Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss



Yüklə 315,22 Kb.
səhifə1/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

Gürcüstan Hökumətİ

Dövlət İdarələrarası Komİssİyası

Barışıq Vətəndaş Bərabərlİyİ Məsələlərİ üzrə Gürcüstan Dövlət Nazİrİ Aparatı


460px-coat_of_arms_of_georgia_svg

Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının və 2016-cı il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə

Hesabat

Fevral, 2017-ci i

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı

Ünvan: Tbilisi, 0134, Q. Leonidze küç. №3/5

Tel.: (+995 32) 2923299; (+995 32) 2922632

Veb-səhifə: www.smr.gov.ge

E-mail: elisolomidze@yahoo.com



Giriş 2

I. Mülki və siyasi həyatda bərabər və tamhüquqlu iştirak 4

Azsaylı və həssas azlıqların dəstəklənməsi 4

Gender meynstriminqi 6

Kvemo Kartli regionu diyar administrasiyası tərəfindən görülmüş işlər 7

Siyasi qərarqəbuletmə prosesində etnik azlıqların iştirakının təşviqi 8

Təhsil məsələləri ilə bağlı informasiya xarakterli görüşlər və maariflənmənin yüksəldilməsi 8

İctimai xidmətlər və cari dövlət proqramları haqqında informasiya materiallarının yayılması 10

Etnik azlıqların insan hüquqları və onların müdafiəsi mexanizmləri barəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi 10

Etnik azlıq nümayəndəsi olan seçicilər üçün bərabər seçki mühitinin təmin edilməsi 10

Vətəndaş təşkilatları və azlıq icmaları üçün seçkilərin əhəmiyyəti haqqında informasiya kampaniyasının başladılması və seçki mədəniyyətinin gücləndirilməsi yolu kiçik qrantların verilməsi 12

Seçki prosedurları ilə bağlı seçki administrasiyası üzvü olan etnik azlıqların hazırlanması 12

Etnik azlıq seçiciləri üçün maarifləndirmə proqramlarının həyata keçirilməsi 12

Etnik azlıq seçicilərinin məlumatlandırılması kampaniyası 14

Media və informasiyanın əlçatanlığı 14

Teleyayım 14

Radio yayım 15

Elektron və çap mediası 15

II. Bərabər sosial və iqtisadi şəraitin və imkanların yaradılması 15

Sosial səfərbərlik 15

İnfrastrukturun reabilitasiyası 16

Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər: 17

III. Keyfiyyətli təhsilin əlçatanlığının təmin olunması və dövlət dili biliyinin təkmilləşdirilməsi 17


Milli tədris olimpiadası 19


Məktəb buraxılış imtahanları 19

Ali təhsilin əlçatanlığının yüksəldilməsi 19

Peşəkar təhsilin və yaşlıların təhsillə təmin edilməsi 20

23



Dövlət dili tədrisinin təkmilləşdirilməsinin dəstəklənməsi 23

Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən etnik azərbaycanlı və erməni gənclər üçün gürcü dilinin onlayn/distant şəkildə tədrisi həyata keçirildi. Qeyd edilmiş layihə haqqında məlumatın yayılması məqsədilə, 2016-cı ildə dövlət strukturlarında, Tbilisidə və regionlarda işləyən qeyri-hökumət təşkilatlarına, eləcə də regional bələdiyyələrə məlumatın ötürüldü. Layihə istənilən internet istifadəçisinə Gürcüstanın istənilən nöqtəsindən özünün gürcü dili bilik səviyyəsini təkmilləşdirmək və yaxud da tamamilə pulsuz şəkildə gürcü dilini baza pillədən öyrənmək imkanını verir. Aşağıdakı veb-ünvandan qeydiyyatdan keçmək lazımdır: http://teach.ge/Programs/6. 25

IV. Etnik azlıqların mədəniyyətlərinin qorunub saxlanması və tolerant mühitin təşviqi 25

Teatrların dəstəklənməsi 26

Muzeylərin dəstəklənməsi 26

Etnik azlıqların mədəni irsinin qorunması və populyarlaşdırılması 26

Etnik azlıqların mədəniyyətlərinin dəstəklənməsi 26

Mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsi 27

Kaxeti regionunda dövlət qəyyumu-qubernatoru administrasiyası tərəfindən həyata keçirilmiş işlər: 29

Gürcüstan Parlamenti Milli Kitabxanası tərəfindən görülmüş işlər 30

Tbilisi şəhər bələdiyyəsi tərəfindən həyata keçirilmiş işlər 30

Batumi şəhər bələdiyyəsi tərəfindən həyata keçirilmiş işlər 31



Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən görülmüş işlər 31

V. Avrointeqrasiya prosesi haqqında informasiya /maarifləndirmənin yüksəldilməsi kampaniyası 32

VI. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər 33

VII. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi 33



Giriş


Gürcüstan hökuməti tərəfindən 2015-ci il avqustun 17-də qəbul edilmiş və 1740 saylı fərmanla təsdiqini tapmış “Vətəndaş Bərabərliyi və İnteqrasiyası üzrə Dövlət Strategiyası və 2015-2020-ci illər üçün Fəaliyyət Planı” etnik azlıqlar istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində əhəmiyyətli alət təşkil edir. Strategiya bərabərlik prinsipinə və “Daha çox rəngarənglik, daha çox inteqrasiya” yanaşmasına söykənir və bərabər mühitin formalaşdırılması, etnik azlıqların ictimai həyatın bütün sahələrində bərabərhüquqlu iştirakını, onların mədəniyyət və identikliklərinin qorunması məqsədini daşıyır.

2016-cı il ərzində vətəndaş bərabərliyi və inteqrasiyası üzrə dövlət strategiyasının implementasiya prosesi davam etdi. Dövlət Naziri Aparatının koordinasiyası əsasında dövlət strategiyası və fəaliyyət planının effektiv həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət İdarələrarası Komissiyası strategiya ilə müəyyənləşdirilmiş aşağıdakı əsas məqsədlərə çatmaq üçün fəaliyyətini davam etdirdi:



  • Mülki və siyasi həyatda bərabər və tamhüquqlu iştirak;

  • Bərabər sosial və iqtisadi şəraitin və imkanların yaradılması;

  • Keyfiyyətli təhsilin əlçatanlığının təmin edilməsi və dövlət dili biliklərinin təkmilləşdirilməsi;

  • Etnik azlıqların mədəniyyətlərinin qorunub-saxlanması və tolerant mühitin təşviqi.

Komissiyanın tərkibinə Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatının rəhbərliyi və cavabdeh işçiləri, eləcə də dövlət müəssisələrinin, nazirliklərin və təşkilatların, Tbilisi şəhər bələdiyyəsi Sakrebulosunun və etnik azlıqların məskunlaşdığı regionların “dövlət qəyyumu -qubernator administrasiyası” nümayəndələri daxildir. Xüsusilə:

  • Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı;

  • Gürcüstan Təhsil və Elm Nazirliyi;

  • Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi;

  • Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi;

  • Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi;

  • Gürcüstan Ədliyyə Nazirliyi;

  • Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik;

  • Gürcüstan Daxili İşlər Nazirliyi;

  • ÜHHŞ- Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyası;

  • Gürcüstan Cəzaçəkmə və Probasiya Nazirliyi ;

  • Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi;

  • Gürcüstan Xalq Müdafiəçisi Aparatı;

  • Gürcüstan Mərkəzi Seçki Komissiyası;

  • Tbilisi şəhər bələdiyyəsi Sakrebulosu;

  • Batumi şəhər meriyası;

  • Kvemo Kartli diyarında dövlət qəyyumunun- qubernatorun administrasiyası;

  • Cavaxeti dövlət qəyyumunun- qubernatorun administrasiyası;

  • Kaxeti diyarında dövlət qəyyumunun -qubernatorun administrasiyası;

  • Gürcüstan İctimai Yayımı;

  • ÜHHŞ - Müəllimlərin Peşəkar İnkişafı Mərkəzi;

  • ÜHHŞ - Qiymətləndirmə və Milli İmtahan Mərkəzi;

  • ÜHHŞ –Z. Jvania adına Dövlət İdarəçiliyi Məktəbi;

  • ÜHHŞ –D. Ağmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyası;

  • Gürcüstan Parlamentinin Milli Kitabxanası.

Hesabat dövründə Tbilisidə və regionlarda iclaslar, işgüzar görüşlər, tematik diskussiyalar və konsultasiyalar keçirilmiş, tövsiyələr hazırlanmışdır. Həmçinin, komissiyaya təqdim edilmiş idarələrlə əməkdaşlıq əsasında 2015-ci ildə görülmüş işlərin hesabatı və 2016-cı il üçün Fəaliyyət Planı hazırlandı.

Hazırlanmış hesabatlar hökumətə, Xalq Müdafiəçisi Aparatı yanında Milli Azlıq Şurası və mülki sektora, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinə, ekspertlərə təqdim edildi. Bundan başqa, komissiya çərçivəsində formalaşdırılmış tematik qruplarda da işlər görüldü. Tematik işçi qrupların görüşləri zamanı müxtəlif əhəmiyyətli məsələlərin müzakirəsində QHT nümayəndələri , ekspertlər, o cümlədən, bu sahədə işləyən müxtəlif maraq aktorları da aktiv iştirak etdilər.

İl ərzində müxtəlif istiqamətlərdə işlər davam etdirildi. Keyfiyyətli təhsilin əlçatan olmasını təmin etmək və dövlət dili bilik səviyyəsinin təkmilləşdirmək məsələsinə xüsusi diqqət ayrıldı ki, bu da öz növbəsində vətəndaş inteqrasiyası prosesinin mühüm alətini təşkil edir.






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə