GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə22/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

89
ƏLİXAN YƏHYAOĞLU  
Əlixan Yəhyaoğlu  (Məmmədov)  1951-ci  il  
martın  10-da  Gürcüstanın Bolnisi rayonunun 
Muşevan (Dəllər) kəndində anadan olub.
1958-ci ildə Muşevan ibtidai məktəbinin 
1-ci sinfi nə  qəbul olunub.1959-cu  ildən  1968-
ci ilədək  Marneuli  internat  orta məktəbində 
oxuyub.
1968- ci ildə    Muşevan  8-illik məktəbində  
bədən  tərbiyəsi  müəllimi kimi  pedaqoji  fəaliyyətə  başlayıb.
1969-cu  ildə  V.İ.Lenin  adına  ADPİ-nin  (indiki N.Tusi  adına ADPU) 
qiyabi  şöbəsinin  fi lologiya  fakültəsinə  qəbul  olunub  və  1977-ci  ildə  
həmin  universiteti  bitirib.
1970-ci  ildən  1972-ci  ilədək  hərbi  xidmətdə  olub.
1979-cu  ildən  1984-cü  ilədək   Muşevan  orta  məktəbində  
“Sinifdənxaric  və    məktəbdənkənar   tərbiyə    işləri”  üzrə  direktor  
müavini  işləyib.
1984-cü  ildən  1999-cu ilədək   Muşevan  orta  məktəbində  direktor 
vəzifəsində  işləyib.
2003-cü  ildən   2005-ci  ilədək   Bolnisi  rayon  maarif  şöbəsində  
“Baş metodist”  vəzifəsində  işləyib.
2003-cü  ildən   2008-ci  ilədək  “Gürcüstan”  qəzetinin  Bolnisi   
rayonu  üzrə  və  2006-cı  ildən  2007-ci  ilədək   “Region  plus”   jurnalının  
(Azərbaycan  Respublikası)  Gürcüstan  üzrə  müxbiri  işləyib.
2008-ci  ildən  “Regionpress”  qəzetinin  müxbiri  işləyib. 
1998-ci  ildə  “Ayrılığın  dağ  çəkibdi  sinəmə”  və  1999-cu  ildə    nəşr  
edilən  “Sinəm  söz körüyüdü”  şeirlər  kitablarının  müəllifi dir.  Bir  neçə  
şeiri  gürcü  dilinə  tərcümə  edilib.
2001-ci  ildə  Gürcüstan  prezidentinin  fərmanı   ilə  “ŞƏRƏF”  ordeni  
ilə  təltif  edilib.
Hazırda Bolnisidə nəşr olunan “Ümid” qəzetinin baş redaktorudur.
Ailəlidir.  Bir  oğlu, dörd  qızı  və  doqquz  nəvəsi  var.


90
ƏBDÜLƏLİ İBRAHİMSOY
Əbdüləli  İbrahimsoy 1956-cı ildə Qarayazı 
bölgəsinin Birlik kəndində anadan olub. 1980-
ci ildə A.S. Puşkin adına TDPİ-nin  fi lologiya 
fakültəsini bitirib. 1980-ci ildən 1995-ci ilədək 
Qardabani rayon qəzeti olan “Samqori” qəzetində 
korrektor, tərcüməçi, müxbir, şöbə müdiri 
vəzfələrində çalışıb. 1996-cı ildə “Qardabani” 
adlanan qəzetdə məsul redaktor, baş redaktorun 
birinci müavini, 1997-1998- ci illərdə “Çənlibel” 
ədəbi-bədii qəzetin, 1999-cu ildə “Dirçəliş” 
ictimai-siyasi qəzetin baş redaktoru, 2000-ci ildə “Region” qəzetinin şef 
redaktoru işləyib. Hazırda “Çənlibel” ədəbi toplusunun baş redaktorudur.


91
EYVAZ ƏLLƏZOĞLU
(1956-2011)
Eyvaz  Əlləzoğlu 1956-cı ildə Gürcüstan 
Respublikasının Qardabani (tarixi adı Qarayazı) 
rayonunun Muğanlı  kəndində anadan olub, 
Tbilisi Pedaqoji İnistitutunun  fi loloji fakültəsini 
bitirib. 1980-ci ildən dövrü mətbuatda hekayələri 
və publisisstik yazıları ilə çıxış edib.
Ali təhsilini başa vurduqdan sonra Kosalı 
kənd orta məktəbində gürcü dili müəllimi, “Samqori” qəzetində korrektor 
kimi fəaliyyət göstərib, “Gürcüstan”, “Borçalının səsi”, “Ekspress” və 
“Xəzər” mətbu orqanlarında əməkdaşlıq edib.
Publisistik fəaliyyəti dönəmində “Olaylar”, “Borçalının səsi”, 
“Ekspress” və digər qəzetlərlə Gürcüstanın siyasi həyatı ilə bağlı analtik 
yazılar yazıb.
1993-1996-cı illər  ərzində Prezident Aparatının Milli Siyasət 
şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycan Respublikasının 
Gürcüstandakı  Səfi rliyində ikinci katib kimi fəaliyyət göstərib.  Onun 
ssenarisi əsasında “Ov” cizgi fi lmi ekranlaşdırılıb. Gürcü dilindən Qoderzi 
Çoxelinin, Revaz İnanişvilinin, Naira Gelaşvilinin və digər müasir gürcü 
yazıçılarının əsərlərini dilimizə tərcümə edib.
“Əli və Nino” kitab mağazasının təşkil etdiyi Milli Kitab Mükafatında 
xüsusi mükafatla təltif olunub.
Kitabları
• 
“Ölü yay”, (hekayələr)1992;
• 
“Yatan dinozavrlar”,(hekayələr) 1993;
• 
“Odunçu geri qayıdır” (roman) 2010;


92
DURSUN EYVAZOV
Dursun  Əli oğlu Eyvazov 1951-ci ildə Tifl is 
şəhərində anadan olub. 1969-cu ildə 64 saylı orta 
məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik 
İnstitutunun inşaat fakültəsinə qəbul olunaraq bu 
təhsil ocağını müvəffəqiyyətlə başa vurub. Sonra 
o, A. S. Puşkin adına Tifl is Pedaqoji İnstitutunun 
Azərbaycan və gürcü dili fi lologiyası fakültəsinə 
daxil olub. Tələbəlik illərində  həmin təhsil 
ocağının nəzdində  fəaliyyət göstərən ictimai 
jurnalistika  şöbəsində jurnalistlikanın sirlərinə yiyələnib və “Sovetskiy 
Pedaqoq” qəzetinin səhifələrində məqalələri ilə fəal iştirak edib. Dursun 
Eyvazovu mətbuata bağlılığı, sevgisi onu Gürcüstan Mərkəzi Komitəsinin 
nəşriyyatına gətirib çıxarır. O, 1980-1983-cü illərdə bu nəşriyyatda çalışır 
və Gürcüstanda çap olunan müxtəlif dilli dərgilərdə çap olunur. Bir 
müddət “Sovet Gürcüstanı” və “Veçernıy Tbilisi” qəzetləri ilə əməkdaşlıq 
edir. Nəhayət, gürcü və Azərbaycan dillərinin bilicisi kimi 1983-cü ildə 
Gürcüstan Nazirlər Soveti yanında Mətbuatda, Radio və Televiziyada 
dövlət və hərbi sirlərin mühafi zəçisi idarəsinə işə dəvət olunur. Altı aylıq 
sınaq imtahanlarından sonra o, idarənin ilk nəzarət şöbəsinə baş redaktor 
vəzifəsinə  təyin olunur. O, 2000-ci ilədək bu vəzifədə çalışır. Dursun 
Eyvazov hazırda Tifl isdə  nəşr olunan Azərbaycandilli “Gürcüstan” 
qəzetinin əməkdaşı vəzifəsində çalışır. Gürcüstan Jurnalistlər Birliyinin 
üzvüdür. O, gürcü və Azərbaycan cəmiyyətində dostluğumuzun 
möhkəmləndirilməsinə çalışır və tez-tez el-oba şənliklərində, toy 
məclislərində fəal iştirak edir.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə