Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


Gürcüstan Təhsil və Elm Nazirliyinin



Yüklə 315,22 Kb.
səhifə9/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   ...   4   5   6   7   8   9   10   11   12


Gürcüstan Təhsil və Elm Nazirliyinin 2016-cı il 5 aprel №26/saylı əmri ilə həmçinin, Gürcüstan Təhsil və Elm Nazirliyin 2013-cü il 27 sentyabr №152/saylı əmrinə də “Peşəkar test imtahanının keçirilməsi nizamnaməsinin təsdiqlənməsi haqqında” dəyişikliklər edildi. Qeyd edilmiş dəyişikliklər ərizəçiyə yalnız peşəkar təhsil proqramının çərçivə sənədi əsasında yaradılmış (modulyar) peşəkar təhsil proqramlarını seçdiyi təqdirdə peşəkar test imtahanının rus, Azərbaycan və yaxud erməni dillərində keçirilməsi imkanını müəyyənləşdirdi. Müvafiq olaraq, 2016-cı ilin yay qəbulu zamanı ərizəçilərə ilk dəfə rus, Azərbaycan və yaxud erməni dillərində peşəkar test imtahanını tapşırmaq imkanı verildi ki, bunun nəticəsində də üç nəfər, payız qəbul imtahanında isə on qeyri-gürcüdilli ərizəçi tələbə statusu qazandı

Gürcüstan Təhsil və Elm Nazirliyinin əmri əsasımda həyata keçirilmiş dəyişiklərə görə, rus, erməni və yaxud Azərbaycan dillərində test imtahanı yolu ilə peşəkar proqrama qəbul olmuş ərizəçilərin tədrisə icbari surətdə gürcü dili modulu ilə başlaması müəyyənləşdirildi.

2016-cı yaz qəbulu çərçivəsində, gürcü dili modulunu 3, payız qəbulu çərçivəsində isə 10 tələbə keçdi.

Dövlət dili tədrisinin təkmilləşdirilməsinin dəstəklənməsi


Dövlət dili biliyi məsələsi bu gün də mühüm çağırış olaraq qalmaqdadır. Müvafiq olaraq, dövlət müxtəlif proqramlar və layihələr həyata keçirmək yolu ilə təhsilin bütün pillələrində gürcü dili biliyi səviyyəsinin yüksəldilməsini davam etdirir. Bundan başqa, dövlət qulluqçuları, qeyri-gürcüdilli məktəb müəllimləri və ümumilikdə istənilən maraqlanan şəxs hədəf qrupunu təşkil edir.
Gürcüstan Təhsil və Elm Nazirliyi tərəfindən “Gürcü dilinin xarici dil kimi tədrisi proqramı” həyata keçirilir. Proqram Avropa Şurası Dil Siyasəti İdarəsi ilə əməkdaşlıq və ümumavropa dil kompetensiyalarını nəzərə almaqla tamamlanır. Proqramın məqsədi dinləyicilər və müəllimlər üçün gürcü dilinin xarici dil kimi öyrənilməsi/tədrisi üzrə tam paketin təklif edilməsindən ibarətdir. Bu məqsədə çatmaq üçün sistematik və ardıcıl işlər həyata keçirilir: gürcü dilini öyrənmə səviyyələrinin standart təsviri (A1, A2, B1. B2. C1, C2 səviyyələri). Gürcü dilinin xarici dil kimi standartlaşması zərurəti Gürcüstan hökumətinin intensiv şəkildə beynəlxalq proseslərə qoşulmasından sonra yarandı və müvafiq olaraq, ikitərəfli münasibət kontekstində gürcü dilini müzakirə ehtiyacı yarandı: gürcü dili –Gürcüstanın dövlət dili, yəni daxili mübadilə dili və gürcü dili –dünya mübadiləsində dillərdən biri, yəni legitim dil.

Hər bir səviyyə üçün uyğunlaşdırılmış oxu ədəbiyyatı nəzərdə tutulub. B1 səviyyəsindən hər bir komplektə müəllim kitabı da əlavə olunacaq. Həmçinin http://www.geofl.ge veb-səhifəsində yardımçı tədrisi-metodik materiallar da əlavə olunub.


Təhsil və Elm Nazirliyi ÜHHŞ Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbi “Dövlət dilinin tədrisi proqramını” həyata keçirdi. Bu proqram çərçivəsində:



  • Məktəblərin 8 regional tədris mərkəzinə 2 yeni mərkəz –Laqodexi və Axmeta mərkəzləri əlavə olundu ;

  • Məktəblərdə və regional tədris mərkəzlərində üç A1, A2 və B1 səviyyələri çərçivəsində dövlət dilinin tədrisi proqramı həyata keçirildi;

  • Çevik qruplar yaradıldı ki, bu qruplar rayon mərkəzindən uzaqda yerləşən kəndlərin sakinləri üçün yerindəcə dövlət dilinin tədrisi proqramını icra edirdilər. Proqram çərçivəsində 66 kənddə 165 qrup yaradıldı (Samsxe-Cavaxeti regionu -26 kənddə 70 qrup; Kvemo Kartli regionu -34 kənddə 69 qrup; Kaxeti regionu -6 kənddə 26 qrup ;)

  • Hər bir səviyyəyə uyğun tədris dərslikləri çap edildi;

  • 2016-cı ildə proqrama qoşulmuş dinləyicilərin vahid məlumat bazası yaradıldı ;

  • İl ərzində regional tədris mərkəzində sistematik şəkildə tədris prosesinin monitorinqi həyata keçirilirdi: açıq və planlaşdırılmış dərslərdə iştirak etmək;

  • Dövlət dilinin tədrisi proqramı çərçivəsində 3193 dinləyici yenidən hazırlıq keçdi (Samsxe-Cavaxeti regionu -1462 dinləyici, Kvemo Kartli regionu -1266 dinləyici, Kaxeti regionu -465 dinləyici);

  • Proqramın inkişaf etdirilməsi məqsədilə ixtisaslaşma istiqamətləri üzrə tədris kursları üçün dərsliklərin hazırlanması üzərində işləyən 4 qrup yaradıldı, məktəb metodistlər və ekspertlər seçdi. Dörd ixtisaslaşma istiqaməti üzrə işlər davam etdirilir: hüquqşünaslıq, menecment, maliyyə və satınalmalar, infrastruktur;

  • Yekun test imtahanın elektron forması işləndi, müvafiq test tapşırıqları və pilot rejimdə 5 regional tədris mərkəzində qeyd edilmiş elektron test sınağı hazırlandı (Samsxe-Cavaxeti regionu -2 regional tədris mərkəzi; Kvemo Kartli regionu -3 regional tədris mərkəzi).


Samsxe-Cavaxeti regionunda: Axalkalaki şəhəri və Ninodzminda şəhərində Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinin regional tədris mərkəzləri fəaliyyət göstərirlər. Burada dövlət dilinin tədrisi proqramı həyata keçirilir, 2015-ci ildən isə dövlət idarəçiliyi və inzibatçılığı proqramı çərçivəsində müxtəlif ixtisaslaşma istiqamətlərində tədris davam etdirilir. Dövlət dilinin tədrisi proqramı əsasında tədris prosesi Axalsixedə, dövlət məktəblərinin binalarına yerləşdirilmiş çevik qruplarda həyata keçirilir. Hesabat dövründə qeyd edilmiş mərkəzlərdə 1668 dinləyici müxtəlif proqramlardan faydalandı.

Kvemo Kartli regionu: Marneuli, Bolnisi, Dmanisi, Qardabani və Zalqa bələdiyyələrində Zurab Jvania adına Dövlət İdarəçilik məktəbinin regional tədris mərkəzləri tərəfindən təklif edilmiş adı çəkilən proqramlardan 1539 dinləyici yararlandı.

Kaxeti regionu Laqodexi və Axmeta bələdiyyələrində, eləcə də Saqareco bələdiyyəsi Ləmbəli kənd tədris mərkəzi tərəfindən təklif edilmiş proqramların dinləyici sayı 499 nəfər təşkil edirdi.
Bundan başqa, Dövlət dili biliyi səviyyəsinin yüksəldilməsi məqsədilə müxtəlif idarələr tərəfindən konkret tədbirlər həyata keçirildi:
Paytaxtda yaşayan etnik azlıq nümayəndələri üçün dövlət dilinin tədrisi məqsədilə Tbilisi şəhər bələdiyyəsi Sakrebulosunun İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Kommissiyası ilə ÜHHŞ “Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbi” arasında 2016-cı il fevralın 16-da əməkdaşlıq haqqında memorandum imzalandı.

“Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində, ÜHHŞ Ədliyyə Tədris Mərkəzi 2016-cı il ərzində Gürcüstanın qeyri-gürcüdilli vətəndaşlarına gürcü dilinin tədrisi üzrə pulsuz kurslar təklif etdi. Qeyd edilmiş kurslar tədris mərkəzi tərəfindən 2015-ci ilin sentyabrından müxtəlif donor təşkilatların maliyyə dəstəyi və ÜHHŞ Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin əməkdaşlığı ilə həyata keçirilir. 2016-cı il ərzində 4 ictimai mərkəzdə 97 dinləyici (Kazreti, Qabal, Poka, Sadaxlı) gürcü dili kursunu keçdi.

2016-cı ilin iyulunda gürcü dili üzrə təlimçilər qrupu yaradıldı. Qrupun üzvləri imtahan əsasında seçildilər. 6 təlimçidən 4-ünün qeyri-gürcüdilli məktəblərdə tədris təcrübəsi var və erməni və yaxud Azərbaycan dillərini bilir.
Cəzaçəkmə və Probasiya Nazirliyinin Sosial şöbəsi qeyri-gürcüdilli məhkumların gürcü dilinin tədrisi proqramına qoşulmasını təmin edir. 2016-cı il ərzində gürcü dilinin tədrisi kurslarına 128 qeyr-gürcüdilli məhkum cəlb olunmuşdur.


Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə