Günümüzdəki Türk xalqalrı və tarixləri


Türk xalqları və dövlətləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   2   3   4   5   6   7   8   9   ...   45

 
10 
 
Türk xalqları və dövlətləri.
 
  
 
       Ən qədim zamanlardan müxtəlif  türx xalqlarının adlandırılması ilə 
əlaqədar    fərqli  baxışlar  mövcuddur.  Nüfuzlu  Rusiya  tədqiqatçısı 
M.Z.Zakiyev  özünün  "Turkskaya  linqvisticeskaya  arxeologiya" 
əsərində qeyd edir ki,  bulqar-tatarları özlərini heç bir zaman türk olaraq 
adlandırmayıb və türk anlayışı XIX əsrin sonları, XX əsrin əvvəllərində 
tədqiqatçılar  tərəfindən  dövriyyəyə  daxil  edilmişdi.  Ümumiyyətlə  türk 
xalqlarının  çox  sayda  müxtəlif  adlarla  adlandırılması  bütün 
tədqiqatcıların  diqqətini  cəlb  etmişdi.  Məhz  bu  cəhətdən  müvafiq 
tədqiqatların elmi mötəbərliyi məsələsi gündəmə gəlir.  
Yeri  gəlmişkən  Mahmud  Kaşkarinin  Türk  sözünə  verdiyi  şərhi  də 
xatırlatmaq  yerinə  düşər.  Beləki  tədqiqatın  obyekti  türk  xalqlarının 
mədəniyyətidir, qısaca desək "türklərdir". 
-"Türk:  əleyhissalam  Nuhun  oğlunun  adıdır  .Bu  ad  Nuh  oglu 
Türkün övladlarına tanrının verdiyi addır..."Türk"sözü  Nuhun oğlunun 
adı  kimi  işləndikdə  tək  bir  adamı  bildirir,  övladlarının  adı  olanda 
"bəşər"  sözü  kimi  çoxluq  və  cəm  bildirir."  (II  cild  s.357-358) 
M.Kaşkariyə  etimad  etməməyə  heç  bir  əsasımız  yoxdur.  Mənbəyin 
mövzusu, quruluşu və əhəmiyyəti haqqında ayrıca bəhs edilir. 
Uzun  müddət  türklərin  yaşadığı  cografiyanı  gəzmiş  M.Kaşkari  öz 
əsərində 30-dan yuxarı türk ləhcəsini o cümlədən oğuz, qıpcaq, karluk, 


 
11 
bulqar  və  digər  türk  dilində  danışan  xalqlar  haqqında  geniş    məlumat 
verir. 
        Belə  hesab  etmək  olar  ki  türk    insanları  əsasən  üç    formada  
adlandırılmışlar: 
1.Boyların vəya tayfaların adı ilə. 
2.Yaşadıqları coğrafi adlarla. 
3.Digər xalqların verdiyi adlarla. 
        Bir qrup tədqiqatçılar 30, bəziləri 60 müxtəlif adlarla, müxtəlif 
coğrafiyalarda  yaşayan  türk  xalqlarının  adını  çəkir.  Tədqiqatçı 
Mədət  Çobanov  "Türkün  qızıl  kitabına"(Rəfiq  Özbək)    istinad 
edərək  Türk  xalqlarının  112  tanınmış  dövlət  qurumu  haqqında 
məlumat  verir.  Bunlar  arasında  15  imperatorluq,  38  dövlət,  34 
bəylik,  4  atabəylik,  16  xanlıq,  5  cumhuriyyətin  adı  çəkilir. 
A.N.Qumilovun  tədqiqatlarında  da    çox  sayda  türk  uluslarının  adı 
çəkilir  ki,  bunların  bir  hissəsi  böyük  köçlər  zamanı  adları  əvəz 
olunur, yeni adlar qoyulur, coğrafi adlarla adlandırılır, bəzi hallarda 
əsarət altına düşərək adları zorla dəyişdirilir. Məsələn, Çar Rusiyası 
zamanı  azərbaycanlılara  qafqaz  tatarları,  qazaxlara  qırğız  deyə 
müraciət etmişlər ki, bir sıra areallarda bu proses bu gün də davam 
edir. 
        Tədqiqatçı F.Mustafa Araz nəşriyyatında 2012- ci ildə çapdan 
çıxmış  "100  tyurkskix  etyudov"  ensiklopediyasında  hal-hazırda 
mövcud olan 100 adda türk dillərini təsnifləşdirir: 


 
12 
1)  Azərbaycanlılar,  2)  Altaylılar,  3)  Arqular.  4)  Qıpçak 
erməniləri,  5)  Atuşlular,  6)  Balkarlar,  7)  Barabinlilər,  8) 
Baraqunilər,  9)  Basmılılar,  10)  Başqırdlar.  11)  Beltırlər,  12) 
Besermyanlar,  13)  Bulqarlar,  14)  Qaqauzlar,  15)  Dulqanlar, 
16)  İkanlı  karabulaklılar,  17)  İli  türklər,  18)  İliylilər  və  ya 
kuldjinlər, 19) Kazaxlar, 20) Kanlı, Kanqlı, Kanqli, 21) Cənubi 
Kappadokiyalılar,  22)  Karaimlər,  23)  Karakalpaklar,  24) 
Karamanilər,  25)  Karamanlılar,  26)  Karaçaylılar,  27) 
karluklar, 28) Kaşkaylılar, 29) Kereilər, 30) Kereitlər, 31) Göy-
Monçakçılar,    32)  Qırğızlar,  33)  Krımçatlılar,  34)  Koybalılar, 
35)  Kumadinlər,  36)  Kumıklar,  37)  Kuraminlər,  38)  Kızıllılar. 
39)  Yenisey  Qırğızları,  40)  Lebedinlər,  41)  Lobnorlar,  42) 
Manqıtlar,  43)  Maymınlar,  Maymalar,  44)  Mesxetilər,  45) 
Meşerlər,  46)  Mişarlar,  47)  Naqaybaklar,  48)  Naymanlar,  49) 
Çöl Noqayları, 50) Budjak Tatarları (Noqaylar), 51) Oyratlar, 
52)  Pontiçlər,  53)  Salarlar,  54)  Sarıq-Yuqurlar,  55)  Soyot-
çatanlar, 56) Soyotlar, 57) Sonkorlar, 58) Tatarlar, 59) Alabuq-
Noqay  Tatarları,  60)  Astraxan  Tatarları,  61)  Barabin 
Tatarları, 62) Krım Tatarları, 63) Kıryaşen Tatarları, 64) Sibir 
Tatarları, 65) Saqay Tatarları, 66) Dağ Tatları, 67) Telenqitlər, 
68) Teleutlar, 69) Teptiyarlar, 70) Tofalar, 71) Türkmənlər, 72) 
Türkiyə  türkləri,  73)  Turxmənlər,  74)  Tuvalılar,  75)  Tubalar, 
76)  Tuvinlər  (todjinlər),  77)  Turkomanlar,  78)  Turfanlar,  79) 


 
13 
Xorasan  türkləri,  80)  Özbəklər,  81)  Uyqurlar,  82)  Urumılılar, 
83)  Fuyuy  qırğızları,  84)  Çalkanlılar,  85)  Çulımlılar,  86) 
Çuvaşlar,  87)  Xakaslar,  88)  Xalaclar,  89)  Xotonlar,  90)Çalkın 
Yunanları,  91)  Çaatanlar,  92)  Çenqelilər,  93)  Şarlar,  94) 
Şorlar, 95) Çalklar, 96)  Eynu və ya Abdallar, 97) Yuryuklar, 
98) Yuyqurlar, 99) Yakutlar, 100) Yarınlılar,     
         Göründüyü  kimi  türk  fenomeni-etnosun  yaranması,  tarixi, 
mədəniyyəti  və  dünya  sivilizasiyasına  göstərdiyi  xidmətlərin 
öyrənilməsi və təhlili son dərəcə mürəkkəbdir. 
Bir  sıra  tədqiqatçılar  türk  xalqlarının  bir  qrupunu  dünya 
mədəniyyətində  oynadığı  əhəmiyyətli  rolunu  qeyd  edir  və 
tədqiqatlarını bu istiqamətdə aparır. Bununla da etnosun bütövlüyü 
və birliyi sual altına düşür.  Türk  fenomeni  böyüklüyü, bütövlüyü, 
dünyaya  açıq  olması,  tolerantlığı,  etnik  özünə  qapanmadan  uzaq 
olması,  din,  dil,  əlifba  çərçivəsində  məhdudlaşdırmamaqla  özünü 
ifadə edir. Təsadüfi deyil ki, ən qədim zamanlardan türklər bir neçə 
dildə  danışmış,  bir neçə  əlifbada  yazmış  və  böyük bir cografiyada 
dominant xalq olmuşdu. 
         İndi  isə    bir  neçə  türkdilli  xalqlar  və  onların  yaratmış 
olduqları  dövlətlər,  dil,  mədəniyyət  və  ədəbiyyat    haqqında 
məlumat verək. 
Uyğurlar:  Uyğurlar  sayına  görə  Türkiyə  türkləri, 
Azərbaycan, özbək, qazax və tatarlardan sonra altıncı türk xalqıdır. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə