Гуранда шаирляр щаггында айя



Yüklə 3,16 Mb.
səhifə4/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

İSTƏMİRƏM AMAN DÜNYA

Gözüm yolda, könlüm səsdə,

Başım üstə duman dünya.

İnsaf gördünmü bir kəsdə?

Sinəmə ox, kaman dünya.
Can ağrısı qəlbi didər,

Bəxtsiz bəxti kədər güdər,

Bir gün gələn, bir gün gedər,

Yaman dünya, yaman dünya.


Acıların balta çalar,

Dərdsizi də dərdə salar,

Düz axtaran düzdə qalar,

Aman dünya, aman dünya.


Qolun, imzan, fərmanın çox,

Çarəsizə dərmanın yox,

Biz tək çıxan bir canın yox,

Yaş ötürən zaman dünya.


Ətəyində öldü anlar,

Nahaq yerə çox divanlar,

Bir-birinə yad insanlar,

Ümman dünya, ümman dünya.


Şadimanın bağrı qandır,

Ölən ürək, çıxan candır,

Bacardıqca məni yandır…

İstəmirəm, aman dünya.

4.11.1991
BU QƏR­BƏ BƏRƏKƏLLAH

Köm­pü­te­rin əsi­ri,

Ro­bot­la­rın qə­si­ri,

San­ki yox­du kə­si­ri,

Rö­ya­dı, Al­lah, Al­lah,

Bu Qər­bə bə­rə­kal­lah.


Ürə­yi qı­şın bu­zu,

Öl­kə­lər əl­də qu­zu.

Nə par­laq­dı ul­du­zu?

Qan tö­kür say­mır gü­nah,

Bu Qər­bə bə­rə­kal­lah.
Yal­nız dil­də bir­lə­şir,

Get­dik­cə se­hir­lə­şir,

Be-em-te-si sir­lə­şir,

ATƏT-lə me­hir­lə­şir,

Sa­vaş do­ğur hər sa­bah,

Bu Qər­bə bə­rə­kal­lah.


Ürə­yi ro­bot olub,

Min bir yer­dən çat olub,

Hiy­lə­si min qat olub,

Dün­ya ba­ta­bat olub,

Nə ve­ci­nə na­lə, ah,

Bu Qər­bə bə­rə­kal­lah.

Ca­han qey­lü­qal­la­şır,

Ağa­lar cı­ğal­la­şır,

Bə­zi xalqlar bal­la­şır,

Yar­dım­la­rı yal­la­şır...

Ətək­lər­dən sal­la­şır,

Ac­lar sanır qib­lə­gah,

Bu Qər­bə bə­rə­kal­lah.
Şe­ri də ro­bot­la­şır,

Sey­ri də ro­bot­la­şır,

Xey­ri də ro­bot­la­şır,

Dün­ya ne­cə qat­la­şır?

Öz-özü­nə yad­la­şır

Söz­lə­ri ça­lır gah-gah,

Bu Qər­bə bə­rə­kal­lah.
Fır­la­dır Yer kür­rə­sin,

Gös­tə­rir fil nə­rə­sin,

Təy­ya­rə­sin, bə­rə­sin

Ro­bot edib ma­şal­lah,

Bu Qər­bə bə­rə­kal­lah.
Ağa olub ha­mı­na,

Çə­kir haq­qı ka­mı­na,

Çı­xır gö­yün da­mı­na,

Daş atır ada­mı­na,

Sa­lır mə­rə­kə, val­lah,

Bu Qər­bə bə­rə­kal­lah.

Alə­mi qa­rış­dı­rır,

Ha­mı­nın vu­ruş­du­rur,

Din­lə­ri ya­rış­dı­rır,

Dol­la­rı sı­rış­dı­rır,

Olub dün­ya­da Al­lah,

Bu Qər­bə bə­rə­kal­lah.


Svi­li­za­si­ya de­yə­rək,

Özü­nü hey öyə­rək,

Tə­rə­zi­ni əyə­rək,

Ba­şı­mı­za dö­yə­rək,

Əzir ha­mın in­şal­lah,

Bu Qər­bə bə­rə­kal­lah.


Yad səyyarədən gə­lib,

Ay­rı he­yət­dən gə­lib,

Han­sı qüd­rət­dən gə­lib?

Baş aç­maq ol­mur bil­lah,

Bu Qər­bə bə­rə­kal­lah.

Bu Qər­bə bə­rə­kal­lah.

31.X.2001.

Sİ­YA­SƏT­Dİ, Sİ­YA­SƏT


Ca­han­da hey mə­rə­kə,

Ev-ev gə­zir sək­sə­kə,

Qeyzlə­nir hər öl­kə,

Qır­ğın­lar alır vüsət,

Si­ya­sət­di, si­ya­sət.
Nə qə­dər ölüm qa­da,

Sa­kit­lik yox dün­ya­da,

Ge­dir vic­dan­lar ba­da,

İn­di ən yax­şı sə­nət,

Si­ya­sət­di, si­ya­sət.

Din­lər əl­də oyun­caq

Sön­dü­rü­lür çox ocaq,

Qan için­də hər bu­caq,

Ar­tır il­bə­il zil­lət,

Si­ya­sət­di, si­ya­sət.


Hö­küm­dar­lar dil­lə­şir,

İman­la kin əl­lə­şir,

Axan qan­lar sel­lə­şir,

Dü­şür ara­ya hə­şir,

Ya­lan­çı hör­mət, iz­zət,

Si­ya­sət­di, si­ya­sət.


Öl­kə­lər ağ­la­şır­lar,

Ələ­mə bağ­la­şır­lar,

Dərd olub dağ­la­şır­lar,

Əzir mil­lə­ti mil­lət,

Si­ya­sət­di, si­ya­sət.
Bö­yük xalqlar ağa­dır,

Ki­çik xalqlar ça­ğa­dır,

Qar­ta­la şah qar­ğa­dır,

Yax­şı­lıq­da hər niy­yət,

Si­ya­sət­di, si­ya­sət.
Qa­nun­la­rın hər üzü,

Yat­ma­yır ge­cə gö­zü,

Çal­xa­la­nır Yer üzü...

Sa­ba­hı­mız, ya qis­mət,

Si­ya­sət­di, si­ya­sət.

Sa­vaş bə­şə­rin də­bi,

Artdıq­ca ar­tır tə­bi,

Kim­də qır­ğı­nın hə­bi?!

Yə­hu­diy­lə ərə­bi

Ya­ğı edən qi­ya­mət,

Si­ya­sət­di, si­ya­sət.

Fə­ləs­tin­də qan axır,

Hökmdar­lar yan ba­xır,

Əf­qa­nıs­ta­nı yı­xır,

Ölüm, zü­lüm və il­lət

Si­ya­sət­di, si­ya­sət.


Çe­çen­lər qa­ra bağ­lar,

Ürə­yi ya­ra bağ­lar,

Bu dün­ya qa­lıb ağ­lar!

Hər şah­da şa­ha hör­mət

Si­ya­sət­di, si­ya­sət.
Bal­kan­lar hə­zar edər,

Si­nə­si ah-zar edər,

Evi­ni mə­zar edər...

Or­da qan­lı mü­si­bət

Si­ya­sət­di, si­ya­sət.
Qa­ra­bağ qa­ra bağ­rı,

Kə­sir bi­zi bu ağ­rı,

İb­li­sin sö­zü doğ­ru,

Haq­qı edib­lər oğ­ru!

Al­la­ha da ita­ət,

Si­ya­sət­di, si­ya­sət.

Var İsa­da bir dua

Qıl­mır­san ca­na rə­va,

Et­mə öz­gə­yə də­va!

Kö­kü­müz Adəm, Həv­va,

Əli­niz­də iba­dət-

Si­ya­sət­di, si­ya­sət.


Mil­li qır­ğın­lar da­şır,

İb­lis, şey­tan ula­şır,

Zü­lüm­lər baş­dan aşır,

Bü­tün dün­ya sa­va­şır...!

Edi­lib qa­na adət,

Si­ya­sət­di, si­ya­sət.


Do­lub­du səb­rin qa­bı,

Gö­yün, Ye­rin yox ta­bı,

Al­la­hın hər ki­ta­bı

Bə­şə­rin haqq-he­sa­bı!...

Tan­rı­ya da xə­ya­nət

Si­ya­sət­di, si­ya­sət.


Fit­nə-feildən hə­zar,

Rəb­bim bir ömür ya­zar,

Biz­dən son­ra dar mə­zar,

O da dün­ya­ya azar,

Bu­nu duy­maq da, əl­bət

Si­ya­sət­di, si­ya­sət.


Ağa­lar din­gil­də­yir,

Qə­dəh­lər cin­gil­də­yir,

Tu­la­lar zin­gil­də­yir,

Şər yo­lu edi­lib qət,

Si­ya­sət­di, si­ya­sət.
Ey Şa­di­man, et­mə qəm,

Ömür bəx­tə dü­şən dəm,

Ey­lə­mə nəş­ə­ni kəm,

Dün­ya gö­zün­də­ki, nəm

Şah qə­də­hin­də şər­bət...

Si­ya­sət­di, si­ya­sət!

Si­ya­sət­di, si­ya­sət!

31.X.2001.

DÜN­YA SUS­DU

Qət­rə-qət­rə qan tö­kül­dü, çox ta­lan­dı mə­ka­nı­mız,

İn­san­lı­ğa yax­şı bə­ləd ali ədəb, ər­ka­nı­mız,

Haq­qı­mı­zı an­lat­ma­ğa az ta­pıl­dı im­ka­nı­mız,

Heç ol­ma­dı özü­mü­zə, içi­mi­zə tə­ka­nı­mız,

Hər zü­lü­mə, mü­si­bə­tə, hə­qa­rə­tə dün­ya sus­du,

Ağ­zı­mı­za daş ba­sıl­dı, əda­lə­tə dün­ya sus­du.
Hey çə­kil­di gö­zü­mü­zə za­man-za­man ya­ğı mi­li,

Hey kə­sil­di cəl­lad­la­rın əl­lə­rin­də haq­qın di­li,

Nə bir qan­sız, nə qov­ğa­sız ol­ma­dı ki, və­tən ili,

Ocaq­la­rı kor qoy­du­lar, qu­ru yurdda qal­dı kü­lü,

Fit­va­lar­da biz əzil­dik, biz üzül­dük, dün­ya sus­du,

Kə­tan tə­ki hey na­zil­dik, hey sü­zül­dük, dün­ya sus­du.


Şə­hi­di­miz mə­zar-mə­zar ço­xal­dıq­ca, adi­ləş­dik,

Tor­pa­ğı­mız his­sə-his­sə alın­dıq­ca, va­di­ləş­dik,

Bey­nəl­mi­ləl de­yil­dik­cə üzü­mü­zə, sa­də­ləş­dik,

Yur­du­muz­dan pay ver­mək­çin xa­in­lər­lə, və­də­ləş­dik...

Qan tö­kül­dü, bel bü­kül­dü, yurd sö­kül­dü, dün­ya sus­du.

Ata­mı­zın qə­bi­ri­nə xaç çə­kil­di, dün­ya sus­du.


Biz­dən əv­vəl gə­lən­lər də bir­ləş­mə­yi ar bil­dik­cə,

O tay­fa­nın bö­yük­lü­yün bu tay­fa­ya xar bil­dik­cə,

Ya­del­li­nin xa­tun­la­rın öz­lə­ri­nə yar bil­dik­cə,

Öz yur­du­nu, öz eli­ni bir-bi­ri­nə dar bil­dik­cə,

Xə­ra­bə­yə dön­dü ocaq, sön­dü ocaq, dün­ya sus­du.

Aşıb-daş­dı qan­lı qu­caq, don­du bu­caq, dün­ya sus­du.

Aman Al­lah, kim aça­caq bi­zim bu kor gö­zü­mü­zü?

Düş­mən bil­dik, ya­ğı bil­dik özü­mü­zə özü­mü­zü,

Oğur­la­dı ib­lis, şey­tan içi­miz­dən kö­zü­mü­zü,

Ya­del­li­yə, xa­in­lə­rə öy­rət­dik­cə üzü­mü­zü,

Xır­da­lan­dıq, kön­lü­mü­zə zə­fər çal­dıq dün­ya sus­du.

Son mə­qam­da özü­müz­lə tən­ha qal­dıq, dün­ya sus­du.


Zü­lüm evi yı­xıl­maz­dır min il be­lə ötüb keç­di,

Zəl­zə­lə­lər, fır­tı­na­lar in­san­la­rı ot ­tək biç­di,

Ca­hil­lik­dən çıx­mıb bə­şər bir-bi­ri­nin qa­nın iç­di...

Za­man-za­man ölüm, qır­ğın, mü­si­bət­lər yo­lun seç­di,

Haq­qı­mı­zı içi­miz­də şə­hid edən, dün­ya sus­du,

Aman Al­lah, bu qan­la­ra söy­lə nə­dən dün­ya sus­du?


Xə­ra­bə­yə dön­dü yurdlar, bi­lin­mə­di ölüb-itən,

Unut­qan­lıq, bi­ga­nə­lik qəl­bi­miz­də ot ­tək bi­tən,

Əs­li­mi­zə, kö­kü­mü­zə ağız büz­dü, əf­sus ye­tən,

Ki­çil­dik­cə, sö­kül­dük­cə, bü­kül­dük­cə ya­zıq və­tən!

İn­san­la­rı iş­ğal­lar­da üyül­dük­cə, dün­ya sus­du,

Əda­lə­tin baş-gö­zü­nə dö­yül­dük­cə, dün­ya sus­du.


Ey Şa­di­man, yan­dı bağ­rın hər əza­bın cə­fa­sın­dan,

Ki­mə qal­dı bu ca­ha­nın əl­çat­ma­yan və­fa­sın­dan?

Za­man qaç­dı, Tan­rı qıymıb insanlara şə­fa­sın­dan,

Oca­ğın­da kül ol­mu­san ürə­yi­nin sə­fa­sın­dan,

Sən alış­dın alo­vun­dan yan­dı Gü­nəş, dün­ya sus­du,

Vul­kan ol­du kön­lün içi, doğ­du atəş, dün­ya sus­du.

3.04.2001.

YA­LAN DÜN­YA


Şəh­ri­ya­rın «Ya­lan dün­ya»

şei­ri­nə nə­zi­rə
Nəş­ə ye­yib kə­dər qus­dun,

Hər ad­dım­da haq­qı pus­dun,

Şər önün­də sən də sus­dun

Hər şe­yə kor olan dün­ya,

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Ağ­la­ma­yan bir göz ha­nı?

Hey yan­dır­dın tən­də ca­nı,

Ha­çan olar haqq di­va­nı?

Boş ye­rə saç yo­lan dün­ya.

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Al bə­şər­dən ca­nı bir yol,

Sə­va­bı az, gü­na­hı bol,

Ha­ra ge­dir söy­lə bu yol?...

Sa­vaş­lar­da so­lan dün­ya.

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Əl­lə­ri­ni yu­ma qan­la,

Ba­ca­rır­san haq­qı an­la,

Kə­dər il­lə, se­vinc an­la,

Hər ad­dı­mı ta­lan dün­ya.

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Əza­bı­na tu­tu­şan biz,

Qəm­lə­ri­nə qa­tı­şan biz,

Sə­nin­lə hey atı­şan biz,

Zur­na­sın boş ça­lan dün­ya,

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Göy­lə­ri­ni qə­min sa­ğır,

Qəlb da­mı­na kə­dər ya­ğır,

Yü­kün sən­dən min qat ağır,

Da­lın­da çul, pa­lan dün­ya.

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Sax­la­ma heç o gö­də­ni,

Doy­dur­ma­dı tən mə­də­ni,

Can­dan alıb hər bə­də­ni...

Boş mə­za­ra sa­lan dün­ya!

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Di­li­nin hər əm­ri be­lə...

Çıx­maz sə­si-səm­ri be­lə,

Bu beş­gün­lük öm­rü be­lə

Əli­miz­dən alan dün­ya.

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Sol­du ne­cə gül bə­dən­lər,

Əz­ra­yıl hər tə­ni dən­lər,

Doy­ma­dı ki, heç ge­dən­lər?

Özü so­na qa­lan dün­ya.

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Hə­yat gü­lün dər­mə­dim ki,

Qə­min qo­lun gər­mə­dim ki,

Mən ki, heç gün gör­mə­dim ki,

Əza­bıy­la ka­lan dün­ya,

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Ana­sın­dan ba­la al­dın,

Qə­bi­ri­nə nə tez sal­dın?

Gu­ya ki, sən zə­fər çal­dın,

Sə­nin ki, yox ba­lan, dün­ya.

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Əz­ra­yıl­dan nə­yin əs­kik?

Çox dam, sa­ray yı­xıq, sö­kük,

Hü­nə­rin var bir yu­va tik,

Va­rın­mı heç da­lan dün­ya?

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Çox zir­və­də olan tax­tı,

Tə­pə­sin­dən ye­rə çax­dı,

Tə­bim ki­mi co­şan vax­tı,

Xə­yal­la­ra da­lan dün­ya.

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Atı­nı şər evi­nə çap,

Haq­qı onun əlin­dən qap,

Ya bir­cə yol sə­adət tap,

Ya od­la­ra qa­lan dün­ya!

«Ya­lan dün­ya, ya­lan dün­ya».
Şa­di­ma­nın əsir özü,

Tu­tu­lan­da qəm­dən üzü,

Bu­lud tə­ki ağ­lar gö­zü,

Kön­lüm ki­mi do­lan dün­ya!...

«Ya­lan dün­ya, ya­lan dün­ya».

22-23/01.2000



Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə