GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə17/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

68
PƏRİXANIM MURSAQULOVA
Pərixanım Səttar qızı Mursaqulova 1948-ci 
ilin yanvarın 8-də Qızılhacılı kəndində müəllim 
ailəsində anadan olub. Atası  Səttar Mursaqulov 
əməkdar müəllim, anası  Xınalı xanım evdar 
qadın olub. P. Mursaqulova 1966-cı ildə Marneuli 
şəhər 3 nömrəli orta məktəbi bitirdikdən sonra 
Azərbaycan Dövlət Universitetinin jurnalistika 
fakültəsinə qəbul olub. 1972-ci ildə bu fakültəni 
bitirdikdən sonra Marneulidə  nəşr olunan “Axali Marneuli” qəzetində 
korrektor, sonra məktublar  şöbəsinin müdiri, 2004-cü ildə isə redaktor 
müavini vəzifələrində çalışıb. O, ömrünün 38 ilini bu qəzetə həsr edib. 
Mənalı keçən bu illər  ərzində redaksiya ilk partiya təşkilatının katibi, 
həmkarlar ittifaqının sədri, dəfələrlə Marneuli Rayon Partiya Komitəsinin 
konfranslarına nümayəndə seçilib, eyni zamanda partiya komitəsinin 
büro üzvü və plenum üzvü olub.
P. Mursaqulova Gürcüstan və SSRİ Jurnalistlər İttifaqının üzvü olub, 
Gürcüstanın azərbaycanlı qadınlar içində ilk qadın jurnalisti olaraq 
“Əməkdar Jurnalist” adına layiq görülüb.
Azərbaycandilli mətbuatda çalışdığı 38 il müddətində Gürcüstanda 
yaşayan azərbaycanlıların həyatı və onların problemlərinin həllinə çalışıb, 
müxtəlif mövzularda publisistik məqalələr qələmə alıb. O, sonralar “Yeni 
Marneuli” adlandırılan və Marneulidə  nəşr olunan qəzetin nəzdində 
fəaliyyət göstərən “Dan Ulduzu” ədəbi dərnəyin işində fəal iştirak edib və 
dərnək üzvlərinin şeirlərini qəzet səhifələrində dərc edib. O, həm də 1992-
ci ildə nəşr olunan “Dağlar dərdə düşsə...” şeirlər toplusunun redaktoru 
olub. Həmin kitabda Pərixanımın “Eloğlu eldən getdi...” sərlövhəli oçerki 
qanlı 20 Yanvar faciəsinin qurbanı, Sumqayıt yolunda faciəli surətdə 
həlak olan, yurdsevər, Borçalının vətənpərvər oğlu, mərhum professor 
İsmayıl Mursaqulovun əziz xatirəsinə həsr olunub.
Hazırda Pərixanım Mursaqulova Marneuli şəhərində yaşayır və bir 
övlad anasıdır.


69
SƏYAVUŞ UYĞUN
Hüseynov Səyavuş Dilman oğlu (Səyavuş 
Uyğun) 1949-cu ilin 28 yanvarında Borçalının 
Qasımlı kəndində müəllim ailəsində anadan olub.
Səyavuş Uyğun 1967-ci ildə Qasımlı orta 
məktəbi bitirdikdən sonra Ç. İldırım adına 
Azərbaycan Politexnik İnstitutunun inşaat 
fakültəsinə qəbul olaraq ali təhsil alıb. O, həmin 
institutun nəzdində  fəaliyyət göstərən 3 illik 
jurnalistika kursunda da oxuyub.
 S. Uyğun 1972-ci ildə Qasımlı kəndində fəaliyyət göstərən sovxozda 
inşaat mühəndisi vəzifəsində işləyib. 1996-cı ildə Qasımlı kənd məclisi 
Idarə heyəti sədrinin birinci müavini və aparat müdiri vəzifəsinə  təyin 
olunub. 2000-ci ildən Marneuli rayon icra hakimiyyətinin mədəniyyət 
şöbəsinin  əməkdaşı kimi fəaliyyət göstərməyə başlayıb. Mədəniyyət 
Evi nəzdində “Qönçə” adlı  ədəbi birlik təşkil edib. 2006-cı ildə onun 
baş redaktorluğu ilə rayon mədəniyyət şöbəsinin orqanı olan 8 səhifəlik 
“Qönçə” adlı aylıq ədəbi-bədii qəzet nəşr olunub. 
S. Uyğun bədii yaradıcılığa orta məktəb illərindən məşğul olub. İlk 
şeirləri Gürcüstanda nəşr olunan “Yeni Marneuli”, “Qələbə bayrağı”, 
“Sovet Gürcüstanı”, “Ziya” qəzetlərində, “Azərbaycan Pioneri”, 
“Azərbaycan Gəncləri” qəzetlərində, “Ulduz”, “Gənclik” jurnallarında, 
Gürcüstanda nəşrə başlayan “Dan Ulduzu”, “Çeşmə”, “Dağlar dərdə 
düşsə...”, “Borçalıdan keçən yollar” adlı almanaxlarda, “Ədəbi 
Gürcüstan”, ”Borçalı antologiyası” kitablarında, “Qarapapaqlar” və 
“Meydan” jurnallarında çap olunub.
S. Uyğun “Borçalı” və “Qafqaz press” qəzetlərində bölgə müxbiri
sonra şöbə müdiri, sonra isə hər iki qəzetin Gürcüstan üzrə baş redaktorun 
müavini kimi fəaliyyət göstərib. Onun şeirləri və publisist məqalələri 
“Borçalı”, “Qafqaz press”, “Zəngəzur”, “Ulu körpü”, “Dünyaya səsimiz”, 
“Azərbaycan press”, Gəncədə  nəşr olunan “Körpü” qəzetlərində  və 
“Xüdafərin-I”, “Xüdafərin-II”, “Göyəzən” toplularında dərc edilib. 
2010-cu ildə Heydər  Əliyev adına Gürcüstan-Azərbaycan Tədris 


70
Universitetinin “Bizim Universitet” adlı  qəzetin redaktoru, sonra isə 
Gürcüstan Azərbaycanlıları Ziyalılar birliyinin orqanı olan “Ziya” 
qəzetində  məsul katib və Tifl isdə  nəşr olunan “Konqres” qəzetində 
əməkdaş kimi fəaliyyət göstərib.
O, Gürcüstanda nəşr olunan “Sözün işığı”, “Günəş” qəzetləri ilə 
müntəzəm əməkdaşlıq edir və müxtəlif səpgili aktual məqalələri ilə çıxış 
edir.
Bədii yaradıcılıq ilə  fəaliyyətinə görə S. Uyğun “Qızıl saz”, 
“Göyəzən”, “Vicdanlı  qələm” mükafatlarına layiq görülüb. 1997-ci 
ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2009-cu ilin yanvar ayından isə 
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Səyavuş Uyğun  bədii yaradıcılıqla yanaşı, həm də ictimai vəzifə 
daşıyır. O, Azərbaycan respublikası  “Əlillərin Beynəlxalq  Əməkdaşlığı 
Uğrunda”(ƏBƏU) cəmiyyətinin Gürcüstan bürosunun idarə heyyətinin 
sədridir. Ailəlidir, bir qızı, bir oğlu var.
S. Uyğunun 5 kitabı  nəşr olunub. Beşinci kitabı  nəşryyata təqdim 
olunub.
1. “Nəciblik rəmzi”
2. “Borçalının söz xəzinəsi”
3. “Ömrünü 
maarifə həsr etmiş insan”
4. “Borçalıda günəş doğar”


71
OSMAN ƏHMƏDOĞLU
Osman  Əhmədoğlu 1948-ci ildə Borçalı 
mahalının Kürüstü Keşəli kəndində anadan 
olub. Doğma kəndində 8 illik, qonşu Kəpənəkçi 
kəndində orta məktəbi bitirib. 1974-cü ildə ADU-
nun fi lologiya fakültəsini bitirərək ali təhsil alıb.
O, hələ orta məktəbdə oxuduğu illərdə  şeir 
yazıb. Tələbəlik illərində  mətbuatda publisistik 
məqalələrlə çıxış edib.
O, 
Əhmədoğlunun “Borçalıda ocaq 
yanır” adlı ilk şeirlər kitabı 1989-cu ildə Bakıdakı “Yazıçı” nəşriyyatı 
tərəfi ndən nəşr edilib. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 
Bədii yaradıcılıqla bərabər dövrü mətbuatda publisistik məqalələrlə 
çıxış edən O. Əhmədoğlu vaxtilə Gürcüstanda nəşr olunan “Yeni Yol” 
qəzetində redaktor müavini vəzifəsində çalışıb. Bir müddət sonra o, 
“Dədə Qorqud” adlı bir dərgiyə  rəhbərlik edib. Osman Əhmədoğlu 
“Meydan” dərgisinin idarə heyətinin fəal üzvlərindən  biridir.                                                                                                                                    
O. Əhmədoğlu indiyədək bir neçə şeirlər kitabı və xalqımızın etnoqrafi ya 
və folkloru ilə bağlı iki kitabı işıq üzü görüb. O, hazırda Gürcüstan Aşıqlar 
Birliyinin sədri kimi aşıq yaradıcılığının inkişafına çalışır, aşıqlarımızın 
yubileylərini və digər tədbirləri təşkil edir.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə