Гуранда шаирляр щаггында айя


DAHA BU DÜNYAYA SƏBRİM ÇATMAYIR



Yüklə 3,16 Mb.
səhifə5/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

DAHA BU DÜNYAYA SƏBRİM ÇATMAYIR

Ağrım qol götürüb oynayır mənə,

Bu haray-həşirə gözüm yatmayır.

Bütün yamanlıqlar qaynayır mənə,

Daha bu dünyaya səbrim çatmayır,
Səhərim açılır gün döyüşüdü,

İnsanın ağlında kin döyüşüdü,

Allahı şərləyən din döyüşüdü,

Daha bu dünyaya səbrim çatmayır.


Yerlərdən göylərə zülm hayqırır,

Ürək parçalanır, dilim hayqırır,

Qəlbim ocaq çatıb, külüm hayqırır,

Daha bu dünyaya səbrim çatmayır.


Şeytanla insanın bir ibadəti,

Haqqı yamanlamaq vicdan adəti,

Budurmu bəşərin can səadəti?

Daha bu dünyaya səbrim çatmayır.


Fikirlər öcəşir haray içində,

Günlərin möhnəti hər ay içində,

Ağıl xofa düşüb saray içində,

Daha bu dünyaya səbrim çatmayır.


Bir görən yoxdurmu can üzən ahı?

Zülmətin bağrından qopan sabahı,

Bir kimsə bilməyir içdə günahı?

Daha bu dünyaya səbrim çatmayır.

8. 02. 2006

OĞ­RU
Bə­şər oğur­luq­la məş­ğul dün­ya­da,

Bir gün­də sə­bəb­di min bir fər­ya­da.

Bi­ri, rüş­vət alıb, hər gün cib so­yur,

Ne­çə im­kan­sı­zın ürə­yin oyur.

Ki­mi­nə oğur­luq gün­də­lik pe­şə,

Çə­kir zən­gin­lə­rin ürə­yin şi­şə.

Ki­mi bir öz­gə­nin yığ­dı­ğı va­rı,

Də­də­ma­lı tə­ki, ey­lə­yir ya­rı.

Ki­mi kö­nül­lər­dən kö­zü oğur­lar,

Ki­mi bir mis­ray­çın sö­zü oğur­lar,

Ki­mi si­nə­lər­dən ürək oğur­lar,

Ki­mi fı­rıl­daq­dan kə­lək oğur­lar.

Ki­mi oca­ğın­dan kü­lü oğur­lar.

Ki­mi də ba­ğın­dan gü­lü oğur­lar.
Bə­şər bir-bi­ri­ni soy­maq­la məş­ğul,

Aya­ğı­nın al­tın oy­maq­la məş­ğul.

Ki­mi şan-şöh­rə­tə ucal­maq üçün,

Ge­cə­lər yat­ma­yır çey­nə­yir için.

Mi­ni­nə al­çal­sın, qul ol­sun nə qəm?

Ya­lan­çı şöh­rət­dən tə­ki ol­sun dəm.

Ço­xu mən­li­yi­ni ver­di şə­rə­fə,

Ki­min­sə önün­də çök­dü min də­fə.

Çox vaxt ucal­maq­çın yan­dı­ran qəl­bin,

Gör­mür yı­xı­lan­da də­rə­nin di­bin.

Ki­mi öz­gə­si­nin mə­həb­bə­ti­ni,

Mü­qəd­dəs, ila­hi sə­adə­ti­ni,

San­ki ib­lis tə­ki ke­çirtdi ələ,

Qur­du bir bəd­bəx­tin eş­qi­nə tə­lə.

Kim xəs­tə ru­hu­na dad oğur­la­yır.

Ki­mi də özü­nə ad oğur­la­yır.

Ha­mı oğur­luq­la məş­ğul dün­ya­da,

La­kin, gə­tir­mi­rik bir­cə an ya­da,

Biz­dən yu­xa­rı­da Al­la­hı­mız var,

Bil­mi­rik heç ne­çə sa­ba­ha­mız var...

Tan­rı­nın Əz­ra­yıl bir mə­lə­yi var,

Ona da oğur­luq İla­hi­dən yar.

Hər şe­yin oğ­ru­su olan in­sa­nın,

Bir gün o əz­ra­yıl oğur­lar ca­nın!...

4.02.2001.

ÇI­XAR CA­NI YOX­SU­LUN


Dərdlə­ri­nə ça­rə ha­nı yox­su­lun?

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun!

İti­rib­di çox­dan va­rı-mül­kü­nü,

Meh­man edib qəl­bə qor­xu-hür­kü­nü,

Çö­rək üçün sa­tıb köh­nə kür­kü­nü,

Qa­ra­lıb­dı ya­man qa­nı yox­su­lun.

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
Ha­ram cib­li ti­kir hün­dür ima­rət,

Son­ra ge­dib ha­cı edir zi­ya­rət,

Vic­dan qa­rət, iman qa­rət, din qa­rət,

Əh­va­lı­nı yax­şı ta­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.

Qu­ru evin heç-ne­çə­yə sa­tıb­dı,

İn­nən be­lə Aş­qa­bad­ tək ba­tıb­dı,

Olan-qa­lan bəx­ti da­ha ya­tıb­dı,

Oğul, uşaq do­lu ya­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.


Kim ça­tıb­dı bu dün­ya­da ka­rı­na?

Sı­ğı­nıb­dı na­mu­su­na, arı­na,

Qu­ru çö­rək tap­ma­yır heç qa­rı­na,

Bat­dı qa­lan adı, sa­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
Fə­lək yox­dan daş yağ­dı­rıb ba­şı­na,

Heç bax­ma­yır göz­dən axan ya­şı­na,

Di­van tu­tub daş üs­tün­də da­şı­na,

Da­ma­rın­da do­nub qa­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
Hey səb­ri­nin ağ­zın duz­la ovub­du,

Nə­yi var­sa hər gün sa­tıb-so­vub­du,

Şər, xə­ta­nı özün­dən yan qo­vub­du,

Dər­di çox­du tü­kü sa­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
Kül­fə­ti­nin ba­xa bil­mir gö­zü­nə,

Nif­rət edir ya­ğı tə­ki özü­nə,

Çıx­ma­yır ki, da­ha mil­lət üzü­nə?

Alə­mə var hər ni­şa­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
İş tap­ma­yır ka­sıb­çı­lıq elə­yə,

Həs­rət qa­lıb evin­də hər di­lə­yə,

Az qa­lıb­dı qu­zu tə­ki mə­lə­yə,

Qa­rə gə­lib da­ha anı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
Var­lı­la­rın çox rəngbə­rəng ma­şı­nı,

Ona tə­rəf heç fır­lat­mır ba­şı­nı,

Gö­rən­də də ça­tır yay ­tək qa­şı­nı,

Bit­məz da­ha heç di­va­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
Gün­dən-gü­nə su­yu ya­man bu­la­nır,

Dü­kan gör­dü elə ağ­zı su­la­nır,

Öz evi­ni sat­maq ilə do­la­nır,

Gə­lib ye­nə pis za­ma­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
Evin sa­tıb də­yiş­dir­mək pe­şə­si,

Ci­yər dərddən dağ-dağ olub şi­şə­si,

Yox­du da­ha doğ­ma is­ti gu­şə­si,

Hey də­yi­şər ev ün­va­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
Ev dəl­la­lı olan­lar da şel­lə­nir,

Ka­sıb­la­rın bel­lə­rin­də yel­lə­nir,

Aç­dıq­la­rı ofis­lər­də tel­lə­nir,

Süf­rə­sin­də yox ya­va­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
Baş aç­mı­ram bu fə­lə­yin işin­dən,

Tə­miz­lə­ri hey ke­çi­rir di­şin­dən,

Uzaq dü­şüb çox ev öz biş-dü­şün­dən,

Ha­lı­na yox meh­ri­ba­nı yox­su­lun,

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.
Ey Şa­di­man, çox­la­rı can üs­tə­di,

Ac qal­maq­dan çox mə­də­lər xəs­tə­di,

Hiy­lə, fit­nə, ya­lan­lar üst-üs­tə­di,

Qal­ma­yıb­dı ah-ama­nı yox­su­lun!

Bun­dan son­ra çı­xar ca­nı yox­su­lun.

13.05.2001

DƏRD
Elə do­ğu­lan­dan gi­ri­rik dər­də,

Gah mər­də dö­nü­rük, gah da na­mər­də,

Dərd yı­xır, da­ği­dır di­rə­yi­mi­zi,

O ye­yir icər­dən ürə­yi­mi­zi.

Dün­ya­da hər şe­yin sə­bə­bi dərddi,

Bə­şər qar­şı­sın­da səd­di, sər­həd­di.

Hə­rə öz dər­din­dən əri­yir şam ­tək,

Alır si­nə­lə­ri o bir ax­şam ­tək.

Var­lı­nın ca­nı­nı qo­ru­mağ dər­di,

Yığ­dı­ğin bir­bə­bir arı­mağ dər­di.

Qı­zın ər evin­də ya­rı­mağ dər­di,

Ya ata evin­də qa­rı­mağ dər­di.

Og­la­nın ev dər­di, pul-pa­ra dər­di...

Ürə­yə vu­ru­lan hər ya­ra dər­di.

Ço­xu­nun şan-şə­rəf, ucal­mağ dər­di,

Şöh­rə­tə ça­tan­da qo­cal­mağ dər­di.

Ata­nın, ana­nın öv­lad və­fa­sı,

Bö­yüt­mək, yer­bə­yer et­mək ca­fa­sı.

Öv­la­dın ata­ya, ana­ya bor­cu,

Bu bağ­lı­lığ­la­rın gö­rün­mür ucu....

Bəx­ti­nə sə­adət gə­tir­mək dər­di,

Son­ra­dan onu da itir­mək dər­di.

Dərdlər xır­da-xır­da, dərdlər bir­bə­bir,

Bi­zi ürə­yin­dən ke­çi­rən xəl­bir.

İş­qal altda olan tor­pa­gin dər­di,

Ya­ğı­ya al­çal­mış pa­pa­ğın dər­di.

Dil­dən məc­bur çı­xan ya­la­nın dər­di,

Haq­qı mis­qal-mis­qal ta­la­nın dər­di,

Dün­ya­nı do­la­şan zü­lm­lər dər­di,

Vax­tı bi­lin­mə­yən ölüm­lər dər­di.

Ev dər­di, iş dər­di, çay-çö­rək dər­di,

Hə­yat axı­nın­da bir di­rək dər­di,

Çox vaxt ba­şı­mı­zın boy atıb dər­di,

İç­də çi­çək­lə­yən ümi­di dər­di.

Ta­pa bi­lər­siz­mi dərdsiz bir ürək,

Onu da xəl­bə­ti əy­mə­sin fə­lək?

Dərdlər si­nə­mi­zi ta­pır sel tə­ki,

Son­ra da ora­da ça­pır yel tə­ki,

Dö­nür içi­miz­də, san­ki fər­yada,

Yan­dı­rır ürə­yi, si­nə­ni oda,

Zən­gin də, ka­sıb da onun əsi­ri,

Bəl­kə o Al­la­hın açıl­maz sir­ri,

Ver­di ömür­lə­ri büs­bü­tün ba­da,

Heç dərddən qur­tu­lan var­mı dün­ya­da?!

30/31.01.2001.
DÜNYA ŞEYTAN İÇİNDƏ


Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə