GüRCÜstan hökuməTİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix19.10.2018
ölçüsü0,79 Mb.
#74609
1   2   3   4   5   6   7   8   9

Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



15 

 

 



Gürcüstan  Mədəniyyət  və  Abidələrin  Mühafizəsi  Nazirliyi  tərəfindən  çap  mediasının 

dəstəklənməsi 

2013-cü ildə “Milli azlıqların mədəniyyətlərinin dəstəklənməsi” proqramı çərçivəsində qəzetlərin – 

“Vrastan”  və  “Gürcüstan”nın  dəstəklənməsi  prioritet  istiqamət  kimi  qaldı.  Bununla  yanaşı, 

ermənidilli  və  azərbaycandilli  qəzetlərin  nəşrinə  rusdilli  qəzetlərin  də  -“Svobodnaya  Qruziya”  və 

“Veçerniy  Tbilisi”nin  nəşri  əlavə  olundu  ki,  bu  qəzetlər  də  Gürcüstanda  milli  azlıqların 

məlumatlandırılma  səviyyəsini  və  onların  cəmiyyətə  inteqrasiyasını  yüksəldir.  Qeyd  edilmiş  çap 

mətbuatı siyasi, sosial-mədəni və iqtisadi sahələr üzrə informasiyanı əhatə edir və Gürcüstanın etnik 

azlıqlarla məskunlaşmış regionlarında yayılır.  

2013-cü  ildə  ermənidilli,  azərbaycandilli  və  rusdilli  qəzetlərin  –“Vrastan”ın,  “Gürcüstan”ın  və 

“Svabodnaya Qruziya”nın 40-40 və 29 nömrəsi,  “Veçerniy Tbilisi” qəzetinin isə yubiley nömrəsi 

(ilk nömrənin çapının 90-cı il dönümünü qeyd etmək üçün) çap olundu. Həmçinin oktyabr-dekabr 

nömrələrinə “Gürcü mədəniyyəti: dünən, bu gün, sabah” adlı qoşma da əlavə olundu. Qəzet bütün 

Gürcüstanda və Yunanıstanda da nəşr olunur.  

 

Regional mətbuat 

 

Marneuli bələdiyyəsi qamqebelisinin  yardımı ilə Azərbaycan kəndlərində il boyu “Region Press”, 



“Ziya”, “Konqres”, “Ozan”, “Tetridzğaro Xəbərləri” kimi azərbaycandilli qəzetlər nəşr olundu. 

 

Kaxeti  bölgəsi  bələdiyyələrində  aşağıdakı  çap  və  elektron  media  vasitələri  yayılır:  qəzetlər  – 



“Qareci  xəbərləri”,  “Kvareli”;  “Şiraki”  qəzeti  və  internet  qəzeti  “Kiziki”  (Dedoplisdzğaro 

bələdiyyəsi), “Spektri” (Qurcaani bələdiyyəsi) qəzeti; www.signage.com.ge veb-səhifəsi  yaradıldı; 

onların  vasitəsilə  yerli  etnik  azlıqların  problemləri  işıqlandırılır  və  onlar  müxtəlif  layihələr  və  ya 

ölkədə baş verən proseslər haqqında məlumatlandırılırlar.  

 

 

IV. Siyasi inteqrasiya və Vətəndaş İştirakçılığı 



Gürcüstanın Mərkəzi  Seçki  Komissiyası  etnik azlıqların  nümayəndəsi  olan seçicilər üçün bərabər 

seçki  mühitinin  yaradılması  üzərində  aktiv  surətdə  iş  aparır.  2012-ci  ildə  MSK-da  etnik  azlıq 

nümayəndəsi seçiciləri üçün seçki proseslərini sadələşdirmək və dəstəkləmək məqsədilə işçi qrupu 

yaradıldı, hansı ki, 2012-2014-cü illər üçün fəaliyyət planı işləyib hazırladı.  

İşçi  qrupunun  tərkibinə  Administrasiya  əməkdaşları,  Xalq  Müdafiəçisi  Ofisinin,  beynəlxalq  və 

qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildilər.  

 

Etnik azlıq nümayəndələrinin iştirakı 

 Etnik  azlıq  nümayəndəsi  seçicilərinin  seçkilərdə  hərtərfli  iştirakı  və  onlar  üçün  bərabər  seçki 

mühitinin  yaradılması məqsədilə növbəti tədbirlər planlaşdırıldı:  

 



Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



16 

 

Etnik azlıq nümayəndəsi seçicilərinin maarifləndirilməsi 

 

Seçki  Sistemlərinin  İnkişafı,  İslahatı  və  Təlimi  Mərkəzi  (Təlim  Mərkəzi)  qrant  müsabiqəsi 



çərçivəsində 5 qeyri-hökumət təşkilatını maliyyələşdirdi. 

BMT-nin  İnkişaf  Proqramının  (UNDP)  maliyyə  dəstəyi  ilə  Təlim  Mərkəzi  qrant  müsabiqəsi  

vasitəsilə  6  qeyri-hökumət  təşkilatını  maliyyələşdirdi.  Qeyd  edilməlidir  ki,  bu  il  ilk  dəfə  qaraçı 

icmasının seçki məsələləri ilə bağlı məlumatlandırılması kompaniyası həyata keçirildi.  

Seçki Sistemlərinin Beynəlxalq Fondu (IFES) MSK ilə birgə əməkdaşlıq çərçivəsində, milli azlıq 

nümayəndəsi 

seçicilərini  məlumatlandırmaq  məqsədilə  iki  qeyri-hökumət  təşkilatını 

maliyyələşdirdi. 



 

Etnik  azlıqlar nümayəndəsi seçicilərinin məlumatlandırılması 

 

Milli azlıqlar nümayəndəsi seçicilərinin məlumatlandırılması məqsədilə, MSK-nın 11 reklam-çarxı 



erməni və Azərbaycan dillərinə tərcümə edildi və Samsxe-Cavaxeti və Kvemo Kartli regionlarının 

televiziya efirində yayımlandı.  

Seçicilərin  məlumatlandırılması  məqsədilə,  Mərkəzi  Seçki  Komissiyasının  veb-səhifəsində 

(www.cesko.ge)  “Etnik  azlıqlar”  banerinə  2013-cü  il  Prezident  seçkiləri  üçün  erməni  və 

Azərbaycan  dillərinə  tərcümə  edilmiş  seçki  materialları  yerləşdirildi.  Qeyd  olunmuş  məlumat 

həmçinin, sosial şəbəkədə, MSK-nın Facebook səhifəsində də yerləşdirildi. 

Həmçinin  Mərkəzi  Seçki  Komissiyasının  rəsmi  veb-səhifəsində  (www.cesko.ge)  seçicilərin  vahid 

siyahısında  mövcud  göstəricilər  kompakt  məskunlaşmış  regionlarda  yaşayan  milli  azlıq 

nümayəndəsi seçiciləri üçün erməni və Azərbaycan dillərində əlçatan oldu.  

Prezident  seçkiləri  üçün  kompakt  məskunlaşmış  regionlarda  yaşayan  milli  azlıq  nümayəndəsi 

seçicilərinin  şəxsi  göstəricilərinə  əsasən,  iki  mərhələdə  Seçicinin  məlumat  vərəqəsi  paylanıldı  ki, 

bunun da başlıca məqsədini seçicinin səsvermə günü səs vermək üçün seçki dairəsi və məntəqəsinin 

yerləşmə  ünvanı  haqqında  məlumatlandırılması  təşkil  edir.  O  halda,  əgər  seçicinin  göstəriciləri 

qeyri-dəqiq  və  ya  səhvdirsə,  maraqlanan  şəxslər  MSK-nın  Əlaqə-mərkəzinin  operatorlarının 

yardımı ilə, erməni və Azərbaycan dillərində əlavə məlumat almaq imkanları var idi. Eləcə də 2-ci 

mərhələdə seçicini məlumat vərəqəsi ilə birlikdə Seçicinin Yaddaş flayerləri də paylanıldı (erməni 

və Azərbaycan dillərində) ki, burada da səsvermə gününün prosedurları əks etdirilmişdir.  

Etnik azlıqların dillərinə tərcümə edilmiş seçki sənədləri 

 

Gürcüstan  Prezident  seçkilərinə  görə  73  dairə  seçki  komissiyasında  3655  seçki  məntəqəsi,  o 



cümlədən, etnik azlıqların kompakt məskunlaşdığı rayonlarda 338 məntəqə yaradıldı. Milli azlıqlar 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə