Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

 
30 
xalqını  isə  qırdılar.  Sonra  bütün  İranı  istila  edib,  Anadoluya  tərəf 
yollandılar.  
Bu  zaman  Azərbaycan  və  Fars  əyalətlərində  Atabəylər 
hakimlik edirdilər. Fars atabəyi monqollara müti olduğunu bildirib, 
hədiyyələr  göndərdi  və  bu  şəkildə  ölkəsini  qurtara  bildi. 
Monqolların  bir qolu Cuçinin başçılığı  ilə Azərbaycan və Qafqazı 
alandan  sonra  qıpçaq  elini,  Şərqi  və  Cənubi  Rusiyanı  aldı  və 
Qərbdə Ləhistan və Macarıstana qədər yürüdülər.  
Monqol istilası İslam aləminin simasını dəyişdirdi. Monqollar 
Orta  Asiyada  yaşayan  türk  ellləri  ilə  qarışıb,  yeni  ellər  və 
millətlərin zühuruna səbəb oldular. Bu ellərin dili türk dilli olduğu 
halda,  qövmi  və  etnik  baxımından  monqollarla  qarışdılar.  Özbək, 
qazax,  qarakalpaq  və  Şərqi  Türküstan  türkləri  bunların 
nümunələridir.  Monqollar  zamanında  fars  dili  ilə  yanaşı,  türk  dili 
və mədəniyyəti də inkişaf etdi.  
Monqollar islam dinini də qəbul etdikdən sonra daha çox türk 
və  fars dili və  mədəniyyətlərinın  təsiri  altında qaldılar. Çingiz xan 
özü  aldığı  ölkələri  dörd  oğlu  (Cuçi,  Cığatay,  Uygedey,  və  Toli) 
arasında bölmüşdü.  
Orta  dənizin  şimalı,  qıpçaq  bozqırı  Türküstana  qədər  Cuçiyə 
verildiyi  üçün,  bu  məntəqənin  xalqına  Cuçi  ulusu  (milləti) 
deyirdilər. Cuçi Çingiz xandan qabaq öldü və oğlu Batı onun yerinə 
keçib  Altun  ordu  dövlətini  qurdu.  Çingiz  xan  Orta  Asiyanı 


 
31 
(Türküstan)  Cığataya,  Xorasan  ilə  Güney  Asiyanı  isə  kiçik  oğlu 
Toliyə vermişdi.  
Çingiz  xan  öləndən  sonra  onun  vəsiyyəti  üzrə  üçüncü 
oğlu  Ugedey  böyük  xaqan  oldu.  Ondan  sonra  Ugedeyin  oğlu 
Keyok  xan  onun  yerinə  keçdi.  Lakin  Keyok  xan  öləndən  sonra 
onun  yerinə  Tolinin  oğlu  Menqu  xaqan  oldu.  Menqu  xaqan  və  ya 
Menqukaan  qardaşı  Qubilay  xanı  Çinin  idarəsinə  və  digər  qardaşı 
Hulakı xanı İrana elxan göndərdi.  
Hülakinin  zamanında  iki  milyon  türk  monqollarla  bərabər 
İrana  gəldi  və  bunların  çoxu  Azərbaycanda  birləşdilər.  Bu  köçlər 
haqqında  Rəşidəddin,  Vəssaf  və  Abdulla  Kaşani  tarixlərində 
məlumat vermişlər.  
Elxanilər  zamanında  Azərbaycanın  türk  olmayan  xalqı  basqı 
altında  qalıb,  ölkəni  tərk  etməyə  məcbur  olurdular.  Bir  tərəfdən 
ağır vergilər (maliyyət) verməyə məcbur olan tatlar, monqollar və 
türklərdən  ibarət  olan  ticarət  ortaqlıqlarına  (şirkət)  girə  bilməyib, 
ortaqların  inhisarında  olan  ticarət  və  dövlətin  verdiyi  etibardan 
məhrum qaldılar.   
Monqollar  torpaqları  iqta  şəklində  komandanlara  verirdilər. 
Bu  yerlərin  əkinçiləri  iqta  sahibi  komandanların  rəiyəti  omağa 
məcbur  olub,  vəziyyətlərindən  razı  olmadıqları    halda    öz 
ölkələrindən  köç  edirdilər.  Bu  zaman  İraqda  Firat  nehrindən  yeni 
qanadlar və su yolları açıldığı üçün tatların çoxu İraqi-Əcəmin yerli 


 
32 
xalqı, İraqa köçdülər və yerlərini türklərə və monqollara buraxdılar. 
Qalanlar da monqollar kimi türklər arasında əriyib türkləşdilər.  
Hülaku dövründə Anadolu səlcuqları da monqollara bağlandı 
və  Abbasi  xilafəti  aradan  qaldırıldı.  Menku  xan  öləndən  sonra 
Kubilay  xaqan  oldu  və      Qaraquma  gəlmədi.O  Xanbalık  adını 
verdiyi  Pekində  oturdu  və  beləliklə  də  monqol  imperatorluğunun 
yerində dörd böyük dövlət quruldu.  
Cığatay və ya Türküstan dövləti daxili ixtilaflar nəticəsində 
getdikcə  zəiflədi  və  nəhayət,  Teymur  tərəfindən  bu  bəyliklər 
ortadan qaldırıldı və yerinə Teymuri imperatorluğu quruldu.  
 Qızıl  Ordu  dövləti  uzun  illər  ruslar  və    Polşa  ilə  savaşdı, 
Moskva  və  Kiyev  şəhərlərini  aldı  və  o  zaman  böyük  imperatorluq 
halına  gəldi.  Nəhayət,  Teymur  zamanında  Qızıl  Ordu  xanı 
Toxtamış xan əmir Teymurla hərb edərək məğlub oldu və bu dövlət 
parçalanaraq beş kiçik dövlət meydana gəldi: 
 1. Sibir xanlığı, 
 2.  Həştərxan və ya Hacı Tərxan xanlığı, 
 3.  Kazan xanlığı, 
 4.  Noqay xanlığı,  
 5.  Kərimə xanlığı (Krım). 
 Qızıl  Ordu  dövlətinin  parçalanması  rusların    xeyrinə  oldu. 
Ruslar  bu  hadisədən  faydalanaraq,  şərqə  tərəf  genişlənib,  bu 
xanlıqları  bir-bir  özlərinə  tabe  etdilər.  Bu  dövlətlərdən  yalnız 


 
33 
Kərimə  xanlığı  Osmanlı  ölkəsinə  bağlandı  (1475)  və  nəhayət, 
1783-cü ildə Rusiyaya ilhaq edildi. 
Hülaku   Elxanlı dövlətini qurandan sonra Marağanı özünə 
paytaxt  seçdi  və  Ələmut  qalasındakı    təriqətciləri  aradan  qaldırdı. 
Sonra  Bağdadı    işgal  etdi  və  Abbasi  xilafətinə  son  qoydu.      (h. 
656\1258).  
Hülaku  zamanında  onun  alim  vəziri  Xacə  Nəsirəddin 
Tusinin nəzarəti altında Marağada rəsədxana tikildi.  
Hülakunun  nəticəsi  Qazan  xan  müsəlman  oldu  və  paytaxtı 
olan  Təbrizdə  çox  islahat  və  abadlıq  işləri  apardı.  Qazan  xan 
Təbrizin  qərbində  Şənbe-Qazan  adında  yeni  bir  məhəllə  tikdirdi. 
Onun  vəziri  məşhur  Rəşidəddin  də  Təbrizin  şərqində  Rəbi  Rəşidi 
adında bir kiçik şəhər tikdirdi. Rəbi Rəşididə 30000 ev, 1500 böyük 
dükan, 24 böyük karvansara, bir çox bağ, bostan, bağçalar, kağız və 
boya  karxanaları,  200  hafiz  üçün  bir  dərül-hüffəz,  altı  min  tələbə 
üçün  bir  tələbə  məhəlləsi,  üləma  və  müdərisslər  üçün  üləma 
xiyabani,  böyük  dər  ül-şəfa  (xəstəxana)  tikdirib,  bu  dər  ül-şəfa 
üçün  Hindistan,  Çin  Misir  və  Şamdan  əlliyə  qədər  tibb  ustadları 
gətirilmiş  və  onlara  bir  çox  assistenlər  verilmişdir.  Tələbənin 
pulsuz  təhsili  Bizansdan  və  Hindistandan  gələn  cizyədən,  Şiraz, 
Bəsrə kimi şəhərlərdəki xüsusi vəqflərdən təmin edilirdi.  
Qazan  xandan  sonra  qardaşı  Olçaytu  Zəncanın  yanında 
Sultaniyyə şəhərini tikdirdi.  


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə