GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə18/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

72
MÜQƏDDƏS NEMƏTOV
(1948-1997)
Müqəddəs Məhəmməd oğlu Nemətov 1948-
ci il sentyabrın 22-də Qarayazının Qardabani 
şəhərində müəllim ailəsində anadan olub. Orta 
məktəbi qızıl medalla bitirdikdən sonra təhsilini 
politexnik institutunda davam etdirərək inşaatçı 
diplomuna sahib olub. Tələbəlik illərində eyni 
vaxtda ikillik müxbirllər universitetini bitirib. 
İxtisasca mühəndis-inşaatçıdır, jurnalistika 
sahəsində çalışıb,  fi losof-politoloq kimi fəaliyyət göstərib, bir sıra 
məqalələr müəllifi dir. Uzun müddət Bakı Baş Tikinti idarəsinin evtikmə 
kombinatında mühəndis-inşaatçı, SSRİ Qara Metalurgiya Nazirliyinin 
Rustavi  şəhərindəki ”Qruzqipromez” institutunda böyük mühəndis-
konstruktor işləyib. 1983-cü ildə Rustavi şəhəri mikro şuranın sədri 
seçilib. Sonralar respublikada nəşr olunan “Sovet Gürcüstanı” qəzetində 
kənd təsərrüfütı  şöbəsinin müdiri təyin olunub. O, qəzetdə çalışmaqla 
bərabər 1995-ci ilin noyabrın 5-ə qədər Gürcüstan parlamentinin eksperti 
vəzifəsində də çalışıb. Sonra Kvemo Kartlidə Gürcüstan dövlət başçısının 
səlahiyyətli nümayəndəsinin insan hüquqları və millətlərarası münasibətlər 
üzrə baş müşaviri işləyib.
1995-ci ildə Gürcüstan parlamentinə seçkilərdə deputat seçilib. Fəlsəfə 
elmləri namizədidir. Bir çox publisist məqalələrin, hekayə və oçerklərin, 
eyni zamanda müştərək yazılan bir kitabın müəllifi dir.  Gürcüstan 
Jurnalistlər Federasiyasının laureatı olub.
Müqəddəs Nemətov ictimai işlərdə  fəal çalışıb və ölkədə yaşayan 
azərbaycanlıların hüquqlarının qorunmasına, sosial məsələlərə aid işlər 
görüb, dövlət quruculuğunun möhkəmləndirilməsinə aid mübarizə aparıb. 
1992-ci ildə Gürcüstan Dövlət  Şurasının Millətlərarası Komissiyasının 
üzvü seçilib. 1994-cü ildə Gürcüstan Vətəndaşlar  İttifaqının Qardabani 
rayon təşkilatının sədr müavini seçilib. Gürcüstan Vətəndaşlar İttifaqının 
orqanı olan “Satatbiro”nun üzvü olub. Gürcüstan azərbaycanlılarının 
“Ümid” cəmiyyətinin sədri işləyib.
Müqəddəs Nemətov ordu sıralarında xidmət edib. Ehtiyatda olan 
kapitan  olub. 3 qızı və bir oğlu var.
O, 1997-ci ilin sentyabrın 2-də dünyasını dəyişib.


73
XƏTAYƏ RÜSTƏMOVA
Xətayə Rüstəmova 1952-ci ildə Gürcüstanın 
Marneuli rayonunun Qaçağan kəndində anadan 
olub. 1969-cu ildə orta məktəbi, 1974-cü ildə 
ADU (Bakı Dövlət Universiteti) jurnalistika 
fakültəsini bitirib. Həmin ildən “Sovet Gür-
cüstanı” qəzetində  əmək fəaliyyətinə başlayıb, 
1991-ci ildə ailə  vəziyyətinə görə Bakıya kö-
çüb, müxtəlif qəzet və jurnallarda işləyib, 1995-
ci ildən bu günə  qədər Azərbaycan Teleradio 
verilişləri QSC “Xalq yaradıcılığı” redaksiyasında işləyir.
Xətayə Rüstəmova keçmişimizdən bu günə soraq gətirən, xalq 
ədəbiyyatı və folklorumuz haqqında “Dastandan üzü bəri”, “Tərəkəmə” 
folklor toplusu, “Yeri, yurdu andım”, “El havası”, “Xeyrə  qənşər” 
verilişlərinin müəllifi dir.


74
TƏHMƏZ TƏHMƏZOV
Təhməz Qiyas oğlu Təhməzov 1954-cü il 
avqustun 23-də Marneuli rayonundakı Kürdlər 
kəndində anadan olub. 1971-ci ildə Baydar 
orta məktəbini, 1976-cı ildə A. S. Puşkin adına 
Tifl is Dövlət Pedaqoji İnstitutunu bitirib. Əmək 
fəaliyyətinə döğma kəndində müəllim kimi 
başlayıb və 1983-1987-ci illərdə Gürcüstan 
Televiziya və Radio Verilişləri  şirkətində kiçik 
redaktor, 1887-1991-ci illərdə “Sovet Gürcüstanı” qəzetində müxbir, 
1991-1999-cu illərdə Kürdlər kənd sovetinin sədri və 2006-cı ilin 
martından 2013-cü ilin iyun ayına kimi Azərbaycan İctimai Televiziyasının 
Gürcüstandakı xüsusi müxbiri işləyib. Oçerk və publisistik yazıları 
Gürcüstandakı dövrü mətbuatda dərc olunub.
Təhməz Təhməzov 2010-cu ildə Gürcüstan prezidenti Mixail 
Saakaşvilinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb. Ailəlidir, iki 
oğlu, 4 nəvəsi var. 


75
ŞURƏDDİN MƏMMƏDLİ
1956-cı il fevralın 28-də Gürcüstanın Bolnisi 
rayonunun Kolagir kəndində anadan olub. 
1973-cü ildə kənd orta məktəbini bitirib, Tbilisi 
Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1977-ci 
ildə adı keçən ali məktəbin fi lologiya fakültəsini 
bitirərək, Azərbaycan dili və ədəbiyyatı ixtisasına 
yiyələnib.  İnstitutda həmçinin  İctimai Peşələr 
Fakültəsinin jurnalistika şöbəsində oxuyub.
Jurnalistlik fəaliyyəti
Əmək fəaliyyətinə 1977-ci ildən Gürcüstan Dövlət Televiziya və 
Radio Verilişləri Komitəsində  tərcüməçi olaraq başlayıb. 1984-cü ildə 
“Sovet Gürcüstanı” (1991-ci ildən “Gürcüstan” adı ilə  nəşr olunub) 
qəzeti redaksiyasında 2006-cı ilədək müxbir, mədəniyyət şöbəsi müdiri 
vəzifələrində çalışıb. 1993–1997-ci illər arasında Azərbaycan Milli 
Məclisinin orqanı “Azərbaycan” qəzetinin Gürcüstan üzrə müxbiri 
olmub. 1982-ci ildən SSRİ Jurnalistlər  İttifaqının, 1991-ci ildən 
Gürcüstan Jurnalistlər Federasiyasının üzvü olub. Ş. Məmmədli 200-
dən çox publisistik məqaləsi ilə “Qələbə Bayrağı”, “Sovet Gürcüstanı”, 
“Gürcüstan”, “Azərbaycan”, “Ədəbiyyat və  İncəsənət” və başqa 
qəzetlərdə çıxış edib.
Elmi-pedaqoji fəaliyyəti
1988-cü ildə  fi lologiya  üzrə elmlər namizədi, 2003-cü ildə elmlər 
doktoru alimlik dərəcələrini qazanıb. Müxtəlif illərdə Tifl is  Dövlət 
Pedaqoji Universitetində, Tifl is Humanitar Universitetində, Tifl is Dövlət 
Universiteti Kvemo-Kartli fi lialında, Tifl is Dövlət Pedaqoji Universiteti 
Marneuli  fi lialında dosent, professor dərəcələrində mühazirələr 
oxuyub. 2006–2010-cu illərdə Türkiyənin Qars şəhərindəki Kafkas 
Universitetində professor vəzifəsini tutub. 2010-cu ildən Türkiyənin 
Ərdahan Universitetində professordur. 2002-ci ildə Gürcüstan 
Milli Akademiyasının həqiqi üzvü, akademiki seçilib. 100-ə yaxın 
elmi məqaləsi Azərbaycan, gürcü, rus, türk dillərində Gürcüstanın, 
Azərbaycanın, Türkiyənin nüfuzlu elmi jurnallarında yayınlanıb. Bir çox 


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə