaqların oturduğu otağın təmizliyinə diqqət yetirirlər. Ancaq bu otağın da yalnız görünən yerlərini təmizləyirlər. Kreslolara baxanda son dərəcə təmiz görünür, ancaq kresloların arxasının və ya altının təxminən aylarla silinmədiyini, hər yeri toz örtdüyünü görə bilərsiniz. Qızdırıcı sobaya baxanda qapaqları təmiz görünür, ancaq bu qapaqları çıxardığınızda ortaya çıxan mənzərə son dərəcə pis olur. Bu xüsusiyyətə sahib kəslərin evində, bəlkə də illərlə toxunulmamış yerlər olur. Köhnə əşyaların olduğu şkaflar, xalçaların altı, hamamın divarları kimi əsas yerlər mikrob saxlayan çirkli yerlərdir .

Ancaq hər şeydən önəmlisi, bu insanların fərdi təmizlikləri mövzusunda göstərdikləri diqqətsizlikdir. Kokona xarakterinə sahib insanın diqqətə çarpan xüsusiyyətlərindən biri də günlərlə yuyulmayan bədəninə çoxlu ətir vurub kirli olduğunu örtməyə çalışmasıdır. Kənardan baxanda gözəl və bahalı ətir qoxusu ilə gəzən bu insanların çoxu günlərlə su üzü görmürlər. Bərbərə getdikdən sonra pul verməmək üçün və saçları pozulmasın deyə, uzun müddət yumadan saçlarını qoruyurlar. Bir yerə gedərkən yalnız görünən yerlərini təmizləyir, ancaq paltarın altında qalan yerlərə əsla əhəmiyyət verməzlər. Bu səbəblə, davamlı bakteriya və mikroblardan qaynaqlanan infeksiyalara tutulur, ancaq çoxu bunun fərqinə varmadan illərlə bu xəstəliklərlə yaşayırlar. Yeməyin təmizliyinə əhəmiyyət verməz və yeməyi yaxşı yuyulmamış tərəvəzlərlə, çoxdan qalan yağlarla hazırlayırlar. Xeyirləri üçün qarşı tərəfin sağlamlığını təhlükəyə atmaqdan çəkinməzlər. Hətta təmizliyə əhəmiyyət vermədən hazırladıqları bu yeməklərin insanların sağlamlığına zərər verəcəyini ağıllarına belə gətirməzlər. Çünki kokona xarakteri daşıyan insan artıq bir müddət sonra natəmiz həyat tərzi keçirməyə alışır və bunu təbii həyat olaraq qəbul edir.

Bütün bunlar kokona xarakterinin dinsizlik sistemi üzərinə qurulmasından qaynaqlanır. Bu səbəblə, vicdanlarına qulaq asmaz və məcbur olmadıqları müddət boyu Allahın əmr etdiyi kimi təmiz, fədakar və ya incə düşüncəli olmazlar.
Dinə qarşı azğın baxış yönləri

Kokona xarakterində din Quranda təsvir ediləndən çox fərqli düşünülür. Bu xarakteri daşıyan bir çox insanın azğın baxışına görə, dini inanc insanın Allaha olan bağlılığından deyil, cəmiyyətə qəbul edilmək arzusundan qaynaqlanır. Digər deyişlə, bu azğın məntiqə sahib olan insanlar üçün müəyyən bir ölçüdə dindar olmaq cəmiyyətin ümumi qaydası olaraq yerinə yetirilməsi lazım olan həyat qanunudur. Buna görə, kokona xarakterli insan dindən öz yanlış düşüncəsilə göstəriş ünsürü kimi istifadə edər. Bəzi zamanlarda Allahı zikr edir, Allaha inandığını, Quranı qəbul etdiyini söyləyir, ancaq dinin tələb etdiyi gözəl əxlaqı və həyat şəklini mənimsəməz. Allah belə insanların varlığını Quranda “Maun” surəsidə bildirmişdir. Ayələrdə Allah belə buyurur:


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə