Гуранда шаирляр щаггында айя



Yüklə 3,16 Mb.
səhifə6/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

Ərşi-kürşü ram edən,


Acılarla kam edən,

Qəlbə dərdi dam edən,

Bədənlərlə şam edən,

Zalımlar can biçində,

Dünya şeytan içində.

Yıxılıb haqq guşəsi,

Kəsir nahaqq tişəsi,

Sınır ürək şüşəsi,

Artır iblis nəş’əsi,

Hamı niyə, neçində?

Dünya şeytan içində.
Yerdən göyə fəryaddı,

Can bədəninə yaddı,

Ağızlarda imdaddı,

Şər hər işdə abaddı,

Bəşər köçə-köçündə

Dünya şeytan içində.


Can üzülür ah ilən,

Vicdanlar günah ilən,

İllətlər sabah ilən,

Beyinlər gah-gah ilən,

Zaman keçə-keçində,

Dünya şeytan içində.


Rəbbim bizi yaratdı,

Canı bədənə atdı,

Vəhləri ağla qatdı,

Ondan kitab ucaltdı,

İmtahanı həyatdı!

Varı olan heçində,

Dünya şeytan içində.
İnsan qocalır niyə?…

Əllər uzanıb göyə,

Başına döyə-döyə,

Əzrayıl gəlir iyə,

Fələk seçə-seçində,

Dünya şeytan içində.


Şadiman, adəm yolu,

Fitnə-feyillə dolu,

Bağlanıb haqqın qolu,

Zaman bilmir sağ-solu,

Qanlar içə-içində,

Dünya şeytan içində.

30. X. 2003

ERMƏNİ FİTVASINI DÜNYAYA

FAŞ EYLƏMİSƏN

Ermənistan terrorçuXristianölkənin



gizlinləri “ kitabının müəllifi Səmyuel A. Uimz

əsli şotland – amerkalıdır. Bu kitabı Amerkada

çap etdirəndən bir ay sonra müəmmalı şəkildə

vəfat edib. Bu şeri onun ruhuna minnətdarlıq

hissiylə həsr edirəm!
Əsli şotland, dini xaç, alimi hünər oldu,

Yazdığı bu kitabla dünyaya bir ər oldu,

Həqiqət aşiqi olmaq da dərdi-sər oldu,

Bəşəri – könlü ilə necə dərbədər oldu,

Qəlbimi oda salıb, ğözümü yaş eyləmisən,

Erməni fitvasını dünyaya faş eyləmisən.


Sənin Amerikada cahi-cəlalın var idi,

Vicdanı haray çəkən əcəbcə halın var idi,

Xeyri, həqqi düşünən yaxşı kamalın var idi,

Üzünün nuru – cünəş, kişi cəmalın var idi,

Bizə şər söyləyənin başına daş eyləmisən,

Erməni fitvasını dünyaya faş eyləmisən.


Sən bizim ağrımızı çəkdin ürəkdən, eyvah,

Doğulan bu kitabın gəldi diləkdən, eyvah,

Erməni şərdi tamam, çünki bələkdən, eyvah,

Sənə rəhmət deyirəm mən ki, fələkdən, eyvah,

İki yüz illik zülümü dərdlərə baş eyləmisən,

Erməni fitvasını dünyaya faş eyləmisən.


Açdıqca səhfələri sinəmi ah-vay tutdu,

Könlümün vulkanını gör necə də hay tutdu,

Gözümün gurşadını həm bulaq, həm çay tutdu,

Qələmin Allahına yaxşı haqqı-say tutdu,

Şəri bəşərə – bəla, içini boş eyləmisən,

Erməni fitvasını dünyaya faş eyləmisən.


Həqqə çaldın qələmi, bəs ölümün gəldi niyə?

Pisə lənət oxuyan, ya Rəbbim, öldü niyə?

Dünyanı bu fələyim xeyrə-şərə böldü niyə?

Nahaq qanlar tökülür, hər tərəfdə göldü niyə?

Ərzi gəzən yalanı göz üstə qaş eyləmisən,

Erməni fitvasını dünyaya faş eyləmisən.


Qanı bizdən olanın çoxları xoş can qoruyur,

Evinin içini və birdə ki, boş şan qoruyur,

Gizləyir soy-kökünü, ömrə düşən an qoruyur,

Erməni adıyla əcnəbidə san qoruyur…

Bəşəri qeyrətini zinətə qaş eyləmisən,

Erməni fitvasını dünyaya faş eyləmisən.


Şadiman müəmmalı ölmünə hiddət eləyir,

Qələmi düzə çalan ağlına qüdrət eləyir,

Ruhuna səcdə edir, xeyrə ibadət eləyir,

Ümidin həqqi güdən Allahına qət eləyir…

Dödağımda alışan min cürə kaş eyləmisən!

Erməni fitvasını dünyaya faş eyləmisən.

Erməni fitvasını dünyaya faş eyləmisən.

19. 05. 2004


HƏR KƏS ÖZ GÖZÜYLƏ

BAXIR DÜNYAYA

Gah şəri, gah kiri yaxır dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.
Cahan bir zinətdi bəşəriyyətə,

O, çağlayar, coşar ən saf niyyətə,

Salırlar yuvasın min əziyyətə,

Sonradan düşürlər, sanki heyrətə,

Gah şəri, gah kiri yaxır dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.


O, özü naz sevən ülfət istəyir,

Bəndədən yalnız xoş sifət istəyir,

Eşqini pak tutan afət istəyir,

Bu cəh-cəlalına iffət istəyir,

Hiyləni şimşək tək çaxır dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.


Biri sərvətini yuvası sanır,

Biri Vətənini havası sanır,

Biri İlahini duvası sanır,

Biri haqq evini qəvvası sanır,

Gələn öz yükünü yıxır dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.


Ölkələr, sərhədlər üz-üzə durur,

Silahlar havalı göz-gözə durur,

Şahlar mənəm deyir, söz-sözə durur,

Alışır yer üzü, köz-közə durur,

Bəşər qan-yaşını sıxır dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.


Kimi əl donduran qışını söyür,

Kimi torpağını, daşını söyür,

Kimi bilinməyən yaşını söyür,

Dərdini, qəmini taxır dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.
Hər gələn cahanı bazar eyləyir,

Yurduna qan tökür, məzar eyləyir,

Gah da saray tikir, gülzar eyləyir,

Duyan könülləri yazar eyləyir,

Hərə öz dinini oxur dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.


Qəmini, ahını duyan tapılmır,

Dəli sevdasına uyan tapılmır,

İblisin, şeytanın oyan tapılmır,

Könlünü yolunda qoyan tapılmır,

Bəndənin ağrısı axır dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.


Hamı nəyi isə qoparmaq istər?

Cahanın yarısın aparmaq istər,

Bağrını, köksünü lap yarmaq istər,

Razı qalan varsa bir onu göstər?

Gələnlər baxdılar axur dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.


Kimsə öz gözündə tiri görməyir,

Cahanı özündən iri görməyir,

Qəlbinin içində kiri görməyir,

Onun varlığını diri görməyir,

O haqq böyüklüyün, sirri görməyir,

Tökür min cürə hiss, paxır dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.
Bəşərin əlində din-dinə yağı,

Allah evləriylə dolu sol-sağı,

Çox baş sahibinin dili bayağı,

Hey qana, qırğına gedir ayağı,

İnsan az, çoxusa naxır dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.


Şadiman, cahanı sanma acıdı,

O ki, insanlığın həyat tacıdı,

Bizim əlimizdə bircə ucudu,

Haqqa yetişməyin tək əlacıdı,

Hərə elədiyin çaxır dünyaya,

Hər kəs öz gözüylə baxır dünyaya.

7. 01. 2003

SƏ­LAM OL­SUN

Bu dün­ya­nın hər üzü­nü

Gö­rən­lə­rə sə­lam ol­sun.

Qat­la­yan­da şər di­zi­ni

Ərən­lə­rə sə­lam ol­sun.

Ala za­man çə­lə­yi­ni,

Dö­yə şə­rin di­lə­yi­ni,

Hər na­mər­din bi­lə­yi­ni

Gə­rən­lə­rə sə­lam ol­sun.
Heç dön­mə­yə haqq yo­lun­dan,

Bu­xov dü­şə mərd qo­lun­dan,

Hə­qi­qə­ti öz ko­lun­dan

Də­rən­lə­rə sə­lam ol­sun.

Dər­ya qop­maz ma­ya­ğın­dan,

Qəlb dön­mə­sin daya­ğın­dan,

Şə­ri dar­tıb aya­ğın­dan

Sə­rən­lə­rə sə­lam ol­sun.


Haqq çı­xar­da səs-səm­ri­ni,

Tüt­yə edən Rəbb əm­ri­ni,

Ha­lal­lıq­la öz öm­rü­nü

Sü­rən­lə­rə sə­lam ol­sun.

19.02.2000/ Gə­mi­də


Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə