GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə26/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   20   21   22   23   24   25   26   27   28

105
NADİR ALMAZOĞLU
Nadir  Almaz  oğlu Məmmədov  1966-
ci il oktyabr ayının 29 da Rustavi şəhərində 
anadan olub.  1984-cü ildə  Qardabani 
rayonunun Nəzərli kənd orta məktəbini  əla  
qiymətlərlə bitirib. 1984-1986-cı illərdə sovet 
ordu sıralarında hərbi xidmətdə olub.1987-
1990-cı illərdə Kemerov  vilayətindəki Dövlət  
Yeyinti - Sənaye Texnikumunun Texnologiya  
fakültəsini  bitirərək texnoloq  ixtisasına yiyələnib. 1990-1995-ci illərdə 
Tifl is Dövlət Texniki Universitetinin jurnalistika fakültəsini  bitirib. Ali 
məktəbi bitirdikdən sonra Qardabanidə  nəşr olunan “Samqori” rayon 
qəzetində    ştatdankənar müxbir vəzifəsində çalışıb. Sonra “Samqori” 
qəzetinin korrektoru  vəzifəsində çalışıb. 1995-ci ildə ictimai-bədii qəzet 
olan “Çənlibel” qəzetində, 1995-1996-ci illərdə isə  “Region” qəzetində  
məsul katib vəzifələrində  işləyib. 1999-2004-cü illərdə “Gürcüstan” 
qəzetində Qardabani rayonu üzrə bölgə müxbiri vəzifəsində çalışıb. 
2004-2009-cu illərdə Azərbaycanın Müstəqil Televizya və Radio yayım 
şirkəti olan  “ANS” televiziyasının  Gürcüstan üzrə xüsüsi müxbiri olub, 
2009-cu ildən indiyədək “Azad Azərbaycan” (“ATV”) televiziyasının 
Gürcüstan üzrə xüsüsi müxbiri vəzifəsində işləyir. 
Nadir Almazoğlu 2008-ci ilin avqust ayındakı 5 günlük   Rusiya-
Gürcüstan   müharibəsində  Kaspi, Qori, Xaşuri və  Cənubi Osetiyanın 
bəzi müharibə gedən kəndlərində,  müharbənin canlı işdirakçısı olub. N. 
Almazoğlunun imzası ilə tez-tez Gürcüstanda nəşr olunan Azərbaycandilli 
mətbu orqanlarda müxtəlif mövzularda məqalələri dərc olunur. 
Ailəlidir, 4 övladı var.
                                                               
                                   


106
RAMİLƏ ƏLİYEVA
Ramilə Ramiz qızı Əliyeva 1984-cü il fevral 
ayının 15-də Qardabani şəhərində anadan olub. 
1990-2001-ci illərdə Gürcüstanın Qardabani 
şəhəri 3 saylı Azərbaycan dilli məktəbdə 
təhsil alıb. 2001-2006-cı illərdə Tifl isdəki  İlia 
Cavcavadze Dövlət Universitetinin Azərbaycan 
dili və ədəbiyyatı, gürcü dili fakültəsində bakalavr, 
sonradan maqistr kursunda ali təhsil alıb. 2008-ci 
ildə Tbilisi Siyasi Akademiyasının Beynəlxalq
münasibətlər və politologiya fakültəsinə  qəbul 
olunub.
Hazırda «Dialoq və İnkişaf Fondunun» rəhbəridir. 
2012-ci ildə ANS telekanalının Gürcüstan bürosunun
rəhbəri vəzifəsində çalışıb.
2010–2011-ci illərdə  İnsan Hüquqları Müdafi əsinin  İctimai Birliyi 
TOLERANCE-də layihələr koordintoru və hüquq müdafi əçisi kimi 
çalışıb.
2004-2009-cu illərdə Gürcüstanın 
İctimai Televiziyasında 
Azərbaycandilli «Xəbərlər» proqramında müxbir, 2007-2008 illərdə adı 
çəkilən televiziyada «İtalyan həyəti» ictimi-siyasi tok-şousunda blok 
müəllifi , jurnalist kimi işləyib.
2008-2009-cu ildə Gürcüstanın Daxili İşlər Nazirliyinin Polis 
Akademiyasında insan hüquqlarına dair mühazirəçi dəvət olunmuş  və 
“İnsan hüquqları və polis” kursu üzrə dərs deyib. 
2006-2007-ci illərdə Kvemo-Kartlinin ilk müstəqil qəzeti olan, iki 
dildə – gürcü və Azərbaycan dillərində dərc edilən «Taymer» qəzetində 
baş redactor vəzifəsində çalışıb. 2006-cı ilin may-avqust aylarında gürcü 
dilli «İnformator» qəzetinin redaktoru olub. 
2003-2005-ci illərdə IWPR-ın (Institute for War and Peace Reporting) 
Kvemo Kartlı üzrə müxbiri kimi müxtəlif səpkili araşdırma tipli məqalələr 
hazırlayıb. 
2001-2002-ci illərdə «Mercy Corps» şirkətinin Tifl isdəki ofi sində 


107
referent kimi çalışıb. 2004-cü ildən bu günə kimi Gürcüstanın 
Xalq Müdafi əçisi Aparatında mövcüd olan milli azlıqlar  şurasının
üzvüdür.
R.  Əliyeva Gürcüstan Parlamentində  dəvət olunmuş mütəxəssis
kimi də çalışıb. O, insan hüqüqları üzrə bir sıra kursları bitirib və insan
hüquqlarına dair hazırda trener kimi fəaliyyət göstərir. IWPR, BBC, 
CNN, MDI, jurnalistika kursları  və treninqlər keçib. «Heydər  Əliyev 
Fondu və Gürcüstan» fi lminin  yaradıcı heyətinin üzvüdür. “Aşıq 
Əmrah” sənədli  fi lminin  müəllifi   və rejissorudur. «Unudulmuş 
Miras» 
fi 
lminin rejissorudur. Hazırda Gürcüstanın 
İctimai 
Televiziyasında «Xəbərlər» proqramının diktoru vəzifəsində çalışır.


108
ZÜMRÜD QURBANOV
Zümrüd Qurbanov 1963-cü ildə Marneuli 
rayonunun Qızılhacılı kəndində anadan olub. Orta 
məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət 
Pedaqoji  İnstitutunun  fi lologiya  fakültəsini 
bitirib.
Zümrüd Qurbanlı bir müddət  doğma elində 
müxtəlif vəzifələrdə çalışıb. 2000-2004-cü illərdə 
Gürcüstan parlamentinin üzvü olub. Nəsr əsərləri 
və elmi-ədəbi yazıları ilə dövrü mətbuatda 
müntəzəm olaraq dərc olunur. O, hekayə və povestlərini əsasən, “Zümrüd 
Orxan” imzası ilə çap etdirib. Zümrüd Qurbanov bölgədə  fəaliyyət 
göstərən ilk və ən güclü xalq hərəkatı təşkilatlarından biri olan “Qeyrət”in 
yaradıcılarından biridir. 
Zümrüd Orxan (Qurbanlı)  həm də “Qeyrət” qəzetinin baş redaktorudur. 
Onun tərtibçi və redaktoru olduğu bir neçə toplu nəşr olunub.


109
TAPDIQ YOLÇU
Tapdıq Məmməd oğlu Yolçiyev (Tapdıq 
Yolçu) 1959-cu il dekabrın 10-da Ağstafa 
rayonunun Muğanlı  kəndində anadan olub. 
Orta məktəbdə oxuyarkən ilk şeirləri “Samqori” 
Qardabani rayon qəzetində çap olunub. 1977-ci 
ildə Qardabani rayonundakı indiki Vaxtangisi 
kənd orta məktəbini, 1987-ci ildə isə ADU-
nun (BDU) jurnalistika fakültəsini bitirib. 
On ildən artıq “Samqori” Qardabani rayon 
qəzetində çalışıb. Şeirləri “Dan ulduzu”, Ədəbi 
Gürcüstan”, “Borçalı söz boxçası” almanaxlarında, “Azərbaycan”, 
“Ulduz”, “Elm və həyat” və “Qarapapaqlar” jurnallarında, “Azərbaycan 
gəncləri. “Sovet Gürcüstanı” qəzetlərində çap olunub. Azərbaycan 
televiziya və radiosunda şeirləri səsləndirilib. 2007-ci ildə “Taleyə sual” 
adlı şeirlər kitabı çapdan çıxıb. Bir neçə şeirini gürcü tərcüməçisi Zezva 
Medulaşvili gürcü dilinə çevirib və gürcü ədəbi qəzetlərində dərc edilib. 
“Azadlıq radiosu” və “Mediaform” portallarında silsilə şeirləri verilib. 
 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şeirləri  
Azərbaycan və Gürcüstanda çıxan qəzet və jurnallarda dərc edilir. 
Qəzetlərdə müntəzəm olaraq məqalələri və köşə yazıları ilə  çıxış edir. 
“Varlıq” qəzetində çalışır.
Evlidir, dörd övladı var.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə