Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


Seçki prosedurları ilə bağlı seçki administrasiyası üzvü olan etnik azlıqların hazırlanması



Yüklə 315,22 Kb.
səhifə5/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   2   3   4   5   6   7   8   9   ...   12

Seçki prosedurları ilə bağlı seçki administrasiyası üzvü olan etnik azlıqların hazırlanması


2016-cı il 8 oktyabr Gürcüstan parlament seçkiləri üçün Gürcüstan miqyasında etnik azlıq nümayəndəsi seçicilərin kompakt məskunlaşdığı 12 seçki dairəsində 344 seçki məntəqəsi (gürcü-Azərbaycan – 207 məntəqə; gürcü-erməni -133 məntəqə; gürcü-erməni-Azərbaycan -4 məntəqə) yaradılmışdır. Gürcüstan miqyasında 47 341 məntəqə seçki komissiyası üzvünə, o cümlədən 2714 etnik azlıq nümayəndəsinə (burdan 1 343 nəfəri erməni, 1 338 nəfəri azərbaycanlı, 13 nəfəri osetin, 12 nəfəri rus, 7 nəfəri avar, 1 nəfəri ukraynalı) treninqlər keçirildi.

2016-cı il 8 oktyabr Gürcüstan Parlament seçkiləri üçün işlənmiş treninqlər konsepsiyasına uyğun olaraq, məntəqə seçki komissiyalarının ermənidilli və azərbaycandilli üzvləri intensiv təlim kursu keçdilər. Treninqlərin I mərhələsində məntəqə seçki komissiyası üzvlərinə məntəqə seçki komissiyasına rəhbərlik edən şəxslərin seçilməsi qaydası ilə bağlı instruktaj keçirildi. Treninqlərin II mərhələsi məntəqə seçki komissiyasının tam tərkibinin öyrənilməsinə ayrıldı. Bu istiqamətdə səsvermə gününə qədər və səsvermə günü məntəqə seçki komissiyalarının kompetensiyasında olan məsələlər müzakirə edildi. Treninqlərin III mərhələsi isə məntəqə seçki komissiyalarının rəhbər şəxslərinin (sədr, müavin, katib ) təliminə ayrıldı. Bu mərhələnin təlim proqramı məntəqə seçki komissiyasının rəhbər şəxslərin səlahiyyətlərinin müzakirəsini əhatə edirdi. Həmçinin İnnovativ tədris modulları da –münaqişənin idarə olunması və seçki təhlükəsizliyi – inteqrə olunmuşdur. Bu modullar MSK Təlim Mərkəzi tərəfindən MSK və Daxili İşlər Nazirliyi arasında imzalanmış memorandum çərçivəsində, Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) ekspertinin tövsiyələrindən və beynəlxalq təcrübədən yararlanaraq işlənib hazırlandı. Treninqlərin IV mərhələsində məntəqə seçki komissiyasının üzvləri üçün səsvermə gününün epizodik səhnələşdirmə formatında simulyasiya təlimi keçirildi.


Etnik azlıq seçiciləri üçün maarifləndirmə proqramlarının həyata keçirilməsi


Hesabat dövründə etnik azlıq seçicilərinin maarifləndirilməsi istiqamətində aşağıdakı layihələr həyata keçirildi: “Seçki inkişafı məktəbi” , “Seçkilər və gənc seçicilər” və “Seçki administratoru kursları”.

Seçki inkişafı məktəbi

MSK və Təlim Mərkəzi Avropa Şurası və Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) dəstəyi ilə informasiya-maarifləndirici layihəni -“Seçki inkişafı məktəbi 2016” həyata keçirdi. Layihənin başlıca məqsədi gənclər arasında seçkilərin populyarlaşdırılması, vətəndaş iştirakının yüksəldilməsi, dairə seçki komissiyası üzvləri üçün təlimçinin qabiliyyət-bacarıqlarının inkişaf etdirilməsi və seçki administrasiyasında qazanılmış biliyin mübadiləsi yolu ilə əlavə insan resurslarının yaradılmasından ibarətdir.

Təlim kursu aşağıdakı məsələləri əhatə edirdi: dövlətin institusional təşkili, Gürcüstanda seçki sistemləri, seçkilərin hüquqi tənzimlənməsi, seçkilərdə iştirak edən tərəflər, seçki mühitinin inklüzivliyi, gender və seçkilər, seçici siyahıları, seçkiqabağı dövr, səsvermə prosedurları, seçki məntəqələrinin bağlanması, səsvermənin nəticələrinin yekunlaşdırılması və seçki mübahisələri.

Layihə 20 bələdiyyə, o cümlədən etnik azlıqların məskunlaşdığı 4 bələdiyyə2 üzrə həyata keçirildi və layihədə 453 gənc iştirak etdi. Burdan 298 (65.78%) və 155 kişi (34.22%) idi. Qeyd edilməlidir ki, iştirakçılar arasında 7 etnik azlıq nümayəndəsi, o cümlədən qadın – 5 (71.43%) və kişi2 (28.57%) –var idi.



Seçkilər və gənc seçicilər

MSK və Təlim Mərkəzi Gürcüstan Təhsil və Elm Nazirliyi ilə əməkdaşlıq əsasında və Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) maliyyə dəstəyi ilə kütləvi məktəblərdə “Seçkilər və gənc seçicilər” informasiya-təlim layihəsini həyata keçirdi. Təlim kursu aşağıdakı məsələləri əhatə edirdi: seçkilərə tarixi baxış və müasirlik, seçkilər və demokratiya, seçki administrasiyası və seçicilər, seçkilərdə iştirak edən digər tərəflər.

Təlim kursuna 21 bələdiyyədə (o cümlədən etnik azlıqların məskunlaşdığı 14 bələdiyyədə3 və 7 yüksək dağlıq regionda ) yerləşən 73 kütləvi məktəbin XI-XII sinifdə oxuyan 1235 şagird cəlb olundu.

Seçki administratoru kursları

MSK və Təlim Mərkəzi Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) dəstəyi ilə “Seçki administratoru kursları” informasiya-təlim layihəsini həyata keçirdi. Layihənin başlıca məqsədi seçki məsələləri ilə bağlı vətəndaş təfəkkürünün yüksəldilməsini və seçki administrasiyasında yüksək ixtisaslı kadr resurslarının formalaşmasını dəstəkləməkdən ibarətdir.

Təlim kursu aşağıdakı mövzuları əhatə edirdi: səsvermə başlayana qədər keçiriləsi prosedurlar; səsvermə prosesi; seçki məntəqəsinin bağlanması; seçki qutusu açılana qədər keçiriləsi prosedurlar; seçki qutusunun açılması; səsvermə nəticələrinin yekun protokolu tərtib edilənə qədər keçiriləsi prosedurlar; səsvermə nəticələrinin yekun protokolunun tərtib edilməsi, yekun protokolun kütləviliyi; səsvermə günü ərizələri və şikayətləri.

Layihə Gürcüstan miqyasında 22 bələdiyyədə, o cümlədən etnik azlıqların məskunlaşdığı 11 bələdiyyədə4 həyata keçirildi. Kurs çərçivəsində 804 iştirakçı, o cümlədən etnik azlıqların məskunlaşdığı bələdiyyələrdən 377 iştirakçı təlim keçdi.


Etnik azlıq seçicilərinin məlumatlandırılması kampaniyası


2016-cı il 8 oktyabr Gürcüstan parlament seçkiləri üçün MSK və Təlim Mərkəzinin əməkdaşlığı əsasında ilk dəfə dairə seçki komissiyası üzvlərinin iştirakı ilə etnik azlıq nümayəndəsi olan seçicilərin məlumatlandırılması kampaniyası keçirildi. Kampaniya çərçivəsində imitasiyalı səsvermə proseduru təşkil olundu. Ermənidilli və azərbaycandilli seçicilər üçün keçirilmiş imitasiyalı səsvermə prosesi, onların seçki hüquqlarının tam şəkildə həyata keçirilməsinə xidmət edirdi.

Etnik azlıqların məskunlaşdığı regionların (Samsxe-Cavaxeti, Kaxeti, Kvemo Kartli) 53 kəndində görüşlər keçirildi5.


Media və informasiyanın əlçatanlığı


Etnik azlıq nümayəndələri üçün media və informasiyanın əlçatanlığının təkmilləşdirilməsi

Hesabat dövründə İctimai Yayım 2016-cı il Fəaliyyət Planı ilə müəyyənləşdirilmiş tədbirləri həyata keçirdi.




Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə