GüRCÜstan hökuməTİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix19.10.2018
ölçüsü0,79 Mb.
#74609
1   2   3   4   5   6   7   8   9

Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



 

pozulması  və  irqi  diskriminasiya,  eləcə  də  diskriminasiyanın  yolverilməzliyi  məsələlərində  öz 



əksini tapdı. Həm məhəllə inspektorlarının, həm də patrul polislərinin təlim və yenidənhazırlanması 

üzrə  xüsusi  təhsil  proqramlarına  böyük  diqqət  ayrılır.  Həmçinin  sərhəd  polislərinin  yenidən 

hazırlanması davam edir; hazırlanma üzrə xüsusi təlim proqramında “Multietnik cəmiyyətdə polis” 

kimi mövzu da nəzərdə alınmışdır. 



Azlıqların hüquqları və diskriminasiyanın qadağan olunması məsələləri üzrə treninq 

2013-cü ilin sentyabrında qeyri-hökumət təşkilatı “Gürcüstanın Demokratik Təşəbbüsü” tərəfindən 

“Təhsil vasitəsilə bərabərliyin dəstəklənməsi” layihəsinin həyata keçirilməsinə başlanıldı. Verilmiş 

layihə  çərçivəsində  ,  2013-cü  il  noyabr-dekabr  aylarında  Daxili  İşlər  Nazirliyi  Akademiyasında 

azlıqların hüquqları və diskriminasiyanın qadağan olunması məsələləri üzrə treninqlər keçirildi ki, 

bu treninqdə fəaliyyətdə olan 60 polis iştirak edirdi.  



Etnik  azlıqların  məskunlaşdıqları  regionlarda  (Samsxe-Cavaxeti,  Kvemo  Kartli,  Kaxeti)  bölgə 

administrasiyalarının fəaliyyəti 

Samsxe-Cavaxetinin  Dövlət  qəyyum  –Qubernator  Administrasiyası  tərəfindən  etnik  azlıqların 

nümayəndələrinin  müraciətlərinə  qanunla  təsbit  olunmuş  prosedurlara  riayət  etməklə  cavab 

verilirdi.  Azlıqların  nümayəndələri  dil  baryeri  problemləri  ilə  qarşılaşmamışlar,  onlara  şifahi 

izahatlar  müvafiq  şəkildə  Ana  dilində  və  ya  anladıqları  dildə,  yazılı  cavablar  isə  dövlət  dilində 

verilirdi. Bələdiyyə idarələrində “Vahid pəncərə” prinsipi qüvvədədir ki, bu da vətəndaşlara az vaxt 

sərf  etdirir  və  yalnız  istədikləri  halda,  müvafiq  xidmətlərdən  istifadə  edirlər.  Bölgə 

Administrasiyası  xidmətləri  qanunla  təsbit  edilmiş  müddət  ərzində  vətəndaşların  şifahi  və  yazılı 

ərizələrinə cavab verirlər.  

  Kvemo  Kartli  Dövlət  qəyyumu  –Qubernator  Administrasiyasında  qanunun  aliliyinin  müdafiəsi 

nöqteyi-nəzərindən  müəyyən  tədbirlər  keçirdi,  xüsusilə  də  bələdiyyələrin  dövlət  qulluqçularının 

hüquqi  bilik  səviyyələrinin  yüksəldilməsi  və  Gürcüstan  qanunvericiliyində  mövcud  və  yeni  daxil 

edilmiş  yeniliklərin  öyrənilməsi  məqsədilə  ayda  bir  dəfə  sistematik  informasiya  görüşləri  və 

treninqləri keçirilirdi.  

Marneuli Ədliyyə evi də öz işini uğurla davam etdirdi ki, bu da vətəndaşlara sürətli qaydada xidmət 

almalarına imkan yaradırdı. Gənclərin təlim-tərbiyəsinə, onların şüurlarının inkişafına xüsusi diqqət 

ayrılırdı.  Onlara  Konstitusiya  üzrə  müəyyən  olunmuş  hüquqların  izah  olunması  məqsədilə 

seminarlar təşkil olunurdu.  

Kaxeti  Dövlət  qəyyumunun  –Qubernator  Administrasiyasının  yerli  hökuməti  vasitəsilə,  etnik 

azlıqların  diskriminasial  davranışdan  effektiv  müdafiəsini  təmin  etmək  üçün  etnik  və  dini 

tolerantlığın  və  ksenofobik  asılılığın  mümkün  təzahürünün  sistematik  monitorinqini  həyata 

keçirirdi.  

 

 

 



 

 

II. Təhsil və dövlət dili 



 


Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



 

2013-cü  ilin  göstəricilərinə  görə  Gürcüstanda  213  qeyri-gürcüdilli    kütləvi  məktəb  və  77  qeyri-



gürcüdilli sektor fəaliyyət göstərir.  

 

 “Gürcü  dilini  ikinci  dil  kimi  öyrədək” 



proqramı 

 

 



 “Gürcü  dilini  ikinci  dil  kimi  öyrədək”  proqramı  gürcü  dili  və  ədəbiyyatı  üzrə  ixtisaslaşmış 

müəllimlərin Samxse-Cavaxeti, Kvemo Kartli və Kaxetinin milli azlıqlarla məskunlaşmış elə qeyri-

gürcüdilli  məktəblərinə  təyin  olunmasını  nəzərdə  tutur,  hansında  ki,  gürcü  dilini  bilmə  və  tədris 

etmə məsələsi xüsusilə kəskin vəziyyətdədir. 

 

2009-2013-cü  illər  ərzində  Gürcü  dili  və  ədəbiyyatı  müəllimlərinin  müsabiqəsində  1000-dən  çox 



şəxs iştirak etdi, onlardan yalnız 92 təlimçi-müəllim müvəffəqiyyətlə test imtahanı və müsahibədən 

keçdilər ki, bunun da nəticəsində 78 pedaqoq işlə təmin olundu. Yeni seçilmiş təlimçi-müəllimlər 

aşağıdakı  mövzular üzrə treninqlər keçirlər: “Gürcü dilinin ikinci dil kimi tədrisi metodikası ” (50 

saat), “Etnik və dini tolerantlıq” (5 saat) və Azərbaycan və ya erməni dilini tədris edən sürətli kurs 

(50 saat). Bu treninqləri keçdikdən sonra müəllimlər Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetinin 

milli  azlıqlarla  məskunlaşmış  kəndlərinə  paylanılırlar.  Bu  proqram  çərçivəsində  iştirak  edən 

müəllimlər, keçdikləri dərs saatına görə aldıqları məvacibdən əlavə, dövlət proqramından 1000 lari 

məbləğində  maaş  da  alırlar.  Proqram  Axalkalakidə,  Ninodzmindada,  Zalqada,  Bolnisidə, 

Dmanisidə, Qardabanidə, Marneuli və Saqarecoda həyata keçirilir.  

 

2013-cü  ildə  analoji  konkurs  əsasında  10  müəllim  seçildi.  Onlardan  8  sertifikatlı  müəllim  işlə 



təmin  olundu.  Proqramda  iştirak  edən  müəllimlər  məktəblərdə  gürcü  dilinin  tədrisi  ilə  paralel 

olaraq,  müəllimlər  üçün  də  treninqlər  keçirir,  yerli  icmada  gürcü  dilini  öyrənmək  motivasiyasını 

artırmaq və dövlət proqramında iştirakı  yüksəltmək məqsədilə müxtəlif tədbirlər (Yeni il,  yaz və 

payız  bayramları,  şair  və  yazıçılara  həsr  olunmuş  günlər,  milli-dini  bayramlar,  sərgilər, 

müsabiqələr,  tamaşalar və s.) təşkil edirdilər. 

 

Yeni müəllimlər kəndlərə getdikdən sonra həmin kəndlərdə dil öyrənən qrup –“Gürcü dili klubu” 



yaradıldı  ki,  burada  da  abituriyentlər,  müəllimlər,  valideynlər  və  icmanın  digər  nümayəndələri 

toplaşırlar.  Onlar    gürcü  dilində  danışır,  birgə  mətnlər  hazırlayır,  kommunikasiya  dilini  inkişaf 

etdirirlər.    Bəzi  kəndlərdə  könüllülərin  sayı  o  qədər  idi  ki,  bir  neçə  qrupun  yaradılması  zərurəti 

yaranmışdı.  Proqrama  cəlb  olunmuş  müəllimlərin  vəzifələrinə  həmçinin  yerli  gürcü  dili 

müəllimlərinin hazırlanması və təlim olunması, eləcə də onların peşəkar inkişafının dəstəklənməsi 

də  daxildir.  Klubu  təşkil  etmək  və  təhsil  prosesini  effektiv  idarə  etmək  məqsədilə  Müəllimlərin 

Peşəkar İnkişafı üzrə Milli Mərkəz proqramda iştirak edən məktəblərə rəngli və yüksək poliqrafik 

keyfiyyətlə yerinə yetirilmiş böyük banner hədiyə etdi. 

 

Yay məktəbi 

 

2013-cü  il  iyulun  15-dən  avqustun  2-dək  Bakurianidə  (iki  axınla)  yay  məktəbi  təşkil  olundu  ki, 

buraya da 216 iştirakçı (36 müəllim, 180 azərbaycanlı və erməni şagird) cəlb olunmuşdur. Proqram 

interaktiv  metod  əsasında  (idman-sağlamlıq  hərəkətləri  ilə,  oyunlarla,  şən  başlanğıclarla)  gürcü 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə