GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə11/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

41
MƏMMƏDHÜSEYN BƏXTİYARLI
(1913-1998)
Məmmədhüseyn Nəcəf oğlu Bəxtiyarlı 1913-
cü ildə Tifl is şəhərində anadan olub. İstedadlı bir 
jurnalist kimi gənc yaşlarından mətbuatda qələmi 
ilə görünən Məmmədhüseyn Bəxtiyarlı tez bir 
zamanda oxucuların rəğbətini qazanıb.
Məmmədhüseyn Bəxtiyarlı Böyük Vətən 
Müharibəsi illərində “Vətən eşqi” adlı  cəbhə 
qəzeti ilə əməkdaşlıq edib, qəzetin səhifələrində 
vətənpərvərlik ruhda məqalələr və şeirlər dərc etdirib. 
Onun ömrünün çox hissəsi “Sovet Gürcüstanı” qəzeti ilə bağlı olub. 
M. Bəxtiyarlı qəzetdə müxtəlif vəzifələrdə çalışıb və buradan da təqaüdə 
çıxıb. M. Bəxtiyarlı  təqaüdə  çıxsa da heç vaxt qəzetin kollektivi ilə 
əlaqəni kəsməyib, mətbuatda yenə məqalələri ilə çıxış edib. 
M. Bəxtiyarlının yaradıcılığı geniş  və çoxşahəli olub. Onun çeşidli 
şeir və poemaları  “Şərqin  şəfəqi”, “Sovet Gürcüstanı”, “Ədəbiyyat”, 
“Lenin Bayrağı” qəzetlərində, “Yeni qüvvə”, “İnqilab və  Mədəniyyət” 
jurnallarında, “Çeşmə”, “Dan Ulduzu” ədəbi almanaxlarında dərc olunub.
M. Bəxtiyarlı SSRİ Yazıçılar  İttifaqının üzvü olub. Ədib həm də 
gürcü poeziyasından nümunələri dilimizə tərcümə edib. Onun ilk kitabı 
ömrünün sonuna yaxın “Merani” nəşriyyatında nəşr olunub.
M. Bəxtiyarlı 85 yaşında ikən 1998-ci ildə doğulduğu Tifl is şəhərində 
vəfat edib.


42
NƏSİB YUSİFOĞLU
Nəsib Yusif oğlu Nəsibov 1938-ci il 
martın 18-də Borçalının Qaş-Muğanlı (Böyük 
Muğanlı) kəndində anadan olub. Orta məktəbi 
bitirdikdən sonra Bakıya gedərək Azərbaycan 
Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə 
daxil olub, 1961-ci ildə ali məktəbi bitirib və 
Böyük Muğanlı  Mədəniyyət Evinin direktoru 
vəzifəsində  əmək fəaliyyətinə başlayıb. Gürcü, 
rus, türk, fars dillərini bilir. 1963-cü ildən 
həyatını “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzeti ilə bağlayıb. N. 
Nəsibov bu qəzetdə ən kiçik vəzifələrdən tutmuş şöbə müdiri vəzifəsinə 
qədər yüksəlib. Bununla yanaşı, 1993-cü ildən 2000-ci ilədək Gürcüstan 
Dövlət Təhlükəsizliyi Nazirliyi Akademiyasının xarici dillər kafedrasında 
müəllim, sonra isə baş müəllim işləyib. 
Nəsib müəllim erkən yaşlarından bədii yaradıcılıq ilə məşğul olub və 
“Nəsib Yusifoğlu” imzası ilə hekayələr, publisistik yazıları ilə “Ədəbiyyat 
və  İncəsənət”, “Svobodnaya Qruziya”, “Veçerniy Tbilisi” qəzetlərində, 
“Azərbaycan” jurnalının səhifələrində müntəzəm olaraq şeir və hekayələr, 
publisistik məqalələri dərc olunub. Onun tərcümə etdiyi gürcü şair və 
yazıçıların  əsərləri “Azərbaycan” (1984-cü il), “Göy qurşağı” (1985-ci 
il), Dan Ulduzu” (1987-1989-cu illər), “Çeşmə” (1980-ci il) toplularında 
çap olunub. N. Nəsibov  indi də dövrü mətbuatda müntəzəm olaraq dərc 
olunur. Onun bir neçə əsəri gürcü dilinə də tərcümə olunaraq çap olunub. 
N. Yusifoğlu ötən  əsrin 70-ci illərindən bu günədək gürcü şair 
və yazıçıların  əsərlərini, həmçinin “Gürcüstan tarixi”, “Vətənimizin 
salnaməsi”, “Qədim dünya tarixi”, “Orta əsrlər tarixi”, “Gürcüstanın fi ziki 
coğrafi yası”, “Gürcüstanın iqtisadi coğrafi yası”, “Təbiət”, “Dünyanın 
sosial-iqtisadi və siyasi coğrafi yası”,  “Gürcüstan Konsepsiyası” (cəmi 
80-dən artıq) dərslikləri  gürcücədən dilimizə tərcümə edib. 1995-ci ildə 
“İntelekti” nəşriyyatı əsasən onun tərcümə və tərtib etdiyi 40-a yaxın gürcü 
şair və nasirlərin  əsərlərindən ibarət “Ərmağan” adlı gürcü ədəbiyyatı 
müntəxabatını çap edib. 1997-ci ildə N. Nəsibovun tərcüməsində  Ş. 


43
Rustavelinin L. Asatiani və N. Aqiaşvili tərəfi ndən nəsrə çevrilən “Pələng 
dərisi geymiş pəhləvan” əsərini Azərbaycan dilinə tərcümə edib. 
N. Nəsibov leksikologiya sahəsində  də müsbət işlər görüb. 1987-ci 
ildə 21 min söz və ifadədən ibarət “Gürcücə-azərbaycanca lüğət” kitabı 
(müəllifl ər: Nəsib Nəsibov, Venera Cankidze, Süleyman Süleymanov) 
“Qanatleba” nəşriyyatı  tərəfi ndən çapdan çıxıb. 1997-ci ildə professor 
Valeh Hacıyev ilə birlikdə “Azərbaycanca-gürcücə  və gürcücə-
azərbaycanca lüğət” kitabı “İntellekti” nəşriyyatında nəşr olunub. 2000-
ci ildə N.Nəsibovun “Yurd həsrəti” adlı  şeir və hekayələr kitabı  çıxıb. 
2003-cü ildə akademik Zaza Aleksidzenin “Qafqaz albanları dilləndilər” 
və Avtandil Sakadzenin şeir və hekayələrindən ibarət “Mənim adətim” 
kitabları, həmçinin “Gürcücə-azərbaycanca lüğət”in ikinci, 2011-ci ildə 
isə  həmin lüğətin düzəlişlər və  əlavələr edilmiş üçüncü çapı oxuculara 
təqdim edilib.
Nəsib Nəsibov Gürcüstan Jurnalistlər  İttifaqının üzvü, sabiq SSRİ 
Jurnalistlər  İttifaqının üzvü, Gürcüstanın  Əməkdar Mədəniyyət işçisi, 
SSRİ Jurnalistlər İttifaqının mükafatı laureatı, “Şərəf” ordenli kavaleridir. 
SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına və pul 
mükafatına layiq görülüb. O, 2006-cı ildə Gürcüstanda azərbaycanca 
çıxan “Corcian tayms” qəzetinin redaktoru vəzifəsində işləyib. 
Nəsib Yusifoğlu hazırda Gürcüstan paytaxtı Tifl is şəhərində yaşayıb-
yaradır, 77 yaşı tamam olmasına baxmayaraq, bu təvazökar insan, 
yorulmaz və məhsuldar şair, publisist, istedadlı jurnalist  sevimli mətbuat 
orqanı olan “Gürcüstan” qəzetində şöbə müdiri vəzifəsində çalışır. 


44
ARİF MUSTAFAZADƏ
(1939-1996)
Arif Abdulla oğlu Mustafazadə 1939-cu 
ildə Qarayazıda (Qardabani) ziyalı ailəsində 
anadan olub. 1963-cü ildə S.M. Kirov adına 
Azərbaycan Dövlət Universitetinin jurnalistika 
fakültəsini bitirib. Həmin vaxtdan Azərbaycan 
Dövlət Radio və Televiziya Verilişləri 
Komitəsində redaktor işləyib. Bir müddət 
sonra doğma Gürcüstana qayıdaraq, Qardabani 
rayon maarif şöbəsində inspektor kimi fəaliyyətini davam etdirib. 1984-
cü ildə “Sovet Gürcüstanı” (sonralar “Gürcüstan”) qəzetinin formatı 
böyüdülən vaxtdan Arif Mustafazadə  qəzetə  işə  dəvət alıb və 1991-ci 
ilədək həmin mətbuat orqanında “Mədəniyyət və  İncəsənət”  şöbəsinə 
rəhbərlik edib. O, jurnalistlik fəaliyyəti ilə yanaşı, eyni zamanda gənclik 
illərindən başlayaraq,  ədəbi yaradıcılıqla ciddi məşğul olub. Onun ilk 
şeirləri Qardabanidə  nəşr olunan “Samqori” rayon qəzetində, sonra 
“Sovet Gürcüstanı”, “Ədəbiyyat və İncəsənət” qəzetlərində, “Ulduz” və 
“Azərbaycan” jurnallarında, “Çeşmə” və “Dan Ulduzu” almanaxlarında 
işıq üzü görüb. Ömrünün sonlarında yenidən Bakıya qayıdan A. 
Mustafazadə bir müddət bədii yaradıcılığını Azərbaycanda davam etdirib. 
A. Abdullazadə tərcümə ilə də məşğul olub. O, O. Dqebuadzenin “Dörd 
həyat” povestini, Berejkovun “Tehran-1943” əsərindən parçaları, macar 
və Amerika hekayələrini sənətkarlıqla tərcümə edib.
O, 1996-cı ildə Bakı şəhərində vəfat edib.            


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə