Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   2   3   4   5   6   7   8   9   ...   45

 
22 
ordu  ilə  Xorasana  yürüdü  və  səlcuqlarla  Mərv  və  Sirəxs  arasında 
olan  Dəndənəkan  ovasında  qarşıladı.  Bu  savaşda  səlcuqlar  Fateh 
olub (1040) Xorasanı aldılar və sonra da Toğrul bəyin başçılığı ilə 
Həmədanı, Azərbaycanı və Rey şəhərini alıb oranı paytaxt seçdilər 
və böyük dövlət qurdular.  
 
Toğrul  bəy  1055-ci  ildə  Bağdada  gedir  və  ona  xəlifə 
tərəfindən  sultan  ləqəbi  verilir.  1063-cü  ildə  Toğrul  bəy  Reydə 
vəfat  etdi.  Məqbərəsi  indi  də  baxımsız  halda  oradadır.  Toğrul 
bəydən sonra Çağrı bəyin oğlu Alp Arslan sultan olub, Rum ölkəsi 
olan  Anadoluya  qoşun  çəkdi  və  1071-ci  ildə  Malazgirddə  rumları 
ağır şəkildə məğlub edib, Anadoluya girməyə müvəffəq oldu.  
Alp  Arslan  Azərbaycan,  Gürcüstan  və  Ermənistanı  fəth 
edəndən  sonra  Toğrul  zamanında  başlanan    Anadolu  səfərinə 
davam  etdi.  Şərqi  Rum  imperatoru  Diyojen  Balkandan  və 
Anadoludan  topladığı  böyük  ordusu  ilə  Malazgird  ovasına  gəlib, 
oranı  tutur  və  burada  Alp  Arslanın  başçılıq  etdiyi  əlli  min  türk 
ordusu  ilə  qarşılaşdı.  Alp  Arslan  kəfən  geyib  cihad  elan  etdi  və 
ordunun  qabağında  Rum  ordusuna  hücum  etdi.  Qızğın  savaşdan 
nəticə  ala  bilmədiyi  üçün  əski  türk  savaş  taktikasına  (Turan 
taktikası) baş vuraraq, geri çəkildi və bu şəkildə rumları səngərdən 
çıxara bildi. Bu əsnada rumların sağ və sol qanadlarında əsgər olan 
peçeneklərlə  uzlar  müsəlman  türklərin  tərəfinə  keçdilər  və  Alp 
Arslan hücum fərmanı verib, rum ordusuna qəfildən hücum edərək, 


 
23 
onları məğlub etdi. Bu savaşda imperator-Diyojen əsir oldu. Lakin 
Alp  Arslan  onunla  igidcə  rəftar  etdi  və  mehribanlıq  göstərdi. 
Malazgird savaşı nəticəsində Şərqi Anadolu və Urfa türklərə verildi 
və Rum dövləti hər il xərac verməyə razı oldu (1071)  
Malazgird zəfəri Anadolunun kamil  fəthinə  yol  açdı.  Türklər 
20  ilə  qədər  az  bir  zamanda  bütün  Anadolunu  fəth  edərək,  burada 
yeni bir müsəlman türk vətəni qurdular. 
Arp  Arslan  1072-ci  ildə  qaraxanilər  üsyanını  yatırmaq  üçün 
Türküstana  gedərkən  Ceyhun  kənarında  Fərmandehi  tərəfindən 
öldürüldü. Onun yerinə 18 yaşlı oğlu Məlikşah padşah oldu (1072-
1092). 
Məlikşah zamanında Səlcuq imperatorluğu ən parlaq dövrünə 
çatdı. Dövlətin hüdudları Tanrı dağlarından Mərmərə və Ağ dəniz 
sahillərinə,  Qafqaz  dağlarından  Misir  və  Yəmənə  qədər  uzandı. 
İmperatorluğun paytaxtı İsfahan idi.  
Bu dövr islam maarifinin canlanmağa başladığı bir zaman idi. 
Bağdadda  Alp  Arslanın  əmiri  və  vəziri  Xacə  Nizami  əl-Mülkün 
nəzarəti  ilə  qurulan  Nizamiyyə  mədrəsəsi  böyük  bir  universitet 
oldu. Sonra Məlikşahın adına olan təqvimi Cəlali tənzim edildi.  
Məlikşahdan  sonra  Səlcuq  imperatorluğu  parçalandı.  Suriya, 
Anadolu  və  Kirman  səlcuqları  istiqlaliyyət  elan  etdilər.  İran  və 
İraqda da Məlikşahın oğulları bir-birləri ilə mübarizəyə qalxdılar.  


 
24 
Bir  müddət  qardaş  davalarından  sonra  Məlikşahın  dördüncü 
oğlu  Səncər  sultan  oldu  (h.  495\1117).  Sultan  Səncər  qırx  il 
hakimiyyətdə  oldu  və  onun  zamanında  iki  böyük  xətər  meydana 
çıxdı.  Biri  qərbdən  səlib  savaşları  idi.  O  biri  də  şərqdən 
qaraxitayların xəbəri idi. Səlib savaşlarına qarşı Anadolu səlcuqları, 
digər  türk  dövlətləri  və  əyyubilər  savaşdılar.  Səncər  qaraxitaylarla 
savaşda  məğlub  oldu  (1151),  bir  müddət  sonra  şimaldakı  oğuzlar 
Səncərə  qarşı  üsyan  etdilər  və  Səncər  onlarla  savaşda  məğlub  və 
əsir oldu. Lakin bir il sonra 72 yaşında vəfat etdi.  
Səncərin ölümündən sonra Səlcuq imperatorluğu tamam 
parçalandı  və  ona  tabe  olan  Səlcuq  dövlətləri  (Atabəylər)  hamısı 
müstəqil oldular.  
Səlcuqlarda    dövlət  quruluşu  və  mədəniyyət:  Səlcuqlar 
islami hökümət  qurduqları halda, türk, ürf, adət  və ənənələrinə də 
bağlı  qalmışlar.  Fars  dilini  dövlət  dili  seçmişlər,  amma  rəsmi 
yazılarında  sultanın  tuğrası,  pul  və  hakimiyyət  əlaməti  olan 
sultanların  başı  üstündəki  çətirdə  ox  və  yay  əksini  çəkdirirdilər. 
Orduda  sağ  və  sol  bölgüsü  və  turan  taktikası,  yas  törəni  (matəm 
mərasimi),  leviratus  (ölən  qardaşın  arvadını  almaq)  xanədana 
mənsub olanların qanlarını axıtmamaq üçün yay girişi (kaman bağı) 
ilə  boğdurmaq  və  sultan  tərəfindən  toy  (ümumi  qonaqlıq)  vermək 
kimi  adət  və  ənənələri  bir  qayda  olub,  türk  turası  (qanunu)  ürfi 
hüququn  əsasını  təşkil  edirdi.  Toğrul  bəy  Bağdadı  alıb,  xəlifə 


 
25 
tərəfindən  Şərq  və  Qərb  sultanı  kimi  tanındıqdan  sonra,  xəlifə  ilə 
dini və dünyəvi işlərini bölüb, Bağdad şəhərinin idarəsi üçün də bir 
şihnə (əsgəri vali) və bir amid (qarayaxa vali) təyin etmişdi.  
Sultanın  həmişə  xidmətində  olan  musiqi  dəstəsi  (noubət) 
gündə beş namaz vaxtında musiqi (noubət) çalardı. İmperatorluğun 
müxtəlif nahiyələrinə göndərilən məlik ünvanlı xanədan üzvlərinin 
gündə üç noubət çaldırmağa haqqları var idi.  
Siyasi  təşkilatda  daha  çox  Qəznəvi  höküməti  və  İran  ilə 
Abbasi  xilafəti  hökümət  sistemləri  örnək  götürülmüşdü.  Saray  ya 
dərbar  təşkilatına  dərgah  və  bərgah  da  deyilirdi  və  o,  haciblər, 
cubdarlar (dəyənəkçilər), silahdarlar, bayraqdar, camedar, şərabdar, 
abdar,  əmiraxur,  vəkile-xass,  sərhəng,  nədimlər  və  müsahiblərdən 
və bunların əmrində olan əsgərlərdən təşkil olunmuşdu.  
Elm və ədəbiyyat: İslam dünyasında səlcuqlar dövrü təlim və 
tərbiyə  baxımından  bir  dönüm  nöqtəsidir.  Təlim  işi  ilk  dəfə  Alp 
Arslan  zamanında  nizam  və  proqrama  salınıb,  dövlət  himayəsi 
altına  alınmışdır.  İlk  böyük  mədrəsə  və  ya  universitet  islam 
dünyasında  sultan  Alp  Arslan  tərəfindən  (h.  444\1066)  Bağdadda 
Nizamiyyə  adı  ilə  qurulmuşdur.  Bu  mədrəsəyə  bazarlar, 
karvansaralar,  hamamlar,  və  əkin  yerləri  vəqf  edilmişdir.  Sonra 
İsfahan,  Nişapur,  Bəlx,  Herat,  Bəsrə,  Tus  və  Amidə  də  Bağdad 
Nizamiyyəsi mədrəsələrində dini fənlərlə yanaşı, riyaziyyat, nücum 
və  dilçilik  də keçirilirdi. Bağdad Nizamiyyəsi  ehtimal ki,  dünyada 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə