GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.

səhifə1/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   28



GÜRCÜSTANIN
AZƏRBAYCANLI 
JURNALİSTLƏRİ
Nizami Məmmədzadə
Mahmud Kamaloğlu
Tiflis 2015


Nizami Məmmədzadə, Mahmud Kamaloğlu
GÜRCÜSTANIN
AZƏRBAYCANLI JURNALİSTLƏRİ
nizami mamedzade, mahmud qamaloRlu
saqarTvelos azerbaijaneli 
Jurnalistebi
Kitabın redaktoru: BİNNƏT ƏLİOĞLU
Korrektoru: AYSEL MƏMMƏDOVA
Dizayn müəllifi : OTAR KİKİLAŞVİLİ
“Gürcüstanın azərbaycanlı jurnalistləri” adlı kitab ilk dəfədir ki, Gür-
cüstanda yaşayıb-yaradan azərbaycanlı jurnalistlərin tərcümeyi-halından 
bəhs edən bir kitab kimi nəşr olunur. Kitabda Azərbaycandilli jurnalistikamı-
zın Gürcüstan qolunun inkişafında böyük əməyi olan və dünyalarını dəyişmiş  
jurnalistlərimizin, həmçinin gənc qələm sahiblərinin həyat və  fəaliyyəti 
haqqında ətrafl ı məlumat verilib. Nəşrdə əsasən Gürcüstanda anadan olub 
və vaxtilə bu ölkədə  nəşr olunan mətbuatda çalışan jurnalistlər haqqında 
məlumat verilib.
Kitaba həmçinin müəllifl ərin elmi ədəbiyyatlardan istifadə edərək qələmə 
aldıqları  “Gürcüstanda Azərbaycandilli mətbuatın tarixindən” adlı məqalə 
də daxil edilib.
Kitab “Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi“nin təşəbbüsü və 
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə nəşr olunub.
KITAB AZƏRBAYCAN MILLI MƏTBUATININ 140 ILLIYINƏ HƏSR OLUNUB.
wigni eZRvneba azerbaijanis erovnuli beWdvis 140 wlisTavs.
© 
Nizami Məmmədzadə, 2015
ISBN 978-9941-0-7875-0


3
GÜRCÜSTANDA AZƏRBAYCANDİLLİ 
MƏTBUATIN TARİXİNDƏN
Gürcüstanda Azərbaycandilli mətbuatın tarixi demək olar ki, 1830-cu 
ildən başlayıb. Bu ilə qədər, yəni dəqiq qeyd etsək, 1828-ci ildə Tifl isdə 
“Tifl isskiye vedomosti” rus, gürcü 1829-cu ildə fars və 1932-ci ildə 
Azərbaycan dilində nəşr olunmağa başlayıb. Bir ildən sonra nəşri dayan-
dırılan həmin qəzet Azərbaycan dilində “Tifl is  əxbarı” adı ilə  çıxıb və 
onun oxucuları həm Güney Qafqazda, həm də İran və Türkiyədə bu qəzeti 
alıb oxuyublar. Məlumata görə, qəzetin redaktoru P.S. Pankovski olub və 
o, öləndən sonra Azərbaycan dillində nəşr olunan bu qəzet qapanıb. Bun-
dan sonra Tifl isdə 1838-ci ildə “Zakavkazskiy vestnik” adlı rusca qəzet 
nəşr olunmağa başlayıb və sonra bu qəzet gürcü və Azərbaycan dillərində 
də  çıxıb. Azərbaycan dilində  nəşr olunan qəzet “Qafqazın bu tərəfi nin 
xəbəri” adlanıb və onun səhifələrində dövlət məlumatları, fərmanlar, qərar 
və qanunnamələr dərc olunub və əhali içində yayımlanıb. Həmin qəzetin 
nəşri 1846-cı ildə dayandırılıb.
Gürcüstanda Azərbaycan ziyalılarının  əməkdaşlıq etdiyi daha bir 
qəzetin müsbət fəaliyyətini qeyd etmək yerinə düşər. Bu, 1846-cı ildən 
rus dilində  nəşrə başlayan “Kavkaz” qəzetidir. Qəzet Azərbaycan yazı-
çı  və  şairlərin, dövlət idarələrində çalışan qələm sahiblərinin  əsərlərini
məqalələrini və Aərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutan yazıçı-
ların əsərlərindən nümunələri tərcümə edərək, bu ədəbiyyat məhsullarına 
öz səhifələrində geniş yer ayırıb. Azərbaycan  ədəbiyyatı nümunələrinin 
bu qəzetin səhifələrində  dərc olunmasında  İsmayıl bəy Qutqaşınlı,                 
M. F. Axundov, M. Səfi yev, M. Şahtaxtinski, S. Vəlibəyov, F. B. Köçərli,               
E. Sultanov, M. Ş. Mirzəyev, H. N. Vəzirov, C. Məmmədquluzadə  və 
bir sıra görkəmli Azərbaycan yazıçı və jurnalistlərin böyük əməyi olub. 
Onlar öz qələmlərini “Kavkaz”ın səhifələrində  cəsarətlə  sınayıblar.  Bu 
müəllifl ərin təqdirəlayiq  əməyi sayəsində  Xəqani, Nizami Gəncəvi, 
Məhəmməd Füzuli, M. P. Vaqif, M. V. Vidadi, M. Ş. Vazeh, A. Bakıxa-
nov, M. F. Axundov, Q. B. Zakir, Aşıq Pəri və başqa görkəmli Azərbaycan 
ədiblərinin əsərlərindən nümunələr “Kafkaz” qəzetinin səhifələrində dərc 
olunub.


4
Sadaladığımız bu qəzetlər Azərbaycandilli mətbuatın tarixi demək 
deyil. Bu, sadəcə olaraq Azərbaycan dilində yazmaq istəyən və millətin 
dərd-sərini, yüksəlişini, təhsili barədə fi kirləri, çatışmazlıqları əhaliyə çat-
dırmaq istəyən yazıçı və jurnalistlərimizin Azərbaycan dilində yazıb-yarat-
maq cəhdi idi. Bu addımlar o dövr üçün ən müsbət addımlar idi. Yazıçı və 
jurnalistlərimizin müxtəlif qəzetlərdə çıxışları və Azərbaycandilli mətbuat 
yaratmaq üçün atdıqları müsbət addımlar onu göstərirdi ki, nəhayət, xalq 
öz dilində yazılan müstəqil qəzeti görəcək. Və doğrudan da belə bir qəzet 
yarandı. Biz Milli mətbuatımızın yarandığı günü 1875-ci ildən qeyd edirik. 
Bu dövr görkəmli maarifpərvər, jurnalist, publisist Həsən bəy Zərdabinin 
adı ilə bağlıdır. H. B. Zərdabi 1875-ci ildə Azərbaycan dilində qəzet nəşr 
etdirmək üçün icazə aldı. O, bu icazə üçün düz yeddi il mübarizə apardı və 
nəhayət, istəyinə nail ola bildi. Həsən bəyin bu istəyini millət alqışlarla, 
böyük arzularla qarşıladı, ziyalılar onun bu istəyinə dəstək oldular, güc, 
qüvvə və  biliklərini səfərbər edərək Həsən bəyə dəstək oldular. Qəzetdə 
bütün problemlərdən cəsarətlə söhbət açıldı. Lakin təəssüf edirik ki, Həsən 
bəyin bu arzuları iki ildən sonra puç oldu və qəzetin cəmi 56 nömrəsi işıq 
üzü gördü. Çar hökuməti bu vətənpərvər insanın milli mətbuatımızın inki-
şafı yolunda açdığı ilk qapını bağladı.
Həsən bəy Zərdabi haqqında oxuculara məlumat vermək istəyirik. 
Həsən bəy Zərdabi (Həsən bəy Məlikov) (28 iyun 1837, Zərdab, Göyçay 
qəzası - 28 noyabr 1907, Bakı) — Azərbaycanın görkəmli ziyalısı, Mos-
kva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, 
Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, İslam dünyasının 
ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), 
təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik 
hərəkatının banisi (“Cəmiyyəti-Xeyriyyə”,1872), 1873-cü ildə öz 
şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən 
mədəniyyət xadimi, ilk turkdilli qəzetin – “Əkinçi”nin naşiri, Azərbaycan 
mətbuatının banisi (1875-ci il iyul ayının 22-si), Azərbaycanda ilk qız-
lar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan 
müəllimlərinin I qurultayının təşkilatçısı və qurultayın sədri  (1906)  olub.                                                                                                                                            
Qeyd edək ki, Həsən bəy Zərdabi ilk təhsilini mollaxanada alıb, sonra 
Şamaxı şəhər məktəbində oxuyub, orta təhsilini isə Tifl isdə tamamlayıb. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə