GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə2/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   2   3   4   5   6   7   8   9   ...   28

5
1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olub, dörd il sonra 
həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirib.
Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi ola-
raq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi 
iş üçün universitetdə saxlanılıb, lakin vətəninə olan sonsuz məhəbbəti, 
xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirib. 
Bir müddət Tifl isdə qulluq edəndən sonra Quba məhkəməsində  işləyib, 
daha sonra 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə 
təbiətdən dərs deməyə başlayıb. O, mütərəqqi  fi kirlərinə görə  dəfələrlə 
təqib edildiyindən müəllimlikdən  əl çəkib, xalqı üçün geniş  məzmunlu 
mədəni tədbirlər həyata keçirmək uğrunda fəaliyyətə başlayıb.                                                                                                     
Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi 
qəzet çap etmək üçün hökumətə müraciət edib. Bununla əlaqədar o İstan-
buldan hürufat gətirib və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən son-
ra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan 
dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olub. Bu qəzetlə Azərbaycan 
milli mətbuatının əsası qoyulub.
1877-ci ilin sentyabrın 29-a qədər “Əkinçi” ayda iki dəfə 300-400 tiraj-
la nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bütün 
təzyiqlərə baxmayaraq, o dövrdə  Cənubi Qafqazda  ziyalılarımız oyan-
mışdı. Onlar yeni mətbuat, söz demək üçün Tifl isdə fəaliyyət göstərməyə 
başladılar. Tifl is o dövr üçün ən sərfəli və coğrafi  nöqteyi-nəzərdən bizim 
yazarları təmin edən bir şəhər idi. Tifl is elə bir coğrafi  məkanda yerləşirdi 
ki, bu şəhərdə o dövrdə  mədəniyyət, incəsənət və  ədəbiyyat və milli 
mətbuat üçün imkan və istənilən  şərait vardı. Tifl is Qafqazın beşiyi sa-
yılırdı. Bu şəhərdə müxtəlif dillərdə məktəblər açılır, teatr və mətbəələr 
yaradılır, milli mətbuat nümunələri olan qəzetlər və kitablar nəşr olunur-
du. Bu dövrdə, yəni 1879-cu ildə Hacı  Səid Ünsizadənin rəhbərliyi ilə 
yeni bir qəzet-“ZİYA” qəzeti nəşr olundu. Bu müsbət hadisə iki ildən son-
ra baş verdi. “ZİYA” (1879-1880) qəzetinin də ömrü çox az olub. Qəzet 
sonra “Ziyayi-Qafqaziyyə” (1880-1884) adı ilə nəşr olundu və bu illərdə 
“ZİYA” qəzetinin 76, “Ziyayi-Qafqaziyyə”nin isə 107 nömrəsi çıxıb.                                                                                                                                   
Tifl isdə daha sonra 1883-1891-ci illərdə  Cəlal Ünsizadə  tərəfi ndən 
siyasətdən bəhs edən “Kəşkül” adlı jurnal da nəşr olunub. Jurnalın cəmi 


6
11 nömrəsi çıxıb. Cəlal Ünsizadə Səid Ünsizadənin qardaşı idi və sözsüz 
ki, onu bu jurnalı nəşr etməyə qardaşı sövq edib və ona hər cür kömək 
göstərib. Cəlal Ünsizadə o dövrün ziyalılarını, maarifsevər insanlarını son-
ralar qəzet kimi çıxan “Kəşkül”ün ətrafına toplaya bilib. Qəzetdə istər rus
istərsə də, gürcü və azərbaycanlı elm xadimləri, yazıçılar və jurnalistlər 
çıxış etməyə başladılar və dövrün qabaqcıl ideyalarını yaymaq üçün bu 
qəzetin səhifələrində müxtəlif mövzularda tez-tez çıxış etməyə başladı-
lar. “Kəşkül” H. B. Zərdabi, S. Ə. Şirvani, F.B. Köçərli, S. M. Qənizadə, 
R. Axundov, S. Vəlibəyov, G. Kəngərli və digər azərbaycanlı ziyalıların 
yaradıcılığından nümunələri, onların qələmə aldığı müxtəlif mövzular-
da məqalələri dərc edib, siyasi həyatı xarakterizə edib,  məşhur insanları 
təbliğ edib, onların mütərəqqi ideyalarını cəsarətlə yayıb.
“Kəşkül”dən sonra Tifl isdə 1903-cü ildə  Məmmədağa  Şahtaxtlının 
təşəbbüsü və maliyyə dəstəyi ilə “Şərqi-rus” qəzeti çıxmağa başlayıb və 
qəzetin  yaradıcı heyətinin işgüzarlığı sayəsində bir ildən sonra həmin 
qəzet gündəlik nəşr edilib. “Əkinçi” qəzeti kimi “Şərqi-rus” qəzeti də 
Azərbaycan mətbuatında cəmiyyətin alqışlarla qarşıladığı  və o dövrdə 
ictimai  fi krin  inkişafında  əsas yerlərdən birini tutub. “Şərqi-rus” qəzeti 
ilk türk qəzeti kimi istedadlı qələm sahiblərini ətrafına toplamağı bacarır. 
M. Şahtaxtlı istedadlı jurnalist olmaqla bərabər, mahir redaktor idi, sözün 
qədrini bilən yazar idi. Məhz bu istedadına  görə də o, qəzetin mənalı və 
mükəmməl çıxmağı üçün dövrün qabaqcıl ziyalılarını və qələm sahiblərini 
öz ətarfına yığa bilib. Həmin dövrdə çətinliklə və mübarizələrlə nəşr olu-
nan qəzeti cəmiyyət sevib. O dövrdə çar üsul-idarəsi milli mətbuatın 
cəmiyyət içində qazandığı nüfuzdan çox qorxurdu. Məhz buna görə  də 
çar hökuməti Tifl is kimi getdikcə inkişaf edən, müxtəlif mədəniyyətlərin 
mərkəzinə çevrilən bir şəhərdə  milli mətbuatın inkişaf etməsinə  hər 
vəchlə əngəllər törədib. Bu səbəbdən “Şərqi-rus” 1905-ci ildə bağlanıb. 
“Şərqi-rus” bağlandıqdan sonra onun mətbəəsini Cəlil Məmmədquluzadə 
satın alıb. Bu işdə ona maddi köməkliyi Tifl isdə yaşayan vətənpərvər bir 
insan olan Məşədi  Ələsgər Bağırov edib və C. Məmmədquluzadəyə bir 
çox ziyalılar, o cümlədən Ömər Faiq Nemanzadə  də  dəstək olub. Cəlil 
Məmmədquluzadə  mətbəəyə “Qeyrət” adı verib. Nəhayət, 1906-cı ildə 
Tifl isdə Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə “Molla Nəsrəddin” jur-


7
nalı nəşr olunub. Onun əsas yaradıcılarından biri də Ömər Faiq Nemanzadə 
olub. Jurnalın ilk nömrəsi aprelin 7-də nəşr edilib. Tez bir zamanda jur-
nal Qafqazda və digər ölkələrdə özünə yüzlərlə oxucu qazanıb. Tifl isdə 
cəmi 370 nömrəsi çıxan jurnalın nəşri 1918-ci ildə dayandırılıb və sonrakı 
illərdə jurnal digər ölkələrdə nəşr olunub. “Molla Nəsrəddin” 1921-ci ildə 
Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi  
Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tifl isdə, 
8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan dərhal sonra 1921-ci ilin 
martından Tifl isdə Azərbaycan dilində “Kommunist” qəzeti nəşr olunma-
ğa başlayıb. Qəzetin cəmi 19 nömrəsi çıxıb. “Kommunist”in redaktoru 
Məmmədəli Nasir olub. Qəzet Respubluka Kommunist Partiyası Mərkəzi 
Komitəsinin orqanı olub. Qəzet 1922-ci ilin yanvarından  Gürcüstan Kom-
munist Partiyası Mərkəzi Komitəsinin orqanı kimi “Yeni fi kir” adı ilə nəşr 
olunub. “Kommunist” qəzetinin 16-cı nömrəsində xəbər verilib ki, “Yeni 
fi kir” qəzetinin birinci nömrəsi çapdan çıxıb. Qəzeti həmin dövrlərdə Orta 
Asiyada,Türkiyədə  və  İranda oxuyurdular. “Yeni fi kir”in  səhifələrində 
görkəmli Azərbaycan yazıçıları  və  şairləri, publisistləri və alimləri – 
M. S. Ordubadi, Ə. Nəzmi, M. Müşfi q, S. Vurğun, S. Rüstəm, R. Rza, 
R.  Şahvələd,  Ə. Qarabağlı,  Ə.  Şərif və başqaları tez-tez çıxış edirdilər. 
Qəzetin ilk redaktoru H. Səbri olub. Qəzet Zaqafqaziya Ölkə Komitəsinin 
orqanı olduqdan sonra onun redaktorları  B. Talıblı, D. Rəsulzadə, M. 
D. Hüseynov, Rzaqulu Həsənov (O, həm də “Molla Nəsrəddin” jur-
nalının redaktorlarından biri olub.) kimi alovlu inqilabçılar  olublar.                                                                                                                        
1927-ci ildən qəzet “Yeni kənd”lə (1927-1938) əvəz olunub. Sonra Gür-
cüstan paytaxtında “İşıqlı yol” (1924) qəzeti, “Dan ulduzu” (1926-1931), 
“Şərq kolxozçusu” (1931), “Qızıl  şəfəq” (1926-1930), “Yeni qüvvət” 
(1930-1939), “Gənc nəsil” (1939-1941) jurnalları da işıq üzü görüb.1939-
cu ildən etibarən “Yeni kənd” qəzeti “Sovet Gürcüstanı” adı altında çıxıb. 
Qəzetə bu adı Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin sədri Filip Maxa-
radze verib.
İndi Tifl isdə  nəşr olunan “Gürcüstan” qəzetinin tarixi məhz bu 
dövrdən başlayıb. 1927-ci ildən qəzet “Yeni kənd”, 1938-ci ildən “So-
vet Gürcüstanı” adı ilə çıxmağa başlayıb. Qəzet bu dövrdə Gürcüstanda 


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə