Гуранда шаирляр щаггында айя



Yüklə 3,16 Mb.
səhifə9/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

SİNƏSİ NEFT QOXULU

Sinəsi neft qoxulu,

Gecələri yuxulu,

Nağılları qorxulu…

Başı qarlı, Siyəzən,

Dağ vüqarlı, Siyəzən.


Uca Qafqaz dirəyi,

Gömgöy Xəzər ürəyi,

Daşdan çıxar çörəyi,

Siyah telli, Siyəzən,

Şirin dilli, Siyəzən.
Dərbəndə çatar yolu,

Torpağı tarix dolu,

Xıdırzində haqq yolu…

Dağım, düzüm, Siyəzən,

Görən gözüm, Siyəzən.
Buruqların yan-yana,

Mən övladın, sən ana,

Bu şərəfə, ad-sana,

Layiq daşın, Siyəzən,

Uca başın, Siyəzən.
Qızılburun ocağı,

Sərvətdir hər bucağı,

Çıraqqala qucağı,

Karvan yolu, Siyəzən,

Sirlə dolu, Siyəzən.
Dağlar beldə kəməri,

Dəli Xəzri qəməri,

Qafqazın aslan əri,

Dağ qürürlu, Siyəzən,

Bəxti nurlu, Siyəzən.
Gecə-gündüz qatarlar,

Bəxtin burda taparlar,

Sağa-sola çaparlar…

Yolları ağ, Siyəzən,

Zirvəsi dağ, Siyəzən.
Səslə məni gələrəm,

Dərdi sənlə bölərəm,

Dam-daşınçın ölərəm,

Təmiz havam, Siyəzən,

İsti yüvam, Siyəzən.
Şadimana bala de,

Qəlbə atəş qala de,

Necə dözüm hala de,

Səndən uzaq, Siyəzən,

Qəlbdə sazaq, Siyəzən.

11.11.1998

***
Dəvəçi-Siyəzən isti ocağım,

Tağay-doğma yuvam, uşaqlıq çağım,

Şahdag-dağlar içrə ən uca dağım,

Coşqun, dəli-dolu Gilgilçay çayım,


Xəzər, şıltaq Xəzər, dünyaya hayım,

Anam Azərbaycan büllur sarayım!-

Qanımla qaynayan diləyimdəsiz,

Siz mənim döyünən ürəyimdəsiz!


12.11.1998
VƏ­TƏN FƏR­YA­DI
Ey Və­tən yo­lun­da ca­nı ve­rən­lər,

Mü­qəd­dəs tor­pa­ğa ər­lər, ərən­lər,

Ey qa­na şa­hid­lər, qa­nı gö­rən­lər,

Qan­lı köy­nə­yi­ni yur­da sə­rən­lər...

Siz şə­hid, biz isə gü­nah­kar ol­duq,

Yurdlar ha­ray çək­di, ni­yə kar ol­duq?


Qa­ra­bağ sız­la­yır aman için­də,

Ya­nır el­lə­ri­miz ya­man için­də,

Oxu­muz pas­la­nıb ka­man için­də,

Fır­la­nır bu dün­ya za­man için­də,

Məğ­lub ­tək ta­rix­də qal­dı adı­mız,

Bo­ğul­du si­nə­də ah-fər­ya­dı­mız.


Ya­ğı iş­ğa­lı­nı dərd sa­yı­rıq biz,

Özü­nü ca­han­da mərd sa­yı­rıq biz,

O qan­lı düş­mə­ni səd sa­yı­rıq biz,

Hər dər­din əla­cın bəd sa­yı­rıq biz,

Na­mus sa­va­şı­na pul, da­yı ol­maz,

Heç cəngsiz ya­ğı­nın ah-va­yı ol­maz.


Vu­ruş­maq ki­şi­yə if­ti­xar, hü­nər,

Qı­lıncla, qal­xan­la ya­tar, du­rar ər,

Dün­ya nərd tax­ta­sı bə­şər isə zər,

Tök­mə­sən dö­yüş­də əgər qan­lı tər,

Tor­paq da, na­mus da, şə­rəf də ba­tar,

Və­tə­nin əbə­di ta­le­yi ya­tar.


Bir yur­du min ye­rə böl­mək­mi olar?

Bu qa­nı tor­paq­dan sil­mək­mi olar?

Bu acı dərdlə­rə gül­mək­mi olar?

Bu qəm­lə şa­ha­nə öl­mək­mi olar?

Bəs­dir er­mə­nin na­zı­nı öy­dük,

Yur­dun qı­lın­cın yox, sa­zı­nı öy­dük.


Hey bəx­şiş ver­dik­cə tor­pa­ğı­mı­zı,

Ar­tır­dıq si­nə­də qəm da­ğı­mı­zı,

Ər­kö­yün bəs­lə­dik biz ya­ğı­mı­zı...

Yad­lar­dan ax­tar­dıq da­ya­ğı­mı­zı,

Ya xo­fu ürək­dən qo­par­ma­lı­yıq,

Ya dər­di mə­za­ra apar­ma­lı­yıq.


Bəs­dir Ca­van­şir­dən, Ba­bək­dən de­dik,

Bəs­dir Ko­roğ­lu­dan, Bey­rək­dən de­dik,

Bəs­dir pul­dan, var­dan, di­lək­dən de­dik,

Bəs­dir bu ağ­rı­nı ürək­dən de­dik,

Biz sa­vaş et­mə­li vu­ruş­ma­lı­yıq!

Ya ölüb tor­pa­ğa qa­rış­ma­lı­yıq!


Ni­yə yad el­lər­də ca­nı gir­lə­rik?

Ni­yə bir-bi­ri­nə söz di­yir­lə­rik?

Ni­yə bu qan ilə ölüb çər­lə­rik?

Ni­yə içi­miz­də elə kür­lə­rik?

Yu­ma­lı qan ilə na­mu­su­mu­zu,

Özü­müz qur­ma­lı ya ya­sı­mı­zı!


Bu Və­tən val­la­hi ha­mı­mı­zın­dı,

Ən ali di­lək ­tək ka­mı­mı­zın­dı,

Ba­ca­sı uca­lan da­mı­mı­zın­dı,

Şi­ri­ni, şər­bə­ti ca­nı­mı­zın­dı,

Qo­par­maq olar­mı kök-so­yu on­dan?

Çı­xa­ra bil­mə­rik biz onu can­dan!


Ya­rı­mız acın­dan pul di­lə­ni­rik,

Ya­rı­mız qür­bət­də hey tel­lə­ni­rik,

Ya­rı­mız zər ge­yib ve­yil­lə­ni­rik,

Dü­şüb ayaq­la­ra çox bel­lə­ni­rik,

Nə vaxt mil­lət olub çağ­la­ya­ca­ğıq?

İb­li­sin qa­pı­sın bağ­la­ya­ca­ğıq?


Şu­şa­da gü­lü­müz, çi­çə­yi­miz qan,

Xa­rı­bül­bül tə­ki ürə­yi­miz qan,

Dam altda əyi­lən di­rə­yi­miz qan,

Nə vax­ta sax­la­nır bu ge­də­ri can?!

Biz cı­lız­laş­dıq­ca və­tən ki­çi­lir,

Tor­paq pa­ra­la­nır, tor­paq bi­çi­lir.


Dün­ya­da qey­rə­tə edi­lir hör­mət,

Şə­rəf­lə ta­nı­nır hər yer­də mil­lət,

Aci­zə, qor­xa­ğa, ca­hi­lə il­lət,

Kön­lü­müz ol­duq­ca əl­lər­də alət,

Di­lən­çi yar­dı­mı ye­di ki­şi­lər,

Özü­nə qaç­qı­nam de­di ki­şi­lər.


Oğul­lar bəs­lə­nir bəh-bə­hə ilə,

Ox­şa­nır boy­la­rı pəh-pə­hə ilə,

Dil­lə­ri ötü­şür cəh-cə­hə ilə,

Düş­mən gü­lür bi­zə qəh-qə­hə ilə,

Sön­müş ocaq­la­rın kü­lü sov­ru­lur,

Və­tən ha­ray çə­kir, Və­tən qov­ru­lur.


Yer­də qal­ma­ma­lı bu tö­kü­lən qan,

Ya­ra qay­saq­la­nır ötüş­dük­cə an,

Mil­lət bir-bi­ri­nə can de­mə­li, can!

İq­ti­dar, mü­xa­lif bir Azər­bay­can,

Əsir yurd-yu­va­ya et­mə­sək ça­rə,

Son­ra lap də­ri­nə iş­lə­yər ya­rə.

Bu dağ ha­mı­mı­zın si­nə da­ğı­dır,

Ya­ğı ha­mı­mı­za elə ya­ğı­dır,

Gəl, və­tən in­sa­nı, qey­rət ça­ğı­dır!

Əl­də Məm­məd Əmin-hür bay­ra­ğı­dır,

Par­la­sa Gü­nəş ­tək is­tiq­la­lı­mız,

Bəx­ti­yar ola­caq is­tiq­ba­lı­mız.


Şa­di­man, və­tə­nin can­da yu­va­sı,

Dər­di­nə dər­man­dır onun ha­va­sı,

Tü­kən­məz do­daq­dan haq­qa du­ası,

Bu tor­paq dər­ya­da Tan­rı qəv­va­sı,

Odur Yer üzün­də xoş cə­la­lı­mız,

Onun­la çağ­la­yır çün vü­sa­lı­mız!...

24.Xll.2001
SƏN­DƏN NƏ QAL­DI?
Vur­du­lar ürə­yin­dən,

Ça­pıl­dın di­rə­yin­dən,

So­ruş bir fə­lə­yin­dən,

Nə­yi əlin­dən al­dı?

Və­tən, sən­dən nə qal­dı?
Di­lək­lə­rin ovul­du,

Əh­din gö­yə so­vul­du,

Elin yurddan qo­vul­du,

Bu ne­cə ağ­lar hal­dı?

Və­tən, sən­dən nə qal­dı?
Si­nən­də hic­ran da­ğın,

Pa­ram­par­ça tor­pa­ğın,

Çə­ki­lib get­mir ya­ğın...

Düş­mən bağ­rın­dan çal­dı,

Və­tən, sən­dən nə qal­dı?
Xə­cil ol­du mil­lə­tin,

Haqq gö­tür­məz il­lə­tin,

Ne­cə ol­du hör­mə­tin?

Bu nə qey­lü-qal­dı?

Və­tən, sən­dən nə qal­dı?
Zo­run yü­kü be­lin­də,

Söz bo­ğul­du di­lin­də,

Haq­qın yad­lar əlin­də,

Qü­ru­ru­muz al­çal­dı

Və­tən, sən­dən nə qal­dı?
Si­nən­də yurd sər­həd­di,

Qa­ra­bağ da Dər­bənddi,

Ne­cə feldi, fənddi,

Haq­qın­la haqq ucal­dı,

Və­tən, sən­dən nə qal­dı?
El de­yə­rək ağ­laş­dıq

Dər­di­miz­lə bağ­laş­dıq,

San­ki bir par­ça daş­dıq,

Dər­din si­nə­də xal­dı,

Və­tən, sən­dən nə qal­dı?
Qəm ovar kön­lün için,

Ya­nar­san için-için,

Qəm­lə­rin­də ki, çin-çin,

Əca­bə, bil­məm ne­çin?

Mil­lət xə­ya­la dal­dı!...

Və­tən, sən­dən nə qal­dı?

6.08.2001.
JOR­JİK­LƏR
Özün qo­yar dağ ba­şı­na jor­jik­lər,

Bir bə­la­dır öz ba­şı­na jor­jik­lər.


Öz di­li­nə di­va­nə­ tək gü­lür­lər,

Din­di­rən­də çox yu­xar­dan gə­lir­lər,

Öz di­lin­dən baş­qa hər dil bi­lir­lər,

Nə ögey­di adə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.
Əs­li-kö­kün ya­xı­nı­na qoy­ma­yır,

Ni­za­mi kim, Fü­zu­li kim duy­ma­yır,

Da­hi­ya­nə mu­ğa­ma­ta uy­ma­yır,

Lə­kə olub hör­mə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.

Yad ləh­cə­də da­nış­ma­dan ötüş­məz,

Şax­ta vur­muş sün­bül tə­ki ye­tiş­məz,

Yurd qəl­bin­də bir ya­ra­dır bi­tiş­məz,

Nə ha­ra­ya, nə fər­ya­da ye­tiş­məz,

Vu­ru­lub öz qa­mə­ti­nə jor­jik­lər

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.
Öz­gə xalqla hər ha­va­ya oy­na­yır,

Can­bir olub qa­rış­qa­ tək qay­na­yır,

Qəl­bi, qa­nı yad mil­lət­lə qay­na­yır,

Val­lah, bil­lah ta­le ­ilə oy­na­yır,

Şü­kür­lü­dür qis­mə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.


Bil­mir, onun bu və­tən­də özü nə?

Ta­ri­xi nə, ali­mi nə, sö­zü nə?

Öz eli­nə ha­ram ba­xan gö­zü nə?

Bu tor­paq­da ya­şa­ma­ğa üzü nə?

Or­taq elin sər­və­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.


Yur­dam de­yib ürək­lər­də bi­tə­nin,

Hər ağ­rı­na, hər acı­na ye­tə­nin,

Yu­xu­da da bül­bül tə­ki ötə­nin,

Bu mü­qəd­dəs, bu qib­lə­gah və­tə­nin

Fərq qoy­ma­yır qiy­mə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.


Kəbə ha­ra, qib­lə ha­ra bil­mə­yir,

El ya­nın­da dö­nüb xa­ra bil­mə­yir,

Gə­ti­rib­di xal­qı za­ra bil­mə­yir,

Bu yol onu çə­kir da­ra bil­mə­yir,

Vu­ru­lub­du xil­qə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.


Ba­ya­tı­nın şi­rin­li­yin qan­ma­yır,

Lay­la ilə, tar, ka­man­la yan­ma­yır,

Bu və­tən­dən ol­du­ğun da dan­ma­yır,

Kim­li­yi­ni bir­cə kə­rə an­ma­yır,

Sə­bəb olar il­lə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.


Ad­la­rı­nı yad xalqlar­dan gö­tü­rür,

Uşa­ğın­dan nə­və­si­nə ötü­rür,

Nə­si­li­nin keç­mi­şi­ni bi­ti­rir,

Də­də­si­nin kim­li­yi­ni iti­rir,

Ya­ğı­dır soy ne­mə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.


So­ru­şan­da azə­ri­yik de­yil­lər,

Azə­ri­nin ana di­lin əyil­lər,

Qa­nı biz­dən, di­li biz­dən de­yil­lər,

Əc­nə­bi­nin önün­də baş əyil­lər,

Dam­ğa vu­rur qey­rə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.

Qür­bət tə­ki ya­şa­yır öz elin­də,

Şa­ir, alim, da­hi ol­maq əlin­də,

El duy­ğu­su vur­maz ürək te­lin­də,

Hey ya­ra­dar yad bir xal­qın di­lin­də,

Əh­sən de­yər vü­sə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.


Xalq için­də ta­nın­ma­yır yad tə­ki,

Ba­tıb qa­lıb buz için­də od tə­ki,

Ağız­lar­dan qo­pub dü­şər dad tə­ki,

İçi­miz­də ha­ray, fər­yad, dad tə­ki

Sə­bəb Tan­rı hey­rə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.


Öz di­lin­dən, öz di­nin­dən dö­nən­di,

Yad öl­kə­də ul­duz olub sö­nən­di,

Ağız açıb yad ha­vay­la di­nən­di,

Zir­və­lər­dən ayaq­la­ra enən­di,

Ne­cə bab­dı xis­lə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.


Eli­ta­yıq de­yir­lər bu mil­lə­tə,

Çat­dı­rı­rıq onun adın şöh­rə­tə,

Biz sa­lı­rıq özü­mü­zü zil­lə­tə,

Ay adam­lar, min­nə­tə bax, min­nə­tə,

Sal­maz özün heç çə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.


Ay ca­ma­at, qı­na­ma­yın siz mə­ni,

Yan­dı­rıb­dı gör­dü­yü­nə göz mə­ni,

Alış­dı­rır ürə­yim­də köz mə­ni,

Gəl­di di­lə qoy­maz ra­hət söz mə­ni,

Sı­ğış­maz heç el bə­ti­nə jor­jik­lər,

Ne­cə yad­dı mil­lə­ti­nə jor­jik­lər.

15.05.2001.
VƏ­TƏN OL­MAZ
Yurdda is­ti hər bu­ca­ğın,

Qə­rib da­da ye­tən ol­maz.

Və­tən sə­nin öz oca­ğın,

Qür­bət el­dən və­tən ol­maz.


Ha səs­lə­sən fər­ya­dı­na,

Ça­tan ol­maz im­da­dı­na,

Yad ba­xar­lar öv­la­dı­na,

Qür­bət el­dən və­tən ol­maz.


Ağ­la­yar­san için-için,

Yas tu­tar­san yu­van üçün,

Ah, İla­hi, bil­məm ne­çin?!

Qür­bət el­dən və­tən ol­maz.


Yad­la­şar­san ana di­lə,

Sə­sin çat­maz doğ­ma elə,

Qa­bar sa­lar mək­tub ələ,

Qür­bət el­dən və­tən ol­maz.


Di­lin­də­ki söz yad olar,

Adə­ti­nə göz yad olar,

Si­nən­də­ki köz yad olar,

Qür­bət el­dən və­tən ol­maz.


Məs­lə­kin­dən dö­nər kö­nül,

Alış­ma­mış sö­nər kö­nül,

Ayaq­la­ra enər kö­nül,

Qür­bət el­dən və­tən ol­maz.


Din­di­rər­lər, di­lin ağ­lar,

Qür­bət­də hər ilin ağ­lar,

Göy yu­xu­ya kö­nül bağ­lar,

Qür­bət el­dən və­tən ol­maz.


Su de­yil­sən ca­la­na­san,

Yad ir­mağ­da ta­la­na­san,

Qə­rib-qə­rib bu­la­na­san,

Qür­bət el­dən və­tən ol­maz.


Və­tən­si­zə nə sə­adət?

Gəl ey­lə­mə ya­da adət,

Yad oca­ğa nə iba­dət?

Qür­bət el­dən və­tən ol­maz.


Və­tən di­lin du­ası­dı,

Ci­yə­ri­min ha­va­sı­dı,

Mil­lə­ti­min yu­va­sı­dı,

Qür­bət el­dən və­tən ol­maz.


Qı­na­ma­yın Şa­di­ma­nı,

Və­tən onun şi­rin ca­nı,

Keç­mə­sin heç yurdsuz anı,

Qür­bət el­dən və­tən ol­maz.

Qür­bət el­dən və­tən ol­maz.

29.06.2001.

AZƏR­BAY­CA­NI­MIZ­DI
Siz ey si­lah gö­tü­rüb ön xət­tə yol­la­nan­lar,

İgid­li­yin ən uca zir­və­sin­də olan­lar,

Ey tor­pa­ğın ya­ra­lı boy­nu­na qol sa­lan­lar,

Və­tən ay­rı­lı­ğın­dan gö­zü yaş­la do­lan­lar,


Və­tən bi­zim ha­mı­mız,

Baş üs­tün­də da­mı­mız,

Na­mus im­ta­ha­nı­mız,

Bu hə­yat il­ha­mı­mız.


Qaç­maq ki­şi­lik de­yib, ey bu yurddan qa­çan­lar,

Qə­rib tor­paq­da, el­də ey yurd, yu­va açan­lar.

Şə­rə­fi­ni ki­çil­dib yad­la­ra əl açan­lar,

Sər­vət üs­tə otu­rub xə­yal­lar­la uçan­lar,


Qə­rib­lik və­tən de­yil,

Da­dı­na ye­tən de­yil,

Ürək­də bi­tən de­yil,

Öz yur­du­na tən de­yil!


Mən­səb üs­tə və­tə­ni ya­ğı­la­ra sa­tan­lar,

Yad­la­rın qol­tu­ğun­da özü­nə yer tu­tan­lar,

Eli­nin qey­rə­ti­ni ayaq­la­ra atan­lar,

Var dər­di­nə tu­tu­lub köl­gə­sin­də ya­tan­lar -


Və­tən - tor­pa­ğı­mız­dı,

Baş­da pa­pa­ğı­mız­dı,

Şan­lı bay­ra­ğı­mız­dı,

Fi­ra­van ça­ğı­mız­dı.


Ey əsir yurdla­rı­nın ha­lı­na yan­ma­yan­lar,

Yurd sev­gi­sin bir kə­rə an­la­yıb qan­ma­yan­lar,

Özü­nü bu və­tən­dən ar bi­lib san­ma­yan­lar,

Çir­kin əməl­lə­rin­dən bir an usan­ma­yan­lar,


Və­tən - mil­lə­ti­miz­di,

Na­mus, qey­rə­ti­miz­di,

Üz­də hör­mə­ti­miz­di,

Tan­rı ne­mə­ti­miz­di.


Ey öm­rün­dən və­tə­nə ən mü­qəd­dəs an ve­rən,

Ocaq üs­tə, yurd üs­tə da­ma­rın­dan qan ve­rən,

Üzün sür­tüb tor­pa­ğa, ki­şi ki­mi can ve­rən,

O mü­qəd­dəs öm­rü­nü və­tə­nə qur­ban ve­rən,


Və­tən sə­nin özün­dü,

O atəş­li sö­zün­dü,

Haq­qı gö­rən gö­zün­dü,

O pak, nur­lu üzün­dü!


Ey və­tə­nin di­lin­də da­nış­ma­ğı bil­mə­yən,

Dər­də ba­tan­da tor­paq göz ya­şı­nı sil­mə­yən,

Ya­sın­da ağı de­yib, şad­lı­ğın­da gül­mə­yən,

Yad el­lər­də giz­lə­nib ki­şi ki­mi öl­mə­yən,


Və­tən mə­za­rı­mız­dı,

Çök­sə aza­rı­mız­dı,

Hə­yat gül­za­rı­mız­dı,

Na­mus və arı­mız­dı.


Ürək­də vic­da­nı­nın ağ­rı­sı­nı çək­mə­yən,

Əzi­zi ölən­də də gö­zün­dən yaş tök­mə­yən,

Tor­pa­ğın­da bir kə­rə bir ağac da ək­mə­yən,

Atı­lıb mey­dan­la­ra ya­ğı bağ­rı sök­mə­yən.


Qey­rə­tin də şüb­hə­li,

Sər­və­tin də şüb­hə­li,

Mil­lə­tin də şüb­hə­li,

Hör­mə­tin də şüb­hə­li!...


Şə­hid mə­zar­la­rı­nın pak­lı­ğın duy­ma­yan­lar,

İn­ti­qam his­si co­şub qi­sa­sa uy­ma­yan­lar,

Mil­lə­ti­nin şə­rə­fin şə­rə­fi say­ma­yan­lar,

Bu acı fə­qan­la­ra heç mə­həl qoy­ma­yan­lar,

Və­tən - du­zun, çö­rə­yin,

Yı­xı­lan­da di­rə­yin,

Hər ad­dım­da gə­rə­yin,

Si­nən­də­ki ürə­yin.


Ey düş­mən qı­zı­nı öz kön­lü­nə yar tu­tan,

Da­ma­rın­da qa­nı­nı ya­ğı qa­nı­na qa­tan,

Və­tən sən­dən so­ru­şur kim­dir o anan, atan?

Ey əs­li­ni, so­yu­nu na­mərd so­yu­na qa­tan,


So­yu­na lə­nət ol­sun,

To­yu­na lə­nət ol­sun,

Ta­yı­na lə­nət ol­sun,

Pa­yı­na lə­nət ol­sun!


Ey və­tə­nin yo­lun­da əlil ol­muş oğul­lar,

Pak nə­sil­li ana­lar ər oğul­lar do­ğul­lar,

İgid, hü­nər­li ər­lər şə­rin ru­hun bo­ğul­lar,

Ara­mız­da nə çox­du ya­ğı hə­vəs­li qul­lar...


Bu və­tən ca­nı­mız­dı,

Da­mar­da qa­nı­mız­dı,

Dün­ya­da şa­nı­mız­dı,

Azər­bay­ca­nı­mız­dı!

Azər­bay­ca­nı­mız­dı!...

26.XII.1999


CAN AZƏR­BAY­CAN


Ba­ğı­rın par­ça­lan­dı hey qəl­pə-qəl­pə,

Gə­da­lar bəy ol­du, kül­lük­lər tə­pə,

Ver­di ba­şı­mız­dan dər­di­miz lə­pə,

Ya­ğı­lar ta­pıl­dı elə qan sə­pə,

Ne­cə qa­ra gəl­di an, Azər­bay­can,

Ey yur­dum, və­tə­nim, can Azər­bay­can.


Qaç­qın ki­şi­lə­ri gör­dü gö­zü­müz,

Öy­rən­di ya­la­na hər gün üzü­müz,

Şir ol­duq tək­lik­də özü-özü­müz,

Dağ­la­rı aşır­dı dil­də sö­zü­müz,

Yo­lun­da az ver­dik can, Azər­bay­can.

Ey yur­dum, və­tə­nim, can Azər­bay­can.


Çıx­dı əli­miz­dən yurdlar bir­bə­bir,

Elə bir-bi­ri­nə di­lə­dik sə­bir,

Ya­ğı­lar bir­lə­şib ol­du­lar əl­bir,

Düş­mə­nin əlin­dən düş­mə­di xəl­bir,

De­di­lər, partla­yıb yan Azər­bay­can.

Ey yur­dum, və­tə­nim, can Azər­bay­can.


Biz Qa­ra­bağ tə­ki yur­du itir­dik,

İçi­miz­də olan qur­du itir­dik,

Dö­yü­şə atıl­dıq or­du itir­dik,

Ba­ba­lar cah-cə­lal qur­du, itir­dik,

Gəl bu it­ki­lə­ri san, Azər­bay­can!

Ey yur­dum, və­tə­nim, can Azər­bay­can.


Dər­bənd, Təb­riz qə­rib, İrə­van ya­ğı,

Bo­ğaz­dan yu­xa­rı söz­lər ba­ya­ğı!

Ha­nı ər ki­şi­lər, yur­dun da­ya­ğı?

Əli­miz saz ça­lır, di­li­miz ağı,

Bu­mu şə­rəf, na­mus, şan, Azər­bay­can?

Ey yur­dum, və­tə­nim, can Azər­bay­can.


Bir olub ya­ğı­nın kök­sün oy­ma­dıq,

Baş­bi­lə­ni­mi­zi ya­xın qoy­ma­dıq,

Bir-bi­rin tə­rif­dən bir an doy­ma­dıq,

Dər­din bö­yük­li­yin ni­yə duy­madıq?

Ax­dı sel­lər tə­ki qan, Azər­bay­can.

Ey yur­dum, və­tə­nim, can Azər­bay­can.


Sə­nə hiy­lə qur­du düş­mə­nin əli,

Haq­qın söy­lə­yə­nə de­di­lər, də­li.

Yıx­dı evi­mi­zi «baş üs­tə», «bə­li»,

Çök­dü ba­ba­mı­zın qey­rət tə­mə­li!

Bat­dı göy­lə­rin­də dan, Azər­bay­can.

Ey yur­dum, və­tə­nim, can Azər­bay­can.


Əl­lər­də qa­lıb­dı sə­adə­ti­miz,

Ümi­də əl açıb iba­də­ti­miz,

Bir-bi­ri­nə ya­ğı bir adə­ti­miz,

Öz­gə­ni sev­mək­di sə­da­qə­ti­miz,

De­mi­rəm bun­la­rı dan, Azər­bay­can.

Ey yur­dum, və­tə­nim, can Azər­bay­can.


Olub bu dərdlər­dən Şa­di­man xəs­tə,

Söy­lər qəm­lə­ri­ni di­li ahəs­tə,

Tö­kər dərdlə­ri­ni ka­ğız­lar üs­tə,

Sən mən­dən bu şi­rin ca­nı­mı is­tə,

Ey­lə­yib kön­lü­mü şan, Azər­bay­can.

Ey yur­dum, və­tə­nim, can Azər­bay­can.

12.Xll.1999.
VƏ­TƏN­Dİ
Də­rə­siy­lə, or­ma­nıy­la, da­şıy­la,

Ba­ha­rıy­la, pa­yı­zıy­la, qı­şıy­la,

İs­la­na­ram axan o göz ya­şıy­la,

İsi­də­rəm ürə­yi­min ba­şıy­la!

Ha­ra­yı­ma, fər­ya­dı­ma ye­tən­di.

Can­dan əziz, can­dan şi­rin və­tən­di.


Ba­şım üs­tə əsən sə­rin ye­lim­di,

Oca­ğım­dı, mə­ka­nım­dı, elim­di,

Di­li, mə­nim ötən tu­ti di­lim­di,

Dağ­dan aşan, ha­ray çə­kən se­lim­di,

Ürə­yi­min gü­şə­sin­də bi­tən­di.

Can­dan əziz, can­dan şi­rin və­tən­di.


Gəz qür­bə­tin də­rə­si­ni, dü­zü­nü,

Qə­rib­lik­də kim ta­pıb­dı özü­nü?

Qo­par­dar­lar ürə­yi­nin kö­zü­nü,

Öz di­lin­də de­yər­sən­mi sö­zü­nü?!...

Adın, sa­nın yad el­lər­də itən­di.

Can­dan əziz, can­dan şi­rin və­tən­di.


Və­tən dər­di sa­ğal­ma­yan bir ya­ra!

Çə­kər sə­ni qür­bət el­də dərd da­ra,

Sa­hib ol­san min sər­və­tə, min va­ra,

Qə­rib­lik­də ölən­lə­rə yurd ha­ra?

De­mə nis­kil, de­mə hic­ran ötən­di.

Can­dan əziz, can­dan şi­rin və­tən­di.


Ya­ğı əl­də o yurd, yu­va qal­ma­sın,

Xal­qı­mı­za qoy göz da­ğı ol­ma­sın,

Ürək­lər­də qey­rət eş­qi sol­ma­sın,

Elim de­yib, ana­lar saç yol­ma­sın!

Qey­rət ilə, na­mus ilə yurd tən­di.

Can­dan əziz, can­dan şi­rin və­tən­di.


Şə­rəf his­si hər bir hissdən baş olub,

Şu­şa, La­çın zir­və­lə­rə qaş olub,

Əsir dü­şüb aləm­lə­rə faş olub!...

Ni­yə bi­zim ürə­yi­miz daş olub?!

Kö­kü­müz ki, bir bə­dən­di, bir tən­di,

Can­dan əziz, can­dan şi­rin və­tən­di.


Tor­paq eş­qi heç çıx­ma­sın ürək­dən,

Azal­ma­sın, əs­kil­mə­sin di­lək­dən,

Ya­ğı ba­şın açıl­ma­sın kə­lək­dən,

Heç bir işin dü­zəl­mə­sin fə­lək­dən,

Hər cür hiy­lə, hər cür fit­nə ba­tan­dı.

Can­dan əziz, can­dan şi­rin və­tən­di.


Şə­rəf qa­taq, şöh­rət qa­taq anı­na,

Qoy ca­nı­mız fə­da ol­sun ca­nı­na,

Qur­ban olaq şə­hi­di­nin qa­nı­na!

Yurd mə­za­rın, yurd anan­dı, atan­dı,

Can­dan əziz, can­dan şi­rin və­tən­di.

11-12.Xll.1999.


EY VƏ­TƏN
Sə­nə can de­mi­şəm, can can­dan şi­rin,

Ey və­tən, bir söy­lə bu eş­qin sir­rin,

Par­ça­nam, zər­rə­nəm mən sə­nin di­rin,

Ürək­də alı­şan ocaq, ey Və­tən.

Kön­lü­mə ən is­ti qu­caq, ey Və­tən.
Sə­nin tor­pa­ğı­nın da­şı olum mən,

Od­lu bə­bə­yi­nin ya­şı olum mən,

Ya­nan ürə­yi­nin ba­şı olum mən,

Qür­bət­lər için­də öl­kəm, ey Və­tən.

Sən Kə­bəm, Nə­cə­fim, Mək­kəm, ey Və­tən.
Da­ğı­na, dü­zü­nə vur­ğun­du ca­nım,

Sə­nə ad ve­ri­lib Azər­bay­ca­nım,

Dü­şüb oca­ğı­na odun­da ya­nım,

Qa­rış­sın zər­rə­nə kü­lüm, ey Və­tən.

Mən sə­nin qoy­nun­da ölüm, ey Və­tən.
Sə­nə göz di­kə­nin gö­zü kor olar,

Sə­nə kəm ba­xan­lar, bil nan­kor olar,

Odun­dan alı­şan si­nəm qor olar,

Sön­məz mə­zar­da da odum, ey Və­tən.

Na­mu­sum, şə­rə­fim, adım, ey Və­tən.
Ya­ğı si­nə­si­nə sər­və­tin ox­du,

Dün­ya­lar için­də heç ta­yın yox­du,

Evin­də xa­inin, sat­qı­nın çox­du...!

Artma­sın yox­su­lun, acın, ey Və­tən.

Ba­şın­dan düş­mə­sin ta­cın, ey Və­tən.
Tan­rı şad ey­lə­sin hər dəm bax­tı­nı,

Şə­rə­fə çat­dır­sın ər­lər tax­tı­nı,

Şad­lı­ğa ca­la­sın ta­le vax­tı­nı,

Əy­sin zə­fər­lə­rin ya­dı, ey Və­tən.

Ola­san dün­ya­nın da­dı, ey Və­tən.
Sə­nə can de­mi­şəm, sən can­dan əziz,

Azə­rim, Od yur­dum odun­du hər iz,

Odun­dan yuğ­ru­lub Xə­zə­rin-də­niz,

Di­lim­dən uca­lan du­am, ey Və­tən.

Ka­ham, ko­mam, som­yəm, yu­vam, ey Və­tən.
Şa­di­man kök­sün­dən get­məz uza­ğa,

Üs­tü­nə sər­vət­lər, döv­lət­lər ya­ğa,

Var­lı­ğım vü­cu­dum düş­sün aya­ğa!

Öy­rən­sə yad ye­rə gö­züm, ey Və­tən,

Gül­mə­sin dün­ya­da üzüm, ey Və­tən.

Gül­mə­sin dün­ya­da üzüm, ey Və­tən.

24.Xl.1999.
AL­ÇAL­MA MİL­LƏ­TİM
Qalx, ey və­tə­ni­min oğ­lu, qı­zı.

Sön­mə­sin göy­lər­də o bəxt ul­du­zu.

De­yən çox çə­kil­di ya­ğı­nın na­zı,

Qı­lınc, qal­xan ol­sun bu yur­dun sa­zı,

Gö­zü­nün ya­şı­nı dön­dər­mə se­lə,

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.


Sə­nin tə­pi­yin­dən od çıx­sın gə­rək,

İçin­də qor­xu­nu haqq yıx­sın gə­rək,

Şey­tan ya­ra­sın­dan qan ax­sın gə­rək,

O şər pə­ri­si­ni ruh yıx­sın gə­rək,

Nə­rən ha­ray sal­sın be­lə­dən be­lə.

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.


Sən özün ya­ğı­nın gö­zün tö­kər­sən,

Şa­hin­ tək si­nə­si üs­tə çö­kər­sən,

Sa­va­şa atı­lıb he­sab çə­kər­sən,

Düş­mə­nin ba­şın­da turp da əkər­sən,

Dur, yı­ğış, ha­ra­yın qoy düş­sün elə!

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.


Sən Al­lah, yad din­dən pə­nah ara­ma,

Dərd sə­nin, çək­mə­sən sa­bah ara­ma,

Səhv bi­zim, öz­gə­də gü­nah ara­ma,

Aha bat­mış­la­ra min ah ara­ma!

Sə­nin yal­va­rı­şın bən­zər bir ye­lə,

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.


Coş­sun sa­vaş eş­qi bir di­lək ki­mi,

Ya­ğış­dan son­ra­kı gö­bə­lək ki­mi,

Dər­di qu­caq­la­ma sən bə­lək ki­mi,

Dur­ma səc­də­sin­də ya mə­lək ki­mi,

Bı­çaq vur si­nə­də sız­la­yan te­lə,

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.


Ro­ma Pa­pa­sın­dan di­lə­din im­dad,

Qa­na nə edə­cək o yad oğ­lu yad?

Qop­sun ürə­yin­dən bir də­li fər­yad,

Şər ma­cal tap­ma­sın ey­lə­mə­yə dad,

Dün­ya­nı tit­rət­sin qə­zə­bin elə,

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.


Aman­dı, itir­mə şə­rəf yo­lu­nu,

Ax­tar sa­vaş­lar­da itən qo­lu­nu,

Biç qı­lın­cın ilə qan­qal ko­lu­nu,

Unut­ma hə­yat­da o sağ, so­lu­nu,

Sal­ma öz dər­di­ni ağı­za, di­lə,

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.


Bəs­dir, öz­gə­lər­dən kö­mək di­lə­din,

Ki­şi vu­ru­şu­na əmək di­lə­din,

Bu haqq sa­va­şın­da mə­lək di­lə­din,

Dər­di­ni bük­mə­yə bə­lək di­lə­din,

Ürək­siz dün­ya­dan ürək di­lə­din!...

Ar­xa­lı ol­ma­ğa di­rək di­lə­din,

Kö­mə­yi özün­də gəl ax­tar hə­lə,

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.


Qa­dın­lı, ki­şi­li xalq qi­sas al­sın,

Qoy qor­xa­ğın öl­sün, igi­din qal­sın,

Dö­yü­şə atıl­sın qə­lə­bə çal­sın,

Haq­qın bay­ra­ğıy­la haq­qa ucal­sın,

Bü­tün Azər­bay­can şər­dən bac al­sın,

Şan­lı is­tiq­la­la Rəbbdən tac al­sın,

Qal­ma­sın yur­du­muz o xa­in ələ,

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.


Ürə­yi alı­şır Şa­di­ma­nın da,

Qi­sas ha­va­sı var, co­şan qa­nın­da,

Sa­va­şa dur­ma­ğa ha­ray ca­nın­da,

Mə­ni də hiss ey­lə, VƏ­TƏN, ya­nın­da!

Haqq öz ye­rin ta­par dö­yüş anın­da...

Sal­ma kə­dər­lə­rin sa­za­ğın te­lə,

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.

Al­çal­ma mil­lə­tim, al­çal­ma be­lə.

23.05.2002.

ŞA­İRİ­MİZ



Bəx­ti­yar Va­hab­za­­
Ar­tır gün­dən-gü­nə el möh­nə­ti,

Ha­ram ye­yən­lə­ri­nin qüd­rə­ti,

Sa­tı­lır məm­lə­kə­tin sər­və­ti,

Qul olub ac-ya­la­vac mil­lə­ti,

Nə­di bu kö­lə­li­yin niy­yə­ti?

Dü­şüb aya­ğa və­tən hör­mə­ti,

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Ni­yə Xu­da ve­rir qə­mi bi­zə?

Bəxş edir bu ağ­lar də­mi bi­zə,

Üz-gö­zü bu­la­yan nə­mi bi­zə,

Ver­mə­di bir şi­rin tə­mi bi­zə,

Yox­mu heç bir do­lu zə­mi bi­zə?

Gül­dü­rür hey bu alə­mi bi­zə,

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Duy­dum Sa­bir tə­ki fər­ya­dı­nı,

Çox qü­rur­la çə­ki­rəm adı­nı,

Eşi­də Rəbb elə im­da­dı­nı,

Yad edə bu və­tən öv­la­dı­nı,

Gör­mü­rəm in­di elin şa­dı­nı,

Al­ça­lır mil­lə­tin qız, qa­dı­nı...

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Der­lər ki, tü­kən­məz va­rı­mız,

Ni­yə ar­tır elə ah-za­rı­mız?

Bit­mir­mi tar­la­da dən, da­rı­mız

Yox olub əh­di və il­qa­rı­mız,

Dü­şüb ayaq­la­ra vü­qa­rı­mız,

Yet­mə­yir mil­lə­tə heç ka­rı­mız,

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Get­di əl­dən Qa­ra­bağ gül­za­rı,

Artdı ci­gə­ri­mi­zin aza­rı,

Və­tə­ni et­di­lər qul ba­za­rı,

Ba­tı­rır­lar si­nə­də hə­za­rı,

An­dı­rır bu öl­kə bir mə­za­rı,

Ağ­la­dır hey hə­qi­qi ya­za­rı,

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Yan­dı­rar qəl­bi­mi­zi söz­lə­rin,

Qəm gir­da­bı­na tuş göz­lə­rin,

Tö­kü­lür və­rəq­lə­rə köz­lə­rin,

Qa­la­caq şe­ir­də pak iz­lə­rin,

Ge­cə­dən çox qə­mi gün­düz­lə­rin,

Sən bö­yük şa­iri­sən biz­lə­rin,

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Xu­da qo­ya bir haq­qı yo­lu­na,

Ve­rə qüd­rə­ti, gü­cü qo­lu­na,

Məm­lə­kə­tin xi­la­sı bu­lu­na,

Ba­xı­la diq­qət ilə sağ, so­lu­na,

Dər­di­mi­zə bir ça­rə olu­na,

Kaş ta­pı­la əlac el ha­lı­na,

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Yox­dur elin ça­dır­lar­da gü­nü,

Açan yox­mu bu til­sim dü­yü­nü?

Ba­tır xəl­qi­mi­zin iç­də ünü,

Çı­xar­maq ol­mur xö­rək iyi­ni,

Kəs­di­lər bu mil­lə­tin he­yi­ni,

Ta­la­yır bu mü­si­bət be­yi­ni,

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Gün­bə­gün­dən bu və­tən ac ol­du,

Bu ne­cə dərdlə­rə əlac ol­du?

Əc­nə­bi­yə va­rı­mız tac ol­du,

Şə­rə­fi­miz ya­man hə­rac ol­du,

Bir qa­rın çö­rə­yə din xaç ol­du,

Bu mil­lət ni­yə na­əlac ol­du?

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Gül­mə­yir üzü­müz heç Xu­da­dan,

Ni­yə qur­tul­ma­yı­rıq qa­da­dan?

Ha­ram ye­yən ya­pı­şıb əda­dan,

Tel­lə­nir hər cü­rə xoş sə­da­dan,

Qo­pur fər­ya­dı­mız can oda­dan,

Ha­ra qa­çım ge­dim de ada­dan?

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Bi­zə ça­tan­da za­man qan ol­du,

Elə fə­qa­nə dü­şən can ol­du,

Mil­lə­tin dər­di­nə bür­yan ol­du,

Məm­lə­kət so­yul­du, ür­yan ol­du,

Tap­da­nan ayaq­da ad-san ol­du,

Ci­yə­ri­miz ni­yə şan-şan ol­du?!

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Ne­cə qa­nə ba­tıb tor­pa­ğı­mız,

Sa­ra­lır ba­ğı­mız, yar­pa­ğı­mız,

Şi­şir si­nə­də hey qəm da­ğı­mız,

Ola­caq­mı gö­rən xoş ça­ğı­mız?

Pə­ri­şan­dı hə­lə bay­ra­ğı­mız,

Ba­xır qəh-qəh çə­kir bəd ya­ğı­mız,

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Bir ço­xu lap gü­na­ha su­va­şır,

Ta­lı­yan­lar da zir­və­lər aşır,

Ye­nə də dərdlə­ri­miz baş aşır

Tü­kə­nib el­də sə­bir də da­şır,

Şər­lə şey­tan elə pı­çıl­da­şır,

Ya­ğı, düş­mən ya­ra­mı­zı qa­şır,

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.


Şa­di­ma­nı qı­na­yır hər ye­tən,

Can­dan əziz olur ana və­tən,

Odu si­nə­miz için­də bi­tən,

Nə gə­lər ki, elə dün­ya­da tən?

Olub ru­hu­mu­za əbə­di tən,

Bə­də­ni­miz ona ola­caq dən,

Ey ürə­yi ya­nan şa­iri­miz,

Və­tən dər­di­ni anan şa­iri­miz.

6.02.2002.


Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə