GüRCÜstan hökuməTİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix19.10.2018
ölçüsü0,79 Mb.
#74609
1   2   3   4   5   6   7   8   9

Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



17 

 

üçün  bərabər  seçki  mühitinin  yaradılması  məqsədilə,  komissiyaların  1502  erməni  və  996 



azərbaycanlı  üzvü  üçün  seçki  sənədləri  tərcümə  edildi  və  nəşr  olundu.  Etnik  azlıq  nümayəndəsi 

seçiciləri üçün kompakt məskunlaşmış rayonlarda müxtəlif növ seçki sənədləri tərcümə olundu və 

nəşr edildi. Seçki sənədləri MSK-nın və Seçki Sistemlərinin Beynəlxalq Fondunun (IFES) maliyyə 

dəstəyi,  Gürcüstan  BMT  Assosiasiyası  (UNAG)  ilə  birgə  əməkdaşlıq  çərçivəsində  tərcümə  edildi 

və BMT-nin İnkişaf Proqramının (UNDP) maliyyə dəstəyi ilə çap olundu.  

 

Regionlarda milli azlıq nümayəndəsi seçiciləri ilə görüşlər 

Milli  azlıq  nümayəndələrinin  mülki,  siyasi  və  sosial  inteqrasiyasını  təmin  etmək  məqsədilə,  milli 

azlıqların kompakt məskunlaşdığı rayonlarda –Marneuli ş. (Sadaxlı kəndi), Zalqa (Ayazma kəndi), 

Bolnisi  (Parizi,  Tsurtavi  və  Naxiduri  kəndləri),  Qardabani  (Kosalı  kəndi)  və  Axalsixe  şəhərində 

yerli əhali ilə görüşlər keçirildi. 

Azərbaycanlı və erməni mənşəli seçicilər MSK tərəfindən 2013-cü il Prezident seçkiləri üçün milli 

azlıqların  seçki  proseslərinə  qatılması  məqsədilə  planlaşdırılmış  tədbirlər  və  həyata  keçirilmiş 

aktivliklər,  eləcə  də  seçki  prosedurlarının  və  seçkilərdə  onların  iştirakının  əhəmiyyəti  barəsində 

məlumat aldılar. Həmçinin, Gürcüstanda yaşayan milli azlıqların nümayəndələri olan osetin, çeçen, 

kist  və  qaraçı  seçicilərlə  də  görüşlər  keçirildi.  Gürcüstanda  yaşayan  qaraçıların  vətəndaş 

özünüdərkinin yüksəldilməsi məqsədilə Qardabani rayonu Qaçiani kəndində informasiya xarakterli 

görüş keçirildi. Qeyd edilmiş görüşün məqsədi qaraçı icmasının motivasiyasının yüksəldilməsi və 

seçki proseslərində onların fəallaşmasından ibarətdir.  

Çeçen və kist əhali üçün Duisi kəndində (Pankisi dərəsi) informasiya kampaniyası keçirildi. Burada 

görüş iştirakçıları səsvermə günü və seçki prosedurları haqqında məlumat aldılar.  

Kvareli  rayonu  Mtisdziri  kəndində  etnik  cəhətdən  osetin  və  qarışıq  (gürcü-osetin)  ailələrin 

nümayəndələri ilə görüş keçirildi. Görüş iştirakçıları seçki mühiti, seçkilər, səsvermə qaydaları və 

prosedurlar haqqında məlumatla tanış oldular.  



I.

 

Sosial və regional inteqrasiya  

               Səhiyyə və sosial müdafiə 

Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin səhiyyə və ya sosial dövlət proqramları 

Gürcüstanın  etnik,  sosial  və  ya  dini  mənşəyindən  asılı  olmayaraq  bütün  vətəndaşlarına  şamil 

edilir.  Lakin,  dövlət  sığortasından  istifadənin  əlçatan  olması  vətəndaşların  məlumatlanma 

keyfiyyətindən  asılıdır  ki,  bunun  üçün  də  müvafiq  xidmət  mərkəzləri  ilə  operativ  əlaqənin 

qurulması və aidiyyəti üzrə xidmətin göstərilməsi əhəmiyyətli faktordur. Bununla bağlı o da qeyd 

edilməlidir  ki,  Gürcüstanda  yaşayan  etnik  azlıqların  müəyyən  hissəsinin  dövlət  dilini  bilməməsi 

məlumatlanmaq  və  dövlət  sığortasından  istifadə  etmək  üçün  ciddi  baryer  təşkil  edir,  bu  isə 

kompakt  məskunlaşmış  regionlarda  hələ  də  özünü  büruzə  verir.  Belə  ki,  Nazirlik  tərəfindən 

həyata  keçirilmiş  layihələrin  başlıca  məqsədini  qeyri-gürcüdilli  əhali  üçün  informasiya 

kampaniyasının  keçirilməsi  təşkil  edir  və  dövlət  proqramlarında  planlaşdırılmış  və  həyata 

keçirilmiş yeniliklər haqqında onların məlumatlanması  ilə əlaqələnir. 




Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



18 

 

2013-cü  il  Ümumi  Səhiyyənin  Müdafiəsi  üzrə  dövlət  proqramı  haqqında  etnik  azlıqların 



məlumatlandırılması 

Vətəndaşların  ümumi  sığorta  proqramı  çərçivəsində  nəzərdə  tutulmuş  tibbi  qulluq,  xidmət  və 

həcmi    haqqında  əhalinin  məlumatlandırılması  məqsədilə  gürcü,  rus,  Azərbaycan  və  erməni 

dillərində  məlumat  xarakterli  bukletin  hazırlanması  planlaşdırıldı.  Çap  olunmuş  bukletlərin 

ümumi  miqdarı  10 000  dənə  təşkil  edirdi.  Bukletlər  azərbaycandilli  və  erməni  dilli  əhalinin 

kompakt məskunlaşdığı regionların Sosial xidmət agentliklərinin filiallarına göndərildi və əhaliyə 

paylanıldı.  Müxtəlif  dillərdə  hazırlanmış  mətn  gürcüdilli  mətnlə  birlikdə  Gürcüstan  Əmək, 

Səhiyyə və Sosial Müdafiə Nazirliyinin saytına  http://www.moh.gov.ge yerləşdirildi, çap olunmuş 

bukletləri nazirliyin Vətəndaşların qəbulu otağında da əlçatandır. Layihə çərçivəsində Kvemo Kartli 

və Samsxe-Cavaxetinin tibb müəssisələri əməkdaşları, özünüidarələr və əhali ilə məlumat xarakterli 

görüşlər  planlaşdırıldı  və  keçirildi  Marneulidə,  Dmanisidə,  Bolnisidə,  Zalqa  və  Axalsixedə  tibbi 

heyətlə və əhali ilə görüşlər keçirildi.  



Etnik  azlıqların  2013-cü  ildə  sosial  sahədə  planlaşdırılmış  islahatlar  haqqında 

məlumatlandırılması –Dövlət pensiyası və sosial müavinət  

Layihə  çərçivəsində  Nazirlik  nümayəndələrinin  qeyri-gürcüdilli  vətəndaşların  kompakt 

məskunlaşdıqları  regionlarda  (Kvemo  Kartli,  Kaxeti,  Samsxe-Cavaxeti)  səyyar,  məlumat 

xarakterli  görüşləri  hazırlandı  və  keçirildi.  Qeyd  edilmiş  görüşlər  2013-cü  ildə  dövlət  pensiyası 

və  digər  sosial  ödəmələrə  nəzərən  həyata  keçirilməsi  planlaşdırılan  mühüm  dəyişikliklər 

barəsində etnik azlıqların məlumatlandırılması məqsədini daşıyırdı.  

 

Dmanisi Səhiyyə Mərkəzinin Rekonstruksiya layihəsi çərçivəsində Yaponiya hökuməti və “ACTS 



GEORGIA” beynəlxalq təşkilatının birgə səyləri nəticəsində tibbi mərkəz təmir olunub açıldı. 

Regionlarda xərçəngin skrininqi üzrə tibbi-informasiya proqramlarının təqdimatı  

Xərçəngin skrininqi üzrə dövlət proqramı 2008-ci ildən fəaliyyət  göstərir və Gürcüstanın istənilən 

vətəndaşı  üçün  pulsuz  müayinələri  nəzərdə  tutur.  Milli  azlıqların  kompakt  yaşadıqları  regionlarda 

Milli  skrininq  mərkəzinin  nümayəndələri  Reinteqrasiya  Məsələləri  üzrə  Gürcüstan  Dövlət  Naziri 

Aparatının  təşkilatçılığı  ilə  informasiya  görüşləri  keçirdi.  Laqodexi  bələdiyyəsi  Qabal  kəndində, 

Ninodzminda  bələdiyyəsi  Pokaşi  kəndində  və  Bolnisi  şəhərində    tibbi  proqramların  təqdimatı 

keçirildi.  Qeyd  edilmiş  proqramlarda  əhalinin  iştirakını  artırmaq  məqsədilə  informasiya  materialı 

paylanıldı. 



İnfrastrukturun reabilitasiyası 

Tolerantlıq  və  Vətəndaş  İnteqrasiyası  üzrə  Milli  Konsepsiya  və  Fəaliyyət  Planı  çərçivəsində 

Gürcüstanın  Regional  İnkişaf  və  İnfrastruktur  Nazirliyi  tərəfindən  2013-cü  ildə  görülmüş  işlər 

sırasında qeyd edilməlidir : 

1.

 

 Milli  azlıqların  kompakt  məskunlaşdığı  regionların  və  bələdiyyələrin  inkişafı 



strategiyalarının işlənib hazırlanması və əhalinin bu işdə maksimal iştirakını təmin etmək. 

2.

 



İnfrastrukturun  reabilitasiyası  üzrə  maliyyə  layihələrinin  işlənib  hazırlanması  və  onların 

həyata keçirilməsini dəstəkləmək. 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə