GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə13/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

50
BƏHRAM MEHDİ
Bəhram Hacı oğlu Mehdi 1943-cü il aprelin 
12-də Bolnisinin Həsənxocalı  kəndində bağ-
ban ailəsində anadan olub. Arıxlı kəndində orta 
məktəbi bitirdikdən sonra 1960-cı ildə A.S. Puş-
kin adına Tifl is Dövlət Pedaqoji İnstitutuna qəbul 
olub və dörd ildən sonra həmin ali məktəbi biti-
rib. İlk mətbu şeiri “Sovet Gürcüstanı” qəzetində 
dərc olunub. Sonralar “Qələbə Bayrağı”, “Tria-
leti”, “Axalı Marneuli”, “Samqori”, “Çənlibel”, 
Azərbaycan Gəncləri”, “Ədəbiyyat və  İncəsənət”, “Ziya”, “Təhsil”, 
“Şərqin səsi”, “Konqres”, “Yeni Azərbaycan” və “Azərbaycan” və “Ul-
duz” jurnallarında məqalə və şeirləri dərc olunub. o, “Çeşmə” və “Dan 
Ulduzu”  ədəbi məcmuələrinin redaksiya heyətinin üzvü olub. Gürcüs-
tanda yaşayıb-yaratmış el şairlərinin  əsərlərinin toplanmasında və  nəşr 
olunmasında Bəhram Mehdinin əməyi olub. O, el şairlərindən Alxas ağa, 
Fatma Alı qızı, Güllər Pəri, Güllər İsmayıl, Şair Nəbi, Təhləli Novruz
Qaraçöplü şair Musa, Şair Teymur, Şair Şaban, Qara Qərib, Şair Balakişi, 
Şair Ağacan, Mahmud Elqəmi və s. 35 el şairinin əsərlərini “Dan Ulduzu” 
ədəbi məcmuəsinin ikicildliyində çap etdirib.
B. Mehdi Gürcüstan Televiziya və Radio Verilişləri  şirkətinin 
Azərbaycan şöbəsində müxbir, Gürcüstan Azərbaycanlılarının Konqresi 
qeyri-hökumət təşkilatının “Konqres” adlı qəzetində redaktor vəzifəsində 
çalışıb. O, hazırda “Gürcüstan”, “Ziya”, “Təhslil”, “Şərqin səsi” və “Yeni 
Azərbaycan” qəzetlərinin xüsusi müxbiridir.


51
PAŞA ƏLİYEV (KƏSƏMƏNLİ)
Əliyev Paşa Məmməd oğlu 1940-cı ildə 
Qaradabani rayonunun Kosalı  kəndində anadan 
olub. Orta təhsilini doğma kəndində alıb. Orta 
məktəb illərindən sonra kolxozda çalışıb, elektrik 
stansiyasında, tikinti-quraşdırma sahəsində 
işləyib. 1964-cü ildə Azərbaycan Dövlət 
İncəsənət  İnstitutuna qəbul olunub, 1967-ci 
ildə  həmin institutun mədəni-maarif fakültəsini 
bitirərək Gürcüstana qayıdıb. Elə  həmin ildən 
“Sovet Gürcüstanı” qəzetində  əvvəlcə  ədəbi işçi, müxbir, sonra isə 
qəzetin xüsusi müxbiri kimi 1975-cı ilədək fəaliyyət göstərib. Həmin 
il Qardabanidə  çıxan ikidilli qəzetin Azərbaycan bölməsinin redaktoru 
təyin edilib. O, bu vəzifədə 2006-cı ilədək fəaliyyət göstərib. Qəzetçilik 
fəaliyyəti dövründə çoxsaylı oçerklər, felyetonlar, müxtəlif mövzularda 
məqalələr və reportajlar müəllifi  kimi oxucuların rəğbətini qazanıb.
Paşa Əliyevin qələmə aldığı yazılar müxtəlif dillərə tərcümə olunub. 
O, neçə-neçə  fəxri fərman və diplomlara layiq görülüb. Gürcüstan və 
SSRİ Jurnalistlər  İttifaqının üzvü olub. Bir neçə  dəfə Qardabani rayon 
və  kənd sovetinin deputatı seçilib. Marksizm-Leninizm Universitetinin 
Tifl is fi lialının ikiillik tam kursunu bitirib. Paşa Əliyev təqaüdə çıxmasına 
baxmayaraq yenə də məqalələri ilə Gürcüstanda nəşr olunan Azərbaycan 
dilli mətbuat səhifələrində müntəzəm çıxış edir, ictimai işlərdə  fəallıq 
göstərir.
Üç oğul, altı nəvə sahibi olan Paşa Əliyev (Kəsəmənli) həm də gözəl 
ailə başçısıdır.


52
HƏMID VƏLIYEV
Həmid Alı oğlu Vəliyev 1939-cu ildə Borçalı 
mahalının Sadaxlı kəndində dünyaya gəlib. 1947-
1958-cü illərdə Marneuli rayonunun Sadaxlı kənd 
orta məktəbində oxuyub.1960-1966-cı illərdə 
ADU-nun  fi lologiya  fakültəsinin jurnalistika 
şöbəsində  təhsil alıb. Hələ universitetdə  tələbə 
olarkən ailəsini dolandırmaq üçün Marneuli rayon 
qəzetində  işləməyə  məcbur olub. Şirin, aktual, 
dövrün tələblərinə cavab verən yazıları, reportajları, oçerkləri ilə ilk 
gündən oxucuların diqqətini cəlb edib. Çox keçmədən, Həmid Vəliyevin 
səsi Gürcüstan paytaxtında fəaliyyət göstərən Azərbaycan dilində verilişlər 
redaksiyasının radiosundan gəldi. O, bir neçə il bu radioda həm diktor, 
həm də yaradıcı  ədəbi işçi kimi çalışdı. Tələbəlik illəri başa çatdıqdan 
sonra ali təhsilli jurnalist kimi “Sovet Gürcüstanı” qəzetində əməkdaşlıq 
etməyə başladı. Elə ilk günlərdən də jurnalitika ilə yanaşı, elmi axtarışla 
ciddi məşğul olmağa başladı. 1970-ci ildə  Əməkdar fərqlənməyə görə 
medalı, Gürcüstan SSRİ Ali Soveti Rəyasət heyəti fəxri fərmanı ilə 
təltif olunub. O, 1975-1978 -cı illərdə Sov.İKP MK yanında Ali Partiya 
Məktəbində jurnalistika ixtisası üzrə təhsil alıb. Həmid Vəliyev 1980-ci 
ildə “ Azərbaycan gürcü ədəbi mənbələrində (19-cu əsrin sonu, 20-ci əsrin 
əvvəlləri)” mövzusunda namizədlik dissertasiyası müdafi ə edib. Universal 
fi loloq, jurnalist-alim “Sovet Gürcüstanı” qəzetində şöbə müdiri, məsul 
katib, redaktor müavini kimi vəzifələrdə çalışıb. İstedadlı jurnalist Həmid 
Vəliyev 1988-ci ildə Gürcüstan Respublikasının Əməkdar Jurnalisti adını 
alıb.                                                                                                                                            
H. Vəliyev 1990-cı ildən sonra ailə vəziyyəti ilə əlaqədar olaraq, daimi 
yaşamaq üçün Bakı  şəhərinə köçüb. O, bu şəhərdə  əvvəlcə prezident 
aparatı yanında “Yurd” dərgisinin redaktoru (1991), sonra Azərbaycan 
Respublikası  Səhiyyə Nazirliyinin “Şəfqət” qəzeti (1996-cı ildən) baş 
redaktoru vəzifəsində işləyib. 1994-cü ildən Bakı Dövlət Universitetində 
çalışır. 1999-2004 - cü illərdə BDU, Jurnalistika fakültəsi Mətbuat 
Tarixi kafedrasinda dosent əvəzi vəzifəsində çalışıb. Pedaqoji fəaliyyətə 


53
məşğul olan Həmid Vəliyev Azərbaycanda və Gürcüstanda çapdan 
çıxmış kitabların, elmi-publisistik məqalələrin, mühüm dərs vəsaitlərinin 
müəllifi dir.
2004-cü ildən BDU, beynəlxalq jurnalistika kafedrasının müdiridir. 
Filologiya elmləri namizədi, professor Həmid Vəliyev hazırda BDU-
da „Xarici ölkələrin jurnalistika tarixi” (bakalavr); „Dünya informasiya 
agentlikləri”, „Beynəlxalq jurnalist təşkilatları” (magistratura) fənlərini 
tədris edir. 250 elmi və elmi - publisistik məqalə, 1 monoqrafi ya, 3 kitabın 
müəllifi dir.
Görkəmli jurnalist Həmid Vəliyev 2005- ci ildə Prezidentin 
sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib. 2009-cu ildə Azərbaycan 
Respublikasının „Qabaqcıl təhsil işçisi” adına layiq görülüb. Mətbuat 
Şurasının fəxri diplomu ilə təltif olunub.
 TƏDQİQAT SAHƏSİ
İnformasiya cəmiyyətinin formalaşması prosesi: “Beynəlxalq təcrübə 
və Azərbaycan”
 
BEYNƏLXALQ SEMINAR, SIMPOZIUM VƏ 
KONFRANSLARDA IŞTIRAKI
• 
„Ekologiya problemləri və jurnalistika” - Kişinyov 2001
• 
Beynəlxalq humanitar hüquq və jurnalistika - Moskva 2005
• 
Beynəlxalq uşaq hüquqları və jurnalistika- Buxarest 2010
• 
Beynəlxalq uşaq hüquqları və jurnalistika- Dublin 2011
 KİTABLAR
• 
Azərbaycan folkloru və  ədəbiyyatı gürcü mənbələrində 
(Monoqrafi ya). B., 1984
• 
Deyl Karnegi. Dostu necə qazanmalı (Tərcümə). B., 1993
• 
Dünya informasiya agentlikləri (Dərs vəsaiti). B., 2003
• 
Beynəlxalq jurnalist təşkilatları (Dərs vəsaiti). B., 2005
• 
Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. B., 2012
P.S. Həmid müəllim çox istedadlı  və iti qələm sahibi olan 
jurnalistdir. Sovetlər dönəmində onun yazdığı felyetonlar cavabsız 
qalmazdı. Dövlət strukturları  həmin gün bu sərt yazılarda qeyd 
olunan nöqsanları düzəltməyə çalışar və nəticə barədə redaksiyaya 
cavab verərdi. O, uzun illər Tifl isdə nəşr olunan “Sovet Gürcüstanı” 


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə