GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə20/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

80
QƏHRƏMAN MUSAYEV 
Qəhrəman  İsfəndiyar oğlu Musayev 1954-
ci il may ayının 28-də Tifl is şəhərində müəllim 
ailəsində anadan olub. 
1961-1971  illərdə Tifl is  şəhərindəki M.F 
Axundov adina 73  nömrəli orta məktəbdə  təhsil 
alıb.
1971-1972-ci  illərdə Tifl is    şəhərindəki 65 
nömrəli  texniki-ixtisas məktəbində təhsil alaraq, 
bu məktəbi fərglənmə diplomu ilə bitirib.
1972-1976-cı  illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fi zika-
riyyaziyyat bölməsinin  fi zika  fakültəsini bitirib  və müəllim ixtisasına 
yiyələnib.
1976-1982-ci  illərdə Qardabani rayonunun  Poniçala orta məktəbində 
müəllim işləyib.
1982-2005-ci  illərdə Tifl is şəhərindəki İsani-Samgori Rayon Daxili 
İşlər Şöbəsinin müvəkkili vəzifəsində  çalışıb.
1984-1989-cu  illərdə Moskva Ali Milis məktəbinin Tifl is  fi lialinın 
hüquq fakültəsində təhsil alıb və o, hüquqşunas ixtisasına yiyələnib. 
1991-1993-cu illərdə Gürcüstan Ərazi Bütovlüyü uğrunda döyüşlərdə 
Cxinvali regionunda və Abxaziyada gedən döyüşlərdə  iştirak edib. 
Ona polis mayoru rutbəsi verilib. Bir neçə medallarla təltif olunub. Q. 
Musayev muharibə və hərbi qüvvələr veteranıdır.
2006-2008-ci illərdə ATƏT-in təmin etdiyi layihə  əsasında 
və    “İnternews  Fondunun dəstəyi ilə ”Marneuli –TV” də ictimayi 
televiziyanın informasiya xəbərlər programı olan  “Moambe” verlişində 
sinxron tərcüməçi-jurnalist vəzifəsində çalışıb.
2009-cu ildə “Marneuli-TV”- kanalının jurnalist-tərcüməçi vəzifəsində 
işləyib.
2010-cu ildən isə  ABŞ  səfi rliyi tərəfi ndən maliyyələşdirilən layihə 
əsasında  Kvemo Kartli bölqəsində  fəaliyət qöstərən yerli tele-radio 
şirkətində jurnalist vəzifəsində işləyib.
Qəhrəman Musayev müntəzəm olaraq regionun Azərbaycandilli 


81
mətbuat organlarında kənd təsərrüfatı, təhsil, mədəniyyət, məktəb və 
integrasiya məsələləri üzrə yazılarla çıxış edib. Gürcü, rus, türk, erməni 
dillərini bilir.
Ailəlidir, üç övladı var.


82
ELMAN KƏLƏYEV
Elman Hüseyn oğlu Kələyev 1949-ci il 
oktyabrın 20-də Marneuli şəhərində qulluqçu 
ailəsində anadan olub. 1957-ci ildə Marneuli 
şəhərindəki 2 nömrəli Azərbaycan orta 
məktəbinin birinci sinfi nə gedib və 1967-ci ildə 
həmin məktəbi bitirib. Orta məktəbi bitirdikdən 
sonra Bakı  şəhərindəki Azərbaycan Politexnik 
İnstitutunun avtomobil yollarının istismarı 
fakültəsinə daxil olub və üçüncü kursadan sonra 
təhsilini dayandıraraq Gürcüstana qayıdıb. O, 1970-ci ildə Tifl isdəki A. S. 
Puşkin adına Tifl is Dövlət Pedaqoji İnstitutunun pedaqoqika fakültəsinə 
daxil olub, 1974-cü ildə həmin fakültəni bitirib. E. Kələyev institutdan 
sonra Tifl isdə  nəşr olunan “Sovet Gürcüstanı” qəzetində  ştatdankənar 
müxbir vəzifəsində çalışıb. 1974-cü ilin noyabr ayında ali təhsilli 
mütəxəssis kimi Odessa şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən 
tərxis edildikdən sonra yenidən qəzetdə  fəaliyyətini davam etdirib və 
1979-cu ilin mayın 15-də “Sovet Gürcüstanı” qəzetinin  ştatdankənar 
şöbəsinin müdiri vəzifəsinə  təyin edilib. 1980-ci il sentyabrın 1-dən 
1982-ci il iyunun 31-dək Bakı Ali Partiya Məktəbində təhsil alıb. Həmin 
il yenidən qəzetdə müxbir vəzifəsində çalışıb. 1984-cü il mayın 4-də baş 
müxbir, 1989-cu il fevralın 4-də isə redaksiyanın kənd təsərrüfatı şöbəsinin 
müdiri və redaksiya heyətinin üzvü təyin edilib. 1991-ci il oktyabrın 10-
dan indiyədək “Gürcüstan” qəzetinin məsul katibi vəzifəsində çalışır.
Elman Kələyev redaksiyada çalışmaqla bərabər, Azərbaycan dilində 
çıxan bir neçə  ədəbi-bədii və lüğət kitablarının redaktoru olub və 
“Gürcüstan Konstitusiyası”, seçki haqqında məcəllələri və müxtəlif 
nəşrləri redaktə edib. O, Gürcüstanda nəşr olunan “Əhli-Beyt” jurnalının 
baş redaktoru olub və 2005-ci ildən APA-nın (Azəri-Press Agentliyinin) 
Gürcüstan bürosunun əməkdaşı vəzifəsində çalışıb. Jurnalistika sahəsində 
çalışarkən Elman Kələyevin Gürcüstanın və Azərbaycanın qəzet və 
jurnallarınada, Moskvada nəşr edilən “Panorama Azerbaycana” qəzetində 
müxtəlif səpgili yazılarla müntəzəm çıxış edib. 1978-ci ildə 1990-cı 


83
ilədək Sovet hökuməti dağılanadək SSRİ Jurnalistlər  İttifaqının üzvü 
olub. Gürcüstan müstəqillik  əldə etdikdən sonra Gürcüstan Jurnalistlər 
Birliyinin üzüdür və birliyin yeddinci qurultayının nümayəndəsi seçilib. 
Elman Kələyev mətbuat sahəsində  səmərəli fəaliyyət göstərdiyinə 
görə, Gürcüstan prezidentinin 1997-ci il 16 oktyabr tarixli fərmanı ilə 
“Şərəf” medalına və digər mükafatlara layiq görülüb. 
2015-ci il mayın 12-də Gürcüstanda nəşr olunan azərbaycandilli 
“Gürcüstan” qəzetinin redaktor müavini kimi  Elman Hüseyn oğlu 
Kələyev Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət 
göstərdiyinə görə “Əməkdar Jurnalist” adına layiq görülüb.


84
RƏŞİD FAXRALI
Rəşid Faxralı (Hüseynov) 1954-cü ildə 
Bolnisi rayonunun Faxralı  kəndində anadan 
olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan 
Dövlət Pedaqoji İnstitunun riyaziyyat fakültəsini 
bitirib. Ali məktəbdən sonra Faxralı  kəndində 
ixtisası üzrə müəllim işləyib, eyni zamnda rayon 
qəzeti olan “Qələbə Bayrağı” qəzeti ilə yaxından 
əməkdaşlıq edib. Bədii yaradıcılıq və publisistika 
sahəsində  qələmini sınayan Rəşid Faxralı 
sonradan qəzet işinə bağlanıb. Rayon qəzetində daimi işə keçəndən dərhal 
sonra ikinci ali təhsilini Azərbaycan Dövlət Universitetinin jurnalistika 
fakültəsində alıb.
R. Hüseynov rayon qəzetində  işlədiyi müddətdə  ən kiçik vəzifədən 
tutmuş, redaktor müavini vəzifəsinədək yüksəlib. O, ötən əsrin sonlarında 
məlum Borçalı hadisələri ilə bağlı  qəzetin bir neçə  fəal  əməkdaşı kimi 
Bakıya köçüb və bu şəhərdə nəşr olunan müxtəlif mətbuat orqanlarında 
çalışıb.
R. Hüseynov bədii yaradıcılqda “Rəşid Faxralı” imzası ilə oxuculara 
yaxşı tanışdır.
AYB-nin üzvü olan Rəşid Faxralı 17 kitabın müəllifi dir.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə