GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə6/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   2   3   4   5   6   7   8   9   ...   28

20
Bilim adamları Abbas Kirəcli,  Əliyar Qarabağlı Borçalıda  şöhrət 
tapmış şairlərin siyahısında Məcruhun adını birincilər sırasında çəkiblər.
Mirzə Həsən Məcruh daha çox həcv ustası kimi məşhur olub.
2014-cü ildə Kirəc Muğanlı  kəndində  Həsən Məcruhun 120 illik 
yubileyi keçiriib.


21
MÜHƏQQƏR
(1890-1942)
Məhəmməd Rza oğlu Rzazadə1890-cı ildə 
Borçalı mahalının Kolayır kəndində dünyaya 
gəlib. Yeddi yaşında köhnə üsulla işləyən 
məktəbə gedib. İki il burada oxuyandan sonra 
atası vəfat etdiyindən məktəbi yarımçıq qoymaq 
məcburiyyətində qalıb. 1902-ci ildə qonşu Arıxlı 
kəndindəki rus-tatar məktəbində müəllim işləyən 
Hüseyn Əfəndinin yanında dərs alıb, sonralar özü evdə bir neçə şagirdə 
dərs verib.
Çox erkən yaşlarında  şeir yazmaqla bədii yaradıcılığına başlayan 
Məhəmməd Rzazadə özünə  Mühəqqər təxəllüsünü götürüb və el-oba 
içində bu adla tanınıb. (Mühəqqər sözü – həqir, aciz, anlamlı deməkdir.) 
1920-ci ildə Mühəqqəri Tifl isdə ərəb hürufatı ilə nəşr olunan “El şeirləri” 
kitabı ədibin yaradıcılığının çox dəyərli bir hissəsidir.
1920-1921-ci illərin ərəb hürufatıyla nəşr olunan “Vətən” dərgisində 
20-ci illərdə Tifl isdə  işıq üzü görüb, “Əşar məcmuəsi” kitabında,  ərəb 
hürufatıyla “Yeni fi kir”,  latın qrafi kasıyla “İşıq yolu” qəzetlərində 
Mühəqqərin xeyli əsərləri işıq üzü görüb.
Tədqiqatçıların yazdıqlarına görə, Mühəqqərin “Molla Nəsrəddin” 
dərgisində az sayda yazısı dərc olunub. Şairin yazıları əsasən “Yeni fi kir”, 
“Vətən”, “Gənc nəsl”, “İşıq yolu”, “Dan Ulduzu”, “Qızıl Şəfəq”, kimi o 
dövrün mətbuat orqanlarında geniş yer alıb.
Məhəmməd Rzazadə Mühəqqər 1942-ci ildə dünyasını dəyişib.


22
RZA ŞAHVƏLƏD
(1909-1984)
Rza Nəbi oğlu Şahvələd 1909-cu ildə Tifl isdə 
anadan olub. Bakıda iki illik seminariyanı 
bitirdikdən sonra 1929-1935-ci ilədək məktəb 
müdiri, 1935-1937-ci ilədək Qarayazı və Adıgün 
rayonlarında maarif şöbə müdiri vəzifəsində 
çalışıb, sonra “Sovet Gürcüstanı” qəzetində 
şöbə müdiri, 1941-1944-cü ilə qədər Gürcüstan 
Yazıçılar  İttifaqı Azərbaycan bölməsinin sədri 
vəzifəsində işləyib.
Rza  Şahvələd müxtəlif vəzifələrdə çalışmaqla bərabər, ali təhsil 
almağı da unutmayıb. 1944-cü ildən Bakəya köçən R. Şahvələd əvvəlcə 
“Kommunist” qəzetində  şöbə müdiri, sonra “Elm və  Həyat” jurnalının 
baş redaktoru (1959-1965) işləyib.
Görkəmli jurnalist və  ədib Rza Şahvələd hekayələri və pyesləri ilə 
oxuculara yaxşı tanışdır. Onun “Başmaq” (1939), “Hekayələr” (1950), 
“Könüldə bahar” (1962), “Qonşu qardaşlar” (1984) nəsr topluları, o 
vaxtlar Tifl is Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynanılan 
tamaşaları maraqla qarşılanıb.
Rza Şahvələd tərcümə sahəsi ilə də ciddi məşğul olub. Onun ən çox 
tərcümə etdiyi Akaki Seretelinin əsərlərindən nümunələr olub. 
Rza Şahvələd 1984-cü ildə Bakıda vəfat edib.


23
HİDAYƏT BAYRAMLI
(1915-1992)
Hidayət Səmədağa oğlu Bayramlı 1915-ci 
ildə Borçalı mahalının Sarvan kəndində dünyaya 
göz açıb. İlk təhsilini Sarvan 8 illik məktəbində 
alandan sonra, Borçalı Türk Pedaqoji Texniku-
munda təhsilini davam etdirib.
Hidayət Səməd öğlu 1933-cü ildən 1939-cu 
ilədək Daştəpə  kəndində müəllimlik edib. O, 
1939-cu ildə təhsilini davam etdirmək məqsədi 
ilə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat 
fakültəsinə daxil olub. 1941-ci ildə III kurs tələbəsi olarkən Hidayət Bay-
ramlı Böyük Vətən Müharibəsinə yollanır. O, Sovet Ordusu sıralarından 
1946-cı ildə tərxis olunub.
Hidayət Bayramlı 1950-ci ildən Marneuli Rayon Mədəniyyət Evinə 
rəhbərlik edib. O, bədii yaradıcılığına hələ texnikum tələbəsi olarkən 
başlayıb və ilk qələm təcrübələrini dövrü mətbuatda çap etdirib. Qələmi 
püxtələşdikcə Hidayət Səmədağa oğlu publisistik məqalələr yazıb və 
yazılarını “Pambıqçı”, “Stalin yolu”, “Şərqin  Şəfəqi”, “Yeni Marneu-
li” qəzetlərində müntəzəm çap etdirib. Sonra o, “Sovet Gürcüstanı” 
qəzetində müxbir işləyib. 
Hidayət Bayramlının qələmə aldığı oçerk, felyeton və hekayələri 
geniş oxucu kütləsi tərəfi ndən rəğbətlə qarşılanıb və sevilib. Onun 
əsərlərinin dili şirin, yaratdığı bədii obrazlar yaddaqalan olub. İstedadlı 
yazıçı Hidayət Bayramlının “Vətəndaş  rəis”, “Məhəbbət”, “Od içində”  
adlı kitabları Azərbaycan nəşriyyatlarında çap olunub.  
Hidayət Səmədağa oğlu Bayramlı 1992-ci ildə Marneuli şəhərində 
vəfat edib.


24
HƏSƏN SƏBRİ
Həsən Səbri (Həsən  Əmənulla oğlu 
Əbdülzadə) Borçalı  qəzasının Aşağı Qoşakilsə 
əndində anadan olub. Atası Əmənulla işi ailəsini 
dolandırmaq üçün Cənubi Azərbaycandan 
Rusiyaya pənah gətirənlərdəndir. Gənc Həsən 
özünə  məslək dostları axtararaq Borçalıda 
Sovet hakimiyyəti uğrunda mübarizə aparan 
Əşrəf Yüzbaşovla, Məmməd Cəfərli ilə, Həsən 
Qapalovla dostlaşıb. 1919-cu ildə onu bolşeviklər 
partiyasının sıralarına qəbul ediblər. O, 1921-ci 
ilin iyununda Qafqaz Ordusu Kəşfi yyat Şöbəsinin ştatında işə qəbul edilib. 
Bir müddət çalışdıqdan sonra o, Azərbaycan Xarici İşlər Nazirliyindən 
məktub alır və Bakıya gedir. Həsən Səbri Bakıdan  RSFSR-in İrandakı 
baş səfi rliyinin sərəncamına göndərilib. İki aydan sonra Gürcüstan K(b)P 
MK-ya çağırılıb. Ona Mk-nın orqanı olan “Yeni fi kir” qəzetinin redaktoru 
təyin olunduğu xəbərini verirlər. Qəzet 1923-cü il yanvarın 15-dən “Yeni 
fi kir” Zaqafqaziya Ölkə Komitəsinin (ZÖK) orqanına çevrilir. Həsən 
Səbri Tifl isdə  fəaliyyəti zamanı gürcü, Azərbaycan və erməni xalqının 
ictimai-iqtisadi, elmi-mədəni həyatı ilə yaxından tanış olub və jurnalistlik 
fəaliyyətini getdikcə genişləndirib. O, 1923-cü ilin iyunundan 1924-cü 
ilin yanvarınadək Zaqafqaziya Ölkə Komitəsinin göndərişi ilə Moskva 
Jurnalistika  İnstitutunun dinləyicisi olub. Sonralar Həsən Səbri “Yeni 
fi kir” qəzetində redaksiya heyətinin təlimatçısı vəzifəsində işləyib. ZÖK-
nin tapşırığı ilə yerli mətbuatı yoxlamaq üçün Naxçıvana göndərilir və 
Zaqafqaziyada nəşr olunan bütün mətbuat orqanlarına rəhbərlik edib. 
Sonra Bakıya ezam olunub, Azərbaycan Dövlət Nəşriyyatının vəziyyətini 
yoxlayıb.
Həsən Səbri 1925-ci ilin iyulunda Baş Mətbuat İdarəsinin ədəbiyyat 
şöbəsində baş redaktor vəzifəsində  işləməyə göndərilir. O, 1926-cı 
ilin sentyabr ayından 1927-ci ilin sonunadək Moskva Kommunist 
Akademiyasının nəzdindəki Marksizm-Leninizm kurslarının dinləyicisi 
olur.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə