GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə23/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   20   21   22   23   24   25   26   27   28

93
HƏMZƏLİ İLYASOV
Həmzəli Bəylər oğlu  İlyasov 1952-ci ildə 
Qaraçöpün (Saqareco) Düzəyrəm kəndində 
anadan olub. 1970-ci ildə döğma kəndində orta 
məktəbi, 1975-ci ildə Bakıda N. K. Krupskaya 
(indiki  Əhməd Cavad) adına mədəni-maarif 
texnikumunu, 1983-cü ildə isə M. Əliyev 
adına Azərbaycan Dövlət  İncəsənət  İnstitutunu 
bitirib. H. İlyasov bir müddət orta məktəbdə 
pedaqoji fəaliyyətlə  məşğul olub, sonra kənd 
təsərrüfatı sahəsində rəhbər vəzifələrdə çalışıb. O, uzun müddət “Sovet 
Gürcüstanı” qəzetində  əməkdaşlıq edib. Digər dövri mətbuatlarda 
məqalə və publisistik yazıları ilə çıxış etməklə yanaşı, bir çox hekayə və 
miniatürlərini dərc etdirib. O, eyni zamanda tanınmış gürcü yazıçılarının 
əsərlərini dilimizə tərcümə edib. Onun tərcümələri “Sovet Gürcüstanı”, 
Bakıda “Kommunist”, “Sabah”, “Yol” qəzetlərində, “Çeşmə”, “Xəzər” və 
“Dan Ulduzu” almanaxlarda nəşr olunub. Həmzəli 1989-cu ildən Bakıda 
ədəbi fəaliyyətini davam etdirib. Hal-hazırda Azərbaycan Respublikası 
Müdafi ə Nazirliyinin orqanı olan “Hərbi bilik” jurnalının redaktoru 
vəzifəsində işləyir.


94
NİZAMİ MƏMMƏDZADƏ
Nizami Zilli oğlu Məmmədzadə 1957-
ci il may ayının 10-da Gürcüstanın Marneuli 
rayonunun Yuxarı Saral kəndində anadan olub. 
Orta məktəbi 1973-cü ildə Qərbi Azərbaycanın 
Ləmbəli kəndində bitirib. İlk şeir yaradıcılığına 
məktəb illərində başlayıb. Azərbaycan Dövlət 
Universitetinin jurnalistika fakültəsini bitirib. 
26 Bakı Komissarları adına mətbəədə çalışıb, 
“Bakı” axşam qəzetində texniki redaktor işləyib. 
Jurnalistika fakültəsini bitirən zaman diplom rəhbəri Azərbaycanın 
məşhur jurnalist, pedaqoq və ictimai xadim,  “Bakı” və “Baku” axşam 
qəzetlərinin baş redaktoru Nəsir  İmanquliyev olub və sonra o, Nizami 
Məmmədzadəni “Bakı”axşam qəzetində işləməyə dəvət edib.
1984-cü ildə atası qəfl ətən vəfat etdiyindən ailə vəziyyəti ilə əlaqədar 
Borçalıya qayıdıb. Həmin ildən Marneuli Rayon Partiya Komitəsinin 
təbliğat-təşviqat  şöbəsində  təlimatçı  vəsifəsində  işləyib. Marneuli 
Rayon Partiya Komitəsinin ilk partiya təşkilatının sədri seçilib. Tifl isdə 
Marksizm-Leninizm Universitetini bitirib. Partiya sahəsində çalışmaqla 
bərabər, jurnalistika ilə də məşğul olub, müxtəlif publisistik məqalələr, 
şeirlər, hekayələr yazaraq müntəzəm olaraq dövrü mətbuatda dərc etdirib. 
1989- cu ildə  Şulaveri kənd Sovetliyində  sədr müavini vəsifəsində 
işləyib. Dəfələrlə rayon və  kənd Sovetinin deputatı seçilib. 2008-ci ilə 
kimi  Şulaveri kənd bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb. 
Bununla bərabər 2001-ci ildə Gürcüstan Azərbaycanlılarının Ziyalılar 
Birliyinin orqanı olan “ZİYA” qəzetinin baş redaktoru olub və bütün 
şətinliklərə baxmayaraq qəzeti çap etdirib. 
Nizami Məmmədzadə eyni zamanda İlya Çavçavadze adına Tifl is 
Pedaqoji Universitetinin Marneuli fi lialında üç il dərs deyib. 
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin 
üzvüdür.
 Azərbaycan Jurnalistlər Birliyi Nizami Məmmədzadəni uzun müddət 
mətbuat sahəsində  səmərəli fəaliyyətinə görə,  Həsən Bəy Zərdabi 


95
adına makafata layiq görüb. Mükafatın diplomunu  şəxsən Azərbaycan 
Jurnalistlər Birliyi sədri, mərhum yazıçı və publisist Hacı Hacıyev təqdim 
edib. N. Məmmədzadə bir sıra mükafatlara da layiq görülüb.  Bakıda nəşr 
olunan “Borçalı” və “Qafqaz Press” qəzetlərinin Gürcüstan üzrə redaktor 
müavini və Kvemo Kartli bölgə inzibati idarəsinin nəşri olan “Region” 
qəzetinin Marneuli bölgəsi üzrə redaktoru vəzifəsində çalışıb.
Onun rəhbərlik etdiyi “ZİYA” qəzeti 2012-ci ildə Gürcüstan 
Azərbaycanlıları Konqresi tərəfi ndən “İlin  ən yaxşı  qəzeti” 
nominasiyasına layiq görülüb. Nizami Məmmədzadə 2012-ci  ildə 
Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının təsis etdiyi “İlin  ən 
fəal jurnalisti” nominasiyasına sahib olub. Gürcüstan prezidenti 2012-ci 
ildə onun “Şərəf ordeni” ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb, 
lakin məlum dövlət dəyişikliyi  ərəfəsində N. Məmmədzadə bu ordenə 
sahib ola bilməyib.
O, hazırda “Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi” təşkilatının 
sədri, “Günəş” Assosiasiyasının sədri və “Günəş” qəzetinin baş 
redaktorudur. 
Nizami Məmmədzadə 2008-ci ildən APA-nın (Azəri-Press Agent-
liyinin) Gürcüstan bürosunun rəhbəri kimi Gürcüstanın ictimai-siyasi 
həyatına yaxşı  bələddir və müntəzəm olaraq aktual xəbərləri 5 dildə 
uğurla fəaliyyət göstərən APA.az saytı vasitəsi ilə   Azərbaycan və dünya 
oxucularına çatdırır.
Nizami Məmmədzadənin indiyədək 8 kitabı  işıq üzü görüb. 
Gürcüstanda və Azərbaycanda nəşr olunan müxtəlif  almanaxlarda, 
saytlarda şeirləri və hekayələri dərc olunub və bir çox kitabların  redaktoru 
olub. O, həmçinin Borçalıda aşıq yaradıcılığını, şifahi xalq ədəbiyyatını 
toplayıb. 2008-ci ildə N. Məmmədzadə görkəmli Borçalı  aşığı, ustad 
sənətkarımız Aşıq  Əmrah Gülməmmədova həsr olunan “Saz Əmrahı 
axtarır...” adlı kitab nəşr etdirib. 
Nizami Məmmədzadənin çap olunmuş kitabları:
1.  “Bu yurd mənim Borçalımdır” Şeirlər kitabı. Bakı-2002-ci il.
2. “Yurd 
həsrəti” Hekayələr. Bakı-2004-cü il.
3.  “ATA”. Poema. Tbilisi-2007-ci il.
4. “Dünyanın o üzü və yaxud Borçalıdan Müqəddəs Məşhədədək 


96
xoş təəssüratlar...” Publisistika. Tbilisi-2008-ci il.
5. “Saz 
Əmrahı axtarır” Məşhur Borçalı  aşığı  Aşıq  Əmrah 
Gülməmmədovun yaradıcılığı və şeirləri, eyni zamanda xatirələr toplusu. 
Tbilisi-2008-ci il.
6. “Borçalı harayı” Sənədli povest, publisistika, hekayələr, şeirlər. 
2013-cü il. Tbilisi-2013-cü il.
7. “Отэц”- Rus dilində (Poema). 2014-cü il. Tərcümə edəni  şair 
Qiya Paçxataşvili.
8. “Çələbilər” poeması. Tifl is-2015-ci il.
Nizami Məmmədzadənin  “Yollara qovuşan iz...” və toplayıb 
hazırladığı “Borçalı bayatıları” kitabları çapa hazırdır.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə