GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə27/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   20   21   22   23   24   25   26   27   28

110
RAFİQ HÜMMƏT 
Rafi q  Hümmət (Hümmətov Rafi q  Hümmət 
oğlu) - şair, publisist, tərcüməçi 1965-ci il 
fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi 
rayonunun Darvaz kəndində anadan olub. 
1982-ci ildə doğma kəndində orta məktəbi, 
1991-ci ildə S.S.Orbeliani adına Tifl is  Dövlət 
Pedaqoji Universitetinin fi lologiya  fakültəsini 
bitirib. Həmin ildən etibarən bir müddət “Sovet 
Gürcüstanı” (indiki “Gürcüstan”) və Rustavi 
şəhərində  nəşr olunan “Region” qəzetlərində 
çalışıb. 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu 
orqanlarla, o cümlədən “Şərq”, “Faktor”, “Yeni Azərbaycan” qəzetləri ilə 
əməkdaşlıq edib, “Milliyət” qəzetinin baş redaktoru olub. 2000-ci ildə 
Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə 
layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar 
Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə “Ədəbi Gürcüstan” 
adlı qəzet nəşr etdirib. 
2009-cu ilin yazından Tifl isdəki “Varlıq” Mədəniyyət Mərkəzinin 
sədri, “Varlıq” həftəlik qəzetinin baş redaktorudur. 
Rafi q  Hümmət  ədəbi-bədii yaradıcılıqla gənc vaxtlarından – ötən 
əsrin 80-ci illərindən məşğul olur. Bir neçə kitabın, o cümlədən “Salam, 
dünyanın yiyəsi...” adlı şeirlər kitabının müəllifi dir. Onun toplayıb nəşrə 
hazırladığı və 2007-ci ildə Tbilisidə nəşr etdirdiyi 548 səhifəlik “Ədəbi 
Gürcüstan” almanaxı ədəbi dairələrdə böyük maraqla qarşılanıb. Yüzədək 
kitaba redaktorluq edən R.Hümmətin rəhbərliyi ilə “Koroğlu” eposu, 
“Min bir Azərbaycan bayatısı” və “Hekayələr və nağıllar” toplusu gürcü 
və Azərbaycan dillərində hər biri ayrıca kitab halında nəşr olunub. 
Bədii tərcümə ilə  də  məşğul olan Rafi q  Hümmət çağdaş gürcü və 
rus poeziyasından bir çox nümunələri dilimizə çevirərək nəşr etdirib.  
Ailəlidir və iki övlad atasıdır.


111
AKİF XANSULTANLI
Xansultanlı Akif  Bəkir oğlu 1974-cü ildə 
anadan olub. 1991-ci ildə Sadaxlı 1 saylı orta 
məktəbi bitirib. 
1992-1997-ci illərdə Azərbaycan Dövlət 
Mədəniyyət və  İncəsənət Universitetinin 
“Kulturologiya” fakültəsində ali təhsil alıb. 
1997-2000-ci illərdə isə Azərbaycan Milli 
Elmlər Akademiyasının Beynəlxalq Münasibətlər 
İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirib. 
1999-cu ildən 2003-cü ilə kimi  Azərbaycanın Mədəniyyət və Turizm 
Nazirliyinin Muzey İşi üzrə Respublika Elmi-Metodiki Mərkəzinin baş 
redaktoru vəzifəsində çalışıb.
2003-cü ildən 2007-ci ilə qədər AMEA-nın Nizami adına Ədəbiyyat 
İnstitutunda kiçik elmi işçi   kimi fəaliyyətini davam etdirib.
2007-ci ildən etibarən, Tifl isdə nəşr olunan “Qarapapaqlar” aylıq elmi-
kütləvi dərgisinin təsisçisi və baş redaktorudur. Azərbaycan Respublikası 
Mətbuat Şurası və Dialoq Avrasiya Platformu tərəfi ndən “Qarapapaqlar” 
dərgisinin 2012-ci ildə 5 yaşı Bakıda qeyd edilib. Dövlət Mətbuat Şurası 
və Azərbaycan Jurnalistlər Birliyi Azərbaycanın xaricdə  çıxan ilk elmi 
jurnalın yaradıcısı kimi baş redaktora Diplom və Sertifi katlar verib.
Kütləvi  İnformasiya Vasitələrinin Həmkarlar  İttifaqının Rəyasət 
heyətinın qərarı ilə  2013-cü ilin mart ayında Akif Xansultanlı “Qızıl 
Qələm” mükafatına layiq görülüb.
İlk dəfə Gürcüstandakı anadilli mətbuatımızın elektron versiyası  və 
internet saytının qurulması da “Qarapapaqlar” jurnalının adi ilə tarixiləşib. 
Dərginin elmi status adını alması üçün lazım olan 13 rəqəmli beynəlxalq 
sertifi kat kodun (9771987676007) və İSSN ştrixin (19876769), həmçinin 
elmiliyini təsdiq edən  ədəbiyyat, tarix, etnoqrafi ya  və kulturologiya 
ixtisasları üzrə UDC/Q10 kodlarının (821.512.162+39(=512.162)+
94(479.24)+008(=512.162)+1) alınması birbaşa gənc redaktor Akif 
Xansultanlının adı ilə bağlıdır. 
A.Xansultanlı hazırda AMEA-nın dissertantı kimi Gürcüstanda 


112
Borçalı Qarapapaq Türklərinin maddi mədəniyyət nümunələrinin tədqiqi 
ilə bağlı araşdırmalarını yekunlaşdırıb. Onun Türkiyədə, Qazaxıstanda, 
Azərbaycanda və Gürcüstanda bir sıra elmi jurnallarda məqalələri dərc 
olunub. Borçalı türkləri ilə bağlı Türkiyədə Atatürk Universitetində, 
Ərdahan Universitetində (hal-hazırda 
Ərdahan universitetinin 
doktorantıdır) və Türküstanda Əhməd Yasəvi adına Uluslararası 
Universitetdə düzənlənən elmi konfranslarda çıxış edib. Hazırda Tifl isdə 
Açıq Tədris Universitetində mühazirələr oxuyur.
O, Tifl isdə  fəaliyyət göstərən “İNTEGRASİYA” Elmi-Mədəni 
Araşdırmalar Mərkəzinin  təsisçisi və İdarə heyətinin sədridir. 
Akif Xansultanlı ədəbi fəaliyyətlə də məşğuldur. Borçalının etnoqrafi k 
toponimiyasına dair “Borçalı dastanı” adlı  kitabı 2006-cı ildə geniş 
oxucu kütləsinə təqdim olunub. Türkiyədə elmi tədqiqatlarla məşğul olan 
Hamza Kolukısa üçün bu kitab əsasında doktorluq dissertasiyası təsdiq 
edilib. (O, bir zamanlar Batumidə Şota Rustaveli Universitetində müəllim 
olub.) 
A. Xansultanlı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, üç 
övlad atasıdır. 


113
EHTİRAM ƏMİRXANLI
Ehtiram  Əmirxanlı 6 avqust 1973-cü ildə 
Marneuli rayonunun Xancığazlı  kəndində ziyalı 
ailəsində dünyaya gəlib.1988-ci ildə Xancığazlı 
kənd 9 illik  məktəbini,1990-cı ildə Baydar kənd 
11 illik məktəbini, Gəncə şəhərində Azərbaycan 
Texnologiya Universitetinin “Riyaziyyat-
kimya” təmayüllü hazırlıq məktəbini, 1999-cu 
ildə Kvemo Kartli Universitetinin ” Gürcü-
Azərbaycan  fi lologiyası”fakültəsini, 2006-cı ildə Kutaisi şəhərində 
Z.Jvaniya adına Dövlət  İdarəetmə    məktəbini müvəffəqiyyətlə bitirib. 
1997-2006-cı illərdə Xancığazlı 9 illik məktəbində müəllim,1998-1999-cu 
illərdə Kvemo-Kartli quberniyasının (Rustavi) “Region” qəzetində məsul 
katib, 2006-2008-ci illərdə Azərbaycanın  SMTV, daha sonra Türkel TV 
kanalının Gürcüstanda xüsusi müxbiri işləyib. Gürcü dilində bir sənədli 
fi lmin ssenari müəllifl ərindən biri  və televiziyada  200- dən artıq xəbər  
buraxılışının müəllifi dir.  2007-ci ildə “Mədəniyyətlərarası dialoqun 
praktikası” layihəsinin Marneuli  rayonunda koordinatoru vəzifəsində, 
daha sonra  2009-cu ildə Batumi şəhər meriyasında calışıb. 2005-ci ildən 
Elmi Araşdırmalar Assosiasiyasının prezidentidir. İndiyədək Gürcüstan, 
Azərbaycan, Türkiyə    mətbuatında   400-dən artıq  elmi araşdırmaları, 
publisistik, tənqidi  məqalələri  cap olunub.
2008-ciildən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təsis etdiyi ” 
Meydan” jurnalında baş redaktor müavini vəzifəsində çalışır.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə