Гуранда шаирляр щаггында айя


BİZİ ÖZÜMÜZƏ QAYTARAN OLA



Yüklə 3,16 Mb.
səhifə8/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

BİZİ ÖZÜMÜZƏ QAYTARAN OLA


İçimdə alışan şamdı ürəyim,

Dərdlərin əlindən damdı ürəyim,

Bu necə murazdı, kamdı ürəyim?

Gəlsin Şah İsmayıl, Qacar bu hala,

Bizi özümüzə qaytaran ola.


Ana ətəyində gizlənən oğul,

Addımı gəlin tək izlənən oğul,

Külək nə, mehdən də gözlənən oğul,

Doğulduğun evmi qeyrətə qala?

Bizi özümüzə qaytaran ola.
Kişi at belində əlində qılınc,

Başının altına qız qoyar balınc,

Utanır gözəllər-Sevda, Gül, Narınc…

Oğul dediyimiz Vətənə bəla,

Bizi özümüzə qaytaran ola.
Donub damarlarda qeyrətin qanı,

Necə miskin edib Azərbaycanı?

Hanı Cavanşirin, Babəkin canı?

Qoymasın bir ana gözləri dola,

Bizi özümüzə qaytaran ola.
Pulsuzlar gedirlər cəbhə xəttinə,

Vətənin yaralı qan sərhəddinə,

Nə oldu oğulun kişi qəddinə?

Ürək necə gedir qeyrətlə yola?

Bizi özümüzə qaytaran ola.
Niyə içimizdə namus əzildi?

Niyə bu Vətəndən belə bezildi?

Hünər kəndirimiz əldən üzüldü,

Allah içimizdən qorxunu ala,

Bizi özümüzə qaytaran ola.
Yağının hələ də vayı olmayıb,

Xain ermənin tayı olmayıb,

Heç kəsə düşməndən dayı olmayıb,

Allah nizamlasın bizi haqq yola,

Bizi özümüzə qaytaran ola.
Şadiman, çoxları qul olub vara,

Vətənin köksünə vurubdu yara,

Çəkilsin satqınlar, xainlər dara,

İblis ürəklilər payız tək sola,

Yaradan bizi də düz yola sala,

Bizi özümüzə qaytaran ola,

Bizi özümüzə qaytaran ola.

09.11.1997


DİDƏRGİN ANA

Nədir belə taleyinə yağan yağışlar?

Qəlb içinə bu ayrılıq saldı naxışlar,

Yağıları ağ saçların dilsiz qarğışlar,

Sinəmizə dağdı bu qəm, didərgin ana,

O dərdinə yanar aləm, didərgin ana.


Yurd-yuvanı atıb gəldin, ağladı ürək,

Faciənə matəm geydi, yandı o fələk,

Boşa çıxdı haqqı-sayın, çox arzu, dilək…

Sən gəlmisən, oban orda, didərgin ana,

Od-ocağın qaldı darda, didərgin ana.
O qabarlı əllərində illər zəhməti,

Yağıların yuva qurdu çirkin niyyəti,

Hər əsirdə kor etdilər pak həqiqəti…

O gözlərin dolan bulud, didərgin ana,

Dilsiz ürək yanıqlı ud, didərgin ana.
Nədir belə içindəki haray, qışqırıq,

Könül sazın susub fəqət, tel qırıq-qırıq…

Sinəndəki o sızıltı, nalə, hıçqırıq,

Kimə qaldı yurd, mahalın, didərgin ana?

Yurda sığmaz qəmli halın, didərgin ana.
Nədir belə gözlərində bu qədər təlaş?

O solğunca yanağında gilələnib yaş,

O ağrılı sinəndəcə asılıbdı daş,

Ünvanını kimlər pozdu, didərgin ana?

Kök-soyunu yağı yozdu, didərgin ana.
Gün gələr ki, həqiqətin müqəddəs səsi,

Qəfil ox tək dəlib keçər o daş qəfəsi,

Üstünüzdən kəsilməsin haqqın nəfəsi!

Elinizə yaraq olsun, didərgin ana,

Yolunuza çıraq olsun, didərgin ana.

10.10.1989


ŞƏHİDLƏR XİYABANI
Əsarətinə üsyan dünyanın qəm adası,

Nakam olmuş canların şəhid ruhlar odası,

Zəncirləri qırılmış Vətənin qan-qadası,

Şəhidlər Xiyabanı!


Gözü yaşlı analar saçın yolur ah ilə,

Məmləkət üsyan edir qul olmuş sabah ilə,

Allah necə barışır bu suç, bu günah ilə?…

Şəhidlər Xiyabanı!


Xonçası qara geymiş igidin yas ocağı,

Cocuğu gözü yaşlı gəlinlərin qucağı,

Əli qanlı cəlladın min illik umacağı…

Şəhidlər Xiyabanı!


Diləkləri, amacı sinəsində boğulmuş,

Onsəkkizdən bu yana iki dəfə doğulmuş,

Öz halal torpağında, öz qanıyla yoğurmuş,

Şəhidlər Xiyabanı!


Görməyib səyyarəmiz bu cürə sitəm, zülm,

Lay-divar igidlərin sinəsi dilim-dilim,

İlahidən xəbərsiz yazılmış savaş, ölüm,

Şəhidlər Xiyabanı!


Gözüyaşlı körpələr ata yoluna baxar,

Rüzgar da qan-qadadan ərzi yandırıb yaxar,

Selmi, sumu bədənlər hər gün qoynuna axar?

Şəhidlər Xiyabanı!


Sonu olacaq görən bu tökülən qanların?

Şəhidlik ünvanına yazılan cavanların,

Allah hesabın çəksin qoy sonsuz divanların!

Şəhidlər Xiyabanı!


İçimdə vulkan olan, ərzi tutan acısan,

Yağı gülləsinə tuş sən qardaş, sən bacısan,

Özünü danan xalqın tək mənlik əlacısan-

Şəhidlər Xiyabanı!


Anaların köksünə dağ basma özü közdü,

Yetər, daha məmləkət qanlı işğala dözdü!

Millət qul ola-ola öz canından əl üzdü,

Şəhidlər Xiyabanı!


Qərənfili matəmə boyanmış bəy məzarı,

Ağlayır sinələrdə ürəklər zarı-zarı,

Qəbirləri qucaqlar gəlin, ana, qız, qarı,

Şəhidlər Xiyabanı!


Nə vaxt sona yetəcək, ay Allah, bu müşgüllər?

Lay-lay balam deməkdən qabar çalıbdı dillər…

Ağı deyir ağlayır bağçamızda da güllər…

Şəhidlər Xiyabanı!


Ey millətin istiqlal dünyasının günəşi,

Məzarlara sığınmış nakam ruhların nəşi,

Min yerə parçalanmış zəncirlərin atəşi-

Şəhidlər xiyabanı!


Sən nəhirlər ağladan ölkənin qibləgahı,

Qocadan cocuğadək hər evin səcdəgahı,

Dikiləcək min illər fələyə ana ahı…

Şəhidlər xiyabanı!


Şadiman ölsə bir gün ruhu səcdəyə gələr,

Başdaşından dünyaya ömürlük ah yüksələr,

Məzar-məzar önündə tənim doğulub ölər-

Şəhidlər Xiyabanı!

Şəhidlər Xiyabanı!

4-5. 06.1994


QİSASA ÇAĞIRIR VƏTƏN, QİSASA

Bizə ölmək olmaz ey soydaşlarım,

Analar, bacılar, qan qardaşlarım,

Quru gözlərimdən axan yaşlarım,

Batıb əsirlikdə solanlar yasa,

Qisasa çağırır Vətən, qisasa!


Uşaqdan böyüyə ağlamaq yetər,

Özgəyə ümidlər bağlamaq yetər,

Bəsdi, sinəmizi dağlamaq yetər,

Son qoyun bu yurddan olanlar yasa,

Qisasa çağırır Vətən, qisasa!
Bunu Pənahabad sarayı deyir,

Şuşanın o əsir harayı deyir,

Xocalıdan qopan el vayı deyir,

Batmalı qırğını salanlar yasa,

Qisasa çağırır Vətən, qisasa!
Harınlar kazino küncündə kişi,

Qumarda uduzmaq, udmaqdı işi,

Aslan ki, aslandı erkək ya dişi,

Batmasın saçını yolanlar yasa,

Qisasa çağırır Vətən, qisasa!
Ana övladına eyləyər ərki,

Basılsaq bu yurdun başına sərki,

Hər doğulan oğul sayılmaz ər ki,

Son qoysun ürəyi talanlar yasa,

Qisasa çağırır Vətən, qisasa!
Qurtul, anam, bacım, o göz yaşından,

Qara örtüyünü götür başından,

Silah al oğlundan, hərb qardaşından,

Düşsün yurd-yüvana dolanlar yasa,

Qisasa çağırır Vətən, qisasa!
Qana-qan olmalı ürəyimizdə,

Şir gücü bükülməz biləyimizdə,

Savaş! Savaş! Savaş! Diləyimizdə,

Batsın Qarabağı alanlar yasa,

Qisasa çağırır Vətən, qisasa!
Şah İsmayıl kimi Heydərimiz var,

Cavanşir qüdrətli çox ərimiz var,

Məmməd Əmin təki öndərimiz var,

Qoy düşsün min hava çalanlar yasa,

Qisasa çağırır Vətən, qisasa!
Bizə məğlub deyir hər yoldan ötən,

Çox meydan oxuyur hər gəda, yetən,

İnsana şirindir canından Vətən!

Qartal hünərini bilsin yarasa,

Qisasa çağırır Vətən, qisasa!
Qadın, yaddaşını səslə dadına,

Həcəri, Tomrisi gətir yadına,

Ağlamaq yaraşmaz indi adına,

O əllər yağını boğazdan asa,

Qisasa çağırır Vətən, qisasa!
Bu namus savaşı, bu qan savaşı,

Ayağa düşməli erməni başı,

Ey yurdun qeyrətli, ər vətəndaşı,

Nərə çək, nərəndən yağı qan qusa,

Qisasa çağırır Vətən, qisasa!
Ləkəli namusu qanla yuyarlar,

Namussuz olanın bağrın oyarlar,

Qan alsaq dünyada bizi sayarlar!

Qorxağı kim duya, kim qulaq asa?

Qisasa çağırır Vətən, qisasa!
Şadiman, silahlan, dön silahdaşa,

O əsgər papağı şərəfdi başa,

Güllə ürəyinə dəysə də yaşa…

Qoyma, bu torpağı erməni basa,

Qisasa çağırır Vətən, qisasa!

Qisasa çağırır Vətən, qisasa!

26.02.1998
EY KARVAN YOLUNDAN SORAQ, DƏVƏÇİ
( 1982-ci ildə Dəvəçi bölgəsinin

Aygünlü kəndi yaxınlığında traktorla

şumlama işi aparılakən Azərbaycanın

mərkəzi şəhərlərindən biri Şabran

aşkar edildi.)
Ey karvan yolundan soraq, Dəvəçi,

Dərbəndlə Şirvanın könlünün içi,

Tarixdən boylanan qərinə nəçi?-

Unutsun torpağın, daşın Şabranın,

Görməsin gözünün yaşın Şabranın.
Ey salnamələrdə qalan, şəhərim,

Qəsbkar əliylə talan, şəhərim

Yandırar sinəmi yaxar qəhərim-

Dağılmış qalası, yurdu Şabranın,

Yağılar boynunu vurdu Şabranın.
Xaraba yurdunda ilanlar mələr,

İnsan sümükləri haraya gələr,

Tanrıdan can alar, can verib ölər-

İnsanı torpaqda yatan Şabranın,

Adı, cəh-cəlalı batan Şabranın.
Savaşlar şahidi, ey Şabran çayı,

Əsrlər görmüsən ömürlər sayı,

Selmi, qəsbkarmı törətdi vayı?

İtdi bu dünyadan izi Şabranın,

Qaldı tarixlərdə özü Şabranın.
Keçən əsrlərin fəryadı orda,

Yolçu, ayaq saxla, baş əy bu yurda!

Bu batan şəhərin ruhları burda-

Dolaşar başının üstə Şabranın,

Sirrini daşlardan istə Şabranın.
Orta əsrlərin, ey baş sarvanı,

Çox keçdimi yurddan dəvə karvanı?

Dəvəçi, nişan ver şəhər Şirvanı,

Necə nişan verdi adı Şabranın?

Ruhlarla alışan odu Şabranın.
O küp qəbrlərdə tapılanları,

O daşa, divara yapılanları,

Ocağı, yuvası çapılanları-

Dərin qatlarında ara Şabranın,

Kim çevirdi taxtın gora Şabranın?!..
Xəqani tək həbsə atılmışları,

Şabran zindanına qatılmışları…

Zülmkar şahlara satılmışları…

Ağlar ruhlarından soruş Şabranın,

Burada hər addım, qarış Şabranın.
Dəvəçi-oğuzun bir ipək yolu,

Beşbarmaq, Qalaltı imzası, qolu,

Şadiman, bu torpaq tarixlə dolu,
Viran dam-daşından oxu Şabranın,

Hələ torpaq altda çoxu Şabranın…

10-11.11.1998


Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə