GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.

səhifə7/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   28

25
O, Gürcüstan K(b) P MK-nın 1928-ci il 28 iyul tarixli qərarı ilə 
M-nın nəzdində azlıqda qalan Millətlər Sovetinin sədr müavini, həmin 
il sentyabr ayının 13-də isə 26-lar adına Zaqafqaziya Kommunist 
Universitetinin ÜİK (b) P tarixi üzrə mühazirəçi təyin  edilib.                                                                                        
ÜİK (b) P ZÖK-nin ona təqdim etdiyi sənədlə (bilet № 2) Həsən 
Səbri bütün Ümumittifaq partiya konfranslarının, Zaqafqaziya partiya 
təşkilatlarının VI qurultayının (22 nömrəli mandat), Tifl is  partiya 
təşkilatının IX konfransının (68 nömrəli mandat) təşkilatçılarından biri 
olub.  


26
RÜSTƏM HƏSƏNOV
(1912-1996)
Rüstəm Hacımurad oğlu Həsənov 1912-ci 
ilin iyunun 7-də Borçalının Sarvan kəndində 
anadan olub. Böyük Vətən Müharibəsi başlama-
mışdan  əvvəl onun ailəsini Qazaxıstana sürgün 
ediblər. Repressiya dövrünün çətinliklərinə bax-
mayaraq Rüstəm Həsənov pedaqoji fəaliyyətini 
davam etdirib, Adıgün Pedaqoji Texnikumu-
nun direktoru vəzifəsində çalışıb. 1931-1935-ci 
ilədək Marneuli rayonunun Daştəpə kəndindəki ibtidai məktəbin müdiri 
olub. 1935-ci ildən sonra Araplı ibtidai məktəbin müdiri, sonra Yuxarı Sa-
ral və rayonun müxtəlif kənd məktəblərində 1950-ci illərə qədər direktor 
vəzifələrində işləyib. Maarif sahəsində çalışdığı illərdə o, dəfələrlə dövlət 
tərəfi ndən tərifnamələr və müxtəlif təltifl ərlə mükafatlandırılıb. 
R. Həsənov 1950-1962-ci ilədək “Kommunizm uğrunda” rayon 
qəzetinin məsul katibi, 1962-1965-ci ilədək yerli radio verilişləri redaksi-
yasının təşkilatçısı və müxbiri kimi səmərəli fəaliyyət göstərib.  
Rüstəm Həsənov 1972-ci ildən 1973-cü ilədək “Axali Marneuli” ra-
yon qəzetinin məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb.
Rüstəm Həsənov harada işləməsindən asılı olmayaraq həqiqətsevər 
bir müəllim, jurnalist kimi dövrün, zamanın səsinə səs verib, qələmi ilə 
həmişə haqsızlığa qarşı mübarizə aparıb, neçə-neçə oçerklərin, felyeton-
ların, zarisovkaların, məqalələrin müəllifi  kimi oxucuların rəğbətini qa-
zanıb.
Rüstəm Həsənov 1996-cı ilin fevral ayında Marneulidə dünyasını 
dəyişib.


27
KƏRİM KƏRİMOV
Kərim Qurban oğlu Kərimov 1915-ci il 
mayın 18-də Borçalının Gorarxı elindəki 
Təzəkənddə anadan olub. İlk təhsilini 
Gorarxıda alıb, sonra Sarvan 7 illik məktəbində 
oxuyub.                                                                                                                                          
1932-1935-ci illərdə Borçalı Pedaqoji Türk 
Texnikumunda təhsil alıb. Texnikumu bitirdikdən 
sonra bir müddət Aşağı Saral, sonra Gorarxıda 
tarix-coğrafi ya  müəllimi işləyib. Daha sonra 
doğma kəndindəki məktəbdə müdir olub.
Kərim Kərimov 1938-ci ildə Tifl is  Pedaqoji  İnstitutunun tarix 
fakültəsini qiyabi olaraq bitirib. O,1940-cı ildə Borçalı Rayon Maarif 
Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Böyük Vətən Müharibəsi başlayana qədər daha bir neçə məsul vəzifədə 
işləyən K. Kərimov cəbhəyə gedib, ağır və uzun bir döyüş yolu keçib.
1947-1950-ci illərdə Gürcüstan SSR DTK-də operativ əməliyyat 
müvəkkili olub, 1950-1953-cü illərdə xüsusi xidmət qrupunun rəhbəri 
işləyib. 1953-1956-cı illərdə K. Kərimov Gürcüstan DTK-nın böyük zabiti 
olub.                                                                                                                                                                             
K. Kərimov yaşadığı sonrakı illəri tamamilə jurnalistikaya həsr 
edib. O, 1956-cı ildə Gürcüstan SSR Dövlət Televiziya və Radiosunda 
Azərbaycan dilində verilişlər redaksiyasında  əvvəlcə redaktor, sonra 
böyük redaktor, daha sonra baş redaktor vəzifələrində işləyib. O, teleradio 
komitəsi xəttində  işləməklə  bərabər, həm də DTK-da 1973-cü ilə kimi 
müşavir kimi çalışıb.
K. Kərimov 1979-cu ildən SSRİ Jurnalistlər  İttifaqının üzvü olub. 
Jurnalistika sahəsində  ləyaqətli xidmətlərinə görə “Gürcüstan SSR 
Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
K. Kərimov SSRİ Teleradio Komitəsinin, Gürcüstan SSR və 
Azərbaycan SSR Teleradio Komitələrinin fəxri fərmanları ilə təltif olunub. 
Ömrünün sonunadək jurnalist kimi çalışıb. O, 1992-ci ildə təqaüdə çıxıb, 
sonra dünyasını dəyişib.


28
MƏHYƏDDİN SULTANOV
(1917-1996)
Məhyəddin Nəsrulla oğlu Sultanov 1917-ci 
ildə Tifl is şəhərində dünyaya göz açıb.
O, 1937-ci ildə Tifl is Pedaqoji Texnikumunu 
bitirdikdən sonra 1943-cü ilədək Ahıska, Adıgün 
və Başkeçid bölgələrinin kənd məktəblərində 
dərs deyib.
M. Sultanov 1945-ci ildə Azərbaycan Dövlət 
Pedaqoji  İnstitutunun  fi lologiya  fakültəsini 
müvəffəqiyyətlə bitirərək, sevimli müəllim peşəsini davam etdirib.
Məhyəddin Sultanov 1949-1952-ci illərdə Başkeçid rayon qəzetində 
əvvəlcə  məsul katib, sonra redaktor müavini, daha sonra redaktor 
vəzifəsində çalışıb.
1952-ci ildə M. Sultanov Dmanisi Rayon Partiya Komitəsinin ikinci 
katibi vəzifəsinə irəli çəkilib. O, iki ilə yaxın bu vəzifədə işlədikdən sonra 
yenidən pedaqoji sahədə öz müəllimlik peşəsini davam etdirərək, Bolnisi 
rayonunun kənd məktəblərində dərs deyib. O, pedaqoji sahədə çalışmaqla 
bərabər, həm də rayon maarif şöbəsində metodika kabinetinin müdiri 
olub.
M. Sultanov harada işləməsindən asılı olmayaraq, paralel olaraq 
jurnalistika sahəsində qələmini məharətlə sınayıb, “Şərqin şəfəqi”, “Sovet 
Gürcüstanı” qəzetlərinin, Gürcüstan radiosunun Azərbaycan dilində 
verilişlər radiosunun müxbiri olub. Məhyəddin Sultanov eyni zamanda 
elmi araşdırmalar aparıb, bir sıra elmi, elmi-publisistik məqalələr çap 
etdirib. 
O, ömrünün son illərini Bakıda yaşayıb. 1996-cı ildə bu şəhərdə vəfat 
edib.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə