Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


I. Mülki və siyasi həyatda bərabər və tamhüquqlu iştirak



Yüklə 315,22 Kb.
səhifə2/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   2   3   4   5   6   7   8   9   ...   12

I. Mülki və siyasi həyatda bərabər və tamhüquqlu iştirak


Qarşıya qoyulmuş aralıq məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün konkret proqramlar və layihələr, eləcə də tədbirlər həyata keçirildi: Gürcüstan Ədliyyə və Daxili İşlər Nazirlikləri, Cəzaçəkmə və Probasiya Nazirliyi, İdman və Gənclərlə İş üzrə Nazirlik, Gürcüstan İctimai Yayımı, Gürcüstan Mərkəzi Seçki Komissiyası, eləcə də etnik azlıqların məskunlaşdığı regionların dövlət qəyyumluğu –qubernator administrasiyaları.




Azsaylı və həssas azlıqların dəstəklənməsi



Qaraçıların qeydə alınması

Hesabat dövrü ərzində qaraçıların qeydə alınması prosesi davam etdirildi. Ümumilikdə, bu proses 2011-ci ildən bəri Gürcüstan Ədliyyə Nazirliyi yanında ÜHHŞ Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən “İnnovasiyalar və İslahatlar Mərkəzi” QHT ilə əməkdaşlıq əsasında həyata keçirilir.


2011-2016-cı illər üçün qaraçıların qeydiyyatı haqqında statistik göstəricilər

İcraat kateqoriyası


Ümumi cəm

İcraat başa çatdı

İcraat prosesdədir

Vətəndaşlığın müəyyənləşdirilməsi

14

14

0

Vətəndaşlığı olmayan şəxs statusu

16

14

2

Doğulma faktı

37

37

0

Ümumi cəm

67

65

2

Hesabat dövründə Dövlət İdarələrarası Komissiyası çərçivəsində “Azsaylı və həssas etnik azlıqların dəstəklənməsi” məqsədilə yaradılmış işçi qrupda da işlər davam etdirilirdi. Gürcüstanda yaşayan qaraçı icmasının vəziyyətinə, onların problemlərinin müzakirəsinə və həlli yollarının axtarılmasına xüsusi diqqət ayrıldı.




Gürcüstan Təhsil və Elm Nazirliyi azsaylı və həssas etnik azlıqlarla bağlı aşağıdakı aktivlikləri həyata keçirdi:



  • “Sosial inklüziv dəstək üzrə altproqram ” çərçivəsində müxtəlif tədbirlər planlaşdırıldı və icra olundu ki, burda da əsas məqsəd inklüziv təhsil üçün müvafiq mühitin yaradılması təşkil edirdi.

  • Beynəlxalq səviyyədə mövcud öhdəliklərə müvafiq olaraq, qaraçıların mədəniyyətlərinin və identikliyin qorunub saxlanması məqsədilə treninq-modul işlənib hazırlandı ki, bu da öz növbəsində yeniyetmələr arasında qaraçıları qəbul etmə səviyyəsini yüksəltdi. Həmçinin görüşlər planlaşdırıldı, konfrans üçün təqdimatlar hazırlandı;

  • 2016-cı ilin göstəricilərinə görə məktəbdə 225 qaraçı yeniyetmə təhsil alır. Altproqramın aktivlikləri –oxu və teatr klubları qaraçıları və yerli həmyaşıdlarını ümumi maraq ətrafında birləşdirdi;

  • Altproqrama qoşulmuş kütləvi məktəblərdə qaraçılara qarşı dostyana mühitin yaradılması məqsədini özündə ehtiva edən tədbirlər təşkil olundu;

  • Təhsil və Elm Nazirliyinin dəstəyi ilə Batumi şəhəri sakini qaraçı yeniyetmə (S.A.) peşəkar təhsilin başlanğıc pilləsində təhsil almağa başladı. Baza təhsili başa vurduqdan sonra, alternativ imtahan vasitəsilə Batumi Peşə Kolleci “Bleksi”yə qəbul oldu. Bu gün üçün qaraçı yeniyetmə böyük müvəffəqiyyətlə kompüter şəbəkəsi və sistemlərinin administrasiyası proqramına yiyələnir.

Hesabat dövrü ərzində azsaylı etnik azlıq nümayəndələrinin linqvistik hüquqlarının müdafiəsi məsələsinə xüsusi diqqət ayrıldı. Gürcüstan Təhsil və Elm Nazirliyinin N1255 saylı əmri əsasında məktəblər və siniflər müəyyənləşdirildi. Bu məktəb/siniflərdə azsaylı etnik azlıqlar üçün aşağıdakı dillərin öyrədilməsinin əsası qoyuldu: osetin, avar, udi, assur, kürt dili.

Xüsusilə:


  • Osetin dili – Kvareli bələdiyyəsi, Dzizkanaantseri kəndi kütləvi məktəbinin I-IX, Laqodexi bələdiyyəsi Poni və Areşperani kütləvi məktəblərinin I-XII siniflərində;

  • Avar dili –Kvareli bələdiyyəsi Tivi kəndi, Çantliskuri və Saruso kəndlərinin kütləvi məktəblərinin I-IX siniflərində;

  • Udi dili –Kvareli bələdiyyəsi Zinobiani kəndinin kütləvi məktəbi I-VI siniflərdə;

  • Assur dili -Msxeta bələdiyyəsi Köhnə Kandi kəndi kütləvi məktəbi VI-XI siniflərdə;

  • Kürt dili – Təhsil və Elm Nazirliyinin əmri ilə Tbilisi şəhəri 79 saylı kütləvi məktəb müəyyənləşdirildi.

2016-cı il sentyabrın 13-də nazirin 702 saylı əmri ilə yuxarıda qeyd edilmiş 1255 saylı əmrə düzəliş edildi və birinci maddəyə “C” bəndi əlavə olundu. Əlavəyə görə Axmeta bələdiyyəsinin Omalo, Duisi, Dumasturi, Birkiani və Coğolo kəndləri kütləvi məktəblərinin V-VI siniflərində çeçen dilinin seçmə fənn kimi həftədə iki saat tədrisi müəyyənləşdirildi.

Gender meynstriminqi


Vətəndaş Bərabərliyi və İnteqrasiyası üzrə Dövlət Strategiyası və müvafiq plan gender nişanəsi altında bərabərsizliyin aradan qaldırılmasını və qadın hüquqlarının müdafiəsinin dəstəklənməsini, onların ictimai həyatda aktiv iştirakına dəstəyin təşviq edilməsini nəzərdə tutur.

Bu məqsədlə etnik azlıqların kompakt məskunlaşdığı regionlarda Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatının təşkilatçılığı ilə müxtəlif məzmunda informasiya xarakterli bir neçə görüş keçirildi. Görüşlərdə əsas diqqət gender bərabərliyi məsələlərinə, o cümlədən də erkən nikah kimi məsələlərə yönəldilmişdir. Bundan başqa, Dövlət Naziri Aparatı və Gürcüstanda fəaliyyət göstərən Sülh Fondunun təşkilatçılığı ilə Axalsixe bələdiyyəsi meriyasında “Qadın hüquqları və məşğuliyyəti” mövzusunda treninq keçirildi. Qardabani şəhərində yerli müəllimlərlə qadınların məşğuliyyəti və ictimai həyatda onların aktiv iştirakı mövzusunda dörd görüş təşkil olundu.

Həmçinin Ədliyyə Nazirliyinin də iştirakı ilə Marneuli bələdiyyəsi Sadaxlı kəndinin ictimai mərkəzində insan alveri, ailədə zorakılıq və etnik azlıqların müdafiəsi məsələləri ilə bağlı yerli əhali ilə görüş keçirildi.

Bu istiqamətdə Tbilisi Sakrebulosu tərəfindən bir neçə tədbir ərsəyə çatdırıldı. Bura daxildir:



  • İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komissiyasının təşəbbüsü, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Seçki Sistemləri Beynəlxalq Fondunun (IFES) dəstəyi ilə Tbilisidə yaşayan etnik azlıq nümayəndələri üçün “Gender bərabərliyi, qadınların siyasi iştirakı” mövzusunda treninq keçirildi.

  • “Tbilisi Dostluq Evində” “Milli azlıq nümayəndəsi olan qadınların Tbilisi şəhər bələdiyyəsinin işində iştirakı” adlı konfrans təşkil edildi. Konfransda gender bərabərliyi strategiyası ilə bağlı mühakimələr yürüdüldü və konkret tövsiyələr işlənib hazırlandı.


ÜHHŞ –D. Ağmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyası

Milli Fəaliyyət Planı çərçivəsində 2011-ci ildən bəri gender bərabərliyi prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri Tədris Planında öz əksini tapmaqdadır. Milli Müdafiə Akademiyası həm bakalavr, həm də peşə məktəblərinin tədris planına əsasən məktəblərə qəbul olmuş hər bir yeni tələbəyə, o cümlədən etnik azlıq nümayəndələrinə də “Gender bərabərliyi prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri ” mövzusunda təlimlər keçirilir. 2013-cü ildən gender bərabərliyi prinsipləri və BMT Təhlükəsizlik Şurası qətnamələri Milli Müdafiə Akademiyası məktəblərinin müvafiq tədris planına daxil edildi. 2016-cı ildən IV kurs yunkerləri üçün tədris moduluna gender bərabərliyi prinsipləri haqqında qiymətləndirmə mühazirələri də (4 saat) tətbiq olundu.

Hesabat dövrü ərzində Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi USAID tərəfindən maliyyələşdirilmiş layihənin -“Gürcüstanda ailədə zorakılığın azaldılması” –prevensiyası komponenti çərçivəsində, ailədə zorakılığın qarşısının alınması mövzusunda dörd dildə (gürcü, rus, erməni, Azərbaycan dillərində -500 ədəd) braşüra hazırlandı və çap olundu; braşüra zorakılığın formaları və qurbana (zərərçəkmişə) lazımi yardımın göstərilməsi mexanizmi, dövlət fondunun xidmətləri və ondan istifadə edən benefisiarlar haqqında informasiyanı əks etdirir.

Bundan başqa, il ərzimdə nazirliyin təşkilatçılığı ilə Kvemo Kartli və Samsxe-Cavaxeti regionlarında sadalanan hədəf qrupları ilə informasiya xarakterli görüşlər təşkil olundu: Qardabani bələdiyyəsi Martkopi və Sartiçala kəndlərinin kütləvi məktəb şagirdləri ilə; Ninodzminda bələdiyyəsi, Qandzani kəndi və Marneuli bələdiyyəsi Sadaxlı kəndinin əhalisi ilə.



Axalkalaki şəhərində isə ailədə zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində zorakılıq haqqında məlumatlılığın yüksəldilməsi məqsədilə aksiya keçirildi. Universitet tələbələrinə braşüralar, futbolkalar və çantalar təqdim edildi.


Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə