GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə19/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

76
elmi konfranslarda, simpoziumlarda Borçalı ədəbi mühiti mövzusundakı 
məruzələri maraqla qarşılanıb.
Türkiyədə nəşr olunan “TuranSAM”, “İdil” elmi dərgilərinin hakimi, 
yayın heyəti üzvüdür.
Mükafatı
Səmərəli jurnalistlik və elmi-pedaqoji fəaliyyətinə görə 2002-ci ildə 
Gürcüstanın ali dövlət mükafatı olan “Ğirseba” - “Şərəf” ordeninə layiq 
görülüb.
Önəmli kitabları
• 1991, 
Paralanmış Borçalı  və ya 1918-ci il Ermənistan-Gürcüstan 
müharibəsinin acı nəticəsi; Azərnəşr, Bakı
• 1995, 
Paralanmış Borçalı; ikinci nəşr, Bakı
• 1997, 
Alın yazımız (Gürcüstan azərbaycanlılarının tarixi, mədəniyyəti); 
Sam şoblo nəşriyyatı, Tbilisi
• 1997, 
Borçalıda sular axar; şeirlər, Ziya nəşriyyatı, Tbilisi
• 1997, 
Gürcüstanın xalq artisti İbrahim İsfahanlı; Ziya nəşriyyatı, Tbilisi
• 1998, 
“ხანის  ვეზირი”  ქართულ  სცენაზე = “Xanın vəziri” gürcü 
səhnəsində; Gürcü dilində, Tbilisi
• 1998, 
Səhnə ülfətimizdən: 19-cu yüzil Azərbaycan–Gürcü teatr əlaqələri; 
Tbilisi
• 2000, 
Borçalı  ədəbi mühiti: qaynaqları, təşəkkülü, inkişafı; monoqrafi ya, 
Elm nəşriyyatı, Bakı
• 2001, 
საქართველოს 
აზერბაიჯანელთა 
ლიტერატურული 
ტრადიციები = Gürcüstan azərbaycan lılarının ədəbi ənənələri; Gürcü dilində, Azri 
nəşriyyatı, Tbilisi
• 2002, 
Ədəbi Borçalı: Bədii ədəbiyyatda Borçalı mövzusu; Borçalı nəşriyyatı, 
Bakı
• 2003, 
Azərbaycan  ədəbiyyatının Borçalı qolu; monoqrafi ya,  Kolori 
nəşriyyatı, Tbilisi
• 2004, 
Borçalı–Ahıska–Kars ortaq ədəbi arealı; Kolori nəşriyyatı, Tbilisi
• 2004, 
Kəlamına min şükür; Kolori nəşriyyatı, Tbilisi
• 2005, 
Borçalı aşıqları; (M. Kamaloğlu, O. Dərviş, Ş. Məmmədli), Nurlan 
nəşriyyatı, Bakı
• 2006, 
Gürcüstan 
azərbaycanlıları (statistik-ensiklopedik soraq-bilgi kitabı); 
Kolori nəşriyyatı, Tbilisi


77
ŞAHVƏLƏD EYVAZOV
Şahvələd Əli oğlu Eyvazov 1956-cı il iyunun 
26-da Tifl is  şəhərində anadan olub. Onun 
valideynləri  əslən Zalqa rayonunun Ərcivan-
Sarvan kəndindəndir.
Uşaqlıqdan  əlinə düşən fotoaparat onun 
həyat yolunu birdəfəlik müəyyənləşdirmişdi. 
Məhəllə  uşaqlarını, gəzdiyi, gördüyü yerləri 
lentə köçürməkdən doymazdı.  Şahvələd hələ orta məktəbdə oxuyarkən 
müəllimləri ona məsləhət gördülər ki, Boris Dzeneladze adına Respublika 
Pioner və məktəblilər dərnəyinə yazılsın. Beləliklə, Tifl isdəki 52 nömrəli 
orta məktəb şagirdi Şahvələd Eyvazovun çəkdiyi fotolar tez-tez “Norçi 
Lenineli,” “Tbilisi,” “Molodyoj Qruzii,” “Axalqazrda kommunisti və s. 
qəzetlərdə dərc olunmağa başladı. Tezliklə bütün Gürcüstan mətbuatı onun 
fotolarını dərc etməyə başadı. 1982-ci ildə Pitsunda şəhərində keçirilən 
Gənc SSRİ jurnalistlərinin tədbirindən sonra Şahvələd “Sakinform” 
(“Gürcinform”)  rəhbərliyindən işə  dəvət alır. Yeni işdə  SİTA-nın xətti 
ilə yayımlanan  şəkillərin içində onun reportajları özünəməxsusluğu ilə 
fərqlənərək, xarici ölkələrdən, o cümlədən Yaponiyadan, ABŞ-dan, 
Almaniyadan, Fransadan və başqa ölkələrdən beynəlxalq foto sərgilərdə 
iştirak üçün dəvət alır.”
Sonra Ş. Eyvazov  “Assoşieyted press” və “Reuters” agentliklərinin 
nümayəndələri Tifl isdə fəaliyyət göstərən fotojurnalistlərdən əməkdaşlıq 
üçün fotojurnalist seçərkən, ilk növbədə Şahvələd Evazovun adı çəkilir.  
Şahvələd Eyvazov 1992-ci ildən “Assoşieyted press” Qafqaz üzrə 
fotomüxbiri kimi işə balayır.
Şahvələd Eyvazovun yaradıcılıq dəsti-xətti, maraqlı fotoları 
sənətsevərlərin diqqətini çoxdan cəlb edib. Onlarca fotosərginin 
iştirakçısı kimi o, beynəlxalq aləmdə çoxdan tanınıb. Avropanın bir 
çox ölkələrində, habelə, Yaponiyada açılan fərdi sərgiləri  Şahvələd 
Eyvazovun sənətinin mahir ustası olduğunu sübut edir. Onlarca sərginin 
diplomçusu və laureatı olan Şahvələd Eyvazov bu gün də doğulub boya-
başa çatdığı Tbilisi şəhərində yaşayıb –yaradır. O, 23 ildir ki, ABŞ-ın 


78
“Assoşieyted Press” informasiya agentliyinin Tbilisidə yerləşən Qafqaz 
bürosunun fotomüxbiridir. Dostlarının və ərki çatanların “Şah”, “Şaxo” 
dedikləri və heç cür qocalığı yaxına buraxmayan bu gözəl insanın sədası 
tez-tez Qafqazın milli münaqişə zonalarından gəlir. Şahvələdin Osetiya, 
Abxaziya, Qarabağ münaqişəsindən çəkdiyi kadrlar dünyanın müxtəlif 
qəzet-jurnallarında dərc olunub, mütəxəssislərin və tamaşaçıların diqqətini 
cəlb edib. Belə  çətin tapşırıqları yerinə yetirərkən, o, dəfələrlə ölümlə 
üz-üzə  gəlib. Nəticədə  çəkdiyi zəhmət rəhbərlik tərəfi ndən layiqincə 
qiymətləndirilib. O, sözün həqiqi mənasında, peşəsinin professionalıdır. 
İşindən başqa  Şahvələd mənsub olduğu xalqın – Gürcüstanda yaşayan 
azərbaycanlıların adət-ənənəsini, onun maddi mədəniyyət abiələrinin, 
ulularını obyektin yaddaşına köçürməkdən yorulmur. Tez-tez qədim 
Tbilisinin dolanbac yolları, Şeytanbazar, Meydan, Avcala, Saburtala,eləcə 
də Borçalının kənd adamlarının, üz cizgiləri  Şahvələdin obyektinə tuş 
gəlir.
Ş. Eyvazov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfi ndən 
təşkil edilən ”Uzun sürən müharibənin əks sədası” foto sərgidə də iştirak 
edib.
Qeyd edək ki, Ş. Eyvazov Gürcüstanda baş verən hadisələri gürcü 
həmkarlarından yaxşı işıqlandırıb. O, hər zaman olduğu kimi, bu gün də 
onun fotoaparatı çinindədir və yeni-yeni axtarışlarını fotonun gözü ilə 
oxuculara, tamaşaçılara çatdırır.


79
MAHMUD KAMALOĞLU
Mahmud Kamaloğlu Hacıxəlilov 1954-
cü il aprelin-5-də Marneuli rayonunun Keşəli 
kəndində anadan olub. Səkkizillik məktəbi 
doğma kəndində, orta məktəbi qonşu Kəpənəkçi 
kəndində bitirib. 1971-1975-ci illərdə A. S. 
Puşkin adına TDPİ-nin  fi lologiya  fakültəsini 
bitirdikdən sonra “Sovet Gürcüstanı” qəzetində 
ştatdankənar müxbir kimi əmək fəaliyyətinə 
başlayıb. Həmin illərdə parallel olaraq, Keşəli orta məktəbində müəllim 
işləyib.
1984-cü ildən daim olaraq, “Sovet Gürcüstanı” qəzetinə keçib, 
əvvəlcə korrektor, daha sonra idman, gənclərlə kütləvi iş bölməsinin 
rəhbəri vəzifəsində 1990-cı ilədək çalışıb.
M. Kamaloğlu 1990-1991-ci ildə Tifl is  Bazar  İqtisadiyyatı  və 
Hüquq Universitetində dekan, 1992-ci ildə Kvemo-Kartli Müstəqil 
Universitetində tədris və elmi işlər üzrə prorektor, 1998-ci ildən 2007-ci 
ilədək İ. Cavaxişvili adına Tifl is Dövlət Universitetinin Marneuli fi lialında 
yenə  də  həmin vəzifədə çalışıb. 2008-ci ildən Ukrayna-Gürcüstan 
Beynəlxalq Universitetində tədris işləri üzrə prorektordur.
1989-cu ildə fi lologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci 
ildə İ. Cavaxişvili adına TDU-nun professor seçilib.
M.Kamaloğlu hələ  tələbəlik illərindən “Sovet Gürcüstanı”, “Axali 
Marneuli” qəzetlərində publisistik məqalələrlə  çıxış edib. Müxbir kimi 
fəaliyyətə başlayandan sonra onun “Azərbaycan” və “Kirpi” jurnallarında 
məqalə və felyetonlatı çap olunub.
M.Kamaloğlu indiyədək 10 kitabın müəllifi dir. O, bir çox xarici 
ölkələrdə  təşkil olunan elmi konfranslar və simpoziumlarda elmi 
məruzələrlə çıxış edib.  


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə