GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə5/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   2   3   4   5   6   7   8   9   ...   28

16
ədiblərin yaxından iştirakı ilə ilk dəfə olaraq rus dilində “Ejenedelnoye 
obozreniye” qəzetini buraxır.
Bakı və Tifl is şəhərlərində çıxan bütün rusdilli mətbuatda H.Minasazov 
dövrün tələbləri, cəmiyyətin düzgün idarə olunması, milli münasibət, 
xalqlar arasında dostluq, qardaşlıq həmrəyliyi və s. kimi aktual problemlər 
qaldıraraq samballı məqalələrlə çıxış edirdi.
H. Minasazov 1924-cü ilə  qədər ara-sıra doğma kəndi Sarvanda 
yaşamış, yerli məktəbdə müəllimlik etmişdir. Sonrakı illərdə Bakı  və 
Naxçıvan şəhərlərində arxiv idarələrində çalışmışdır.
1929-cu ildən ömrünün sonunadək H. Minasazov ölkədə  nəşriyyat 
sahəsində, sonra isə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda tarix-
etnoqrafi ya  şöbəsində elmi əməkdaş  işləyib. Bu illərdə publisist “Bir 
inqilabın yüz ili” adlı  kəndli hərəkatına həsr etdiyi elmi işi və “SSRİ 
Elmlər Akademiyasının dərsi” adlı monoqrafi yalarını yazıb tamamlayıb. 
Qeyd edək ki, hər iki elmi işin əlyazması dövlət arxivində saxlanır.
Hüseyn Minasazovun rəhbərliyi ilə vaxtilə pedaqoji uşaq jurnalları 
olan “Dabistan” (Məktəb), “Raxbar”, “Məktəb” (“Şkola”) də nəşr olunub.
Onun qadın məsələsi ilə bağlı publisist yazıları tez-tez “Molla 
Nəsrəddin” jurnalının səhifələrində, Rusiyanın bir sıra qəzetlərində 
o cümlədən Tifl isdə  çıxan “Zaqafqazye” qəzetində  və s. tez-tez dərc 
olunurdu.


17
İSMAYİL HƏQQİ
Gürcüstanlı mollanəsrəddinçilərdən olan 
İsmayıl Səməd oğlu Həsənzadə  Həqqi (1882–
1938) Tifl isdə doğulmuş, Tifl is  Azərbaycan 
Dram teatrımızın səhnəsində rollar aparmış, 
Tifl isdə  “Şərqi-Rus”, Bakıda “Kaspi”, sonra 
Tifl isdə “Qeyrət” mətbəələrində mürəttiblik 
etmiş, bədii tərcüməçiliklə, publisistik, şeir 
oluşduruculuğuyla məşğul olmuş, 1937 repressiyasının qurbanı olmuşdu. 
O, Mirzə Cəlilin, Ömər Faiqin, Əziz Şərifi n, Məmməd Səid Ordubadinin 
anıtlarında dövrün bacarıqlı naşiri, jurnalisti, “səmimi və etibarlı dost” 
kimi anılır. Xatirələrdən aydınlaşır ki, Mirzə  Cəlil istirahətə gedəndə 
“Molla Nəsrəddin”i Qızdırmalıya (Əliqulu Qəmküsara), Məmmədəli 
Sidqiyə  və  İsmayıl Həqqiyə tapşırarmış. Həqqi anıtlarında göstərir ki, 
Sabir Tifl is’də  xəstəxanada yatarkən onunla yaxın ünsiyyət yaratmışdı. 
Çağdaşlarının xatırladıqlarına görə, “Tifl is  azərbaycanlılarının mədəni 
mərkəzi Həqqinin kontoru idi.”
Əziz  Şərif onu “Molla Nəsrəddin’in mürəttibi və  əməkdaşı” 
deyə xatırlamışdı. Hörmətli alimimiz Əziz Mirəhmədov onu “Molla 
Nəsrəddin’in əməkdaşı” kimi təqdimləyərək, elmi ictimaiyyətimizə onun 
haqqında önəmli bilgilər çatdırmışdır.
İsmayıl Həqqiyi mötəbər şəxsiyyətlər M. C. Məmmədquluzadə, Ö. F. 
Nemanzadə, M. Ə. Sabir, H. Cavid, H. Ərəblinski, Ə. Şərif, S. Şuşinski, 
M. Ə. Abbasov və başqalarıyla səmimi dostluq telləri bağlamışdı.
İsmayıl Həqqi Tifl isdə  Şeytan-bazar məhəlləsində müsəlman 
qiraətxanasının və teatr binasının yanında “Şərq” adlı  mətbəə yaratmış 
və burada dəyərli kitablar (o cümlədən Cəlil Məmmədquluzadənin 
“Poçt Qutusu”, Hüseyn Cavidin “Ana”, “Keçmiş Günlər”, Əziz Şərifi n 
“Rəhm Çeşməsi”, Salman Mümtazın “Seyid Əhməd Hatif”, Borçalı şairi 
Mühəqqərin “El Şeirləri” kitablarını) yayınlamışdı.
İsmayıl Həqqi “Molla Nəsrəddin”in çapına xüsusi zəhmət sərf etmiş, 
özü də ara-sıra dərginin səhifələrində satirik şeirlər, mənzum felyetonlar 
çap etdirmişdi.


18
MİRZƏ HƏSƏN MƏCRUH
“Məcruh” təxəllüslü Mirzə Həsən Məmmədov 
1894-cü ildə Borçalının Sınıq Körpüyə yaxın 
Kirəc Muğanlı  kəndində doğulub, ilk təhsilini 
atası Molla Əyyubdan alıb, sonra Qazağın Şıxlı 
kəndində, Borçalının Qızılhacılı kəndində, Tifl is 
şəhərində ibtidai məktəblərdə oxuyaraq kənd 
müəllimi hüququ qazanıb və  Nazarlı-Kosalı, 
Dəmirçihasanlı, Qaçağan nahiyə  məclislərində 
katib, Borçalı  qəza komissarı  Əbdürrəhim bəy Haqverdiyevin yanında 
kargüzar vəzifələrində çalışıb.
Məcruhun bədii irsində lirik, satirik şeir axarları üzvi bağlamdadır. 
Onun poema, qəzəl, müxəmməs, mürəbbe, bayatı, gəraylı, qoşma, 
təcnis ürünlərindəki lirik şeirləriylə yanaşı, felyeton, satira, təmsil, həcv, 
bəzəmə, hərbə-zorba çeşidlərindəki satirik şeirləri də var. Onun erkən 
yaradıcılığındakı təbiətin, el gözəllərinin tərənnümünə həsr olunmuş lirik 
şeirlərində də satirik-yumorlu boyalar gözə çarpır:
Ey Şikəstə, qara günlər əlindən
Başım dəstəgahi-misgərə dönmüş;
Könlümün kitabı olub pərvərəq,
Bir köhnə tullanmış dəftərə dönmüş.
Əlyar Qarabağlının qeyd etdiyi kimi, Məcruhun “əliəyrilər, 
köhnəpərəstlər, elm və mədəniyyət düşmənləri, bəzi üzdəniraq müəllimlər 
haqqında yazdığı duzlu, məzəli şeirləri, felyetonları Gürcüstan mətbuatında 
çox nəşr olunmuşdu” [13, s. 4]. “Molla Nəsrəddin”də  də Mirzə  Həsən 
Məcruhun felyeton, məqalə  və  xəbərləri dərc edilmişdi. Tədqiqatçılar 
Süleyman Süleymanov və  Məhyəddin Sultanov bu xüsusda yazmışlar: 
“Bu satirik parçaların hamısında Borçalı nahiyəsinin kəndlərindəki bəzi 
hadisələr qələmə alınmışdır. Müəllif Şüləver, Təkəli, Qızılhacılı kəndlərində 
baş vermiş hadisələri yerli-yataqlı  təsvir etməklə, satirik şeirlərdə 
tənqid hədəfi nə çevrilmiş mənfi  obrazların canlı portretini yaratmışdır.”
Şairin anıtlarından aydınlaşır ki, onu Mirzə  Cəlillə  məşhur  ədib 
Əbdürrəhimbəy Haqverdiyev tanış etmiş  və onun satirik şeirlərinin 


19
altında Məcruh (Yaralı) təxəllüsünü Mirzə Cəlil əlavə edib.
Xatirələrdə qismən oxuyuruq: “1917-ci ilin yanvarında Mirzə Cəlillə 
söhbətimiz çox qısa oldu, o mənə diqqətlə  nəzər saldıqdan sonra belə 
dedi: “Jurnalımızın  əməkdaşlarından Salman Mümtaz, Əbdürrəhim 
bəy Haqverdiyev və Qurbanəli  Şərifzadə  məşhur  İbrahim bəy’in 
“Səyahətnamə”sinə  nəzirə olaraq, “Mozalan bəyin səyahətnaməsi” adlı 
felyetonlar yazıb nəşr etdirmişlər. Mozalan bəyi Borçalı qəzasının qəsəbə 
və  kəndlərində  gəzdirməyi və onun müşahidələrini müntəzəm olaraq 
yazıb göndərməyi sizə həvalə edirəm.”
Mirzə Həsənin “Molla Nəsrəddin”lə ilişgisinə aid bir fakt da diqqəti 
çəkir. Dərgidə bir ərəb şairinin şeirinin tərcüməsi üzrə müsabiqədə birinci 
yeri Üzeyir bəy Hacıbəyov, ikinci yeri Mirzə Həsən tutub.
Məcruhu “Əbdürrəhim bəyin, Mirzə Cəlilin yadigarı” xatırlayırlar.
“Molla Nəsrəddin”də Borçalı  kəndlərindən xəbərlərin çoxunu M. 
H. Məcruh yazıb. O, satiralarında Borçalının o dönəm olaylarını tənqid 
atəşinə tutub. “Zəbani Molla Həsən  əhli-Şüləver” satirasında  Şüləverli 
Molla Həsən, “Xanın qamçısı” satirasında Təkəli kəndinin ağası Həsən 
bəy, “Ramazanlıq” satirasında Qızılhacılı Molla Həsən ifşa olunub.
Şair «Payız Yağışına» adlı satirasında yazır:
Uçurtmasın balasını, kamə yetməsin kapitan,
Alıb evi əlimizdən, edibdir eli sərgərdan,
Nə tövləni bizə verir, edək malımızı bir yan,
Açıqda qalmış xəlayiq olub biabiru-bədnam.
Məcruhun satira və həcvlərində Sabir üslubundan ilham aldığı duyulur:
Günüz axşama kimi işlə, başı daşlı kasıb!
İftara arpa çörək dişlə, başı daşlı kasıb!
Gün qaraldan başıyın işlədikcə sil tərini,
İçmə yansan da suyu, gözlə behişt kövsərini.
Bu misralar “Ramazan” satirasındandır və şeirdə varlıların riyakarlığı 
pislənib:
Görsə naməhrəmi mömin orucu batil olur,
Alacaq yüz mələk ol gün ki, gora daxil olur,
Həq sözünü söyləyənə babi deyən dövlətli,
Tutmayır kəndi orucu bəs niyə bu lənətli.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə