Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


Kvemo Kartli regionu diyar administrasiyası tərəfindən görülmüş işlər



Yüklə 315,22 Kb.
səhifə3/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   2   3   4   5   6   7   8   9   ...   12

Kvemo Kartli regionu diyar administrasiyası tərəfindən görülmüş işlər

Kvemo Kartli regionunun bütün bələdiyyələrində “Munisipal xidmət ” –“Qadınlar otağı” yaradılıb ki, burda da əsas məqsəd qadın ehtiyacları ilə bağlı informasiya və xidmətlərin əlçatanlığının təmin edilməsindən ibarətdir. “Qadın otağı” çərçivəsində əhali üçün əhəmiyyətli məsələlərin müzakirəsi və problemlərin həlli yollarının axtarılması həyata keçirildi. Erkən nikah, qadın zorakılığına qarşı mübarizə mexanizmləri və insan haqlarının müdafiəsi üzrə milli strategiya ilə bağlı informasiya xarakterli bir neçə görüş təşkil edildi.

Aşağıdakı kurslar həyata keçirildi: informasiya texnologiyaları üzrə bir aylıq kurs, “Lider və parlamentdə müvəffəqiyyətli qadınlar” treninqi, ingilis dilinin üçaylıq baza kursu və s. Hesabat dövrü ərzində Kvemo Kartli regionunun “Qadın otaqlarının” himayəsi ilə 35 tədbir həyata keçirildi ki, burada 200-ə qədər qadın iştirak etdi.
Dövlət idarəçiliyi, hüquq-mühafizə orqanları və mexanizmlərinin etnik azlıq nümayəndələri üçün əlçatanlığının yüksəldilməsi

Gürcüstan Daxili İşlər Nazirliyinin fəaliyyəti:

Hesabat dövründə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Akademiyası etnik azlıqların bərabərliyinin müdafiəsi siyasətini aktiv şəkildə həyata keçirirdi. O cümlədən: detektiv-müstəntiq, patrul-inspektor və məhəllə inspektorunun hazırlanması üzrə xüsusi peşəkar təhsil proqramı. Qeyd edilmiş proqramlar “ Multietnik cəmiyyətdə polis ” və “Gender bərabərliyi ” tematikasını əhatə edir. 2016-cı il vəziyyətinə əsasən yuxarıda qeyd edilmiş proqramları 35 etnik azlıq nümayəndəsi (16 azərbaycanlı, 15 erməni, 3 ukraynalı, 1 yezidi) başa vurdu.

ÜHHŞ DİN Akademiyasında “Gürcü dilində hazırlıq üzrə xüsusi təhsil proqramı”na tələbə qəbulu ilk dəfə 2016-2017 tədris ilində həyata keçirildi (kursa 2 erməni və 4 azərbaycanlı tələbə daxil oldu).

“Kütləvi məktəblərdə hüquqi asayişin təmin edilməsi və cinayətin prevensiyası proqramı” həyata keçirildi. Yol hərəkətinin təhlükəsizliyi kampaniyası – “Sənin üçün, sənin təhlükəsizliyin üçün” – çərçivəsində, bütün ölkə miqyasında “Bir-birimiz naminə yol hərəkəti qaydalarına riayət edək” adlı müsabiqə (rəsm, esse) elan olundu. Müsabiqədə həm gürcüdilli, həm də qeyri-gürcüdilli məktəb şagirdləri iştirak etdi.



Samsxe-Cavaxeti regionunda dövlət-qəyyumu –qubernator administrasiyası tərəfindən görülmüş işlər:

Samsxe-Cavaxeti regionunda hesabat dövründə etnik azlıq nümayəndələrinin müraciətlərinə baxılma qanunla təsbit edilmiş prosedurlara riayət etməklə həyata keçirilirdi. Müvafiq olaraq, vətəndaşlara lazımi yardım və konsultasiya göstərilmişdi. Dövlət qəyyumu-qubernatoru etnik azlıqların sıx məskunlaşdığı bələdiyyələrdə: Ninodzminda və Axalkalakidə sistematik şəkildə əhali ilə görüşlər keçirirdi. Etnik azlıq nümayəndələri dövlət dilini bilmədiklərinə görə heç bir problemlə üzləşməmişlər, çünki onlar müvafiq şifahi izahı ana dillərində və yaxud onların başa düşdüyü dillərdə alırdılar.

Dövlət qəyyumu-qubernatoru administrasiyası və bələdiyyələrdə “Bir pəncərə prinsipi” qüvvədədir; arzu etdikləri təqdirdə etnik azlıq nümayəndələri müvafiq xidmət əməkdaşları ilə görüşürlər. 2076 vətəndaş müxtəlif ehtiyaclar üçün ərizə ilə qubernator administrasiyasına müraciət etmişdi. Onlardan 146-sı etnik azlıq nümayəndəsi idi. Ərizələrdə vətəndaşlar etnik mənsubiyyətlərindən asılı olmayaraq sosial yardım, ağac materialının (odunun) ayrılmasını, müalicə üçün məbləğ və s. istəyirdilər. Ağac materialının ayrılması üçün 117 etnik azlıq nümayəndəsinə icazə verildi.

Hesabat dövrü ərzində qubernator administrasiyasının müvafiq xidmətləri Mərkəzi idarələr və qeyri-hökumət sektoru tərəfindən etnik azlıqların ehtiyaclarının ödənməsi və onların vətəndaş aktivliyinin yüksəldilməsi məqsədilə keçirilən tədbirlərdə iştirak etmişlər. Bələdiyyələrdə kadrların müsabiqə yolu ilə seçilməsi zamanı müsabiqə iştirakçıları test imtahanını ana dilində vermək hüququna malikdirlər.


Kvemo Kartli regionunda dövlət qəyyumu –qubernator administrasiyası tərəfindən görülmüş işlər:
Dövlət qəyyumu-qubernatorun N61 saylı fərmanı əsasında etnik azlıqların problematikası üzrə Məsləhət Şurası yaradıldı. Dövlət qəyyumu-qubernatoru, qubernatorun sədrləri, Kvemo Kartlinin bütün bələdiyyələri üzrə qamqebeli və merləri, Xalq Müdafiəçisi və qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuranın tərkibinə daxildirlər. Hesabat dövründə iki iclas keçirildi. İclasda etnik azlıq nümayəndələrinin identik problemləri və onların həlli yolları müzakirə edildi.

Siyasi qərarqəbuletmə prosesində etnik azlıqların iştirakının təşviqi


Tbilisi Sakrebulosunun fəaliyyəti:

Tbilisi bələdiyyəsi Sakrebulosu İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komissiyası təcrübə proqramı ilə əlaqədar Gürcüstan Təhsil və Elm Nazirliyinə müvafiq informasiya göndərdi. Nazirliyin aralıq cavabına əsasən məlumat ali təhsil müəssisələrinə yönəldildi.

Diasporanın səyi ilə etnik azlıq nümayəndəsi beş seçilən tələbə Tbilisi şəhər bələdiyyəsi Sakrebulosunda üç aylıq təcrübə keçmək imkanı qazandı. Daha iki etnik azlıq nümayəndəsi Tbilisi şəhər meriyasının Mədəniyyət üzrə Şəhər Xidmətində təcrübə keçdi.


Təhsil məsələləri ilə bağlı informasiya xarakterli görüşlər və maariflənmənin yüksəldilməsi


Gürcüstan Təhsil və Elm Nazirliyinin gördüyü işlər:

  • Cari ilin iyulun 19-da İsveçin Beynəlxalq İnkişaf Fondunun (SIDA) dəstəyi ilə Aleksandr Londer adına Strategiya və Beynəlxalq Münasibətlər üzrə Tədqiqat Mərkəzi tərəfindən Axalkalakidə təhsil sistemində diskussiya-təqdimat və yeni təhsil planında etnik azlıqların cəlb olunması məsələləri kütləvi müzakirəyə çıxarıldı.

  • Avropa Şurası və Avropa İttifaqı ilə əməkdaşlıq əsnasında azlıqların dillərinin öyrənilməsi və bilinqvistik təhsilin əhəmiyyəti barəsində bukletlər hazırlandı və dillər haqqında Avropa Xartiyasına əsasən Gürcüstanın etnik azlıqların 13 dilinə tərcümə olundu. Bukletlərin hazırlanması və tərcümə olunması işində etnik azlıq nümayəndələri də iştirak edirdilər.

  • Samsxe-Cavaxeti, Kvemo Kartli, Kaxeti, Sameqrelo, Acarıstan və Kutaisi şəhərinin resurs-mərkəzlərinin nümayəndələri ilə, o cümlədən məktəb rəhbərliyi ilə görüşlər keçirildi. Görüşlər dövlət dili və azlıqların dillərinin öyrənilməsi, eləcə də ikidilli tədris proqramları barəsində məlumatın verilməsi məqsədini daşıyırdı.


Etnik azlıq nümayəndələri üçün ictimai xidmətlərin əlçatanlığının yaxşılaşdırılması

Gürcüstan Cəzaçəkmə və Probasiya Nazirliyi tərəfindən görülmüş işlər

Cəzaçəkmə və Probasiya Nazirliyinin on beş penitensiar müəssisəsinin hər birində müttəhim və məhkumların hüquqları haqqında beş dildə (rus, erməni, Azərbaycan, türk və ingilis) braşüralar əlçatandır.

Probasiyaya buraxılmışların hüquqları və öhdəlikləri haqqımda erməni dilinə 800, Azərbaycan dilinə 2000 , rus dilinə isə 700 ədəd məlumat bukleti tərcümə olundu.

Birinci mərhələdə, sınanılanların ( probasiyaya buraxılanlar) hüquqları və öhdəlikləri barəsində tərcümə edilmiş braşüralar Kvemo Kartli Probasiya Bürosuna təhvil verildi: Azərbaycan dilində 500 ədəd, rus dilində 200 ədəd. Samsxe-Cavaxeti Probasiya Bürosuna 400 ermənidilli, 200 rusdilli və 100 azərbaycandilli informasiya xarakterli buklet verildi.



ÜHHŞ Cəzaçəkmə və Probasiya Tədris Mərkəzi 2015-ci ilin dekabr ayından bu yana Nazirliyin xüsusi penitensiar xidməti işçilərinin icbari peşəkar hazırlıq, sertifikatlaşdırma və dövri olaraq yenidən hazırlıq prosesini davam etdirir. Elə bu məqsədlə tədris proqramları işlənib hazırlandı ki, burada başqa mühüm mövzularla yanaşı, insan hüquqları və əsas azadlıqları, məhbuslarla davranma standartları, xüsusən də həssas kateqoriyalarla (o cümlədən etnik azlıqlarla) davranma xüsusiyyətlərinin həm milli qanunvericiliklə, həm də beynəlxalq tənzimləmələr əsasında tədrisinə də diqqət ayrıldı.

2016-cı il ərzində Xüsusi penitensiar xidmətin 2417 dinləyicisi həm anti-diskriminasiya, həm də etnik azlıqlara mənsub məhbus və məhkumların hüquqları və onlarla davranma spesifikası məsələləri üzrə hazırlıq və yenidən hazırlıq keçdilər.


Trefikinqə qarşı mübarizə məsələsində məlumatlılığın yüksəldilməsi

2006-cı ildən Gürcüstan Ədliyyə Nazirliyi insan alverinə (trefikinq) qarşı yönəlmiş tədbirləri həyata keçirən İdarələrarası Koordinasiya Şurasına rəhbərlik edir.



Trefikinqlə mübarizədə dövlət siyasətinin əhəmiyyətli komponentlərindən birini preventiv tədbirlərin həyata keçirilməsi təşkil edir. Bu nöqteyi-nəzərdən, həssas qruplara, o cümlədən etnik azlıq nümayəndələrinə xüsusi diqqət ayrılır. Hesabat dövründə Gürcüstan Ədliyyə Nazirliyi etnik azlıqların məskunlaşdığı müxtəlif regionlarda məlumat xarakterli görüşlər keçirmiş, həmçinin insan alverinə (trefikinqə) qarşı mübarizədə dövlət siyasətinə, qanunsuz miqrasiya məsələlərinə və bu təhlükədən qorunma mexanizmlərinə həsr edilmiş təlimlər təşkil etmişdir. Trefikinq mövzusu üzrə hazırlanmış beşdilli (gürcü, ingilis, rus, türk və Azərbaycan) informasiya broşuraları paylanıldı.


Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə