Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


IV. Etnik azlıqların mədəniyyətlərinin qorunub saxlanılması və tolerant mühitin təmin edilməsi



Yüklə 285,04 Kb.
səhifə8/8
tarix04.11.2017
ölçüsü285,04 Kb.
#8136
1   2   3   4   5   6   7   8

IV. Etnik azlıqların mədəniyyətlərinin qorunub saxlanılması və tolerant mühitin təmin edilməsi


Hesabat dövründə Gürcüstan Mədəniyyət və Abidələrin Müdafiəsi Nazirliyinin dəstəyi və bilavasitə iştirakı ilə proqramların və layihələrin, eləcə də tədbirlərin həyata keçirilməsi davam etdirildi. Başlıca məqsəd isə etnik azlıqların mədəniyyətlərinin mühafizəsi, inkişafı və populyaralaşdırılmasından ibarət idi. Mədəni özünüifadə və gürcü məkanında onların növbəti inteqrasiyası məqsədilə ictimai hüquq üzrə hüquqi şəxslərin, xüsusən də ÜHHŞ David Baazov adına Gürcüstan Yəhudilərinin və Gürcü-Yəhudi Münasibətlərinin Tarixi Muzeyinin, ÜHHŞ Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin, ÜHHŞ Tbilisi Petros Adamyan adına erməni, ÜHHŞ Tbilisi Heydər Əliyev adına Azərbaycan və ÜHHŞ A. Qriboyedov adına rus Peşəkar Dövlət Dram Teatrlarının fəaliyyətlərinin dəstəklənməsi davam etdirildi.

Teatrların dəstəklənməsi

A. Qriboyedov adına Rus Peşəkar Dövlət Dram Teatrının yaradılmasının 170 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi –bütöv il ərzində teatrda 121 tamaşa, o cümlədən 3 premyera baş tutdu. Tamaşaya 39 853 tamaşaçı gəldi. Teatr xarici qastrollarda 12 tamaşa təqdim etdi. ÜHHŞ Tbilisi Heydər Əliyev adına Azərbaycan və ÜHHŞ Tbilisi Petros Adamyan adına Erməni Peşəkar Dövlət Dram teatrlarına gəldikdə isə Azərbaycan teatrı 8 tamaşa və 2 qastrol, erməni teatrı isə 9 yerli və 1 səyyar tamaşa keçirdi. Azərbaycan teatrlarında tamaşaçıların sayı 2 210, erməni teatrlarında isə 1 144 nəfər təşkil edirdi. Muzeylər isə elmi-tədqiqat fəaliyyəti ilə məşğuldurlar.



Muzeylərin dəstəklənməsi

ÜHHŞ David Baazov adına Gürcüstan Yəhudiləri və Gürcü-Yəhudi Münasibətlərinin Tarixi Muzeyi. 2015-ci ildə muzeydə 2 kitabın təqdimatı, 1 xatirə gecəsi, 2 filmin nümayişi, 1 yaradıcılıq gecəsi, 1gecə və 1 mühazirə keçirildi. Mayın 18-də beynəlxalq muzey günü ilə əlaqədar 3 tədbir təşkil olundu. İyunun 28-də təbii fəlakət nəticəsində zərərçəkmiş uşaqlara məktəb inventarı və başqa hədiyyələr təqdim olundu. Muzeyin və muzey fondunun inventarlaşdırılması və fondların axtarılması-zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir. Muzey İsrailin Gürcüstandakı keçmiş səfirini və Qüds Milli Universitetinin professor müəllimlərini qonaq etdi. Sentyabr ayının 4-də Oni şəhəri sinaqoqunun 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi, “26 Saukuneşi ” (“26 əsrdə”) qəzetində və ABŞ-da buraxılan “Davitis Pari” (“Davidin qalxanı”) qəzetində publikasiyalar dərc edildi. Sentyabrın 7-də muzeydə yəhudi mədəniyyət gününə həsr edilmiş “Körpülər” adlı gecə keçirildi.

ÜHHŞ Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi.

Muzeydə 6 görüş, 1 seminar, 8 tədbir, o cümlədən Gəncə şəhəri və Kutaisi yazıçıları arasında konfrans, 1990-cı ildə Bakıda müstəqillik uğrunda ölənlərin xatirə gecəsi, yazıçı E. Mahmudovun 75 illik yubileyinə həsr olunmuş axşam, “Xocalıya Ədalət” foto sərgisi keçirildi. “Zəlimxan sözünün zirvəsi” kitabının və 2 yeni nəşriyyatın təqdimatı oldu. 5 sərgi, o cümlədən, mayın 21-də Mədəniyyət və Abidələrin Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə mədəni rəngarənglik günü ilə bağlı sərgi keçirildi. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələrindən əcnəbi tələbələrin qəbulu şərtləri barəsində məlumat almaq məqsədilə, Gürcüstanla Azərbaycan gənclər təşkilatları arasında görüşlər baş tutdu, Gürcüstan Parlamenti Milli Kitabxanasında Azərbaycan mədəni irsinin sərgisi təşkil edildi, 3 nəşriyyatın təqdimatı keçirildi. İyulun 9-da Mirzə Fətəli Axundovun doğumunun 203-cü il dönümünə həsr edilmiş sərgi təşkil edildi, hansının ki, təşkilatçısı M.F. Axundovun adını daşıyan muzeylə birgə Gürcüstan Teatr, Musiqi, Kino və Xoreoqrafiya Dövlət Muzeyləri idilər. İyulun 27-də muzeyə Azərbaycan Milli Məclisinin heyəti təşrif buyurdu, sentyabrın 22, 23 və 24 isə Üzeyir Hacıbəyovun 130 illik yubileyi ilə əlaqədar Marneulidə, Qardabani və Bolnisidə klassik musiqi konsertləri keçirildi. Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Konsertdə Xırdalan şəhəri musiqi məktəbinin şagirdlər orkestri də iştirak etdi. Noyabrın 13-də Mirzə Fətəli Axundovun Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva tolerantlıq günü ilə əlaqədar “Tolerantlığı dəstəkləyən insan” mükafatına layiq görülmüşdür.



Mədəni irsin qorunması

  • Noraşeni kilsəinin (Tbilisi şəh.) reabilitasiyası üzrə korrektə edilmiş layihə hazırlandı;

  • Kvirike kəndində (Kobuleti bələdiyyəsi) caminin kümbəzinin reabilitasiyası işləri görüldü;

  • Gürcüstan ərazisində mövcud alman irsinin, (tarixi məskənlər dini, o cümlədən ictimai, sənaye memarlığı ) inventarlaşması və sənədləşdirilməsi, həmçinin mədəni irsin təxirəsalınmaz konservativ müdaxiləyə ehtiyacı olan abidələrinin identifikasiyası başa çatdırıldı;

  • Gürcüstan ərazisində mövcud olan Osmanlı dövrü abidələrinin monitorinqi həyata keçirildi.

Ümumi baxış

Etnik azlıqların mədəni identikliyinin qorunub saxlanılması məqsədilə, “Etnik azlıqların dəstəklənməsi” prioriteti çərçivəsində mədəniyyət sahəsində fəaliyyət göstərən etnik azlıq nümayəndələrinin yaradıcılıqlarını əks etdirən sərgilərin, tamaşaların, nəşriyyatların, konsertlərin dəstəklənməsi prosesi davam etdirildi .



  • Artıq beşinci ildir ki, ÜHHŞ Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin “Azərbaycan xalçaları –ənənələrin qorunub saxlanması” layihəsi davam etdirilir. Qeyd edilmiş layihə Azərbaycanın əllə toxunan xalçalarının qədim texnologiyasını gənclər arasında yaymaq və populyarlaşdırmaq amalına xidmət edir. Bütöv il ərzində Tbilisinin, eləcə də regionların gənclərinə qədim toxuculuq texnologiyası və ənənələrini öyrənmək imkanı verildi, ilin sonunda isə yeni toxunmuş xalçaların sərgisi təşkil edildi. Layihə çərçivəsində 5 nəfər işlə təmin olunmuş, 19 gənc isə xalça toxumağı öyrənmişdir.

  • ÜHHŞ Kino, Teatr, Musiqi və Xoreoqrafiya Muzeyi tərəfindən ilk dəfə “Alman rəssamları Gürcüstanda” adlı albom buraxıldı, hansı ki, Gürcüstanda fəaliyyət göstərən alman rəssamlarının yaradıcılığı ilə bağlıdır. Albomda Gürcüstanda yaşayıb-yaratmış avropalı rəssamların tamamilə fərqli individualizmi və əlyazması ilə möhürünü vurmuş, Paul və Elen Frankenlərin, Karlos Riçard Zomerin, Fridrix Friş və başqa alman rəssamlarının Gürcüstan muzeylərində və özəl kolleksiyalarda qorunan nümunələri yerləşdirilmişdir.

  • Gürcüstanda yaşamış böyük sənətkarın – Serqo Paracanovun həyatı və yaradıcılığına həsr edilmiş “Serqo Paracanov –XXI əsrin yuxusu ” adlı sərgi keçirildi. Sərgidə onun yaradıcılığını əks etdirə unikal əsərlər təqdim olunmuşdur.

  • Osetin yazıçının –Kosta Xetaqurovun şeirlərinin ikidilli –osetincə-gürcücə toplusu işıq üzü gördü. Topluda os şairin yaradıcılığı mükəmməl şəkildə əks etdirilmişdir.

  • Qeyri-kommersiya hüquqi şəxs –“Qadın həmrəyliyi” tərəfindən osetin klassik musiqi axşamı təşkil edildi və osetin klassikası bəstəkarlarının əsərləri səsləndirildi. Musiqili axşam osetin musiqisinin populyarlaşdırılmasına, gürcü-os dostluğuna həsr edildi. Həmçinin Tbilisi Konservatoriyası məzununu olan bəstəkarların (Z. Xabalov, P.Alborov, M. Pliev) əsərləri, həmçinin A. Kereselidze, V. Dolidze, V. Azaraşvili tərəfindən os motivləri əsasında yaradılmış kompozisiyalar ifa edildi. Konsertdə Tbilisinin Kamera orkestri “Corcian Simfonietta”sı, Abxaziyanın Kapellası, Sxinvali və Abxaziyanın məcburi köçkün musiqiçiləri və ifaçıları da iştirak edirdilər. Layihəyə 80-ə yaxın insan cəlb edilmişdir.

  • Nazirliyin təşəbbüsü ilə etnik azlıqların kompakt məskunlaşdıqları regionlarda (Ninodzminda, Bolnisi) “Rəngarəng Gürcüstan” layihəsinin təqdimatı keçirildi. Layihə çərçivəsində regionun şagirdləri və gəncləri müasir gürcü yazıçıları ilə görüşdülər, Nazirlik tərəfindən ikidilli intellektual oyunun –“Vahid Gürcüstan”ın təqdimatı keçirildi və son dövrdə gürcü kino studiyasının ən yeni məhsulu –L. Tutberidzenin “Moira” və qısametrajlı bədii filmlər nümayiş olundu.

  • Artıq altıncı dəfə idi ki, Nazirliyin dəstəyi ilə Bolnisi Mədəniyyət Mərkəzində “Bir səma altında” multietnik festival keçirilirdi və festivalda etnik azlıqların kompakt məskunlaşdığı regionların şagirdləri iştirak edirdilər. Festival etnik azlıqların folklor ənənələrinin qorunmasına, gənclərdə klassik musiqiyə qarşı marağın oyadılmasına, mədəniyyətlərarası dialoqun inkişafına, gənclərin klassik musiqiyə, eləcə də folklora qarşı maraqlarının dərinləşməsinə xidmət edir (layihədə 180 şagird iştirak edir).


Gürcüstan Parlamenti Milli Kitabxanası tərəfindən görülmüş işlər

Hesabat dövründə, Gürcüstan Parlamenti Milli Kitabxanası aktiv surətdə Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Aparatının Vətəndaş İnteqrasiyası Şöbəsi, Gürcüstan Xalq Müdafiəçisi Aparatı yanında mövcud Tolerantlıq Mərkəzi, Gürcüstanda yaşayan etnik azlıqların icmaları ilə əməkdaşlıq edirdi.

Partnyor təşkilatlarla sıx əməkdaşlıq nəticəsində, 2015-ci ildə Milli Kitabxanada 10 tədbir keçirildi. Onlar sırasında illüstrasiyalı və foto sərgilər, konsertlər, kitabların təqdimatı da var idi. Tədbirlərdə bir neçə dəfə etnik azlıqlarla bağlı Milli Kitabxana Fondlarında qorunan unikal materiallar da sərgiləndi. Milli Kitabxananın Vahid Lüğətlər Bazasına ukraynaca-gürcücə, abxaz-gürcü, rus-gürcü, erməni-gürcü və gürcü-osetin lüğətləri yerləşdirildi.

Yuxarıda sadalanan tədbirlərin məqsədi Gürcüstanda yaşayan milli azlıqların mədəni irslərinin, incəsənətlərinin və ənənələrinin populyarlaşdırılmasından və onların mədəni məkanda inteqrasiyasını təmin etməkdən ibarətdir. Ümumilikdə, hesabat dövründə aşağıdakı layihələr və tədbirlər həyata keçirildi:




  • Serqo Parancanovun yubileyinə həsr olunmuş axşam ;

  • Axalsixe bələdiyyəsi Kiçik Pamaca kəndinin ermənidilli məktəbinə 500 kitab verildi;

  • Parlamentin Milli Kitabxanasının sərgi salonunda “Gürcüstanın erməni icması” və “Gürcüstanın yezidilər evi” “Tolerantlığa doğru irəli” layihəsi çərçivəsində tədbirlər keçirdilər;

  • Çeçenlərin və inquşların deportasiyasının 71-ci ildönümünə həsr olunmuş tədbir keçirildi;

  • Çərkəz Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Milli Kitabxananın dəstəyi ilə çərkəz dili və mədəniyyəti günü qeyd edildi. Həmçinin, Çərkəz Mədəniyyət Mərkəzi Gürcüstan Parlamenti Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq memorandumunu imzaladılar;

  • Parlamentin Milli Kitabxanasının sərgi salonunda “Azərbaycanın əllə toxunan xalçaları -ənənələrin qorunub saxlanması” layihəsi çərçivəsində Azərbaycanın mədəni irsinin nümunələrinin sərgisi keçirildi. Milli Kitabxana və M. Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi arasında əməkdaşlıq memorandumu imzalandı ; 

  • Parlamentin Milli Kitabxanasında Rasim Həsənovun rəsmlərinin “Azadlıq” adlı sərgisi açıldı.


Tbilisi şəhər bələdiyyəsi tərəfindən görülmüş işlər

Hesabat dövründə Tbilisi bələdiyyə Sakrebulosunda Etnik Azlıqların Koordinasiya Şurası yaradıldı, hansının ki, başlıca məqsədini etnik azlıqlarla münasibətlərin dərinləşməsi və əməkdaşlığın dəstəklənməsi təşkil edir.


2015-cildə Tbilisi şəhəri Sakrebulo Adlar və Simvollar Komissiyası tərəfindən şəhərin bir neçə küçəsinə etnik azlıqların layiqli nümayəndələrinin adları verildi .
Batumi şəhər bələdiyyəsi tərəfindən həyata keçirilmiş işlər

Batumi şəhər bələdiyyəsi tərəfindən yaradılmış qeyri-kommersiya hüquqi şəxs -“Batumi Mədəniyyət Mərkəzi” nəzdində mövcud “Dostluq evi”ndə 9 diaspora birləşdirilmişdir (erməni, türk, Azərbaycan, rus, Ukrayna, yəhudi, yunan, alman və yezidi). Hər bir diaspora bələdiyyənin büdcəsindən 5000 lari civarında maliyyələşdirilir, hansı ki, müxtəlif formada tədbirlərin təşkili üçün ayrılıbdır. Hesabat dövründə müxtəlifcür mədəni tədbirlər keçirildi. Bundan başqa, “Dostluq evi” çərçivəsində dövlət dilini tədris edən kurslar da fəaliyyətini davam etdirir.



Gürcüstanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən görülmüş işlər

Hesabat dövründə Nazirlik silsilə proqramlar və layihələr həyata keçirdi. :




  • Hesabat dövründə audio tamaşaların (“Dayə”, “Pələng dərisi geymiş pəhləvan”) gürcü, erməni və Azərbaycan dillərində yazılması prosesi davam etdirildi. Layihə çərçivəsində, təqdimatlar keçirildi, DVD disklər hazırlandı və Gürcüstan regionlarında yayıldı. ;

  • Laqodexi bələdiyyəsi gənc etnik azlıq nümayəndələri üçün 2 aylıq “Aktiv gənclik və azad məkan” tədris xarakterli treninq həyata keçirildi. Treninqin məqsədi qeyri-formal təhsil yolu ilə bilik və təcrübə qazanmaqdan ibarət idi;

  • “Rəngarəng Gürcüstanda vətəndaş aktivliyi” treninqi həyata keçirildi. Treninqə Kaxeti regionunda yaşayan gənc etnik azlıq nümayəndələri cəlb edilmişdi;

  • Qeyd edilmiş dövr ərzində “ Bir-birimizi daha yaxşı tanıyaq” adlı mədəni yaradıcılıq və maarifləndirici treninq və seminarların keçirilməsi davam etdirildi, hansı ki, inteqrasiyanın dəstəklənməsini qarşısına məqsəd kimi qoymuşdur. Treninqdə Tbilisi və Samsxe-Cavaxeti regionunun gürcü və etnik azlıq yeniyetmələri iştirak edirdilər.

  • Arxeoloji ekspedisiya çərçivəsində Milli Muzeyin Nastakisi Fondu bazasında arxeoloji qazıntılar həyata keçirildi. Ekspedisiyada etnik azlıqların məskunlaşdığı regionlardan 50 azərbaycanlı, erməni, rus, osetin, kist etnik qrup nümayəndəsi iştirak etdi ;

  • “Mənim Vətənim Gürcüstandır” adlı ədəbiyyat müsabiqəsində Gürcüstanda yaşayan müxtəlif etnik azlıq nümayəndələri, xüsusən də poeziya istedadı ilə seçilən gənclər iştirak etdilər. Onlar tərəfindən təqdim olunmuş ən yaxşı şeirlər Ədəbi toplu şəklində nəşr olunacaq.

2015-ci il ərzində penitensiar müəssisələrdə müxtəlif mədəni-maarifləndirici və idman tədbirləri davam etdirilirdi və tədbirlərdə etnik azlıq nümayəndəsi məhbuslar da aktiv surətdə iştirak edirdilər.



Etnik azlıqların məskunlaşdığı regionlarda Dövlət Qəyyumu-Qubernator Administrasiyaları tərəfindən müxtəlif şəkildə mədəniyyət layihələri və tədbirlər həyata keçirildi, bura daxil idi:

  • Xalq və dini bayramların qeyd edildi, konsertlər, ədəbi müsabiqələr, sərgilər, musiqili və teatr festivalları keçirildi;

  • Yay düşərgələri təşkil edildi;

  • Marneulidə kitabxananın tikintisinə başlanıldı;

  • Bələdiyyələrin mədəniyyət evləri və kənd klublarında müxtəlif tədbirlər keçirildi.

Etnik azlıqların kompakt yaşadığı administrasiya vahidlərində klub müəssisələri və bədii kollektivlər, eləcə də musiqi və rəssamlıq məktəbləri fəaliyyət göstərir.




V. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər


Hesabat dövründə Dövlət Naziri Aparatı İdarələrarası Komissiyanın fəaliyyətinə rəhbərlik edirdi, xüsusilə, Dövlət Naziri Aparatı komissiyanın genişləndirilmiş iclaslarını, səyyar görüşlər, eləcə də təhsil və dövlət dili, media və informasiyanın əlçatan olması istiqamətində tematik işçi qrupları ilə görüşlər keçirdi, təklif və tövsiyələr işlənib hazırlandı. Tematik işçi qrupları formatında fəaliyyət müxtəlif məsələlərin müzakirəsi prosesində QHT-lərə, ekspertlərə və ya qeyd edilmiş sahə üzrə işləyən başqa maraq aktorlarına daha yaxından iştirak etmək imkanını yaradır. Dövlət Naziri Aparatı İdarələrarası Komissiya ilə birgə 2014-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabatı təqdim etdi.
Qeyd edilmiş dövr ərzində Vətəndaş inteqrasiyası və fəaliyyət planının işlənib hazırlanması prosesi gedirdi. Yeni strateji sənədin işlənib hazırlanmasında Dövlət Naziri Aparatı ilə birgə müstəqil ekspertlər qrupu da cəlb edilmişdir. Sənəd təsdiqlənənə qədər Dövlət Naziri Aparatı tərəfindən sənəd müzakirə üçün Milli Azlıqlar Şurasına, qeyri-hökumət sektoruna, ekspertlərə, beynəlxalq təşkilat nümayəndələrinə, siyasi partiyalara, eləcə də bilavasitə etnik azlıq nümayəndələrinə (həm Tbilisidə, həm də regionlarda (Marneuli, Dmanisi, Axalsixe, Axalkalaki, Ninodzminda, Batumi)) təqdim edildi.
Bu dövr ərzində Dövlət Naziri Aparatının nümayəndələri Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası və Gürcüstan-Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planının implementasiyasının qiymətləndirmə missiyası ekspertləri ilə görüşdülər və görülmüş işlərin hesabatlarını təqdim etdilər. Həmçinin, beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə nəzarət və hesabat da aparıldı (BMT İnsan Haqları Komitəsi, Avropa Şurası, Avropa İttifaqı alətləri).

Gürcüstanın Avropaya inteqrasiyası prosesi haqqında informasiya/dünyagörüşünün yüksəldilməsi. 2015-ci il ərzində etnik azlıqların dillərində (abxaz, osetin, erməni, Azərbaycan dillərində) informasiya materialları hazırlandı və yayıldı. Kvemo Kartli, Samsxe-Cavaxeti regionlarında və Tbilisidə, müxtəlif hədəf qrupları ilə – tələbələrlə, yuxarı sinif şagirdləri, qeyri-hökumət təşkilatı nümayəndələri ilə, regional media və yerli özünüidarə nümayəndələri, eləcədə fermerlərlə informasiya xarakterli görüşlər, seminarlar və diskussiyalar keçirildi.

Etnik azlıq nümayəndəsi gənclərin müxtəlif formalı mədəni tədbirlərdə iştirakına xüsusi diqqət ayrıldı:

  • Dövlət Naziri Aparatının təşkilatçılığı ilə Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin və DİN Akademiyasının nümayəndələri Marneulidə etnik azlıq nümayəndəsi abituriyentlərlə görüşdülər və yuxarı sinif şagirdlərinə təhsil proqramlarında mövcud yeniliklər və “1+4” proqramı haqqında məlumat verdilər;

  • Dövlət dili gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə etnik azlıq nümayəndəsi olan uşaqlar gürcü yazıçılarının əsərlərini oxudular;

  • Qeyd edilmiş dövrdə “Gənc liderlər klubu” layihəsi yaradıldı. Layihə çərçivəsində Dövlət Naziri Aparatı İdman və Gənclərlə İş üzrə Nazirliyi ilə birgə mühazirə və debatlar keçirdi. Bunda əsas məqsəd etnik azlıq nümayəndəsi tələbələrində dövlətçilik təfəkkürü və dünya görüşünün yüksəldilməsini dəstəkləməkdən ibarət idi. ;

  • Kvemo Kartlidə qızların hüquqları barəsində görüşlər keçirildi ;



  • Marneuli rayonu kəndlərinin kütləvi məktəblərindən 50 azərbaycanlı uşaq Kukla Operası Teatr tamaşasına gəldilər;

  • Dövlət Naziri Aparatı Mədəniyyət və Abidələrin Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı ilə multi-etnik incəsənət festivalı “Bir səma altında” çərçivəsində 2 konsert keçirildi. Festivalda Gürcüstanın bütün regionlarındakı şəhərlərində mövcud incəsənət məktəbləri və mədəniyyət mərkəzləri yanında etnik azlıq nümayəndələrinin icraçı kollektivi iştirak etdi ;

  • Beynəlxalq tolerantlıq gününə həsr edilmiş həftəlik çərçivəsində Dövlət Naziri Aparatı Kaxeti və Kvemo Kartlidə yerli tələbələrlə mühazirə və seminarlar keçirdi və gənclər üçün “Mənim çoxmillətli Vətənim” adlı foto müsabiqə elan etdi; müəyyənləşdirilmiş qaliblər mükafatlandırıldılar;

  • Beynəlxalq Qadınlar Gününə həsr edilmiş vətəndaşların qəbulu keçirildi, hansında ki, Kaxeti, Kvemo Kartli və Samsxe-Cavaxeti regionlarından, eləcə də Tbilisidən etnik azlıq nümayəndəsi qadınlar iştirak etdilər.

Dövlət Naziri Aparatı Xalq Müdafiəçisi Aparatı yanında Milli Azlıqlar Şurası, vətəndaş sektoru, beynəlxalq təşkilatlar, ölkəyə akkreditə edilmiş diplomatik korpus, eləcə də yerli və beynəlxalq ekspertlərlə sıx əməkdaşlıq edirdi.

Fəaliyyət Planının implementasiya prosesində Dövlət Naziri Aparatı regionun yerli əhalisi, özünüidarələr və QHT-lərlə daimi əlaqəsi var idi. Dövlət Naziri Aparatı müntəzəm şəkildə vətəndaşlardan məlumat alır, Aparata daxil olmuş təkliflərə və müraciətlərə dərhal reaksiya göstərirdi.



Dövlət Naziri nümayəndələri etnik azlıqların kompakt məskunlaşdığı regionlar üzrə (Samsxe-Cavaxeti və Kvemo Kartli) Aparatın fəaliyyətinin koordinasiyasını həyata keçirirdilər.
İl ərzində, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı Gürcüstanda yaşayan etnik və dini azlıq nümayəndələrini, əhalini, eləcə də diplomatik korpusu onların milli və dini bayramları münasibətilə təbrik edirdi.

1 Gürcüstan hökumətinin 2013-cü il 24 dekabr 362 saylı qərarı əsasında Reinteqrasiya Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatının adı dəyişdirilmiş Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı adlandırılmışdır. Dəyişiklik 2014-cü il yanvar ayının 1-dən qüvvəyə minmişdir.


Yüklə 285,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə