Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


Peşəkar və yaşlıların təhsilinin təmin edilməsi



Yüklə 285,04 Kb.
səhifə7/8
tarix04.11.2017
ölçüsü285,04 Kb.
#8136
1   2   3   4   5   6   7   8

Peşəkar və yaşlıların təhsilinin təmin edilməsi

Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinin başlıca məqsədi dövlət qulluğu sahəsində Gürcüstanın etnik azlıqlarla məskunlaşmış və yüksək dağlıq regionlarında dövlət qulluqçularının peşəkarlıq səviyyəsini yüksəltmək yolu ilə kadr çatışmazlığını aradan qaldırmaq, eləcə də etnik azlıqların kompakt yaşadığı regionlarda dövlət qulluqçularının, dövlət müəssisələrinin digər əməkdaşlarının vahid dövlət məkanına inteqrasiyasını dəstəkləməkdən ibarətdir. yerli özünüidarə orqanlarının bələdiyyə Qamqeobası və Sakrebulosunun işçiləri, yerli özünüidarə tərəfindən idarə edilən kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin əməkdaşları, diyar administrasiyaları, Təhsil Nazirliyinin resurs mərkəzləri və dövlət məktəblərinin əməkdaşları məktəbin hədəf qruplarını təşkil edirlər.


Dövlət idarəçiliyi və inzibatçılığı proqramı”



  • Məktəb tərəfindən yeni ixtisas kursu –İctimaiyyətlə əlaqələr və kommunikasiya işlənib hazırlandı və həyata keçirildi.

  • Həmçinin -İnfrastruktur layihələrinin texniki təminatı və idarə edilməsi üzrə yeni ixtisas kursu işlənib hazırlandı, ;

  • Hər bir kursun (dövlət təşkilatlarının idarəsi; dövlət qulluqçuları üçün maliyyə menecmenti və daxili audit; dövlət satınalmaları; insan resurslarının idarə edilməsi və ictimai sektorda işlərin icraatı, ictimaiyyətlə əlaqələr və kommunikasiya) modullarının effektiv surətdə keçirilməsi üçün dəvət edilmiş qonaq rubrikası yaradıldı (konkret ixtisaslar üzrə müvəffəqiyyət qazanmış və təcrübəli insanlar dəvət edilmiş qonaq statusundan faydalanırlar);

  • Hər bir kurs üçün tədris dərslikləri hazırlandı və çap edildi;

  • Tədris proseslərinin idarə edilməsi şurası tərəfindən dinləyicilərin qiymətləndirilməsi üzrə yeni sistem təzələndi və təsdiqləndi ki, buna əsasən də sertifikat almaq üçün lazımi xalların miqdarı artdı;

  • SDC qrupu ilə əməkdaşlıq nəticəsində dövlət idarəçiliyi və inzibatçılığı proqramının tədrisinin təşkili prosedur işlənib hazırlandı;

  • Kompüter texnologiyalarını öyrənən baza proqramının yaradılması tələbatı ilə bağlı qərarın tədqiqi keçirildi ki, bu proses çərçivəsində dövlət qulluqçularının maraq göstəricilərini təyin etmək və kompüter üzrə savadlılıq səviyyəsini müəyyənləşdirmək üçün regionlarda oxşar kursların mövcudluğu barədə informasiya əldə edildi,;

  • Kompüter texnologiyalarının öyrənilməsi üzrə baza proqramı işlənib hazırlandı və 4 regional tədris mərkəzində (Axalkalaki, Marneuli, Qardabani və Dmanisi) tətbiq edildi;

  • Kompüter texnologiyalarının öyrənilməsi üzrə baza proqramı təlimçilərinin seçim müsabiqəsi keçirildi və nəticədə 4 müəllim seçilmiş oldu. Onlara tədris kursunun həyata keçirilməsi ilə bağlı 2 günlük treninq keçirildi ;

  • Samsxe-Cavaxeti regionunda, Samsxe-Cavaxeti Dövlət Qəyyumu-Qubernatoru Administrasiyası ilə əməkdaşlıq və Samsxe-Cavaxeti Dövlət Universiteti ilə partnyorluq çərçivəsində məktəb pilot layihəni – “Kargüzarlığın avtomatlaşdırılmış sistemində (Edocument) əməliyyatlar üzrə tədris kursu”nu həyata keçirdi və bunun çərçivəsində bələdiyyələrdə işləyən yerli özünüidarələrin 78 qulluqçusunun yenidən hazırlanması prosesi baş tutdu. Həmçinin treninq çərçivəsində, bilavasitə bələdiyyələrin inzibati vahidlərində yerli özünüidarə orqanlarında işləyən 500-ə qədər qulluqçunun yuxarıda qeyd edilmiş məsələlərlə bağlı maarifləndirilməsi həyata keçirildi.

  • Dövlət idarəçiliyi və inzibatçılığı proqramı çərçivəsində 360 dövlət qulluqçusu təkmilləşdirildi;

  • Kompüter texnologiyalarını öyrənən baza proqramı çərçivəsində 48 dövlət qulluqçusu yenidən hazırlıq keçdi ;

  • Dövlət idarəçiliyi və inzibatçılıq proqramını yekunlaşdırmaq məqsədilə proqrama qoşulmuş təlimçilərin də iştirakı ilə 3 günlük görüş keçirildi .


Dövlət dili biliklərinin yaxşılaşdırılması


Gürcü dilini bilmək məsələsi hələ də ciddi problem olaraq qalmaqdadır. Bu istiqamətdə hesabat dövründə də əvvəlki illərin cari proqramlarının həyata keçirilməsi davam etdirildi. Həmçinin, gürcü dilini bilmə səviyyəsini qiymətləndirmə aləti də yaradıldı. Müasir dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsinin unifikasiyası üçün ümumavropa dil siyasəti dil öyrənmənin xüsusi sisteminə əsaslanır, hansı ki, illər ərzində Avropa Şurasında işlənib hazırlanmış və yekunlaşdırılmışdır. (Dil öyrənmə üzrə altı səviyyəli sistem). Yuxarıda qeyd edilmiş sistem gürcü dili üçün yaradılmışdır. Tədrisi linqvistikada dil öyrənmə kompetensiyasının yüksəlməsi növbəti mərhələlərdə öz əksini tapıb: A, B, C, onların hər biri iki əsas səviyyəyə ayrılır A1-A2, B1-B2, C1-C2, detallı bilgi üçün veb səhifəyə baxın: http://geofl.ge/#!/page_doneebi

Gələcək uğurlar naminə gürcü dili” proqramı

Gələcək uğurlar naminə gürcü dili” proqramının məqsədi Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti regionlarının qeyri-gürcüdilli məktəblərində yerli pedaqoqların peşəkar inkişafını dəstəkləməkdən və gürcü dili və ictimai elmlərin tədrisi keyfiyyətini yaxşılaşdırmaqdan ibarətdir.



Hesabat dövründə proqram çərçivəsində aşağıdakı tədbirlər həyata keçirildi:

  • 2015-ci ilin yanvarında ÜHHŞ Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzin “Gürcü dilini ikinci dil kimi öyrədək” və “Gələcək uğurlar naminə gürcü dili” proqramlarının birləşdirilməsi əsasında proqramın sənəd və büdcəsinə yenidən baxış keçirildi. Birləşdirilmiş proqramın adı “Gələcək uğurlar naminə gürcü dili” olaraq saxlanıldı;

  • Yanvar ayında “Gələcək uğurlar naminə gürcü dili” proqramının 88 məsləhətçi-müəllimi üçün Müəllimlik fəaliyyətinə başlama, peşəkar inkişaf və karyera yüksəlişi sxeminin təqdimatı keçirildi;

  • Mart ayında proqramın 21 iştirakçısına onların proqramda iştirakını təsdiqləyən sertifikatlar verildi;

  • Aprel ayında proqramın keçmiş iştirakçılarının siyahısı hazırlandı və magistrlərin statusu və dövlət qrantı haqqında məlumatın yoxlanılması məqsədilə Təhsil keyfiyyətinin yüksəldilməsi milli mərkəzinə göndərildi. Təhsil keyfiyyətinin yüksəldilməsi milli mərkəzindən əldə edilmiş məlumatın emalı əsasında 2014-2015 tədris ilinin yaz semestri üçün proqramın keçmiş 176 iştirakçısı təhsilin magistratura pilləsi üzrə maliyyələşdirildi;

  • Təhsil və Elm Nazirliyinin vasitəçiliyi ilə Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetinin təhsil üzrə yerli resurs mərkəzlərindən məktəblərdə ikinci dil kimi gürcü dili müəllimi vakant yerləri haqqında informasiya sorğusu istənildi;

  • Proqramda iştirak edən məsləhətçi-müəllimlərə uzunmüddətli metodiki kursun I modulu “Müəllimin kompetensiyaları və kurikulumun tələbləri” (12 kontakt saatı ) keçirildi;

  • İyulun 15-dən avqustun 5-ə qədər inteqrasiyalı yay düşərgəsi təşkil edildi, hansına ki, 150 qeyri-gürcüdilli şagird və proqram üzrə 30 məsləhətçi-müəllim cəlb olunmuşdur;

  • Proqram çərçivəsində məsləhətçi-müəllimlərin seçimi müsabiqəsi elan edildi. Müsabiqənin qaydalarına uyğun 86 namizəd seçildi, onlar arasında 67 nəfər keçmiş iştirakçı idi;

  • Proqram çərçivəsində gürcü dili, tarix və coğrafiya fənlərindən köməkçi müəllimlərin seçimi üzrə müsabiqə elan edildi (o cümlədən etnik azlıq nümayəndələrinin də). Müsabiqə qaydalarına əsasən 152 namizəddən 115-i mərkəzlə əmək müqaviləsini imzaladı. O cümlədən onlarda 65 nəfəri keçmiş iştirakçı idi.

  • Müsabiqə qaydalarına əsasən seçilmiş yeni məsləhətçi-müəllimlər axınına (19 dinləyici) aşağıdakı modullar üzrə hazırlıq təlimləri keçirildi:

  • Peşəkar bacarıqlar (18 kontakt saat );

  • “Müəllimin kompetensiyaları və kurikulumun tələbləri” (12 kontakt saat ).

  • Müsabiqə qaydaları əsasında seçilmiş köməkçi müəllimlər axınına (50 dinləyici) aşağıdakı modullar üzrə hazırlıq treninqi keçirildi :

  • Peşəkar bacarıqlar (20 kontakt saat );

  • Müəllimin kompetensiyaları və kurikulumun tələbləri” (12 kontakt saat );

  • İnklüziv təhsil (5 kontakt saat).

  • 2015-2016 tədris ilinin başlanğıcında müsabiqə qaydaları əsasında seçilmiş məsləhətçi-müəllimlər Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetinin tədrisi resurs mərkəzlərindən hədəf məktəblərinə paylandılar (hədəf məktəblərindən daxil olmuş gürcü dilinin ikinci dil kimi tədrisi vakansiyalarını nəzərə almaqla) ;

  • Cari ilin oktyabr ayında müsabiqə qaydaları əsasında seçilmiş 115 iştirakçı Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti regionlarının qeyri-gürcüdilli məktəbləri arasında bölüşdürüldülər;

  • Cari ilin noyabr ayında 103 iştirakçıya proqramda iştirakı təsdiqləyən sertifikatlar verildi ;

  • Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetinin qeyri-gürcüdilli məktəblərinin yerli müəllimləri üçün gürcü dili üzrə kursların keçirilməsi məqsədilə aşağıdakı işlər görüldü:

  • Dil öyrənmənin A1 və A2 səviyyələri üçün tədris kursu işlənib hazırlandı (hansı ki, qeyri-gürcüdilli məktəblərin yerli müəllimləri üçün Müəllimlik fəaliyyəti, peşəkar inkişafı və karyera yüksəlişi sxeminə qatılmaq üçün peşəkar bacarıqlar kursunun ilkin şərtini təşkil edir);

  • Dil üzrə kompetensiyanı müəyyənləşdirmək məqsədilə pretest imtahanı işlənib hazırlandı. Mərkəzin müvafiq ekspert-məsləhətçilərin konsultasiyalarından sonra proqramda iştirak edən məsləhətçi-müəllimlər tərəfindən pretest imtahanının keçirilməsi təmin edildi ;

  • Proqram çərçivəsində qeyri-gürcüdilli məktəblərin yerli müəllimlərinin pretest imtahanı nəticələrinin toplanması və emalı aparıldı;

  • A1 və A2 səviyyələri üçün tədris materialları çap edildi.

  • Hesabat dövrünün oktyabr ayında proqramın keçmiş iştirakçılarının siyahısı hazırlandı və magistrlərin statusu və dövlət qrantı haqqında məlumatın yoxlanılması məqsədilə Təhsil keyfiyyətinin yüksəldilməsi milli mərkəzinə göndərildi. Təhsil keyfiyyətinin yüksəldilməsi milli mərkəzindən əldə edilmiş məlumatın emalı əsasında 2015-2016 tədris ilinin payız semestri üçün proqramın keçmiş 174 iştirakçısı təhsilin magistratura pilləsi üzrə maliyyələşdiriləcək (məbləğ dekabrın ikinci yarısı üçün köçürüləcək);

  • Proqramın cari 95 məsləhətçi-müəllimləri üçün uzunmüddətli metodik kursun II modulu “Dinləmə bacarıq və vərdişlərinin inkişaf etdirilməsi” keçirildi;

  • Hesabat dövrünün oktyabr ayında proqram çərçivəsində əlavə olaraq gürcü dili, tarix, coğrafiya fənni üzrə, eləcə də milli azlıq nümayəndəsi olan köməkçi müəllimin seçimi müsabiqəsi elan edildi;

  • 2015-ci ilin noyabr ayında proqram çərçivəsində məsləhətçi-müəllimlərin seçimi üzrə müsabiqə elan edildi.

Mədəniyyətlərarası dialoqu və gürcü dilinin öyrənilməsi və tədrisini dəstəkləmək məqsədilə, 2014-2015-ci illərdə Gürcüstan Elm və Təhsil Nazirliyi tərəfindən “Yay məktəbləri” proqramı çərçivəsində alt proqramlar – “Gürcüstanda beynəlxalq yay məktəbi” (2014) və “Etnik azlıqlar üçün çoxmədəniyyətli yay məktəbi ” (2015) həyata keçirildi. Yuxarıda qeyd edilmiş alt proqramlar çərçivəsində “Müəllimlər üçün çoxmədəniyyətli yay məktəbi” və “Şagirdlər üçün çoxmədəniyyətli yay məktəbi” təşkil edildi.

 

Peşəkar inkişaf çərçivəsində Z. Jvania adına Dövlət İdarəçilik Məktəbi tərəfindən “Dövlət dilinin tədrisi proqramı” həyata keçirildi:



  • Dövlət dilinin tədrisi proqramı yenidən işlənib hazırlandı, belə ki, tədris üç səviyyə – A1,A2 və B1 səviyyələri çərçivəsində, məktəbin səkkiz regional tədris mərkəzində dəyişdirilmiş saat bölgüsü (120; 120; 120) əsasında həyata keçirildi;

  • Hər bir səviyyəyə uyğun tədris dərslikləri hazırlandı və çap edildi;

  • Dövlət dilinin tədrisi proqramının yayılma arealının genişləndirilməsi və müvafiq dövlət dilinin tədrisi proqramına qoşulmuş dinləyicilərin sayının artırılması məqsədilə Məktəb “Gürcüstan regionlarında dövlət dili və mülki təhsil nöqteyi-nəzərindən mövcud problemlərin tədqiqi” adlı planlaşdırılmış tədqiqat keçirdi. Bunun çərçivəsində Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti regionlarında yerli özünüidarə orqanları və icraedici hökumət nümayəndələri, eləcə də bilavasitə əhali ilə bir neçə görüş keçirildi. Dövlət dilinin öyrənilməsinin vacibliyi və əlavə tədris mərkəzlərinin açılmasına tələbatın olması kimi məsələlər də aşkarlandı;

  • Ümumilikdə etnik azlıqlarla məskunlaşmış əraziləri əhatə edən gürcü dilinin tədrisi kursunun həyata keçirilməsinə başlanıldı. Səyyar qruplar yaradıldı ki, onlar da öz növbəsində rayon mərkəzindən aralıda yerləşən kəndlərin sakinləri üçün elə yerindəcə gürcü dilinin tədrisi proqramını icra etdilər. Proqram çərçivəsində cəmi 37 bu cür qrup var;

  • Müəllimlərin Peşəkar İnkişafı Mərkəzi ilə razılaşma əsasında Məktəb qeyri-gürcüdilli müəllimlər üçün A1 səviyyəsində əlavə materiallar və resurslarla zəngin gücləndirilmiş kurs təşkil etdi (120 saat);

  • 2015-ci il üçün proqram iştirakçılarının vahid göstəricilər bazası yaradıldı;

  • Tədris keyfiyyətinin yüksəldilməsi məqsədilə pedaqoqların qiymətləndirilməsi sistemi işlənib hazırlandı və bu çərçivədə dövlət dilinin tədrisi proqramı üzrə müəllimlərin qiymətləndirilməsi həyata keçirildi;

  • İl ərzində regional tədris mərkəzində sistematik şəkildə tədris prosesinin monitorinqi keçirilirdi: açıq və planlı dərslərdə iştirak etmək;

  • Monitorinqin nəticələri və müəllimlərin qiymətləndirilməsi sistemi əsasında meydana çıxmış tələbatlara əsasən 2 dəfə (II və IV rüblərdə) müəllimlər üçün üçgünlük treninq keçirildi. Treninq tədris prosesinin monitorinqi nəticələri ilə tanış olmaq, müəyyənləşdirilmiş nöqsanları aradan qaldırmaq və tədris resurslarının yaradılması üzərində işləmək məqsədini daşıyırdı.

  • Proqram çərçivəsində yeni qrupların yaradılması məqsədilə dövlət dilinin tədrisi proqramı üzrə seçim müsabiqəsi keçirildi və nəticədə 22 müəllim seçildi ;

  • SDC qrupu ilə əməkdaşlıq nəticəsində dövlət dilinin tədrisinin təşkili proseduru işlənib hazırlandı;

  • Dövlət dilinin tədrisi proqramı çərçivəsində dövlət sektorunda işləyən 1694 nəfər ixtisasartırmadan keçdi ;

  • Məktəb nizamnaməsinə dəyişiklik edildi. Dəyişiklik dövlət dilinin tədrisi proqramında istənilən maraqlanan şəxsin (qanuni şəkildə Gürcüstanda olan) iştirakını nəzərə alır .

Hesabat dövründə ÜHHŞ Z. Jvania adında Dövlət İdarəçilik Məktəbinin regional tədris mərkəzləri aktiv surətdə fəaliyyət göstərirdilər. Xüsusilə də Bolnisi regional mərkəzində dövlət dili üzrə baza kursu əsasında 52 etnik azlıq nümayəndəsi (dövlət qulluqçuları və müəllimlər) ixtisasartırmadan keçdi, Zalqa regional mərkəzində isə 93 dinləyici dil öyrənmə kursunu başa vurdu. Dmanisi regional mərkəzində 84 dinləyici 3 aylıq tədris kursunu keçdi. 2015-ci ilin sonunda məktəbdə gürcü dili və kompüter bilikləri üzrə bacarıq və vərdişləri öyrədən kurslara 38 dinləyici qəbul olundu.

Gürcüstan Ədliyyə Nazirliyinin təşəbbüsü ilə 2015-ci il ərzində etnik azlıqlar üçün Poka, Qabal, Kvareldzğali və Sarticala ictimai mərkəzlərində gürcü dilinin tədrisi kursu keçirildi. Layihə BMT-nin İnkişaf Proqramı (UNDP) və İsveçin Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildi. Tədris kursuna Ədliyyə Nazirliyinin tədris mərkəzinin təlimçiləri rəhbərlik etdilər. Gürcü dilinin tədrisi kursunun məqsədi təkcə dövlət dilinin öyrədilməsini dəstəkləmək deyil, həmçinin gürcü ədəbiyyatını, tarixi və mədəniyyətini tanıtmaqdan ibarətdir. Ümumi cəmdə 90 iştirakçı kursu başa vurmasına dair sertifikatla təltif edildi.

Qeyri-gürcüdilli məhkumun dövlət dilinin tədrisi kursu ilə təmin edilməsi (Cəzaçəkmə və Probasiya Nazirliyi tərəfindən həyata keçirilmiş fəaliyyət)
Penitensiar sistemə qeyri-gürcüdilli məhkumlar düşən zaman, sosial şöbə onların gürcü dilinin tədrisi proqramında iştirakını təmin edir. Gürcü dilinin tədrisi kursunda 2015-ci il ərzində 52 məhkum iştirak etmişdir.
Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən həyata keçirilmiş tədbirlər:

  • “Etnik cəhətdən erməni gənclər üçün gürcü dilinin elektron və distant tədrisi kursu” adlı xüsusi tədris metodu işlənib hazırlandı və www.teach.ge veb səhifəsinə yerləşdirildi. Material pulsuz şəkildə erməni istifadəçiləri üçün əlçatandır. Qeyd edilməlidir ki, 2014-cü ildə nazirlik etnik azərbaycanlı gənclər üçün də gürcü dilinin elektron tədrisi modulunu yaratmışdır.

Təhsil və dövlət dilinin tədrisi istiqamətində dövlət qəyyumu-qubernatoru administrasiyaları tərəfindən görülmüş işlər

Kvemo Kartli regionu

  • Dövlət dili biliklərinin dərinləşdirilməsi və peşəkarlığın yüksəldilməsi məqsədilə, Qardabani bələdiyyəsində qeyri-gürcüdilli müəllimlər üçün bütöv il ərzində aktiv surətdə təlimlər və informasiya xarakterli görüşlər keçirilirdi ;

  • Qeyri-kommersiya hüquqi şəxs Dmanisi tədris mərkəzində il ərzində gürcü və ingilis dillərinin tədrisi kursları fəaliyyət göstərirdi. Etnik azlıqların 79 nümayəndəsi gürcü dilinin tədrisi kursuna qəbul olundu və bütöv kursu dinlədi (68 şagird sertifikat əldə etdi);

  • Hesabat dövründə Dmanisi şəhərinin 1 saylı uşaq bağçasında 18 uşaq üçün “Etnik azlıq nümayəndəsi məktəbəqədər yaş dövrü uşaqları üçün gürcü dilinin tədrisinin dəstəklənməsi” layihəsi davam etdirilirdi;

  • Dmanisi bələdiyyəsi kəndlərində – Aşağı Oruzmanda, Qarabulaqda, Hamamlı və İpnaridə Tbilisinin İvane Cavaxişvili adına Dövlət Universitetinin “Gürcü dilini öyrənək” pilot layihəsi çərçivəsində gürcü dilini öyrənən 15-20 nəfərlik qruplar açıldı. Qeyd edilmiş qruplar üzrə Aşağı Oruzmanda 61, İpnaridə 45, Hamamlıda 77 və Qarabulaqda 75 etnik azlıq nümayəndəsi üç aylıq tədris kursunu başa vurdu;

  • Həmçinin il ərzində bələdiyyə məktəblərində müxtəlif formalı mədəni-maarifləndirici layihələr, o cümlədən ədəbiyyat axşamları, müsabiqələr, viktorinalar, olimpiadalar keçirildi. Bu silsilə tədbirlər etnik azlıq nümayəndəsi olan gənclərin inteqrasiyasını, aktiv, mütəfəkkir və tolerant vətəndaş kimi formalaşmasını dəstəkləmək məqsədini daşıyırdı.

Kaxeti regionu

  • Axmeta bələdiyyəsi, Pankisi dərəsinin uşaq bağçalarında il ərzində inventar dəyişdirildi və infrastruktur düzəldildi.

  • Birkiani və Omalo kənd məktəblərində idman meydançaları yeniləndi. Həmçinin “Məktəb təşəbbüslərinin təşviqi altproqramı ” layihəsi həyata keçirildi, hansı ki, təhsil, idman, incəsənət və maarif sahələrini əhatə edirdi. Coğolo kənd kitabxanası kompüter texnikası və səyyar internetlə təchiz edildi; Aşağı Xaladzanidə kənd kitabxanası açıldı və kitabxana kitablar verildi, kompüter texnikası və səyyar internetlə təmin olundu.

  • Saqareco bələdiyyəsi qamqeobasında “Kaxeti diyarının şagirdləri –mədəni irsin elçiləri ” layihələri çərçivəsində məlumat xarakterli görüşlər keçirildi. Həmçinin, etnik azlıqların xahişi ilə gürcü dilini daha yaxşı öyrənmək məqsədilə, Yarmuğanlı məktəbinə 200-dən çox gürcücə və gürcü dilinə tərcümə edilmiş kitablar verildi.

  • Laqodexi bələdiyyəsinin Qabal kəndində Gənclər İctimai Mərkəzi açıldı. Mərkəz Gürcüstanın İnkişaf Assosiasiyası (GİA) tərəfindən bərpa edilmiş və onun inventarla təchizatını isə Laqodexi bələdiyyə qamqeobası öz üzərinə götürmüşdür. Qabal kəndi Gənclər İctimai Mərkəzi, bələdiyyənin və idmanın inkişafı mərkəzinin dəstəyi ilə yerli gənclərin təşəbbüsü əsasında intellektual-mədəni-yaradıcı və idman tədbirləri həyata keçirdi.



Yüklə 285,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə