GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə3/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   2   3   4   5   6   7   8   9   ...   28

8
azərbaycanlılar yaşayan bölgələrdə olan problemləri cəsarətlə qaldırıb. 
Qəzetin səhifələrində dərc olunan ailə, məktəb və ictimaiyyət mövzusunda 
olan yazılar müzakirəyə çevrilib və nəinki Gürcüstanda, eləcə də müttəfi q 
respublikalarda da maraqla qarşılanıb. Qəzetdə verilən “Onlar Gürcüstan-
dandırlar” rubrikası altında verilən yazılar Gürcüstanda boya-başa çatan, 
ilk təhsil alan adamlar haqqında və ölkənin hüdudlarından kənarda yaşa-
yan və böyük nüfuza malik elm adamları, mədəniyyət xadimləri, istehsalat 
qabaqcılları haqqında söhbət açıb. Gürcüstanda, eləcə  də xaricdə yaşa-
yan soydaşlarımız bu qəzeti sevə-sevə oxuyublar. Vaxtilə qəzetin 50 minə 
yaxın abunəçisi olub. Qəzet Sovet hakimiyyəti illərində  “Şərəf nişanı” 
ordeni ilə təltif edilib. Hazırda “Sovet Gürcüstanı” qəzeti “Gürcüstan” adı 
ilə nəşr olunur.
XX  əsrin 20-ci illərində Tifl isdə Azərbaycan  ədəbi mühiti xüsusilə 
inkişaf edərək, siyasi, ictimai və  ədəbi mühitə yeni yazarlar və dahi 
şəxsiyyətlər bəxş edib. Bu dövrdə Gürcüstanın Batumi şəhərində  “İşti-
rak” (1921), “Yeni həyat” (1922-1924), Sarvanda (Marneuli) “Pambıqçı” 
(1930, sonralar adı dəyişərək “Stalin yolu” və “Kommunizm uğrunda” ol-
muşdur), 1965-ci ildən isə “Yeni Marneuli” (sonralar Azərbaycan və gürcü 
dillərində “Kvemo Kartli” adı ilə çıxıb), 1933-cü ildə Başkeçiddə (Dmani-
si) “Sosializm maldarlığı” (sonralar “Trialeti” adı ilə Azərbaycan və gür-
cü dillərində çıxırıb və 1991-ci ildə qəzetin Azərbaycan şöbəsi bağlanıb), 
1935-ci ildə Lüksemburqda (Bolnisi) “Al bayraq” (son vaxtlar “Qələbə 
bayrağı” adı ilə çıxıb; 1990-cı ildə qəzet “Bolnisi” adlandırılıb və bir neçə 
ay sonra Azərbaycan  şöbəsi bağlanıb), Qarayazıda (Qardabani) 1931-ci 
ildə “Stalinçi” ( sonralar “Samqori” adı ilə Azərbaycan və gürcü dillərində 
çıxıb), Adıgündə “Qızıl rəncbər” (1933), sonra “Adıgün kolxozçusu” 
(1936), Axalsıxda “Kommunist” (1930), sonra “Qızıl bayraq” (1938), As-
pindzada “Bağban” (1933), sonra “Sosializm kəndi” (1940) adı altında 
çıxıb. Qeyd etdiyimiz qəzetlər öz səhifələrində Azərbaycan ədəbiyyatına, 
azərbaycanlıların sosial-həyat tərzinə xüsusi yer verib, ədəbi-mədəni 
mühitdən yazıb, ümumilikdə götürsək, Borçalı ədəbi qolunun inkişafına 
böyük töhfələr verib.
2000-ci illərdən başlayaraq, Gürcüstanda Azərbaycandilli mətbuatımız 
inkişaf edib. Hazırda Gürcüstanda “Gürcüstan”, “Regionpress”, “ZİYA”, 


9
“Varlıq”, “Qeyrət”, “Günəş”, “Sözün işığı”, “Təhsil”, “Yeniləşmiş məktəb”, 
“Maarif”, “Müvəkkil”, “Qarayazı” və digər Azərbaycandilli qəzetlər, eyni 
zamanda “Qarapapaqlar”, “Meydan”, “Əhli-Beyt”, “Müctəba” və bir çox 
dini jurnallar nəşr olunur.
P.S.  İlk dəfə  nəşr olunan “Gürcüstanın azərbaycanlı jurnalistləri” 
adlı kitaba yalnız bu ölkədə anadan olan və kütləvi informasiya 
sahələrində çalışmış jurnalistlərimizi daxil etdik. Biz Gürcüstan-
da anadan olub, Azərbaycan və digər ölkələrdə yaşayan və  mətbuat 
sahəsində çalışan jurnalistlərimizin həyat və  fəaliyyəti haqqında da 
geniş məlumatlardan ibarət ikinci kitabı da nəşr etməyi planlaşdırmı-
şıq.                                                                                                                                      
NİZAMİ MƏMMƏDZADƏ, 
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri
MAHMUD HACIXƏLİLOV, 
fi lologiya üzrə fəlsəfə doktoru, professor


10
ÖMƏR FAIQ NEMANZADƏ
Ömər Faiq 1872-ci ildə Tifl is quberniyasının 
Ahıska (Axalsıx) qəzasının Azqur kəndində 
anadan olub.
O, ilk təhsilini kənd camesində alıb və anasının 
təkidi ilə 1882-ci ildə  İstanbula gedib, «Fateh» 
məktəbində təhsilini davam etdirib.
Təbiət elmlərinə  həvəsi olduğuna görə 
sonradan «Darüş  Şəfəq» məktəbinə daxil olub. 
Həmin məktəbi bitirdikdən sonra (1891) Qalata poçt və teleqraf idarəsində 
əmək fəaliyyətinə başlayıb. O, burada qəzet və jurnallar vasitəsilə 
Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk 
inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olub. Bir müddətdən 
sonra Sultan istibdadına qarşı gizli çalışan cahillərə (cavanlara) qoşulub.
Ahıskada milli münasibətlərin kəskinləşməsi dövründə (1894) vətənə 
qayıdıb.  İnqilabi dünyagörüşlü ziyalı kimi yetişən Ömər Faiq maarif 
və  mədəniyyət sahəsində Azərbaycanın demokratik ruhlu vətənpərvər 
oğullarına qarışıb ömrünün axırına kimi biliyini və bacarığını xalqın 
azadlığı uğrunda mübarizəyə yönəldib.
Ömər Faiq 1894-cü ildə  Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi 
elmlərdən dərs deyib və  İstanbuldan gətirdiyi açıq  fi kirli  əsərləri xalqa 
paylayıb oxutdurub. O, burada M.F. Axundovun «Müsyö Jordan və dərviş 
Məstəli  şah» pyesini səhnə üçün hazırlayıb, Müsyö Jordan rolunda özü 
çıxış edib.
1896-cı ilin yazında xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da 
Hacıkəndə gedib, orada İstanbuldan gələn Məhəmməd Əfəndi ilə yaxından 
tanış olub. Ömər Faiq 1896-1998-ci illərdə xəstəliyinə görə Abastumanda 
və Azğurda yaşayıb.
Ahıskada milli məktəb açmaq fi krinə düşən Ömər Tifl is  maarif 
müdirinə  ərizə yazıb – ondan: «Lazımsa,  şkolada (məktəbdə) oxudun, 
ayrıca türk məktəbi olmaz» cavabını alıb.
Tifl isdən Müfti və  Şeyxülislama  şikayətlənib «Rusiyadakı türklərlə 
Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu» 


11
söyləyib.
Ömər Faiq milli hüquqları müdafi ə  məqsədilə «hər millətin 
mədəniyyətə və maarifl ənməsinə haqqı vardır və bu haqqı hər yerdə, hər 
zaman saxlamalıdır» deyib.
O, xəstəlikdən sağalıb 1898-ci ildən 1900-cü ilə kimi Şəkidə came 
məktəbində müəllim işləyib.  Orada dini dərslərin tədrisini azaltmaqla 
hesab, coğrafi ya, tarix və dil fənlərini tədris edib. 1900-cu ildə Ömər Faiq 
ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlib.
Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman 
xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq «Əgər 
Tağıyevin açdığı qız məktəbini görməsəydim Bakının türk maarifi  üzərinə 
qara bir cizgi çəkəcəkdim» deyib.
Ömər Faiq 1900-cu ildə  Şamaxıya gəlib. O, burada milli məktəbin 
təşkil edilməsinə yaxından yardım edib və tarix, coğrafi ya, hesab və türk 
dilindən dərs deyib.
1902-ci il yanvar ayının 31-də  Şamaxıdakı güclü zəlzələdən sonra 
Ömər Faiq Tifl isə gəlib.
Ömər Faiq 1903-cü ilin mart ayının 30-da nəşrə başlayan «Şərqi-Rus» 
qəzetində  Məhəmməd ağa  Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd 
ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid  İsmayılov,  Əsəd Babayev, Yusif 
Əfəndizadə ilə bir yerdə işləməyə başlayıb. Bu qəzet Qafqazda ilk dəfə 
olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olub. Böyük 
jurnalistlər olan Faiq və Mirzə Cəlil məhz Tifl isdə nəşrə başlayan “Şərq-
Rus” qəzeti vasitəsilə görüşüb dost və həmfi kir olublar və həmin bağlılıq 
sonradan bu iki qiymətli  şəxsi “Molla Nəsrəddin”ə  gətirib çıxarıb. Bir 
sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə «Molla Nəsrəddin» 
jurnalı  nəşr edilib. Jurnalın təsis edilməsində  və onun nəşrində  Cəlil 
Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olub.
«Molla Nəsrəddin» jurnalında yalançı hürriyyətpərəstlərə qarşı yazdığı 
məqaləsində Ömər Faiq deyirdi: «Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı 
cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə onları 
ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə 
qurban verməməliyik, təki, hürriyyət xalqın qanı ilə qazandığı halal malı 
olsun.  Əgər oturub gözləsək və başımızı boş danışıqlarla qarışdırsaq, 


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə