Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss



Yüklə 315,22 Kb.
səhifə8/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   ...   4   5   6   7   8   9   10   11   12


Milli tədris olimpiadası


2015-2016 tədris ilində Gürcüstanda mövcud bütün ümumtəhsil ocaqlarında, o cümlədən qeyri-gürcüdilli məktəblərdə erməni, Azərbaycan və rus dillərində Milli tədris olimpiadası keçirildi. Qeyd edilməlidir ki, qeyri-gürcüdilli məktəb şagirdləri gürcü dili olimpiadasında iştirak etdilər.


Gürcü dili

(qeyri-gürcüdilli məktəblər)



1127

Azərbaycan dilində fənlər

547

Erməni dilində fənlər

710

Rus dilində fənlər

379

Üçüncü turun əsasında gürcü dili üzrə qaliblər müəyyənləşdi – 9 rusdilli şagird, 1 ermənidilli şagird.



Məktəb buraxılış imtahanları

2015-2016 tədris ili məktəb buraxılış imtahanlarının əsasında tam ümumi orta təhsil haqqında sənəd aldı:

Ermənidilli şagird - 703;

Azərbaycandilli şagird - 650;

Rusdilli şagird - 926.

Ali təhsilin əlçatanlığının yüksəldilməsi


2010-cu ildən etnik azlıq nümayəndələrinin sadələşdirilmiş qaydada ali təhsil almaq imkanına malikdirlər. Sadələşdirilmiş sistem –“1+4 proqramı” ümumi qabiliyyətlər imtahanını abxaz, osetin, erməni və Azərbaycan dillərində tapşırmağı və lazımi xallar toplandığı təqdirdə ali təhsil almaq imkanını nəzərdə tutur. Gənclər bir il ərzində gürcü dilindən hazırlıq üzrə təhsil kursunu keçirlər və növbəti 60 krediti topladıqda isə istədikləri fakültə üzrə təhsillərini davam etdirirlər. 2016-2017 akademik il üçün Milli İmtahan Mərkəzi ümumi qabiliyyətlər üzrə testi abxaz dilində təqdim etdi ki, bu da abxazdilli abituriyentlərə proqrama qoşulmaq və qəbul imtahanlarını daha sadələşdirilmiş formada abxaz dilində vermək imkanını qazandırdı. Osetindilli gənclər üçün proqram tam şəkildə 2015-2016 tədris ilindən qüvvəyə mindi.

2016-cı il Vahid milli imtahanda ümumi qabiliyyətlər üzrə azərbaycandilli və ermənidilli testlərin nəticələri əsasında 960 abituriyent ,buradan: ümumi qabiliyyətlər üzrə azərbaycandilli testlər əsasında 660, ümumi qabiliyyətlər üzrə ermənidilli testlər əsasında 300 abituriyent ali təhsil müəssisələrində təhsilini davam etmək hüququnu qazandı.

Dövlət tədris qrantı 2016-cı il Vahid milli imtahanların yalnız ümumi qabiliyyətlər üzrə azərbaycandilli və ermənidilli testlərin nəticələri əsasında 194 abituriyent maliyyələşdirildi (ümumi qabiliyyətlər üzrə azərbaycandilli testlər əsasında 99, ümumi qabiliyyətlər üzrə ermənidilli testlər əsasında 95 abituriyent).

Akademik proqramlara qəbul olundular:


  • Ümumi qabiliyyətlər üzrə ermənidilli testlər əsasımda 3 abituriyent (şagirdlərdən biri qrant qazandı);

  • Ümumi qabiliyyətlər üzrə azərbaycandilli testlər əsasında 8 abituriyent (şagirdlərdən biri qrant qazandı).

Bir abituriyent abxaz dili və ədəbiyyatı üzrə testlərdən keçərək Ali təhsil müəssisəsinin akademik proqramına daxil oldu.


ÜHHŞ David Ağmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasında 2015-2016 tədris ilində “1+4 proqramı” çərçivəsində yalnız 1 azərbaycandilli abituriyent qəbul olundu. Həmin abituriyent öz istəyi ilə akademiyanı tərk etdi və qeyd edilmiş proqramdan xaric olundu. Lakin ümumilikdə, 2016-cı ilin göstəricilərinə görə “1+4 proqramı” əsasında Akademiyaya 7 yunker (3 azərbaycanlı, 4 erməni; buradan 3 nəfəri ikinci kursda, 2 nəfəri üçüncü kursda və 2 nəfəri dördüncü kursda) qəbul edildi.


Peşəkar təhsilin və yaşlıların təhsillə təmin edilməsi


Etnik azlıq nümayəndələri üçün peşəkar təhsil əlçatandır. ÜHHŞ Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbi bu istiqamətdə aktiv fəaliyyət göstərir, hansının ki, əsas məqsədi etnik azlıqların kompakt məskunlaşdığı və yüksək dağlıq regionlarda, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi yolu dövlət qulluğunda peşəkar kadr çatışmazlığını aradan qaldırmaqdan, həmçinin istənilən maraqlanan şəxsə dövlət dilinin öyrədilməsi və onların vahid dil məkanında inteqrasiyasını dəstəkləməkdən ibarətdir.

İl ərzində Dövlət İdarəçilik Məktəbi “Dövlət idarəçiliyi və inzibatçılığı” və “Dövlət dilinin tədrisi ” proqramlarını həyata keçirdi.

2016-cı ildə “Dövlət idarəçiliyi və inzibatçılığı” proqramının altı ixtisaslaşma istiqaməti (dövlət satınalmaları; ictimai təşkilatların idarə olunması; insan resurslarının idarə olunması və ictimai sektorda kargüzarlıq; kütləvi maliyyənin idarə olunması; ictimaiyyətlə əlaqələr və kommunikasiya; infrastruktur layihələrinə texniki nəzarət) çərçivəsində 191 dinləyici təlim keçdi.


  • “Dövlət idarəçiliyi və inzibatçılığı” proqramı çərçivəsində proqramın kreditlərinin hesablanması sistemi işlənib hazırlandı və tətbiq edildi .

  • Dinləyicilərin təlim nəticələrinin qiymətləndirilməsi sisteminə dəyişikliklər edildi və yeniləndi;

  • İmtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi sistemi tətbiq edildi;

  • “Dövlət idarəçiliyi və inzibatçılığı” proqramı çərçivəsində yeni ixtisaslaşma istiqaməti “İnfrastruktur layihələrinə texniki baxış” işlənib hazırlandı və tətbiq edildi;

  • Dövlət idarəçiliyi və inzibatçılığı altproqramının, tədris kurslarının statusunun müəyyənləşdirilməsinə dəyişikliklər edildi;

  • “Dövlət idarəçiliyi və inzibatçılığı” proqramına qatılmış təlimçilərin peşəkarlıq səviyyələrini yüksəltmək və proqramın 2016-cı il birinci axının nəticələrini analiz etmək məqsədilə həm proqram təlimçilərinin, həm də prosesə qoşulmuş əməkdaşların iştirakı ilə 4 günlük iş görüşü keçirildi;

  • Yeni “Gürcüstan və Avroatlantik inteqrasiya” kursu işlənib hazırlandı və 3 regionda keçirildi: Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti. Kursda 201 dinləyici (Samsxe-Cavaxeti regionu -60 iştirakçı, Kvemo Kartli regionu 107 iştirakçı, Kaxeti 34 iştirakçı) iştirak etdi;

  • “Kargüzarlıq və elektron idarəçilik” təlim kursu çərçivəsində Samsxe-Cavaxeti və Kvemo Kartli regionlarında, 92 dövlət qulluqçusu (Samsxe-Cavaxeti regionunda 71 dinləyici, Kvemo Kartli 21 dinləyici) yenidən hazırlıq keçdi;

  • Proseslərin idarə edilməsi şurasında “Gender büdcəsi ” kursu işlənib hazırlandı və təsdiqləndi. Kurs çərçivəsində 17 dinləyici təlim keçdi;

  • Kompüter texnologiyalarının tədrisi üzrə baza proqramına 220 dinləyici (Samsxe-Cavaxeti regionu 75 dinləyici, Kvemo Kartli regionu -145 dinləyici) daxil oldu və təlim keçdi;

  • ÜHHŞ Vano Xuxunaişvili adına Effektiv idarəçilik Sistemi və Ərazi Təşkili İslahatı Mərkəzində 16 qısamüddətli tədris kursu işlənib hazırlandı və qeydiyyatdan keçdi.


Qeyri-gürcüdilli məktəb müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi


ÜHHŞ Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzin fəaliyyəti:

Qeyri-gürcüdilli məktəb müəllimlərinin peşəkar inkişafı proqramı”


2016-cı ildə “Gələcək uğurlar naminə gürcü dili” və “Milli azlıqların kompakt məskunlaşdığı regionların ümumtəhsil məktəb müəllimlərinin peşəkar inkişafı və karyera yüksəlişinin dəstəklənməsi proqramı” “Qeyri-gürcüdilli məktəb müəllimlərinin peşəkar inkişafı proqramı” adı altında birləşdirildi.

Proqramın məqsədi dövlət dilinin tədrisi yolu ilə qeyri-gürcüdilli məktəb və bölmələrin müəllimlərinin peşəkar inkişaflarının dəstəklənməsi və təlim/tədris keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. Bundan başqa, proqram (2016-2019-cu illər) qeyri-gürcüdilli məktəblərin yerli müəllimlərin, həm fənlər üzrə imtahana hazırlığına, həm də dövlət dilinin öyrədilməsinə istiqamətlənib.

Hesabat dövründə proqram çərçivəsində bir sıra tədbirlər keçirildi:

Gürcüstan miqyasında mövcud qeyri-gürcüdilli məktəb/bölmə müəllimləri, məktəb kitabxanaları və təhsil resurs mərkəzlərinə paylanıldı:



  • Müəllimlik fəaliyyətinə başlama, inkişaf və karyera yüksəlişi üzrə sənədlər toplusu. 2015-ci ilin mayından nəşrlərin elektron versiyasının əlçatanlığı təmin edildi.







Azərbaycan

Rus

Erməni

Resurs mərkəzi

11

22

13 ədəd

Məktəb

113

40

122 ədəd

Müəllim

2955

1142

2805 ədəd

Cəmi

3,079

1,204

2,940




  • Müəllimlik fəaliyyətinə başlama, inkişaf və karyera yüksəlişi üzrə bələdçinin I hissəsi. 2015-ci ilin sentyabrından nəşrin elektron versiyasının əlçatanlığı təmin edilib.







Azərbaycan

Rus

Erməni

Resurs mərkəzi

11

22

13 ədəd

Məktəb

113

40

122 ədəd

Müəllim

2955

1142

2805 ədəd

Cəmi

3,079

1,204

2,940




  • “Müəllimlik fəaliyyətinə başlama, inkişaf və karyera yüksəlişi üzrə sxem” haqqında məktəb administrasiyasına və fasilitatorlara məlumat verildi;

  • ÜHHŞ –Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz direktorunun 2016-cı il sentyabrın 23-də 217 saylı əmri əsasında müəllimlərin özünüqiymətləndirmə anketi təsdiqləndi. Anket Azərbaycan, rus və erməni dillərinə tərcümə olundu və ÜHHŞ Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin veb-səhifəsinə yerləşdirildi. Çap və elektron media vasitəsilə anketin elektron versiyada əlçatanlığı barədə informasiya yayıldı;

  • ÜHHŞ Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi tərəfindən işlənib hazırlanmış treninq proqramları və onunla əlaqəli olan digər təlim materialları Azərbaycan və rus dillərinə tərcümə olundu;

  • Azərbaycandilli, rusdilli və ermənidilli təlimçilər müsabiqəsi elan olundu. Qeyd edilmiş müsabiqədə 320 namizəd iştirak etdi və yekun olaraq onlar arasından 25 təlimçi seçildi;

  • Qeyri-gürcüdilli məktəb müəllimləri fizika, tarix və riyaziyyatdan yenidən hazırlıq keçdilər;

  • Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetinin 179 qeyri-gürcüdilli məktəbinə 2015-2016 tədris ili ərzində ikinci dil üzrə məsləhətçi müəllim kimi 105 gürcü dilli müəllimi, tarix, coğrafiya və gürcü dili üzrə isə 135 köməkçi müəllim və milli tədris planı ilə nəzərdə tutulmuş istənilən fənn üzrə 14 ikidilli müəllim göndərildi. Proqram çərçivəsində cəlb edilmiş müəllimlər yerli həmkarlarına dərs prosesinin yönəltməkdə yardım göstərirdilər (Samsxe-Cavaxeti regionu -30 məsləhətçi-müəllim; 42 gürcüdilli köməkçi müəllim; 5 ikidilli köməkçi müəllim; Kvemo Kartli regionu -70 məsləhətçi-müəllim; 82 gürcüdilli köməkçi müəllim; 9 ikidilli köməkçi müəllim );

  • Hədəf məktəblərin yerli müəllimlərinə təklif edilmiş A1 səviyyəsi üzrə dil öyrənmə kursuna 221 müəllim cəlb olunmuşdur. 135 dinləyici yekun qiymətləndirmədən uğurla keçmişdi. A2 səviyyəsi üzrə dil öyrənmə kursunda 398 müəllim iştirak etmişdi. 232 dinləyici yekun qiymətləndirmədən uğurla keçmişdi;

  • 105 məsləhətçi-müəllim üçün dil və fənnin inteqrasiyalı tədrisinin uzunmüddətli metodik kursunun ikinci və üçüncü modulu -dinləmə qabiliyyət- vərdişin inkişaf etdirilməsi (II) və oxuma qabiliyyət-vərdişin inkişaf etdirilməsi (III)- keçirildi. Təlim-modullar çərçivəsində məsləhətçi-müəllimlər yerli həmkarları ilə birlikdə dil və fənnin inteqrasiyalı minimum 3 dərsini planlaşdırıb keçirlər. Təlimlər çərçivəsində fərdi görüşlər zamanı dərslər müzakirə edilir və mükəməlləşdirilir. İşlənib hazırlanmış materiallar onlayn tədris portalına (moodle.iliauni.edu.ge.) yerləşdirilib .

Gürcüstan Təhsil və Elm Nazirinin 2015-ci il 27 oktyabr №145/saylı əmri ilə Milli Tədris Planına dəyişikliklər edildi. Dəyişikliyə əsasən etnik azlıqların dillərinin tədrisi planı təsdiqləndi. Plana görə, ÜHHŞ Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin Standartların inkişafı və tətbiqi xidmətinin etnik azlıqların dil üzrə məsləhətçi-eksperti tərəfindən müəllimlər üçün standartlar işlənib hazırlandı. Standartlara söykənərək “Etnik azlıq müəllimləri üçün dil tədrisi metodikası” treninq-proqramı çərçivəsində iki treninq modul – oxuma/dinləmə qabiliyyətlərinin inkişaf etdirilməsi (20 kontakt saatı) və yazı/danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi (15 kontakt saatı) –yazıldı, müvafiq oxu materialı və treninq tapşırıqları hazırlandı.



Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə