Гур`анла мүалиҹӘ



Yüklə 1,93 Mb.
səhifə3/30
tarix30.12.2017
ölçüsü1,93 Mb.
#18755
1   2   3   4   5   6   7   8   9   ...   30

Bəqərə” surəsi


(Fustatul Qur`an)
Ayətəl kürsi.

1-Əli ibn Ubəyy Həmzə Əlbətaini Hüseyn ibn Ubəyy Əlaidən və oda Ubəyy Bəsirdən, o isə imam Cəfər Sadiqdən (ə) nəql edir. Həzrət buyurdu: Hər kəs Bəqərə və Ali-İmran surəsini oxusa, Qiyamət günü bu iki surə, iki bulud və yaxud iki əba (çuxa), ya da iki gölgə kimi onun üçün kölgə salacaqdır.



2-Ubəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni (Bəqərə) oxusa Alllahın rəhmət və salamı olsun. Ona Allah yolunda fədakarcasına keşik çəkən sərhədçilərin savabını verərlər. (İbn Kə`b) yenədə deyir: Peyğəmbər (s.ə.v.v) mənə buyurdu: Ey Ubəyy müsəlmanlara de Bəqərə surəsini oxusunlar. Çünki, onu oxuyub öyrətmək bərəkətin nazil olmasına, və onu (oxumağı) tərk etmək həsrətə səbəb olar. Sehrkarların onu batil etməyə qüdrəti çatmaz. Səhl ib Səəd deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: hər kəs bir şey üçün qala vardır, Qur`anın qalası isə Bəqərə surəsidir. Bu surə gündüz hər bir evdə oxunsa, şeytan üç gün o evə daxil olmaz. Əgər onu gecələr oxusa, üç gecə o ev şeytanın oraya daxil olmasından amanda qalar. Rəvayət olunub ki, günlərin birində Rəsuli-Əkrəm (s.ə.v.v) bir dəstəni müəyyən olunmuş yerə göndərdi. Sonra isə özü onların arxasında getdi. Qur`andan nə qədər əzbər etdiklərini onlardan birbə-bir soruşdu. Axırda növbə hamıdan azyaşlı olan bir cavana gəlib çatdı. O Rəsuli-Əkrəmin (s.ə.v.v) sualının cavabında Qur`anın bir hissəsini və Bəqərə surəsini əzbər etdiyini bildirdi. Sonra Həzrət üzünü cəmiyyətə tutub dedi: İndi isə gedin və bu cavan sizin Əmrinizdir (başçınız). Onlar dedilər: Ya Rəsuləllah, o bizim hamımızdan uşaqdır! Həzrət buyurdu: Bəli elədir, lakin o Bəqərə surəsini əzbər bilir. Onlar yenədə Rəsuli-Əkrəmdən (s.ə.v.v) soruşdular. Qur`anın hansı surəsi o biri surələrdən əfzəldir? Həzrət buyurdu: Bəqərə surəsi.

3-İmam Səccad (ə) (Zeynul Abidin) Rəsuli-Əkrəmdən (s.ə.v.v) belə nəql edərək buyurmuşdur: Hər kəs Bəqərə surəsindən Ayətəl kürsünü və onun davamında iki ayəni və həmçinin Bəqərə surəsinin başqa yerindən üç ayəni oxusa, nə ona bir pislik yetişməz və nədə ki, Şeytan ona yaxınlaşa bilməz. "Allahu la ilahə illa huvəl həyyul qəyyum. La `xuzuhu sinətun vəla nəvm: Ləhu mafisissəmavati maa fil-ərz. Mənzəlləzi yəşfəu indəhu illa biiznih. Yəələmu Mabəynə əydihim ma xəlfəhum, vəla yuhitunə bişəy`in min elmihi illa bimaşaə Vəsiə Kursiyyuhus-səmavati vəl`ərz. Vəla yəuduhu hifzuhuma huvəl Əliyyul Əzim 255 La ikrahə fiddini qəd təbəyyənərruşdu minəl ğəyy. Fəmən yəkfur bittağuti yu`min billahi fəqədistəmsəkə bil`urvətil vusqa lən fisamə ləha, vəllahu Səmiun Əlim. 256. Allahu vəliyyulləzinə amənu yuxricuhum minəz-zulumati ilənnur. Vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricuhum mənən-nuri iləz-zulumat. Ula`ikə Əshabun-narihum fiha xalidun. 257.

4-İbrahim ibn Məhzum deyir bir kişi belə dedi: İmam Rzadan (ə) eşitdim ki, buyurdu: Hər kəs yatan zaman Bəqərə surəsini oxusa, Allahın iradəsi ilə o iflic xəstəliyinə giriftar olmaz. Əgər onu hər namazdan sonra bir kəs oxusa, heç bir ziyanverici ona ziyan vurmaz.

5-Əli ibn Hüseyn (ə) Allahın Rəsulundan (s.ə.v.v) hədis rəvayət edərək buyurdu: Hər kəs Bəqərə surəsindən dörd ayəni, “Ayətəl-kürsü”nü və onun ardınca iki ayəni və ondan sonra həmin surənin sonundan üç ayəni oxusa, o öz canında və malında heç bir narahatlıq görməz, div ona yaxınlaşmaz, və Qur`anı unutmaz.

İmam Sadiq (ə) buyurdu: Əgər bir kəs bu " iz cəllən bəytə məsabətən linnasi əmənən vəttəxizu min məqami İbrahimə musəlla. Vəəhidina ila İbrahimə İsmailə ən təhhirə bəyti littaifinə vəl akifinə rukkəis-sucud. (125) ayəni yatan zaman oxuya və Allahdan müəyyən bir vaxtda oyanmasını istəyə, bu əməl hasil olacaqdır.

Təcrübə yolu ilə sabit olmuşdur ki, hər kəs aşağıdakı ayəni üç dəfə oxusa, və onun əvvəlində və axırında Peyğəmbərə salavat göndərsə, ruzinin çoxalmasına və kilidlərin (düyünlərin) açılmasına səbəb olar. Ayə-"Vəmən yəttəqillahə yəcəl ləhu məxrəcən. yərzuqhu min həysu la yəhtəsibu. mən yətəvəkkəl ələllahu Fəhuvə həsbuhu. İnnəllahə baliğu əmrihi qəd cəələllahu likulli şə`yin qədrən." –Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bəqərə surəsini öyrənin! Çünki oxumaqlıq bərəkət, tərk etmək isə həsrət gətirər. Sehrkarlar bu surəyə yol tapa bilməzlər. Sonra Həzrət yenə buyurdu: Bu surəni oxuyan şəxsə Allahın rəhmət və salamı olsun.

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Ya Əli (ə) bu ayə (ayələr) oxunan evin yanına ləənətlənmiş iblis üç gün yaxın gələ bilməz. Və yaxud qırx gecə-gündüz heç bir cadu o evə daxil olmaz. Sonra Həzrət yenə buyurdu: Ey Əli (ə) bu ayəni (Ayətəl kürsünü) övladlarına və qonşularına öyrət. Çünki bundan üstün ayə nazil olmamışdır.

Hər kəs ayəni (“Ayətəl-kürsü”nü) yatan zaman oxusa, Allah-taala onun ailəsini və ətrafında olan bir neçə qonşularını şeytanın şərrindən amanda saxlayar.

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs evindən çıxanda bu ayəni (“Ayətəl-kürsü”nü) oxusa, evinə qayıdıb gələnə qədər onun bağışlanması üçün Allah-taala yetmiş min Mələyi mə`mur edər. Evinə gəlib çatdıqda isə, fəqirliyi ondan uzaqlaşdırar.

Əmr ibn Ubəy Əlmiqdam deyir: İmam Məhəmməd Baqirdən (ə) eşitdim belə buyurdu: “Ayətəl-kürsü”nü oxumaq min ədəd dünyəvi pislikləri (çətinlikləri) və min ədəd üxrəvi (axirətdə) çətinlikləri aradan aparar ki, ən çətin şey dünyada fəqirlik, (kasıblıq) axirətdə ən dözülməz şey isə sıxıntısıdır.

Əbdullah Ubəyy Cəfər deyir: Mən elə bir dərdə mübtəla oldum ki, təbiblər onu əlac etməkdən aciz qaldılar. Bir gecə incik halda bu haqda fikirləşirdim ki, iki kişi mənim qarşımda dayanıb deyirlər: Bu kişi elə bir ayəni oxudu ki, onda üç yüz altımış beş (365) rəhmət vardır. İndi bu rəhmətdən biri o kişiyə şamil oldu. Mən yuxudan oyandım və özümün o dərddən nicat tapdığımı gördüm.

İsbəğ ibn Nəbatə bir hədisdə Əlidən (ə) belə nəql edir. Bir kişi o cənabın xidmətinə təşrif gətirdi (gəldi) və dedi: Mənim qarnıma sarı su yığılıb, görəsən mənim dərdimə şifa var? Həzrət buyurdu: Bəli dinar və dirhəm xərcləmədən. Söylədi axı necə? Həzrət buyurdu: “Ayətəl-kürsü”nü qarnına yaz, sonra onu yuyub suyunu iç. Allahın izni ilə şifa tapacaqsan.

Bu ayəni (“Ayətəl-kürsü”nü) on dəfə (14) xəstə adama oxusanız, inşa Allah şifa tapacaqdır.

Hər kəs günəş qurub edən (batanda) vaxt bu ayəni (“Ayətəl-kürsü”nü) qırx bir dəfə oxusa onun hacəti rəva olar (verərlər).

Özünüzün və nəslinizin bəlalardan sağ-salamat qalması üçün bu ayəni qırx (40) dəfə Əliyyul Əzimə kimi oxuyun (təcrübə olunub).

Böyük şəxsiyyətlərin yanında izzətli və hörmətli olmaqdan ötrü Ayətəl kürsünü üç dəfə oxuyub, əllərinin içinə pilə və üzünə çək.

Gözün nuru olmasından ötrü hər namazdan sonra əllərini gözlərinə qoyub, bir dəfə həmd surəsini və “Ayətəl-kürsü”nü oxusun. Sonra bu duanı desin. "Uizu nurə bəsəri binuril-lahilləzi la yətfa."

Bu surə və ayələrdə İsm Əzzəm (Allahın əzəmətli adları) çox gözə çarpır. O cümlədən, həmd, Tövhid, “Ayətəl-kürsü”, Şəhidəllah, Qul allahummə, amənərrəsul, həşr surəsinin sonu və Bismillahir-rəhman-nirrəhim, onlardandır.

Deyirlər, Qurdların və çəyirtkələrin ziyan vurmasından ötrü “Ayətəl-kürsü”nü yazıb bağın dörd guşəsində basdırın.

Deyirlər ki, “Ayətəl-kürsü”nü üç dəfə suya oxusun, sonra üzünü o su ilə yusun, və iki rük`ət namaz qılsın. Hər rükətdə bir dəfə həmd surəsini və “Ayətəl-kürsü”nü oxusun. Hər mətləbi olmuş olsa, inşaallah hasil olar.

Deyirlər ki, hər kəs “Ayətəl-kürsü”nü oxuyub öz qoluna bağlasa hara getsə əziz və hörmətli olar.

Deyirlər ki, hər kəs “Ayətəl-kürsü”nü oxuyub şirin nara üfürüb, dörd aydan sonra onu hamilə qadına versəniz, onun uşağı oğlan olacaqdır.

Salman Farsi Allahın Rəsulundan (s.ə.v.v) bir hədisdə nəql edir ki, Həzrət belə bu yurdu: Hər kəs “Ayətəl-kürsü”nü zəfəranla sağ əlinin içinə yazıb onun suyunu dili ilə yalasa, və bu işi yeddi dəfə təkrar etsə, heç vaxt bir şeyi unutmaz. Mələklərdə onun bağışlanmasını istəyərlər.

Deyirlər ki, müşkil və böyük çətinliklər üz verəndə, “Ayətəl-kürsü”nü on iki dəfə oxumaq faydalıdır.

-Allah-taala bir kəsə təzə paltar əta etsə (olsa), dəstəmaz alsın, iki rük`ət namazı həmd və “Ayətəl-kürsü”, Qulhuvəllah və inna ənzəlna ilə oxusun. Sonra Allaha onun övrətini örtməsinə və xalq arasında onu zinətləndirdiyə xatir şükr etsin. Və bu sözləri, "La həvlə la quvvətə illa billahil Əliyyil əzim." çoxlu təkrar etsin ki, günaha düçar olmasın. Onun bu əməlinə xatir hər sapın sayı qədər Mələk onun bağışlanmasını və rəhmətə şamil olmasını tələb edib, onun üçün həmd-səna edərlər.

Hər zaman bir kəsin gözü ağrısa, “Ayətəl-kürsü”nü düzgün e`tiqadla oxusun. İnşallah şifa tapar.

(Amənər-Rəsul):

1-Bəqərə surəsinin sonundakı ayələr həm Qur`andır, həm dua və həmdə ki, Allahın razılığı. Bir hədisdə vardır ki, günlərin birində Allahın Rəsuluna (s.ə.v.v) dedilər: Sabit ibn Qeys Şəmasın evindən nur kimi bir çıraq (işıq) saçır. Həzrət buyurdu: O Bəqərə surəsini oxuyur. Ona (Sabitə) dedilər: Gecələr sən sarayında (otaqında) nə oxuyursan? O dedi: Bəqərə surəsinin sonunu (Amənər-Rəsulu).

2-Hər kəs işa namazından sonra Bəqərə surəsinin sonundan iki ayəni (Amənər-rəsulu surənin sonuna kimi) oxusa, elə bil ki, bütün gecəni ehya saxlamışdır.

3-Hər kəs (Bəqərə surəsinin sonundan) iki ayəni oxusa, Şeytan üç gecə onun evinə yaxın gəlməz.

4-Deyirlər ki, əgər bir kəs Amənər-rəsul ayəsini pak bir qaba yaza, və onu şirin çayla yuya, sonra onu acqarına içsə, hafizəsi çox güclənəcəkdir.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə